Məhkəmə qərarları › İş №2(006)-180/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-180/2023

31.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-180/2023 31.01.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı1 və cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə1 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “avtomaşına dəymiş zərər və digər xərclər” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “avtomaşına dəymiş zərər və digər xərclər” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, idarə etdiyi Hunday Sonata markalı, **-GH-*** dövlət qeydiyyat nişanlı avtomaşına Hunday Santafe markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü tərəfindən vurulmuş, nəticədə avtomaşına və Opel Vektra markalı, **-GZ-*** qeydiyyat nömrəsi olan avtomaşına ümumilikdə 7945 manat dəymiş zərərdən (azsığorta ödədiyi məbləğ 4183 manatın) 3762 manat zərərin və əldən çıxmış fayda kimi 1000 manat, ümumilikdə 4762 manat pulun Cavabdeh birdəfəlik tutularaq ona ödənilməsi və qətnamənin icrasının cavabdehin idarə etdiyi Hunday Santafe markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı avtomaşına yönəldilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı1 iddianı müdafiyə edərək, öz izahatında bildirmişdir ki, o, Hunday Sanata markalı, **-GH-*** dövlət qeydiyyat nişanlı avtomaşını baş etibarnamə ilə idarə edir, özü 2-ci Qarabağ müharibə veteranıdır. Taksi xidməti ilə məşğul olur. Hunday Sonata markalı, **-GH-*** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edərkən Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ilə Pirşağı qəsəbəsi arasında Kürdəxanı şosesində Oba marketin qarşısında işıqforda avtomaşını saxlayıb gözləyərkən arxada dayanan Hunday Santafe markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı avtomaşın onun idarə etdiyi avtomaşını arxadan vurmuşdur. İşıqforda gözlədiyi üçün onun avtomaşını sürüşərək ondan qabaqda saxlamış Opel Vektra markalı, **-GZ-*** qeydiyyat nömrəsi olan avtomaşının arxa hissəsinə dəymişdir. Hadisə olduqdan sonra hadisəni törədən Hunday Santafe markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü Azərsığorta şirkətinə zəng etmişdir və ərazi üzrə X6 hadisə yerinə gəlmişdir, araşdırma zamanı məlum olmuşdur ki, təqsir arxada dayanan Hunday Santafe markalı, **- CO-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsündə olmuşdur. Buna görə də hadisə barədə protokol və hadisə yerinin eksizi çəkilmişdir. Azərsığorta dəymiş zərərlə bağlı zərərin bir hissəsini, yəni 4183 manat ödəmişdir, dəymiş zərərin qalan hissəsi cavabdeh tərəfindən ödənilməli olduğu halda cavabdeh zərərin qalıq hissəsini ödəməkdən imtina edir. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə1 iddia tələbini qəbul etməyərək, öz izahatında bildirmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ilə Pirşağı qəsəbəsi arasında Kürdəxanı şosesində Oba marketin qarşısında yol nəqliyyat hadisəsi baş vermişdir. Cavabdehin idarə etdiyi Hundai Santafe markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Hundai Sonata markalı, **-GH-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşdur. Oba marketin qarşısında idarə etdiyi avtomobilə sağ tərəfdən digər bir nəqliyyat vasitəsinin toxunmaq anında idarəçiliyi itirmişdir. Onun tərəfindən hadisə ilə bağlı "xxxx" şirkətinə dərhal məlumat verilmişdir. Ərazi üzrə X6 əməkdaşları da hadiə yerində olmuş və hadisə yerinə texniki baxış keçirmişlər. Protokol tərtib edilmiş və hadisə yerinin eskizi çəkilmişdir. Ərazi üzrə DYP şöbəsinə dəvət olunmuş, ondan izahat alınmış və eyni zamanda içkili olub-olmamağı müəyyən olunmuş, narkoloji şöbənin arayışı ilə hadisə törətdiyi saatlarda içkili olmadığı da təsdiqlənmişdir. Hadisədən xeyli vaxt keçdikdən sonra isə onun +**********87 mobil nömrəsinə zəng olunmuşdur. Özünü İddiaçı1 qohumu kimi təqdim edən şəxs sığorta şirkətinin ödədiyi 4183 manat məbləğin az olduğunu bildirmiş, ondan əlavə pul məbləği tələb olunmuşdur. Tələb olunan məbləğlə razılaşmamışdır. Sığorta şirkətinin nümayəndələrinin və onun iştirakı olmadan dəymiş zərərin özbaşına qiymətləndirilməsinin qeyri-qanuni olduğunu bildirmişdir. Həmçinin, iradında bildirmişdir ki, sığorta şirkəti tərəfindən dəymiş zərərə görə hesablanmış məbləğ onu qane etmirdisə, həmin məbləğin ödənilməsindən imtina etməli idi. Sığorta şirkəti tərəfindən dəymiş ziyanın dəyəri hesablanmış və ziyana görə dəymiş 4183 manat məbləğ İddiaçı1 ödənilmişdir və onun tərəfindən ödənilmiş məbləğə də heç bir etiraz olmamışdır. İddiaçı qiymətləndirmə fəaliyyəti ilə məşğul olan ekspertlərə müraciət etmədən sığorta şirkətinin və onun iştirakı olmadan dəymiş ziyanın məbləğinin əsassız olaraq artırılması qəbul olunmazdır. Qeyd edilənlərə əsasən, cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə digər İddiaçı2 məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş, lakin məhkəməyə gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılması mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı1 iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli, İXP ******* saylı X3 Protokoldan və TP ******* saylı X4 X2 görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 11:30-da X5 markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan ƏN-V № 915586 seriyalı Nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında Etibarnamədən görünür ki, “Hyundai Sonata” Minik markalı, **-GH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi İddiaçı2dır. Etibarnamə İddiaçı1 nəqliyyat vasitəsinin idarə etmək üçün verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli "xxxx" MMC tərəfindən verilmiş dəymiş zərərin hesablanmasına dair aktdan görünür ki, “Hyundai Sonata” markalı, **-GH-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci 5305 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 01/02-224ADS №-li müstəqil ekspert rəyindən görünür ki, qəzalı vəziyyətdə olan “Hyundai Sonata” Minik markalı, **-GH-*** dövlət nömrə nişanlı avtomobilin tam sökülüb yığılmasına, təmir və rənglənməsinə sərf olunan, işlərin dəyəri 7945 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan 45096№-li ödəniş tapşırığından görünür ki, 4183,78 manat məbləğ sığorta şirkəti tərəfindən hazırki iş üzrə İddiaçı1 ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 sentyabr 2022-ci il tarixli 9/6776 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2008-ci buraxılışlı “Hyundai Sonata” markalı, **-GH-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 7945 manat müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 noyabr 2022-ci il tarixli 9/7746 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2008-ci il buraxılışlı “Hyundai Sonata” markalı, **-GH-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 7705 manat müəyyən edilmişdir. O cümlədən: Dəyişilməli hissələrin qiyməti—5035 manat;Təmir-bərpa işlərinin qiyməti-2670 manat. Nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktlarındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2008-ci il buraxılışlı “Hyundai Sonata” markalı, **-GH-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 5555 manat müəyyən edilmişdir. O cümlədən: Dəyişilməli hissələrin qiyməti-3975 manat; Təmir-bərpa işlərinin qiyməti— 1580 manat. İş materiallarından görünür ki, İddiaçı1 üçüncü dərəcəli əlildir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci və 217.4-cü maddələrinin tələblərini əsas götürərək məhkəmə öz qətnaməsini tərəflərin təqdim etdiyi və məhkəmə iclasında tədqiq olunmuş aşağıdakı sübutlarla əsaslandırır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 1096.1 maddəsinə əsasən «mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir)». Həmin Məcəllənin 1097.1 maddəsinə uyğun olaraq «mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər». MM-nın 1108.1-ci maddəsinə əsasən “ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur”. Bundan başqa, MM-nın 21.1 maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 1114-cü maddəsinə görə «başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır». Həmçinin MM-nin 925-ci maddəsinə görə «sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında sığortaçı müəyyən edir». Həmin Məcəllənin 936-cı maddəsinə əsasən, «subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir». Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı1 etibarnamə ilə idarə etdiyi “Hunday Sonata” markalı, **-GH-*** dövlət qeydiyyat nişanlı avtomaşını Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ilə Pirşağı qəsəbəsi arasında Kürdəxanı şosesində Oba marketin qarşısında işıqforda avtomaşını saxlayıb gözləyərkən arxada dayanan “Hunday Santafe” markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı avtomaşın onun idarə etdiyi avtomaşını arxadan vurmuşdur. İşıqforda gözlədiyi üçün onun avtomaşını sürüşərək ondan qabaqda saxlamış Opel Vektra markalı, **-GZ-*** qeydiyyat nömrəsi olan avtomaşının arxa hissəsinə dəymişdir. Hadisə olduqdan sonra hadisəni törədən “Hunday Santafe” markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü Azərsığorta şirkətinə zəng etmişdir və ərazi üzrə X6 hadisə yerinə gəlmişdir, araşdırma zamanı məlum olmuşdur ki, təqsir arxada dayanan “Hunday Santafe” markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsündə olmuşdur. Buna görə də hadisə barədə protokol tərtib edilmişdir. "xxxx" Şirkəti dəymiş zərərlə bağlı zərərin bir hissəsini, yəni 4183 manat ödəmiş, dəymiş zərərin qalan hissəsi cavabdeh tərəfindən ödənilməmiş və cavabdeh zərərin qalıq hissəsini ödəməkdən imtina edir. Hal-hazırda iddiaçı məhkəməyə müraciət edərək, cavabdehdən 3762 manat dəymiş zərərin ödənilməsini tələb edir. Zərərin ödənilməsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 sentyabr 2022-ci il tarixli 9/6776 saylı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 noyabr 2022-ci il tarixli 9/7746 saylı ekspert rəylərində iddiaçıya məxsus avtomobilə zərər dəyməsi faktı öz təsdiqini tapmışdır. Belə ki, 15 noyabr 2022-ci il tarixli 9/7746 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2008-ci il buraxılışlı “Hyundai Sonata” markalı, **-GH-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 7705 manat müəyyən edilmişdir. O cümlədən: Dəyişilməli hissələrin qiyməti-5035 manat; Təmir-bərpa işlərinin qiyməti-2670 manat. Nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktlarındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2008-ci il buraxılışlı “Hyundai Sonata” markalı, **-GH-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 5555 manat müəyyən edilmişdir. O cümlədən: Dəyişilməli hissələrin qiyməti-3975 manat; Təmir-bərpa işlərinin qiyməti-1580 manat. Təqdim edilən ekspert rəyindən görünür ki, ekspert həm "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara, həm də "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtomaşına dəymiş zərərin məbləği müəyyən etmişdir. İşin faktiki halları ilə müəyyən edilmişdir ki, "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktına əsasən, 7945 manat məbləğində dəymiş ümümi zərərin məbləğindən 4183 manat məbləğində pul vəsaiti sığorta şirkəti tərəfindən ödənilmişdir. Azərbaycan Republikası MPM-nin 101.7 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla barəbər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Bu səbəbdən məhkəmə 15 noyabr 2022-ci tarixli 9/7746 saylı rəyini MPM-nin 101.7-ci maddəsinə əsasən sübut kimi qəbul edərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmaqla, Cavabdeh İddiaçı1 xeyrinə avtomobilinə dəymiş zərər: 7705 manat – 4183 manat = 3.522 (üç min beş yüz iyirmi iki) manat məbləğində pul vəsaiti tutulmalıdır. Məhkəmə iddia tələbinin “cavabdehdən 1.000 manat əldən çıxmış fayda tutularaq iddiaçıya ödənilməsi” və “qətnamənin icrası cavabdehin idarə etdiyi “Hyundai Santafe” Minik markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı avtomaşına yönəldilməsi” hissələri ilə əlaqədar qeyd edir ki, iddiaçı iddia tələbinin həmin hissələri ilə əlaqədar məhkəməyə hər hansı bir sübut təqdim edə bilmədiyi üçün iddia tələbi qeyd olunan hissələrdə təmin edilməməlidir. Məhkəmə hesab edir ki, hadisə zamanı Hunday Sonata markalı, **-GH-*** dövlət qeydiyyat nişanlı avtomaşın İddiaçı1 tərəfindən idarə etdiyi üçün, avtomobilə dəymiş zərər onun xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, avtomobilə dəymiş zərərə görə 3.522 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı1 ödənilməlidir. 200 manat ekspertiza xərci hər iki tərəfə aid edilərək, müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE********************) hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh İddiaçı1 xeyrinə avtomobilinə dəymiş zərər 3.522 (üç min beş yüz iyirmi iki) manat məbləğində pul vəsaiti tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 200 (iki yüz) manat İddiaçı1 və Cavabdeh müştərək qaydada tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar