Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1798/2024 13.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, Məhkəmə iclasının katibi Mikayılova Dilbər Ağaverdi qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı "alimentin və əlavə xərclərin artırılması" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Cavabdeh qarşı "alimentin və əlavə xərclərin artırılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ali Məhkəməsinin 11 aprel 2017-ci il tarixli 2(102)-1802/2017 saylı qərarı ilə 28 may 2012-ci il təvəllüdlü X7 və 28 may 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşağa görə 130 (yüz otuz) manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat məbləğində tutulan alimentin miqdarının artırılaraq, 28 may 2012-ci il təvəllüdlü X7 və 28 may 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər uşaq üçün hər ay 235 manat, ümumilikdə 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində alimentin və Azərbaycan Respublikası Ali Məhkəməsinin 06 sentyabr 2016-cı il tarixli 2(102)-3836/16 saylı qərarı ilə Cavabdeh 28 may 2012-ci il təvəllüdlü X7 və 28 may 2012-ci il təvəllüdlü X1 müalicələri ilə əlaqədar hər ay hər uşağa görə 75 manat məbləğində, ayda cəmi 150 manat tutulan pulun artırılaraq Cavabdeh 28 may 2012-ci il təvəllüdlü X7 və 28 may 2012-ci il təvəllüdlü X1 müalicələri ilə əlaqədar hər ay hər uşağa görə ayrılıqda 500 manat məbləğində, ayda cəmi 1000 manat pulun və ödənilmiş 100 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödəilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı iş üzrə Cavabdeh ilə 26 may 2011-ci il tarixdə nikaha daxil olmuşdur. Birgə nikahdan 28 may 2012-ci il təvəllüdlü X7 və 28 may 2012-ci il təvəllüdlü X8 doğulub. Cavabdehlə ailə münasibətləri pozulduğu üçün Cavabdeh qarşı "nikahın pozulması və aliment tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 03 dekabr 2012-ci il tarixli 2(006)-4162/2012 saylı qətnaməsi ilə Cavabdeh qarşı “nikahın pozulması və aliment tələbinə dair” iddia ərizəsi təmin edilərək tərəflər arasında bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş uşaqların ananın himayəsində saxlanması və 28 may 2012-ci il təvəllüdlü X2 və 28 may 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 28 sentyabr 2012-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 87 (səksən yeddi) manat olmaqla, cəmi 174 (yüz yetmiş dörd) manat sabit pul məbləğində alimentin və hər uşağa görə 50 (əlli) manat müalicə ilə əlaqədar çəkilməli olan əlavə xərclərin Cavabdeh alınaraq iddiaçı tərəf olaraq ona ödənilməsi qət edilib. Bundan sonra, iddiaçı tərəf olaraq Cavabdeh qarşı “alimentin və əlavə xərclərin artırılması tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə müraciət etmişədir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 28 avqust 2015-ci il tarixli 2(006)- 582/2015 saylı qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, 28 may 2012-ci il təvəllüdlü X2 və 28 may 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 28 iyul 2015-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 108 (yüz səkkiz) manat olmaqla, cəmi 216 (iki yüz on altı) manat sabit pul məbləğində alimentin və həmçinin uşaqların müalicəsi ilə əlaqədar çəkilməli olan əlavə xərclərə görə hər uşağa görə hər ay sabit pul məbləğində 75 (yetmiş beş) manatın Cavabdeh alınaraq iddiaçı tərəf olaraq ona ödənilməsi qət edilib. Həmin qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 20 mart 2016-cı il tarixli 2(103)- 2527/2016 saylı qətnaməsi ilə qismən təmin edilərək Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 28 avqust 2015-ci il tarixli 2(006)- 582/2015 saylı qətnaməsinin qismən cavabdehdən əlavə xərclərin tutulmasına aid hissədə ləğv edilməsi və həmin hissədə iddianın təmin edilməməsi, qətnamənin cavabdehin apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilib. İddiaçı tərəf olaraq Bakı Apellyasiya Məhkəməsinin 20 mart 2016-cı il tarixli 2(103)-2527/20l6 saylı qətnaməsindən verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin 06 sentyabr 2016-cı il tarixli 2(102)-3836/16 saylı qərarı ilə təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin 20 mart 2016-cı il tarixli 2(103)-2527/2016 saylı qətnaməsinin cavabdehdən əlavə xərclərin tutulmasına aid hissədə ləğv edilməsi, bu hissədə yeni qərar qəbul edilməsi, iddianın qismən təmin edilərək Cavabdeh 28 may 2012-ci il təvəllüdlü X2 və 28 may 2012-ci il təvəllüdlü X1 müalicələri ilə əlaqədar hər ay hər uşağa görə ayrılıqda 75 manat məbləğində, ayda cəmi 150 manat tutularaq İddiaçı Nizam qızına verilməsi qərara alınıb. Bundan sonra, iddiaçı tərəf olaraq Cavabdeh qarşı “alimentin və əlavə xərclərin artırılması tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 25 may 2016-cı il tarixli 2(006)- 4475/2016 saylı qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, 28 may 2012-ci il təvəllüdlü X2 və 28 may 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hər ay hər uşağa görə 117 (yüz on yeddi) manat olmaqla, cəmi 234 (iki yüz otuz dörd) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı tərəf olaraq ona ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilib. Həmin qətnamədən verdiyi apellyasiya şikayətinin Bakı Apellyasiya Məhkəməsinin 28 sentyabr 2016-cı il tarixli 2(103)-6715/2016 saylı qətnaməsi ilə təmin edilməsi, iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 25 may 2016-cı il tarixli 2(006)- 4475/2016 saylı qətnaməsinin dəyişdirilərək, iddia tələbinin qismən təmin edilməsi, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 28 avqust 2015-ei il tarixli 2(006)-582/2015 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin artırılaraq, 28 may 2012-ci il təvəllüdlü X2 və 28 may 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 117 (yüz on yeddi) manat olmaqla, cəmi 234 (iki yüz otuz dörd) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq, İddiaçı Nizam qızına verilməsi qət edilib. İddiaçı tərəf olaraq Bakı Apellyasiya Məhkəməsinin 28 sentyabr 2016cı il tarixli 2(103)-6715/2016 saylı qətnaməsindən verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin 11 aprel 2017-ci il tarixli 2(102)-1802/2017 saylı qərarı ilə qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin 28 sentyabr 2016-cı il tarixli 2(103)-6715/2016 saylı qətnaməsi, aliment məbləğinə dair hissədə dəyişdirilməsi, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 28 avqust 2015-ci il tarixli 2(006)-582/2015 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin artırılaraq, 28 may 2012-ci il təvəllüdlü X7 və 28 may 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 130 (yüz otuz) manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı Nizam qızına verilməsi qərara alınıb. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin 11 aprel 2017-ci il tarixli 2(102)-1802/2017 saylı qərarı ilə 28 may 2012-ci il təvəllüdlü X7 və 28 may 2012ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay hər uşağa görə 130 (yüz otuz) manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat məbləğində tutulan alimentin miqdarı artırılaraq, 28 may 2012-ci il təvəllüdlü X2 və 28 may 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay hər uşağa görə 235 (iki yüz otuz beş) manat olmaqla, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində alimentin və Azərbaycan Respublikası Ali Məhkəməsinin 06 sentyabr 2016-cı il tarixli 2(102)-3836/16 saylı qərarı ilə Cavabdeh 28 may 2012-ci il təvəllüdlü X2 və 28 may 2012-ci il təvəllüdlü X1 müalicələri ilə əlaqədar hər ay hər uşağa görə ayrılıqda 75 manat məbləğində, ayda cəmi 150 manat tutulan pulun artırılaraq Cavabdeh 28 may 2012-ci il təvəllüdlü X2 və 28 may 2012-ci il təvəllüdlü X1 müalicələri ilə əlaqədar hər ay hər uşağa görə ayrılıqda 500 manat məbləğində, ayda cəmi 1000 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılması zəruridir. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq Cavabdeh 28 may 2012-ci il təvəllüdlü X2 və 28 may 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər ay hər uşağa görə 235 (iki yüz otuz beş) manat olmaqla, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində alimentin və əlavə xərc olaraq 1000 (min) manat pulun ona ödənilməsi barədə qətnamə çıxarılmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin 06 sentyabr 2016-cı il tarixli 2(102)-3836/16 saylı qərarı ilə Cavabdeh 28 may 2012-ci il təvəllüdlü X2 və 28 may 2012-ci il təvəllüdlü X1 müalicələri ilə əlaqədar hər ay hər uşağa görə ayrılıqda 75 manat məbləğində, ayda cəmi 150 manat tutulan pulun artırılaraq Cavabdeh 28 may 2012-ci il təvəllüdlü X2 və 28 may 2012-ci il təvəllüdlü X1 müalicələri ilə əlaqədar hər ay hər uşağa görə ayrılıqda 500 manat məbləğində, ayda cəmi 1000 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılması zəruridir. İşin faktiki hallarından göründüyü kimi, qanuni qüvvəyə minmiş qətnamələrlə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 12 saylı Uşaq Poliklinikasının 21 may 2015-ci il tarixli 136 saylı həkim məsləhət komissiyasının rəyinə əsasən “28 may 2012-ci il təvəllüdlü ekiz uşaqlar- X7 və X9 ensefalopatiya, əqli inkişafın ləngiməsi, nitq pozuntusu" diaqnozu ilə dispanser qeydiyyatındadır. Ambulator, stasionar xəstənin tibbi kartasından çıxarışa əsasən “28 may 2012-ci il təvəllüdlü X7 və X3 mərkəzi sinir sisteminin hipoksiyası, motorikanın ləngiməsi” diaqnozu qoyulub. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 12 saylı Uşaq Poliklinikasının 17 iyun 2015-ci il tarixli 94 saylı məktubuna əsasən 28 may 2012-ci il təvəllüdlü X7 “əqli inkişafın ləngiməsi nitq pozuntusu ilə, şəplik, MMS oyanıqlıq ’’ diaqnozu ilə dispanser qeydiyyatındadır, ümumi vəziyyəti kafidir. Psixi-fiziki inkişafı geri qalır. İntellekt inkişafı yaşına uyğun deyil. 28 may 2012-ci il təvəllüdlü X9 “ensefalopatiya, əqli inkişafın ləngiməsi, nitq pozuntusu, sadə hipermetopik astiqmatzm” diaqnozu ilə dispanser qeydiyyatındadır. Psixi-fiziki inkişafında ləngimə qeyd olunur, əsəbidir, narahatdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 12 saylı Uşaq Poliklinikasının 06 avqust 2015-ci il tarixli 110 saylı məktubuna əsasən 28 may 2012-ci il təvəllüdlü X9 "sadə hipermetropik astiqmatizm", 28 may 2012-ci il təvəllüdlü X7 "mürəkkəb miopik astiqmatizm, çəpgözlük" diaqnozu ilə oftalmoloji kabinetdə qeydiyyata götürülüblər. Hər iki uşaq “impetiqo ” diaqnozu ilə 21 iyul 2015-ci il tarixdən 31 iyul 2015-ci ilədək 3N-1İ uşaq X6 müayinə olunmuş və uşaqlar ambulator müalicə almışlar.X10 adına Milli Oftalmologiya Mərkəzinin 12 may 2016-cı il tarixli tibbi rəyləri ilə X4 “sadə hipermetropik astiqmatizm, refransion ambliopiya” diaqnozu və X5 "mürəkkəb miopik astiqmatizm, müştərək xarici çəpgözlük, habelə refrarision ambliopya ” diaqnozu qoyulmuşdur. X10 adına Milli Oftalmologiya Mərkəzinin 24 iyul 2023-cü il tarixli arayışına əsasən X4 "mürəkkəb miopik astiqmatizm" diaqnozu qoyulmuşdur. X10 adına Milli Oftalmologiya Mərkəzinin 24 iyul 2023-cü il tarixli arayışına əsasən X5 “müştərək xarici çəpgözlük, mürəkkəb miopik astiqmatizm” diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” Publik Hüquqi şəxsin 11 avqust 2023-cü il tarixli AB 6185/2023 saylı arayışına əsasən X4 “ikitərəfli anadangəlməyastıpəncəli İİİ dərəcə" diaqnozu qoyulub. Respublika Kliniki Uşaq Xətəxanasının 10 avqust 2023-cü il tarixli Pediatrik transtorakal Exokardioqrafiya protokoluna əsasən X4 MVPyüngül.MŞmin diaqnozu qoyulub. İşin faktiki hallarından və iş üzrə toplanmış sübutlardan göründüyü kimi, uşaqları daim həkim müayinəsində və müalicəsində olmalıdırlar. Bununla bağlı müayinə və müalicə xərclərini ödəyir, dərman preparatları alır, zəruri digər xərcləri qarşılayıra. Odur ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 06 sentyabr 2016 tarixli 2(102)-3836/16 saylı qərarı ilə Cavabdeh 28 may 2012-ci il təvəllüdlü X2 və 28 may 2012-ci il təvəllüdlü X1 müalicələri ilə əlaqədar hər ay hər uşağa görə ayrılıqda 75 manat məbləğində, ayda cəmi 150 manat tutulan pulun artırılaraq Cavabdeh 28 may 2012-ci il təvəllüdlü X2 və 28 may 2012-ci il təvəllüdlü X1 müalicələri ilə əlaqədar hər ay hər uşağa görə 500 manat məbləğində, ayda cəmi 1000 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılması zəruridir. Məlumat üçün bildirir ki, cavabdehin əlavə xərcləri ödəməyə kifayət qədər maddi imkanı var. Belə ki, o, kafe işlədir. Tərəflərin iştirakı və izahatlar: İddiaçı məhkəməyə teleqram ünvanlayaraq, himayəsində azyaşlı uşaqlarının olması səbəbindən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və iddiasının təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, İddiaçı Cavabdeh qarşı "alimentin və əlavə xərclərin artırılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ali Məhkəməsinin 11 aprel 2017-ci il tarixli 2(102)- 1802/2017 saylı qərarı ilə 28 may 2012-ci il təvəllüdlü X7 və 28 may 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşağa görə 130 (yüz otuz) manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat məbləğində tutulan alimentin miqdarının artırılaraq, 28 may 2012-ci il təvəllüdlü X7 və 28 may 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər uşaq üçün hər ay 235 manat ümumilikdə 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində alimentin və Azərbaycan Respublikası Ali Məhkəməsinin 06 sentyabr 2016-cı il tarixli 2(102)-3836/16 saylı qərarı ilə Cavabdeh 28 may 2012-ci il təvəllüdlü X7 və 28 may 2012-ci il təvəllüdlü X1 müalicələri ilə əlaqədar hər ay hər uşağa görə ayrılıqda 500 manat məbləğində, ayda cəmi 1000 manat pulun və ödənilmiş 100 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Alimentin və əlavə xərclərin artırılması hissəsində isə iddia tələbini qəbul etmir. Belə ki, cavabdeh heç bir yerdə işləmir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 11 aprel 2017-ci il tarixli 2(102)-1802/2017 saylı qərarı ilə müəyyən edilmiş hər uşaq üçün 130 manat sabit pul məbləğində alimenti çətinliklə ödəyir. Cavabdehin hər ay hər uşağa görə 130 manat sabit pul məbləğinddə alimenti ödəməyə maddi imkanı çatmadığı halda aliment məbləğinin artırılaraq hər ay hər uşaq üçün 235 manat müəyyən edilməsi ilə bağlı iddiaçının iddiasını tam əsassız hesab edir. İddiaçının məhkəməyə təqdim etdiyi iddia ərizəsindən aydın olur ki iddiaçı Azərbaycan Respublikası Ali Məhkəməsinin 11 aprel 2017-ci il tarixli 2(102)-1802/2017 saylı qərarının qəbul edilməsindən sonra cavabdehin gəlirinin artması maddi vəziyyətinin yaxşılaşmasına dair heç bir rəsmi sənəd əlavə etməyib. Qeyd edir ki, cavabdeh işsiz kimi qeydiyyatdadlr. Hal-hazıra kimi işsizdir. Bu barədə arayışını etiraza əlavə etmişdir. Bundan əlavə iddiaçının Azərbaycan Respublikası Ali Məhkəməsinin 06 sentyabr 2016-cı il tarixli 2(102)-3836/16 saylı qərarı ilə Cavabdeh 28 may 2012-ci il təvəllüdlü X7 və 28 may 2012ci il təvəllüdlü X1 müalicələri ilə əlaqədar hər ay hər uşağa görə 75 manat məbləğində, ayda cəmi 150 manat tutulan pulun artırılması hissəsində iddia tələbini də tam əsassız hesab edir. Belə ki, ölkədə bütün tibbi xidmətlər icbari tibbi sığorta xidməti vasitəsi ilə tam pulsuz aparılır. Bu barədə məhkəməyə hər hansı sübut təqdim etməyə ehtiyac yoxdur. Belə ki, ölkə qanunvericiliyi bunu tam təsdiq edir. Həmçinin iddiaçı tərəfindən uşaqların müalicəsinə hər ay 500 manat pul xərclənməsi barədə heç bir sübut əlavə etməmişdir. Bu da onun iddiasının bu hissədə də tam əsassız olmasını göstərir. Yuxarıda qeyd olunanları nəzərə alaraq İddiaçı iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İş materialları: AZ-İİ seriyalı, 901108 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 28 may 2012-ci il tarixində doğulmuş, ata adı qrafasında Cavabdeh, ana adı qrafasında İddiaçı qeyd olunmuşdur. AZ-İİ seriyalı, 901109 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 28 may 2012-ci il tarixində doğulmuş, ata adı qrafasında Cavabdeh, ana adı qrafasında İddiaçı qeyd olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin 06 sentyabr 2016-cı il tarixli 2(102)- 3836/16 saylı qərarı ilə iddiaçı tərəfin Bakı Apellyasiya Məhkəməsinin 20 mart 2016-cı il tarixli 2(103)-2527/20l6 saylı qətnaməsindən verdiyi şikayət təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 20 mart 2016-cı il tarixli 2(103)-2527/2016 saylı qətnaməsinin cavabdehdən əlavə xərclərin tutulmasına aid hissədə ləğv edilməsi, bu hissədə yeni qərar qəbul edilməsi, iddianın qismən təmin edilərək Cavabdeh 28 may 2012-ci il təvəllüdlü X2 və 28 may 2012-ci il təvəllüdlü X1 müalicələri ilə əlaqədar hər ay hər uşağa görə ayrılıqda 75 manat məbləğində, ayda cəmi 150 manat tutularaq İddiaçı Nizam qızına verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 11 aprel 2017-ci il tarixli 2(102)- 1802/2017 saylı qərarı ilə iddiaçının Bakı Apellyasiya Məhkəməsinin 28 sentyabr 2016-cı il tarixli 2(103)-6715/2016 saylı qətnaməsindən verdiyi kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin 28 sentyabr 2016-cı il tarixli 2(103)-6715/2016 saylı qətnaməsinin aliment məbləğinə dair hissədə dəyişdirilməsi, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 28 avqust 2015-ci il tarixli 2(006)-582/2015 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin artırılaraq, 28 may 2012-ci il təvəllüdlü X7 və 28 may 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 130 (yüz otuz) manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı Nizam qızına verilməsi qərara alınmışdır. X10 adına Milli Oftalmologiya Mərkəzinin 24 iyul 2023-cü il tarixli arayışlarına əsasən X4 "mürəkkəb miopik astiqmatizm" diaqnozu və X5 “müştərək xarici çəpgözlük, mürəkkəb miopik astiqmatizm” diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” Publik Hüquqi şəxsin 11 avqust 2023-cü il tarixli AB 6185/2023 saylı arayışına əsasən X4 “ikitərəfli anadangəlməyastıpəncəli İİİ dərəcə" diaqnozu qoyulmuşdur. Respublika Kliniki Uşaq Xəstəxanasının 10 avqust 2023-cü il tarixli Pediatrik transtorakal Exokardioqrafıya protokoluna əsasən X4 MVP yüngül.MÇ min diaqnozu qoyulub. 3 saylı Mediasiya Təşkilatının MŞB/3/2024 nömrəli, xx.xx.2024-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışa əsasən Cavabdeh İMS-də iştirak etməmiş, 50 manat mediasiya xərci, 10 manat poçt xərci İddiaçı tərəfindən ödənilmişdir. xx.xx.2024-cü il tarixli, ********** saylı mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 40 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən qanunvericilik: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8 nömrəli qərarının 8.13-cü bəndində qeyd edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Plenum qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə görə də, valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə məsuliyyət daşıyırlar. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmənin qiymətləndirməsi: Beləliklə Cavabdeh 28 may 2012-ci il təvəllüdlü X7 və 28 may 2012-ci il təvəllüdlü X1 atası olması və onların yetkinlik yaşına çatanadək saxlanılması üçün əvvəl hər ay hər uşağa görə 130 manat olmaqla cəmi 260 manat sabit pul məbləğində alimentin və əlavə xərclərə görə hər uşaq üçün 75 manat olmaqla, cəmi 150 manat pulun tutulması mülki işin mübahisəsiz hallarıdır. Məhkəmə hesab edir ki, ölkə üzrə yaşayış minimumunun uşaqlar üçün 235 manat olduğu halda, hazırda yetkinlik yaşına çatmamış 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən qeyd olunan, 2017-ci ildə qəbul edilmiş qətnamə ilə təyin edilmiş miqdarda aliment tutulması uşağın günün tələblərinə uyğun təmin edilməsinə, yəni hər il daha da böyüyən və tələbatları artan uşağın normal saxlanılması üçün kifayət deyildir. Odur ki, iddia tələbi məhkəmə qərarı ilə müəyyən edilmiş alimentin miqdarının günün tələblərinə uyğun şəkildə artırılması hissəsində tam əsaslı olduğundan bu hissədə iddia cavabdehin işləməməsi barədə irəli sürdüyü dəlillərdən asılı olmayaraq təmin edilməlidir. Lakin məhkəmə iddia tələbinin uşaqlara göstərilən tibbi xidmətlərə görə çəkilən xərclərlə əlaqədar cavabdehdən tutulan vəsaitin artırılması hissəsi ilə bağlı bildirir ki, tərəflərin birgə nikahlarından olan övladlarının müəyyən xroniki xəstəliklərdən əziyyət çəkməsi mübahisəsiz olsa da, həmin xəstəliklərə görə iddiaçı tərəfindən tələb edilən 500 manat məbləğində tutulmasını əsaslı edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə ki, tərəflər arasında daha əvvəlki məhkəmə mübahisəsi ilə cavabdehdən iddiaçının xeyrinə hər uşaq üçün 75 manat məbləğində əlavə xərclərə görə vəsaitin tutulması zamanı məhkəmə öz qərarında Səhiyyə Nazirliyi Nəsimi rayon 12 saylı Uşaq Poliklinikasının xx.xx.2015-ci il tarixli 94 saylı məktubuna istinad etmişdir. Həmin məktubda göstərilmişdir ki, xx.xx.2012-ci il təvəllüdlü X7 hal-hazırda “əqli inkişafın ləngiməsi nitq pozuntusu ilə çəplik, MMS oyanıqlıq” diaqnozu ilə dispanser qeydiyyatındadır, ümumi vəziyyəti kafidir. Psixi -fiziki inkişafı geri qalır.İntellekt yaşına uyğun deyil. 28 may 2012-ci il təvəllüdlü X8 “ensefalopatiya, əqli inkişafın ləngiməsi,nitq pozuntusu, sadə hipermetropik astiqmatizm” diaqnozu ilə dispanser qeydiyyatındadır. Hal-hazırda uşağın vəziyyəti kafidir.Psixi-fiziki inkişafında ləngimə qeyd olunur, əsəbidir, narahatdır. Həmçinin məhkəmə qərarında 12 saylı Uşaq Poliklinikasının xx.xx.2015-ci il tarixli məktubuna da istinad etmişdir. Həmin məktubda göstərilmişdir ki, xx.xx.2012-ci il təvəllüdlü X8 “sadə hipermetropik astiqmatizm”, X7 isə “mürəkkəb miopik astiqmatizm, çəpgözlük” diaqnozu ilə oftalmoloji kabinetdə qeydiyyata götürülmüşlər.Hər iki uşaq impetiqo diaqnozu ilə xx.xx.2015-ci ildən xx.xx.2015-ci ilədək 3№li X6 müayinə olunmuş və ambulator müalicə almışlar. Göründüyü kimi İddiaçı daha əvvəllər də uşaqların tibbi xərclərinə görə Cavabdeh qarşı iddia tələbi ilə müraciət edərkən uşaqların xroniki xəstəliklərinin olması müəyyən edilmişdir. Hazırda cavabdehin etirazında da göstərildiyi kimi ölkədə icbari tibbi sığorta tətbiq edilməkdədir. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununa əsasən icbari tibbi sığortanın maliyyə mənbələri hesabına sığortaolunanlara müvafiq növdə, həcmdə və şərtlərlə tibbi xidmətlərin toplusu xidmətlər zərfini təşkil edir. Həmin qanunun 15-2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasında qaçqın statusu almış və BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər sığortaolunan hesab edilir. İxtisaslaşdırılmış ambulator tibbi xidmətlərə hazırda tərəflərin birgə nikahdan olan övladlarının əziyyət çəkdiyi xəstəliklərə görə həkim müayinələri də daxildir. Bundan əlavə həmin xəstəliklərə görə məhz 500 manat vəsaitin zəruri olmasını sübutetmə yükü isə iddiaçının üzərinə düşdüyündən, iddiaçı isə uşaqlar üçün yazılmış xx.xx.2023- cü il tarixli həkim reseptlərini məhkəməyə təqdim etməklə kifayətlənmiş, iddiasını əsaslı edəcək kifayət qədər sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 28 may 2012-ci il təvəllüdlü X7 və 28 may 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin 11 aprel 2017-ci il tarixli 2(102)-1802/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay 235 manat olmaqla cəmi 470 manat sabit pul məbləğində aliment tutulmalıdır. İddia qalan hissədə rədd edilməlidir. Məhkəmə iddia tələbinin dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsi ilə bağlı bildirir ki, ödənilmiş dövlət rüsumu təmin edilmiş iddia tələblərinə mütənasib şəkildə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Belə olan təqdirdə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu tələbin təmin edilmiş hissəsinə uyğun olaraq (470-260=110, 110x12=1320, 1320-1000=320, 320x1%=3,2) 33,20 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddiaçının tələbinin digər hissəsi əlavə xərclərin artırılması ilə bağlı olduğundan və həmin hissədə iddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödəniliş 100 manat məhkəmə xərclərinin (medasiya ödənişi 60 manat və məhkəməyə ödənilən rüsum 40 manat olmaqla) qalan hissəsini təşkil edən məbləğ (100-33,20= 66,80) 66,80 manat iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2012-ci il təvəllüdlü X2 və X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay bir uşaq üçün 235 (iki yüz otuz beş) manat olmaqla, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. Miqdarı dəyişdirilmiş alimentlərin tutulması bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Ödənilmiş dövlət rüsumuna görə 33,20 (otuz üç manat iyirmi qəpik) məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun 66,80 (altmış altı manat səksən qəpik) manat hissəsi İddiaçı özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-1798/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1798/2024
13.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver