Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1858/2021 15.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı X3 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İlkin iddia üzrə İddiaçı qarşılıqdı iddia üzrə cavabdeh X4 qarşı «borcun etirafı müqaviləsi üzrə pul» tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı X3 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı «borcun etirafı müqaviləsinin ləğv edilməsi və ilkin iddianın rədd edilməsi» tələbinə dair qarşılıqlı iddia ərizələri ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X4 qarşı «borcun etirafı müqaviləsi üzrə pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, şifahi borc müqaviləsinə əsasən 03.07.2008-ci il tarixdə İddiaçı tərəfindən, X4 190.000 ABŞ dolları məbləğində borc pul verilmişdir. Cavabdeh X6 tərəfindən götürmüş olduğu borc öhdəliyi vaxtında icra edilmədiyi üçün, hər ikimizin razılığı ilə 02 oktyabr 2015-ci il tarixdə, Bakı şəhəri 50 saylı notariat kontorunda, borcun etirafı haqqında Müqavilə bağlanmış və həmin müqavilə də notarial qaydada təsdiq olunmuşdur. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, müqavilədə göstərilən cəmi 199.500 ABŞ dolları məbləğindən 26.250 ABŞ dollarını 01.12.2015-ci il tarixədək, 47.250 ABŞ dollarını 01.01.2016-cı il tarixədən başlayaraq - 30.12.2019-cu il tarixədək, hər ay 500 ABŞ dollarından az olmamaq şərti ilə, qalan 126.000 ABŞ dollarını isə 01.01.2020-ci il tarixdən başlayaraq - 30.12.2020-ci il tarixədək cavabdeh tərəfindən qaytarmağı öhdəsinə götürmüşdür. Lakin, cavabdeh tərəfindən öhdəlik bu vaxta kimi qismən icra edilərək iddiaçıya 02.10.2015-ci il tarixdən - 2019-cu ilin noyabr ayına kimi cəmi 16.100 ABŞ dolları məbləğində pul vəsaiti ödənilmişdir. Hazırda 26.08.2020-ci tarixə cavabdeh X3, İddiaçı qarşısında müqavilə üzrə ödənilməmiş 173.900 ABŞ dolları məbləğində borcu mövcuddur. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi, daha sonra isə yazılı Pretenziya göndərilməsinə baxmayaraq, borc öhdəliyini hələ də bu günə kimi icra etməmişdir. Borc alan tərəfindən, həmin borc məbləği iddiaçıya müqavilə imzalanan tarixdə qaytarılsaydı, 02.10.2015-ci il - 02.12.2020-ci il tarixə kimi 62 ay müddətinə həmin vəsait iddiaçı tərəfindən başqa biznesə sərf edilsəydi və həmin vəsaitdən 5 faiz gəlir əldə etsəydi, bu müddət ərzində 51.522 ABŞ dollar gəlir əldə etmiş olardı. Göstərilənlərə əsasən, cavabdeh X2 173.900 ABŞ dolları əsas borc və 51.522 ABŞ dolları isə dəymiş zərər olmaqla, cəmi 225.422 ABŞ dolları borcun və 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. Öz növbəsində, X1 Füzuli Hüsü oğluna qarşı «borcun etirafı müqaviləsinin ləğv edilməsi və ilkin iddianın rədd edilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, ikin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia ərizəsində göstərmişdir ki, 03.07.2008-ci il tarixdə şifahi borc müqaviləsinə əsasən X4 190000 ABŞ dolları məbləğində borc pul vermiş və həmin pul vaxtında ödənilmədiyinə görə 02 oktyabr 2015-ci il tarixdə aralarında “Borcun etirafı müqaviləsi” bağlanmış və Bakı şəhəri, 50 saylı Notariat Kontorunun 3M-588 saylı reyestrlə təsdiqlənmişdir. İlkin iddia ərizəsinin dəlilləri ilə razı deyildir. Belə ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı bildirdiklərinə görə, o, 03 iyul 2008-ci il tarixdə "xxxx"ndan 75 saylı kredit müqaviləsi ilə 250000 ABŞ dolları məbləğində kredit götürmüş və 75 saylı İpoteka Müqaviləsi ilə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 100 kv.metr olan 3 otaqlı 145 saylı mənzilini və Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndində yerləşən 1792 saylı, 0,12 ha sahəsi olan daşınmaz əmlaklarını ipoteka ilə yüklü etmişdir. Həmin puldan İddiaçı ona 100000 ABŞ dolları vermiş və həmin məbləği ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 2015-ci ildə geri qaytarmışdır. Bu məsələ ilə bağlı həmin vaxt İddiaçı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət vermiş və iddiaçı ora dəvət olunaraq orada izahat vermişdir. İddiaçı isə orada 100000 ABŞ dollarını iddiaçıdan geri aldığını etiraf etmiş və bu barədə notariat qaydada təsdiq edilmiş ərizə yazaraq imzalamış və istintaqa təqdim etmişdir. Ərizədə İddiaçı qeyd olunan 100000 ABŞ dollarını iddiaçıdan geri aldığı ilə yanaşı, iddiaçının ona heç bir borcu olmadığını, gələcəkdə ona qarşı heç bir şikayət və tələbinin olmayacağını göstərmişdir. İddiaçının, İddiaçı bu günə heç bir borcum yoxdur, “Borcun etirafı müqaviləsi”nə imza etməsi ona borclu olduğu pulu verənə qədər bağlandığından formal xarakter daşıyır. Belə ki, X6, yuxarıda qeyd olunan “Borcun etirafı müqaviləsi”ni İddiaçı tərəfindən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi ilə təhdid edilərək məcburiyyət qarşısında qalaraq, həyatına real təhlükənin gələcəkdə də mövcud olmasını gözə alaraq, imza etmişdir və daha sonrada bütün borcu qaytardıqdan sonra notariat qaydasında təsdiq olunan səlahiyyətli orqanlara İddiaçı tərəfindən bunu təsdiq edici ərizə imzalamışdır. Göstərilənlərə əsasən, 50 saylı Notariat Kontorunun 02 oktyabr 2015-ci il tarixli, 3M- 588 saylı reyestrlə rəsmiləşdirilmiş “Borcun etirafı müqaviləsi”nin ləğv edilməsi, «borcun etirafı müqaviləsi üzrə pul» tələbinə dair ilkin iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) ilkin iddia ərizəsini müdafiə etdi və ərizədə göstərilənləri təsdiq edərək onun təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Eyni zamanda o, qarşılıqlı iddia tələbinin tamamilə əsassız olduğunu bildirərək pulun hələdə ona ödənilmədiyini qeyd edərək qarşılıqlı iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçı) nümayəndəsi və vəkili qarşılıqlı iddia ərizəsini müdafiə etdi və ərizədə göstərilənləri təsdiq edərək onun təmin edilməsinə, ilkin iddianın isə təmin edilməməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Eyni zamanda o, ilkin iddiaya etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, qeyd edilən mübahisə üzrə əlavə sübutların araşdırılması, müəyyən edilməsi məqsədilə Bakı şəhəri 50 saylı notariat kontoruna müraciət edilmişdir. Bakı şəhəri 50 saylı Notariat Kontoruna müraciətində tələbkar İddiaçı Borcun etirafı müqaviləsinin imzalandığı 02 oktyabr 2015-ci il tarixindən başlayaraq tələbkara borcun qaytarılıbqaytarılmaması ilə bağlı müraciət etməsi və ya məlumatın olması, qeyd olunan müqavilə üzrə borc tələbkara qaytarılmadığı təqdirdə, borcun qaytarılmasının təmini məqsədilə və müvafiq icra qurumuna göndərilmək üçün icra qeydinin verilməsi ilə bağlı tələbkarın halhazırki tarixədək müraciətinin olub-olmaması barədə məlumat verilməsi xahiş edilmişdir. İş materiallarına əlavə edilən və surəti notarius tərəfindən təsdiq edilmiş, ilk iddiaçı və qarşılıqlı cavabdeh İddiaçı tərəfindən borcun ona ödənilməsini təsdiq edən 02 oktyabr 2015-ci il tarixli ərizəsindən görünür ki, həmin ərizədə ilk İddiaçı göstərmişdir ki, "xxxx" ASC-nin Nəsimi filialından 250.000 ABŞ dolları məbləğində kredit almışdır, həmin məbləğdən yalnız 100.000 ABŞ dolları məbləğində İlqar Əlizadəyə borc vermişdir. 02.10.2015-ci il tarixli “Borcun Etirafı” barədə müqavilənin predmetində qeyd edilmişdir ki, İddiaçı bildirir ki, 03.07.2008-ci il tarixli şifahi borc müqaviləsinə əsasən Cavabdeh 199.500 manat məbləğində borc verdiyini və həmin məbləği borc kimi götürdüyünü qarşılıqlı iddiaçı Cavabdeh etiraf etmişdir. Məlum olduğu kimi bu müqavilə Bakı şəhəri 50 saylı notariat kontorunda təsdiq edilmişdir. Eyni zamanda, yuxarıda qeyd edilən 02.10.2015-ci il tarixli “borcun qaytarılması barədə” ilk İddiaçı ərizəsində qeyd etmişdir ki, "xxxx" ASC ilə imzalanmış 03.07.2008-ci il tarixli, 75 saylı kredit müqaviləsi ilə 250.000 ABŞ dolları kredit götürmüşdür. Həmin kreditdən 100.000 ABŞ dollarını Cavabdeh borc vermişdir. Həmin ərizədə Cavabdeh ona 100.000 ABŞ dolları borcu tam qaytardığını etiraf etmiş, ona heç bir borcu olmadığını və bundan sonra Cavabdeh qarşı heç bir tələbinin olmayacağını göstərmişdir. Hesab edir ki, göstərilən sənədlərdəki tarixi eynilik, yəni ilk iddiaçının 03.07.2008-ci il tarixində "xxxx" ASC-də kredit götürdüyü tarix ilə, borcun etirafı müqaviləsində qeyd edilən 03.07.2008-ci il tarixli şifahi borc müqaviləsinin eyni olması, tərəflər arasında başqa heç bir borc münasibətinin olmadığını, bununla da, borcun qaytarılması barədə ərizədə göstərilən 100.000 ABŞ dollarından başqa İddiaçı İlqar Əlizadəyə heç bir borc vermədiyini göstərir. Daha sonra, İddiaçı həmin ərizədə təsdiq etmişdir ki, 02 oktyabr 2015-ci il tarixində borcalan Cavabdeh tərəfindən borcun tam şəkildə hamısı qaytarılmışdır və ona heç bir borcu yoxdur. Digər tərəfdən həmin ərizədə bildirilmişdir ki, borcalan Cavabdeh tərəfindən 15.06.2013-cü il tarixində həmin ərizədə qeyd etdiyi borcun etirafı yuxarıda qeyd olunan kredit və ipoteka ilə bağlı yazılmışdır. Belə ki, borclunun həmin əlyazmasında qeyd olunan borc məbləği tam olaraq 02.10.2015-ci ildə 100.000 (bir yüz min) ABŞ dolları tam qaytarılmışdır. Yekun olaraq, İddiaçı bundan sonra Cavabdeh qarşı heç bir tələbinin olmaması, həmçinin, onun barəsində məhkəmə və ya digər dövlət qurumlarına heç bir şikayəti olmayacağını bildirmişdir. Eyni zamanda, , qarşılıqlı iddia ərizəsində qeyd edilmiş 02 oktyabr 2015-ci il tarixli borcun etirafı müqaviləsinin surəti qəbul edilmişdir. Əlavə sübutların təqdim edilməsi barədə ərizə verilməzdən qısa müddət öncə qeyd edilən 02 oktyabr 2015-ci il tarixli borcun tamamilə ödənilməsi barədə İddiaçı ərizəsi Bakı şəhəri 12 saylı notariat kontorunun xüsusi notariusu X9 tərəfindən təsdiq edilmişdir. 17.05.2021-ci il tarixində 454 saylı məktubla Bakı şəhəri 50 saylı notariat kontoruna müraciət edilmiş və həmin müraciətdə tələbkar İddiaçı borcun etirafı müqaviləsinin imzalandığı 02.10.2015-ci il tarixindən başlayaraq tələbkara borcun qaytarılıb-qaytarılmaması ilə bağlı müraciətin olub-olmaması, eləcə də bu müqavilə ilə borc tələbkara qaytarılmadığı təqdirdə, borcun qaytarılmasını təmini məqsədilə və müvafiq icra qurumuna göndərilmək üçün icra qeydinin verilməsi ilə bağlı tələbkarın hal-hazirki tarixədək müraciətinin olub-olmaması barədə məlumatın verilməsi xahiş edilmişdir. Belə ki, həmin sorğuya cavab olaraq 02.06.2021-ci il tarixli, 1305 saylı məktubla bildirilmişdir ki: 02.10.2015-ci il tarixdə rəsmiləşdirilmiş 3M-588 reyestr saylı “Borcun etirafı müqaviləsi” üzrə tələbkara borcun qavtarılıb-qaytarılmaması və həmin müqavilə üzrə icra qeydinin aparılması barədə heç bir məlumat aşkar edilməmişdir. İlk iddiaçıya borc tam ödənildiyi üçün və bu barədə kreditorun notarial qaydada təsdiq edilmiş ərizəsi olduğuna görə, 02 oktyabr 2015-ci il tarixli borcun etirafı müqaviləsi də əhəmiyyətsizdir və etibarsız hesab edilməlidir. Qarşılıqlı iddiaçı Cavabdeh ilk İddiaçı 03.07.2008-ci il tarixində yaranmış borcun 02.10.2015-ci il tarixli borcun etirafı müqaviləsində göstərilmiş 100.000 ABŞ dollarından başqa heç bir borc pul vəsaiti əldə etməmişdir və yuxarıda qeyd edilmiş borcun ödənilməsinin etirafı barədə notarial qaydada təsdiq edilmiş müvafiq ərizə ilə də həmin 03.07.2008-ci il tarixində yaranmış borcun tam şəkildə ilkin iddiaçıya ödənildiyi açıq-aydın şəkildə əks etdirilmişdir. Hesab edir ki, 02 oktyabr 2015-ci il tarixli borcun etirafı barədə notarial qaydada təsdiq edilmiş ərizə ilk İddiaçı iddiasının məhkəmə tərəfindən rədd edilməsi üçün əsasdır. Digər tərəfdən 02.10.2015-ci il tarixli borcun etirafı müqaviləsinin imzalandığı tarixdən etibarən borcun qaytarılmaması barədə notariusun icra qeydinin verilməsi məqsədilə müraciətin edilməməsi həqiqətən X10 Nəbiyevə heç bir borcunun olmadığını göstərir. Əgər borclu həqiqətən borcu var idisə, borcun tam realizə edilməsi üçün müraciətin edilməməsi özü təəcüb yaradır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, ilkin iddia tələbi rədd edilməli, qarşılıqlı iddia ərizəsi isə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 02.10.2015-ci il tarixli Borcun etirafı müqaviləsindən görünür ki, X6 müqavilədə göstərilən cəmi 199.500 ABŞ dolları məbləğindən 26.250 ABŞ dollarını 01.12.2015-ci il tarixədək, 47.250 ABŞ dollarını 01.01.2016-cı il tarixədən başlayaraq - 30.12.2019-cu il tarixədək, hər ay 500 ABŞ dollarından az olmamaq şərti ilə, qalan 126.000 ABŞ dollarını isə 01.01.2020-ci il tarixdən başlayaraq - 30.12.2020-ci il tarixədək İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilə 02.10.2015-ci il tarixdə saat 10:39-da çap edilməklə təsdiq edilmişdir. İşdə olan Bakı şəhəri 50 saylı notariat kontorunun 02.06.2021-ci il tarixli, 1305 saylı məktubundan görünür ki, 02.10.2015-ci il tarixdə rəsmiləşdirilmiş 3M-588 reyestr saylı “Borcun etirafı müqaviləsi” üzrə tələbkara borcun qaytarılıb-qaytarılmaması və həmin müqavilə üzrə icra qeydinin aparılması barədə heç bir məlumat aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri 12 saylı notariat kontorunun 02.10.2015-ci il tarixli 7E-9365 reyestr nömrəsi ilə qeydə alınmış İddiaçı 02.10.2015-ci il tarixli ərizəsindən görünür ki, İddiaçı X2 borcunu geri aldığını, X3 ona heç bir borcu olmadığını, X4 qarşı heç bir şikayətinin və tələbinin olmadığını, eləcə də gələcəkdə də olmayacağını bildirmişdir. Ərizə 02.10.2015-ci il tarixdə saat 17:04-də çap edilməklə təsdiq edilmişdir. İş materiallarından göründüyü kimi, X3 İddiaçı borcu olmuş, bu barədə tərəflər arasında 02.10.2015-ci il tarixli Borcun etirafı müqaviləsi bağlanmış, X1 Füzuli Hüsü oğluna olan borcunu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Həmin Məcəllənin 528-ci maddəsinə əsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 529.1-ci maddəsinə əsasən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Həmin Məcəllənin 529.2-ci maddəsinə əsasən öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir. Məhkəmə ilkin iddia tələbinə münasibətdə qeyd edir ki, iş materiallarından göründüyü kimi X1 Füzuli Hüsü oğluna olan borcunu ödəmiş, bu halı İddiaçı Bakı şəhəri 12 saylı notariat kontorunda 02.10.2015-ci il tarixli 7E-9365 reyestr nömrəsi ilə qeydə alınmış 02.10.2015-ci il tarixli ərizəsi ilə təsdiq etməklə X3 ona heç bir borcu olmadığını, X4 qarşı tələbinin olmadığını, eləcə də gələcəkdə də olmayacağını bildirmişdir. Odur ki, məhkəmə hesab edir ki, ilkin iddia tələbinin əsas borc üzrə pulun tutulması hissəsi əsassız olduğundan təmin edilə bilməz. Məhkəmə həmçinin qeyd edir ki, ilkin iddia üzrə tələblərdən ikinci olan dəymiş zərər ilə bağlı qeyd edirki, ilkin iddianın əsas borc üzrə hissəsi təmin edilmədiyinən və ikinci tələb birinci tələblə bağlı olduğundan prosessual qənaət prinsipini nəzərə almaqla əlavə araşdırma aparılmadan ilkin iddia tələbi bu hissədə də təmin edilə bilməz. Buna görə də məhkəmə hesab edir ki, ilkin iddia əsassız olduğundan rədd edilməlidir. Qarşılıqlı iddia tələbinin müqavilənin ləğv edilməsi hissəsinə münasibətdə məhkəmə hesab edir ki, hal-hazırda tərəflər arasında borcla bağlı mübahisə davam etdiyindən və 02.10.2015-ci il tarixli Borcun etirafı müqaviləsi üzrə öhdəliyə, onun icrası nəticəsində xitam verildiyindən həmin müqavilə ləğv edilməlidir. Məhkəmə qarşılıqlı iddia tələbinin ilkin iddianın rədd edilməsi hissəsinə münasibətdə hesab edir ki, göstərilən tələb mülki qanunvericilik üzrə tələb olmadığından , yalnız belə bir xahiş ilə (izahat və ya çıxış mərhələsində) məhkəməyə müraciət etmək hüququ mövcud olduğundan qarşılıqlı iddia həmin hissədə təmin oluna bilməz. Beləliklə, məhkəmə hesab edir ki, ilkin iddia rədd edilməli, qarşılıqlı iddia qismən təmin edilməli, 50 saylı Notariat Kontorunun 02 oktyabr 2015-ci il tarixli, 3M-588 saylı reyestrlə rəsmiləşdirilmiş “Borcun etirafı müqaviləsi” ləğv edilməli və qarşılıqlı iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, ilkin iddia üzrə ödənilmiş dövlət rüsumu ilkin iddia təmin edilmədiyindən ilkin iddia üzrə iddiaçıya aid edilməli, qarşılıqlı iddia isə təmin edildiyindən qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə cavabdehdən tutularaq qarşılıqlı iddia üzrə iddiaçıya ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdeh X4 qarşı «borcun etirafı müqaviləsi üzrə pul» tələbinə dair ilkin iddia tələbi təmin edilməsin. Qarşılıqlı iddia üzrə iddiaçı X3 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı «borcun etirafı müqaviləsinin ləğv edilməsi və ilkin iddianın rədd edilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsi qismən təmin edilsin. 50 saylı Notariat Kontorunun 02 oktyabr 2015-ci il tarixli, 3M-588 saylı reyestrlə rəsmiləşdirilmiş “Borcun etirafı müqaviləsi” ləğv edilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-1858/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1858/2021
15.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver