Məhkəmə qərarları › İş №2(006)-1854/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1854/2024

02.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1854/2024 02.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçı, cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı X7 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı "aliment məbləğinin həcminin artırılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Nəsibova X4 Aynur Tofiq qızı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı "aliment məbləğinin həcminin artırılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh qarşı aliment tələbi ilə müraciətinə xx.xx.2019-cu il tarixdə Nəsimi Rayon məhkəməsində baxılaraq azyaşlı övladı xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər cavabdehdən hər ay 160 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya verilməsi barədə 2(006)-1615/2019 saylı qətnamə qəbul edilmişdir. Cavabdeh birgə nikahlarından doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X5 məhkəmə tərəfindən təyin olunmuş alimentdən əlavə heç bir maddi kömək göstərmir. Nəsimi Rayon Məhkəməsi tərəfindən təyin olunmuş aliment uşağın heç bir tələbatını ödəmir. Hazırda azyaşlı övladlarını təkbaşına böyüdür. İş yeri yoxdur və kirayədə yaşayır. Təyin olunmuş hər bir uşaq üçün 160 manat aliment azyaşlı uşaqların geyim, qidalanma, digər maddi və sosial xidmətlərini təmin etmir. Cavabdeh isə uşaqların normal böyüməsinə heç bir köməklik etmir. Maddi çətinlik içərisində yaşayan azyaşlı uşağın saxlanması üçün maddi imkanı yoxdur. Bu səbəbdən də hesab edir ki, yaşayış yeri üzrə alimentin artırılması tələbi ilə məhkəməyə müraciət edərək alimentin miqdarının artırılmasını tələb edir. Göstərilənlərə əsasən, Cavabdeh birgə nikahdan doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər hər ay sabit pul məbləğində minimum 235 (iki yüz otuz beş) manat alimentin və mediasiya xərcinin alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

3. Daha sonra Cavabdeh məhkəməyə iddia tələbinə dair etiraz ünvanlayaraq bildirmişdir ki, aşağıdakılara görə iddiaçının iddia ərizəsini əsassız və qanunsuz hesab edir. Belə ki, iddiaçı alimentin miqdarının artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən o, birgə nikahlarından dünyaya gəlmiş azyaşlı X1 üçün deyil, yalnız öz maraqlarını təmin etmək və həmin məbləği şəxsən özü üçün xərcləməsi məqsədi ilə bu iddianı da məhkəməyə verib. İddiaçının iddia ərizəsində göstərdiyi dəlillər həqiqəti əks etdirmir. X2 yetkinlik yaşına çatana qədər hər ay 160 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya verilməsi barədə xx.xx.2019-cu il tarixli, 2(006)-1615/2019 saylı qətnamə icra olunaraq həmin vəsait iddiaçıya verilir. xx.xx.2012-ci il təvəllüdlü X5 məhkəmə tərəfindən təyin olunmuş alimentdən əlavə imkanları daxilində yardım olunur. Nəsimi rayon Məhkəməsi tərəfindən təyin olunmuş aliment uşağın heç bir tələbatını ödəməməsini bildirilməsi absurddur. Əslində iddiaçının göstərdiyi bu dəlil onu sübut edir ki, iddiaçı uşağın deyil, öz maraqlarını təmin etmək yenə də bu iddianı məhkəməyə verib. X9 təkbaşına böyümür, uşaq babası və nənəsi yanındadır, iddiaçı işləyir və o, kirayədə qalmır. İddiaçı ilə birgə nikahdan yalnız xx.xx.2012-ci il təvəllüdlü X3 olmasına baxmayaraq iddiaçının iddia ərizəsinin bir neçə abzasında 160 manat alimentin azyaşlı uşaqların geyimi, qidalanması, digər maddi-sosial xidmətlərinin təmin etməməsinin qeyd olunması isə anlaşılan deyil. İddiaçı övladı X1 üçün ondan alimentin artırılması ilə əlaqədar tələb olunan məbləğin iddiaçının xeyrinə tutulması ilə razılaşa bilmir. Yuxarıda qeyd etdiyi kimi iddiaçı tələbində göstərdiyi 235 manat sabit pul məbləğini yalnız özünün ehtiyacları üçün tələb edir. Əslində İddiaçı bu iddianı məhkəmədə ona qarşı olan nifrətini aşılamaq üçün qaldırıb. Belə ki, nikahları pozulduqdan sonra iddiaçı anasına Nümayəndə və ona qarşı bir neçə dəfə məhkəmədə iddia qaldırıb. Lakin iddiaçının həmin tələbləri əsassız və qanunsuz hesab edilərək rədd edilib. Yalnız iddiaçının mənzildən istifadə hüququnun tanınıb, bu isə X3 övladı olması səbəbindən anası Nümayəndə mülkiyyətində olan mənzilindən istifadə hüququ ilə əlaqədar həmin iddianı qəbul etməsi ilə bağlı olub. İddiaçı digər tələblərlə yanaşı anasına qarşı da əvvəllər əsassız pul tələbləri ilə məhkəməyə müraciət etməsi bir daha sübut edir ki, iddiaçı qızının saxlanılması üçün deyil yalnız öz maraqlarını təmin etmək üçün hazırda bu iddianı da məhkəməyə verib. Onun iddiaçı ilə nikahının pozulmasına səbəbkar iddiaçı özü olub. İddiaçının heç vaxt qızı X1 üçün ona maddi köməklik göstərməmək fikri olmayıb. Belə ki, iddiaçı uzun müddətdir ki, övladlarını ona göstərmir, onunla ünsiyyətdə olmağına icazə vermir, qızı Mehri ilə heç vaxt görüşə bilməyəcəyini və buna imkan verməyəcəyini deyir. O, qızı Mehri ilə ünsiyyətdə olub öz valideynlik hüquqlarını həyata keçirmək istəyir. İddiaçı yalnız xx.xx.2019-cu il tarixli, 2(006)-1615/2019 saylı qətnamə üzrə qızının saxlanılması üçün aliment ödəyə bilər. İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərkən onun gəlirlərini nəzərə almayıb. O, "xxxx" MTK-da satış meneceri işləyir və onun aylqı əmək haqqı 555 manat təşkil edir və bu əmək haqqından da tutmalar aparılır. Başqa gəlirləri isə yoxdur. Nikah pozulduqdan sonra o yenidən ailə qurmuşdur və yeni nikahdan iki azyaşlı övladı vardır. İddiaçı bu övladlarına da çox çətinliklə baxa bilir. Alimentin miqdarının artırılması onların saxlanmasına pis təsir göstərərək onların hüquqlarının pozulmasına da gətirib çıxaracaq. Odur ki, göstərilənləri nəzərə alaraq, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

4. Məhkəmə iclasında ididaçı İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, cavabdehlə birgə nikahlarından xx.xx.2019-cu il təvəllüdlü qızları X9 dünyaya gəlmişdir. Daha sonra cavabdehlə nikahları pozulmuş və birgə nikahlarından doğulmuş uşaq onun himayəsində saxlanılmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə birgə nikahdan doğulmuş uşağın saxlanılması üçün 160 manat alimentin cavabdehdən tutularaq ona ödənilməsi qət edilmişdir. Həmin tarixdən hazırki iddia tələbinə kimi tərəfindən aliment məbləğinin artırılması ilə bağlı məhkəməyə müraciət olunmamışdır. Ancaq hazırda qızının 12 yaşı var və onun saxlanması üçün 160 manat olduqca azdır. Onun isə daimi gəlir yeri yoxdur. Cavabdeh öz övladı ilə maraqlanmır. Alimentdən ziyadə hər hansı köməklik göstərmir. O, tək ana kimi övladının maddi tələbatının ödənilməsində çətinlik çəkir. Odur ki, bu halları nəzərə alaraq iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Məhkəmə iclasında cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etmədiyini bildirərək qeyd etmişdir ki, cavabdehin maaşı çox azdır. Onlar əvvəlki məhkəmə qətnaməsi ilə təyin edilmiş alimenti vaxtı-vaxtında ödəyirlər. Cavabdehin daha artıq alimentin ödənilməsi üçün maddi imkanı yoxdur. Bundan başqa, o, ailəlidir və həmin nikahdan iki azyaşlı övladı var. Alimentin artırılması həmin uşaqların mənafeyini pozur. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

6. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

7. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, iddiaçı və cavabdehin birgə nikahından doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X1 üçün məhkəmənin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh 160 manat məbləğində alimentin tutulması qət edilmişdir. Hazırda həmin məbləğ uşağın saxlanılması üçün kifayət etmədiyindən iddiaçı alimentin artırılmasını tələb edir. Cavabdeh isə ikinci dəfə ailə həyatı qurmuş və həmin nikahdan yetkinlik yaşına çatmayan iki övladı vardır. Hazırda "xxxx" MTK şirkətində menecer vəzifəsində işləyir və aylıq əmək haqqı 555 manatdır. Hazırda cavabdeh ikinci nikahdan da övladlarının olduğunu və əmək haqqının az olmasını qeyd edərək, iddia tələbinin rədd edilməsini tələb edir.

b) Mülki işin materialları:

8. Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-1615/2019 saylı qətnaməsinə əsasən xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay 160 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir.

9. Mülki işin materiallarında olan Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixdə verilən AZ-İİ seriyalı, 900981 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2012-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ata adı qrafasında Cavabdeh, ana adı qrafasında İddiaçı qeyd edilmişdir.

10. Mülki işin materiallarında olan 5 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilən AZ-İİ seriyalı, 072355 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X8 arasında nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2015-ci il tarixdə 102 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada “Nuriyeva” soyadı verilmişdir.

11. Mülki işin materiallarında olan 5 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilən AZ-İV seriyalı, 880988 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində anadan olmuş, ata adı qrafasında Cavabdeh, ana adı qrafasında X7 qeyd edilmişdir.

12. Mülki işin materiallarında olan 5 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilən AZ-İİİ seriyalı, 916481 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2017-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ata adı qrafasında Cavabdeh, ana adı qrafasında X7 qeyd edilmişdir.

13. Mülki işin materiallarında olan "xxxx" MTK tərəfindən verilən xx.xx.2024-cü il tarixli, 135 nömrəli Arayışdan görünür ki, Cavabdeh 2024-cü il tarixindən etibarən müddətli əmək müqaviləsi üzrə "xxxx" MTK şirkətində işləyir. Hal-hazırda satış üzrə menecer vəzifəsində çalışır və işçinin aylıq əmək haqqı 555 manat məbləğində vəzifə maaşından ibarətdir.

14. Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(006)-5783/2018 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdeh Nümayəndə qarşı pul tələbinə dair iddia ərizəsi təmin edilməmişdir.

15. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)-5516/2019 saylı Qərarına əsasən İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx.xx.2019-cu il tarixli, 2(103)-3222/19 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

16. Mülki işin materiallarında Bakı 16 saylı Mediasiya təşkilatı tərəfindən verilən MŞB/16/2024-00104 nömrəli, xx.xx.2024-cü il tarixli “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” Arayışdan görünür ki, ilkin mediasiya sessiyasında hər iki tərəf iştirak etmiş, lakin cavabdehin etibarnamə üzrə nümayəndəsi Nümayəndə mediasiya prosesini davam etdirməyə razılıq verməmişdir. İddiaçı tərəfindən 60 manat (50 manat+ 10 manat poçt xərci) məbləğində mediasiya xərci ödənilmişdir (Mediator:N.Rəsul).

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində göstərilmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

18. Eyni Məcəllənin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquqi varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.

19. Belə ki, başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır.

20. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarı).

21. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.

22. Konstitusiyanın 17-ci maddəsinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

23. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

24. Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir.

25. Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.

26. Eyni Məcəllənin 112.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

27. Həmçinin, «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 25-ci bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır.

28. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

29. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır.

30. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.

31. Bununla belə, məhkəmə vurğulayır ki, iddia tələbinin tam təmin edilməsi aşağıdakılara görə məqsədəuyğun deyil. Belə ki, cavabdeh hazırda ailəlidir və başqa nikahdan iki azyaşlı uşağı vardır. Dolayısı ilə cavabdehin özünün və ailəsinin də əmlak və dolanışıq mənafelərini məhkəmə nəzərə alır. Bundan əlavə, məhkəmə hesab edir ki, uşağın saxlanılmasını tam olaraq valideynlərdən birinin üzərinə qoymaq, konkret olaraq hazırkı işdə uşağın saxlanılması üçün yalnız atanın (cavabdehin) maddi öhdəliyini tanıyaraq alimentin məbləğini 235 manatadək artırmaq Azərbaycan Respublikası Konstitusiyasının 17-ci və Ailə Məcəlləsinin 56.1-ci maddələrinə uyğun olmazdı. Həmin normaların mənasından görünür ki, uşaqların saxlanılması valideynlərdən birinin deyil, onların hər ikisinin bərabər vəzifəsidir və məhkəmə tərəflərin əmlak vəziyyətini nəzərə alaraq, bərabərlik qaydasına mümkün qədər riayət olunmasını təmin etməlidir.

32. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməli, iddia tələbi qalan hissədə rədd edilməli, miqdarı dəyişdirilmiş alimentin tutulması bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır.

33. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçının “mediasiya xərcinin cavabdehdən tutulması” tələbi hissəsində də iddiası qismən təmin edilməlidir.

34. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinin tələblərinə görə “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

35. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

36. Hazırki işdə hər iki tərəf ilkin mediasiya prosesində iştirak etdiyindən, “Mediasiya haqqında” AR Qanununun 36.5-ci maddəsinə əsasən Cavabdeh mediasiya xərci 60 (altmış) manatın 30 (otuz) manatı tutularaq İddiaçı ödənilməli, qalan məbləğ isə iddiaçının özünə aid edilməlidir.

37. Beləliklə, məhkəmə qeyd edilənləri ümumiləşdirərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)- 1615/2019 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, hər ay 200 (iki yüz) manat sabit pul məbləğində müəyyən edilməli və həmin pul vəsaiti bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh hər ay sabit pul məbləğində tutularaq İddiaçı verilməli, eyni zamanda mediasiya xərci olaraq ödənilmiş 60 (altmış) manatın 30 (otuz) manatı Cavabdeh İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir.

38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

39. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

40. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

41. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)- 1615/2019 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, hər ay 200 (iki yüz) manat sabit pul məbləğində müəyyən edilməli və həmin pul vəsaiti bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh hər ay sabit pul məbləğində tutularaq İddiaçı verilsin. Mediasiya xərci olaraq ödənilmiş 60 (altmış) manatın 30 (otuz) manatı Cavabdeh İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar