Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1846/2023 11.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi -Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı - İddiaçı, Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi - X1 iştirakları ilə, İddiaçı Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «kredit müqaviləsi üzrə borcun restrukturizasiyaya yönəldilməsi» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «kredit müqaviləsi üzrə borcun restrukturizasiyaya yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının xx.xx.2009-cu il tarixli Kredit müqaviləsi üzrə borcunun restrukturizasiya edilmiş 4527,53 manat məbləğə yönəldilməsi və yeni müqavilənin bağlanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2009-cu il tarixli Kredit müqaviləsi ilə "xxxx" ASC-dən illik 30% dərəcəsi ilə j 6200 USD məbləğində 24 ay müddətinə kredit götürmüşdür. Kredit müqaviləsinin şərtləri 2015-ci ilin devalvasiyasına qədər yerinə yetirilmiş, ödənişlər aparılmalıdır. Məlum devalvasiyadan sonra manatın məzənnəsi ABŞ dollarına nisbətdə hal-hazırki dövrdə 100 faiz dəyərdən düşərək 1 ABŞ dolları 1 manat 63 qəpik civarında olması səbəbindən ödəmənişlərində çətinliklər yaranmışdır. Qaradağ Rayon Məhkəməsinin 2(002)-985/2014 saylı xx.xx.2014-cu il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin mənə qarşı 5327 ABŞ dolları əsas, 7027 ABŞ dolları faiz, 3995 ABŞ dolları cərimə olmaqla cəmi 16349 ABŞ dolları və 30 manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə iddiası tam şəkildə təmin edilmişdir. Qaradağ Rayon Məhkəməsinin 2(002)-985/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsi icra edilməsi üçün Qaradağ Rayon İcra Şöbəsinə yönəldilmiş və müvafiq qaydada icra edilir. xx.xx.2009-cu il tarixdə Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidentinin 551 saylı Fərmanın tələblərinə uyğun olaraq kredit borcu restrukturizasiya edilərək borcu 4527,53 manat müəyyən edilmişdir. xx.xx.2009-cu il tarixli 551 saylı Fərmanın tələblərinə uyğun xx.xx.2009-cü il tarixli Kredit müqaviləsi üzrə restrukturzasiya edilmiş 4527.53 manat məbləğ üzrə yeni müqavilənin bağlanmasını 2019-cu ilin sonuna kimi və eləcə də xx.xx.2021-ci il tarixli ərizə xahiş etmişdir. Lakin ona məlum olmayan səbəblərdən Ərizəsi itirilmişdir, baxmayaraq ki, "xxxx" ASC ərizəni qəbul etdiyi barədə öz ərizənin surətinə öz möhürünü də vurmuşdur. Ancaq "xxxx" ASC-nin məqsədli səhlənkarlığı səbəbindən xx.xx.2019-cu il tarixli 551 saylı Fərmanın tələblərinə uyğun onunla yeni kredit müqaviləsi bağlamamışdır. xx.xx.2023-cü il tarixdə rəsmi qayda da təkrar "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna Pretenziya ilə müraciət edərək onunla xx.xx.2019-cu il tarixli 551 saylı Fərmanın tələblərinə uyğun olaraq yeri müqavilənin bağlanmasını xahiş etmişdir. Ancaq "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondun sözügedən müraciətinə **********134 saylı xx.xx.2023-cü il tarixli "müraciətinə baxılma haqqında" cavabı ilə xahişini rədd etmişdir. Pozulmuş mülki hüquqlarını bərpa etmək mümkün olmadığından məhkəməyə müraciət etmək məcburiyyəti yaranmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(002)-985/2014 saylı qətnaməsindən görünür ki, Cavabdeh1 ASC ilə İddiaçı arasında bağlanmış 25 avqust 2009-cu il tarixli, İS-4011 saylı kredit müqaviləsinə xitam verilməsi, cavabdeh İddiaçı 5327 ABŞ dolları məbləğində əsas kredit borcu, 7027 ABŞ dollar məbləğində faiz borcu, 100 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 12454 ABŞ dolları məbləğində (Azərbaycaı manatına olan məzənnə ilə) borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq Cavabdeh1 ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. xx.xx.2020-ci il tarixli Problemli kreditlərin kompensasiyası barədə məlumatdan müəyyən olunur ki, iddiaçının xx.xx.2019-cu il tarixinə "Royalbank” ASC-yə əsas kredit borcu 9055,07 manat, borcun azaldılmasına yönəldilən məbləğ 4527,53 manat, qalıq borcunun məbləği 4527,53 manat olmuşdur. Cavabdehin iddiaçıya ünvanlanmış **********134 saylı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı ilə Cavabdeh1 ASC arasında bağlanmış xx.xx.2009-cu il tarixli (00)**********00182 saylı kredit müqaviləsinə əsasən 6200 ABŞ dolları məbləğində kredit verilmişdir. İddiaçı bank qarşısındakı öhdəliyini vaxtında yerinə yetirmədiyi üçün borcun məhkəmə qaydasında tutulması məqsədi ilə bank tərəfindən məhkəmədə iddia qaldırılmış və Qaradağ rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(002)-985/2014 saylı məhkəmə qətnaməsi ilə İddiaçı LPO "RoyalBank ' ASC -nin xeyrinə 12454 ABŞ dolları və 30 manat dövlət rüsumu borcun tutulması qət edilmişdir. Qətnamə qüvvəyə mindikdən sonra banka 6023.57 ABŞ dolları ödəniş həyata keçirilmişdir. xx.xx.2023-cü il tarixə sözügedən qətnamə üzrə "RoyalBank” ASC qarşısında 6430.43 ABŞ dolları və 30 manat dövlət rüsumu borc öhdəliyi mövcuddur. Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 saylı «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Fərmanının 8.6-ci bəndinə əsasən bu Fərmanın məqsədləri üçün vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar nəzərdə tutulur. Fərmanının tələbindən göründüyü kimi sözügedən fərman yalnız 2012-ci il yanvarın 1-dən sonra bağlanmış kredit müqavilələri üzrə borclara şamil edilmişdir. Hazırki iş üzrə isə "RoyalBank” ASC ilə iddiaçı arasında kredit müqaviləsi xx.xx.2009-cu il tarixdə bağlanmışdır ki, həmin kredit müqaviləsi üzrə borc Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 saylı Fərmanının təsir dairəsinə düşmədiyindən həmin borc restrukturizasiya oluna bilməz. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-1846/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1846/2023
11.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver