Məhkəmə qərarları › İş №2(006)-1868/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1868/2024

22.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1868/2024 22.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi ilə, cavabdeh "X7 Azərbaycan" Qapalı Səhmdar Cəmı̇ yyətinin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh "X7 Azərbaycan" Qapalı Səhmdar Cəmı̇ yyətinə qarşı "ipoteka yüklülüyünə xitam verilməsi tələbinə dair" iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "X7 Azərbaycan" Qapalı Səhmdar Cəmı̇ yyətinə qarşı "ipoteka yüklülüyünə xitam verilməsi tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 22 aprel 2019-cu il tarixli İpoteka Müqaviləsinə əsasən “X7 Azərbaycan” QSC-nin Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, cv 34-də yerləşən 17 saylı mənzil üzərində olan ipoteka yüklülüyünə xitam verilməsi barədə qətmanə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 22 aprel 2019-cu ildə “X7 Azərbaycan” QSC ilə "xxxx" MMC arasında 20449/2019 nömrəli kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə, Bank tərəfindən borcalan "xxxx" MMC-yə digər öhdəliklərinin bağlanması ilə bağlı 1.951.000.00 ABŞ dolları məbləğində kreditə pul verilmişdir. Borcalanın 22 aprel 2019-cu il tarixli Kredit Müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmin edilməsi məqsədi ilə 22 aprel 2019-cu il tarixdə Bank ilə borcalan "xxxx" MMC və ipoteka qoyan "xxxx" MMC arasında İpoteka Müqaviləsi (sonrakı İpoteka) bağlanmışdır. Həmin müqaviləyə əsasən mülkiyyət hüququ "Polad” MMC-yə məxsus və Gəncə şəhəri, Nizami rayonu, Gəncə-Şəmkir avtomobil yolunun sağ tərəfi Sevinc qəsəbəsinin cənubunda yerləşən əmlak kompleksi “X7 Azərbaycan» QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Həmin müqaviləyə əsasən ipoteka ilə yüklü edilmiş əmlak kompleksinin likvid dəyəri xx.xx.2017-ci il tarixli qiymətləndirməyə görə 2.460.062 manat müəyyən edilmişdir. Həmçinin borcalanın 22 aprel 2019-cu il tarixli Kredit Müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmin edilməsi məqsədi ilə 22 aprel 2019-cu il tarixdə Bank ilə borcalan "xxxx" MMC və ipoteka qoyan İddiaçı arasında İpoteka Müqaviləsi (sonrakı İpoteka) bağlanmışdır. Həmin müqaviləyə əsasən mülkiyyət hüququ İddiaçı məxsus və ünvan 4-də yerləşən 17 saylı mənzil “X7 Azərbaycan» QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Həmin müqaviləyə əsasən ipoteka ilə yüklü edilmiş mənzilin likvid dəyəri xx.xx.2015-ci il tarixli qiymətləndirməyə görə 1.187.500 manat müəyyən edilmişdir. Sonradan iddiaçı “X7 Azərbaycan” QSC Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək “Asmet LTD" MMCdən, "xxxx" MMC-dən, X2 və İddiaçı müştərək (birgə) qaydada 1.951.000.00 (bir milyon doqquz yüz əlli bir min) ABŞ dolları əsas kredit borcunun, 62.128.71 (altmış iki min yüz iyirmi səkkiz ABŞ dolları yetmiş bir sent) ABŞ dolları əsas məbləğə hesablanmış faiz borcunun, 79.514.50 (yetmiş doqquz min beş yüz on dörd ABŞ dolları əlli sent) ABŞ dolları hər gecikdirilmiş günə görə cərimə borcunun, ümumilikdə: 2.092.643.21 (iki milyon doxsan iki min altı yüz qırx üç ABŞ dolları iyirmi bir sent) ABŞ dolları Mərkəzi Bankın xx.xx.2022- ci il tarixinə olan məzənnə (kurs 1.7000 AZN) ila 3.557.493.46 AZN (üç milyon beş yüz əlli yeddi min dörd yüz doxsan üç manat qırx altı qəpik) manat məbləğində kredit borcumun, 2118 AZN (iki min yüz on səkkiz) manat məbləğində əmlakın sığortalanmasına görə bank tərəfindən çəkilmiş sığorta haqqı, 400 AZN (dörd yüz) manat mediasiya haqqının və 2558.20 AZN (iki min beş yüz əlli səkkiz manat iyirmi qəpik) manat dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunun «X7 Azərbaycan» QSC-nin xeyrinə tutulması (ödənilməsi) barədə, habelə Banka olan borcun cavabdehdən tutulması ilə eyni zamanda ipoteka (girov) qoyulmuş mülkiyyət hüququ ila "xxxx" MMC-ya məxsus olan Gəncə şəhəri., Nizami rayonu. Gənca- Şəmkir avtomobil yolunun sağ tərəfi Sevinc qəsəbəsinin cənubunda, 1.31425 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 2685.1 kv.m., tikintialtı sahəsi 2713 kv.m.. 8 ədəd qeyri yaşayış binalarından ibarət olan əmlak kompleksinə və mülkiyyət hüququ ilə İddiaçı məxsus olan ünvan 1 ünvanında olan ümumi sahəsi 234.09 kv.m., yaşayış sahasi 161.32 kv.m. yardimçı sahəsi 72.77 kv.m., 8-ci mərtəbədə yerləşən 4 otaqlı mənzilə yönəldilməsi, ipoteka müqaviləsinə əsasən tərəflər arasında razılışdırılmış ipoteka predmetlərinin ilkin satış qiymətinin İddiaçı məxsus olan əmlaka görə isə 1,187,500.00 AZN (bir milion yüz səksən yeddi min beş yüz) manat olmaqla açıq hərracdan satılması hesabına ödənilməsi, ipoteka ilə yüklü edilmiş əmlakın satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədiyi təqdirdə məbləğin alan hissəsini cavabdchlərdən tutulmasını təmin, hərracda mənzil və 8 ədəd qeyri yaşayış binalarından ibarət olan əmlak kompleksi “X7 Azərbaycan” QSC tərəfindən alındıqda (əldə edildikdə) 10 (on) gün müddətində boşaldılaraq Banka təhvil verilməsi barədə qətnamənin qəbil edilməsini xahiş etmişdir. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən də görünürdü ki, iddia tələbi ilə tələbin icrası üçün ipoteka ilə yüklü edilmiş əmlakların dəyəri demək olar ki eynidir. Bu səbəbdən iddia verildiyi zaman qanunun tələbinə görə 20 gün ərzində qarşılıqlı iddia verilməmişdir. Lakin həmin əmlakların orta bazar və likvid dəyərləri öncəki qiymətləndiricilər tərəfindən süni şəkildə endirildiyindən məhkəmə tərəfindən ekspertizalar təyin erdilmişdir. İş üzrə ipoteka predmeti olan və Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, ev 34-də yerləşən 17 saylı mənzilin dəyərinin müəyyən edilməsi üçün məhkəmə eskpertizası keçirilmiş və mənzilin bazar dəyəri 2.450.000 manat, likvid dəyəri isə 2.220.000 manat müəyyən edilmişdir. Bundan əlavə digər ipoteka predmeti Gəncə şəhəri, Nizami rayonu. Gəncə-Şəmkir avtomobil yolunun sağ tərəfi Sevinc qəsəbəsinin cənubunda yerləşən əmlak kompleksinin dəyərinin müəyyən edilməsi üçün 2 məhkəmə ekspertizası keçirilmişdir. xx.xx.2022-ci il tarixli ekspert rəyinə görə əmlak kompleksinin bazar dəyəri 6.550.000 manat, likvid dəyəri isə 6.300.000 manat müəyyən edilmişdir. İddiaçının vəsatəti əsasında təkrar ekspertiza keçirilmiş və xx.xx.2023-cü il tarixli ekspert rəyinə görə isə yuxarıda qeyd edilən əmlak kompleksinin bazar dəyəri 6.380.000 manat, likvid dəyəri isə 6.060.000 manat müəyyən edilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən müəyyən etmək olur ki, Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, ev 34-də yerləşən 17 saylı mənzilin və Gəncə şəhəri, Nizami rayonu, Gəncə- Şəmkir avtomobil yolunun sağ tərəfi Sevinc qəsəbəsinin cənubunda yerləşən əmlak kompleksinin ümumi dəyərləri mövcud kredit borcundan dəfələrlə yüksəkdir. Bundan əlavə Gəncə şəhəri, Nizami rayonu. Gəncə-Şəmkir avtomobil yolunun sağ tərəfi Sevinc qəsəbəsinin cənubunda yerləşən əmlak kompleksinin dəyəri mövcud kredit borcundan ən azı 2 dəfə yüksəkdir. Belə olan təqdirdə digər əmlakın, yəni Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, ev 34-də yerləşən 17 saylı mənzilin ipoteka ilə yüklü qalmasında heç bir ehtiyac qalmır. Cünki ən riskli halda belə Gəncə şəhəri, Nizami rayonu. Gəncə- Şəmkir avtomobil yolunun sağ tərəfi Sevinc qəsəbəsinin cənubunda yerləşən əmlak kompleksinin dəyəri hesabına hazırki kredit borcu ödənilə biləcək, başqa əmlakların hərraca çıxarılmasına ehtiyyac qalmayacaq, ən əsası da Bankın heç bir maliyyə itkisi olmayacaq. Əksinə digər əmlakın, yəni Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, ev 34-də yerləşən 17 saylı mənzilin girovda qalması mülkiyyətçinin konstitusiya ilə təsbit edilmiş mülkiyyət hüquqlarını pozur. Bununla bağlı Gəncə Kommersiya məhkəməsinə qarşılıqlı iddia tələbi ilə müraciət edilmişdir. Lakin məhkəmənin qərardadı ilə qarşılıqlı iddia prosessual müddətlərin pozulması səbəbindən verildiyindən icraata qəbul edilməmişdir. Bu səbəbdən müstəqil qaydada iddia vermək məcburiyyətində qalmışdır. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-3157/2023 saylı qərardadına əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh "X7 Azərbaycan" Qapalı Səhmdar Cəmiyyətinə qarşı "ipoteka yüklülüyünə xitam verilməsi” tələbinə dair 2(006)-3157/2023 saylı mülki iş Gəncə Kommersiya Məhkəməsinin icraatında olan iddiaçı "X8 Azərbaycan" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, İddiaçı və X4 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair 2- 2(115)-1626/2022 saylı mülki işlə bir icraatda birləşdirilməsi üçün aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-3157/2023 saylı qərardadına əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3157/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından İddiaçı nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6570/2023 saylı, xx.xx.2023cü il tarixli qərardadına əsasən şikayətin təmin edilməsi, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-3157/2023 saylı qərardadının ləğv edilməsi və işin mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-3157/2023 saylı qərardadına əsasən İddiaçı cavabdeh "X7 Azərbaycan" Qapalı Səhmdar Cəmiyyətinə qarşı "ipoteka yüklülüyünə xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işin aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-3157/2023 saylı qərardadına əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3157/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətin təmin edilməməsi və şikayətin iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(102)-681/2024 saylı qərardadına əsasən Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-3157/2023 saylı qərardadının ləğv edilməsi, işin həmin birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iştirak etməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "X7 Azərbaycan" Qapalı Səhmdar Cəmı̇ yyətinin nümayəndəsi və vəkili X3 izahat verərək iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş “X7 Azərbaycan” Qapalı Səhmdar Cəmı̇ yyəti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 20449/2019 nömrəli, 22 aprel 2019-cu il tarixli kredit müqaviləsinə əsasən bank "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə xx.xx.2021-ci il müddətinədək, illik 1 faiz olmaqla 1.951.000.00 ABŞ dolları məbləğində kreditə pul verilmişdir. İş materiallarına əlavə olunmuş “X7 Azərbaycan” Qapalı Səhmdar Cəmı̇ yyəti, ilə borcalan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və ipoteka qoyan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 22 aprel 2019-cu il tarixli ipoteka müqaviləsinə əsasən "Polad” MMCyə məxsus və Gəncə şəhəri, Nizami rayonu, Gəncə-Şəmkir avtomobil yolunun sağ tərəfi Sevinc qəsəbəsinin cənubunda yerləşən əmlak kompleksi “X7 Azərbaycan» QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Müqaviləyə əsasən ipoteka ilə yüklü edilmiş əmlak kompleksinin likvid dəyəri xx.xx.2017-ci il tarixli qiymətləndirmə rəyinə əsasən 2.460.062 manat müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş “X7 Azərbaycan” Qapalı Səhmdar Cəmı̇ yyəti, ilə borcalan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və ipoteka qoyan İddiaçı arasında 22 aprel 2019-cu il tarixli ipoteka müqaviləsinə əsasən İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, ev 34-də yerləşən 17 saylı mənzil “X7 Azərbaycan» QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Müqaviləyə əsasən ipoteka ilə yüklü edilmiş mənzilin likvid dəyəri xx.xx.2015-ci il tarixli qiymətləndirmə rəyinə əsasən 1.187.500 manat müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş "xxxx" MMC tərəfindən Gəncə Kommersiya Məhkəməsinin hakimi Gülnaz Quliyevaya ünvanlanmış 283/YKB/22 saylı, 09 dekabr 2022ci il tarixli məktubundan görünür ki, xx.xx.2022-ci il tarixli, e-2-2(115)-1626/2022 saylı qərardad üzrə cavabdeh "xxxx" MMC-yə məxsus Gəncə şəhəri, Nizami rayonu, Gəncə- Şəmkir yolunun sag tərəfi, Sevinc qəsəbəsi ünvanında mülkiyyətdə olan 1.314 ha torpaq sahəsi üzərindəki əmlak kompleksinin hazırki bazar və likvid qiymətini müəyyən etmək üçün qiymətləndirmə işi "xxxx" MMC mütəxəssisləri tərəfindən həyata keçirilmiş, həmin əmlakın 09 dekabr 2022-ci il tarixinə olan: - bazar qiyməti: 6 550 000 (altı milyon beş yüz əlli min) manat - likvid qiyməti : 6 300 000 (altı milyon üç yüz min) manat müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş "xxxx" MMC tərəfindən Gəncə Kommersiya Məhkəməsinin hakimi Gülnaz Quliyevaya ünvanlanmış 282/YKB/22 saylı, 09 dekabr 2022ci il tarixli məktubundan görünür ki, xx.xx.2022-ci il tarixli, e-2-2(115)-1626/2022 saylı qərardad üzrə cavabdeh İddiaçı məxsus və ünvan 4 ünvanında yerləşən 17 nömrəli mənzilin bazar və likvid qiymətini müəyyən etmək üçün qiymətləndirmə işi "xxxx" MMC mütəxəssisləri tərəfindən həyata keçirilmiş, həmin əmlakın 09 dekabr 2022-ci il tarixinə olan: - bazar qiyməti: 2 450 000 (iki milyon dörd yüz əlli min) manat - likvid qiyməti : 2 220 000 (iki milyon iki yüz iyirmi min) manat müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 may 2023-cü il tarixli 10/621-9/576 saylı rəyindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Gəncə-Şəmkir avtomobil yolunun sağ tərəfində, Sevinc qəsəbəsinin cənubunda yerləşən, "xxxx"MMC-nin mülkiyyətində olan əmlak kompleksinin təyinatının istehsalat fəaliyyəti olduğunu, yerləşdiyi ərazinin infrastrukurunu, eləcə də faktiki olaraq fəaliyyət göstərdiyini nəzərə alaraq, həmin əmlak kompleksinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 6380000.0 manat, hazırki orta bazar qiymətlərinə uyğun likvid dəyəri isə təqribən 6060000.0 manat məbləğində müəyyən edilir. İş materiallarına əlavə olunmuş Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(115)-39/2023 saylı qərardadına əsasən cavabdeh İddiaçı "X7 Azərbaycan" Qapalı Səhmdar Cəmiyyətinə qarşı ipoteka müqaviləsinə xitam verilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi geri qaytarılmışdır. İş materiallarına əlavə olunmuş ödəniş qəbzindən (№**********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Pespublikasının Mülki Məcəlləsinin (bundan sonra - MM) 307.1-ci maddəsinə əsasən “İpoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri, əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer, tarix, həmçinin qanunla müəyyən edilmiş imperativ normalar nəzərə alınmaqla ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər, ipoteka predmetinin satış üsulu, ipoteka predmetinin ilkin satış qiyməti və ya bu qiyməti müəyyən edəcək müstəqil qiymətləndiricilər, ipoteka predmeti açıq bazarda satılarkən satışı həyata keçirməli şəxs və ipoteka predmetinin satılmasından əldə olunacaq gəlirlərin bölüşdürülməsi qaydası və növbəliliyi, ipoteka qoyanın elektron poçt ünvanı göstərilməlidir. Azərbaycan Pespublikasının Mülki Məcəlləsinin 309.1 –ci maddəsinə əsasən daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. Məhkəmə iddiaçının Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, ev 34-də yerləşən 17 saylı mənzil üzərində olan ipoteka yüklülüyünə xitam verilməsi barədə iddia tələbinin dəlilləri ilə razılaşmır. Belə ki, 22 aprel 2019-cu il tarixli ipoteka müqavilələrinə əsasən "Polad” MMC-yə məxsus və Gəncə şəhəri, Nizami rayonu, Gəncə-Şəmkir avtomobil yolunun sağ tərəfi Sevinc qəsəbəsinin cənubunda yerləşən əmlak kompleksi və İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, ev 34-də yerləşən 17 saylı mənzil “X7 Azərbaycan» QSCnin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Gəncə Kommersiya Məhkəməsinin icraatında olan iş üzrə ekspertiza keçirilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 may 2023-cü il tarixli 10/621-9/576 saylı rəyinə əsasən Gəncə şəhəri, Nizami rayonu, Gəncə-Şəmkir avtomobil yolunun sağ tərəfində, Sevinc qəsəbəsinin cənubunda yerləşən, "xxxx"MMC-nin mülkiyyətində olan əmlak kompleksinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 6380000.0 manat, hazırki orta bazar qiymətlərinə uyğun likvid dəyəri isə təqribən 6060000.0 manat məbləğində müəyyən edilmişdir. İddiaçı yuxarıdakılara əsasən belə bir məqamı vurğulayır ki, Gəncə şəhəri, Nizami rayonu, Gəncə-Şəmkir avtomobil yolunun sağ tərəfi Sevinc qəsəbəsinin cənubunda yerləşən əmlak kompleksinin dəyəri mövcud kredit borcundan ən azı 2 dəfə yüksək olduğu üçün Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, ev 34-də yerləşən 17 saylı mənzilin ipoteka ilə yüklü qalmasında heç bir ehtiyac yoxdur və bu səbəbdən həmin əmlakın üzərində olan ipoteka yüklülüyünə xitam verilməlidir. Məhkəmə onu qeyd edir ki, İddiaçı hazırki iş üzrə iddia tələbinin əsası üzrə Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, ev 34-də yerləşən 17 saylı mənzil üzərində olan ipoteka yüklülüyünə xitam verilməsi “İpoteka haqqında” Qanunun tələbləri baxımından mümkün deyildir. Belə ki, “İpoteka haqqında” Qanunda ipotekaya xitam verilməsinin konkret əsasları sadalanmışdır. “İpoteka haqqında” Qanunun 48.1-ci maddəsinə əsasən ipotekaya aşağıdakı hallarda xitam verilir: 1.1. ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; 1.2. əsas öhdəliyə xitam verildikdə; 1.2-1. ipoteka saxlayan tələbdən və ya ipotekadan imtina etdikdə;[94] 1.3. tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; 1.4. ipoteka predmeti məhv olduqda; 1.5. bu Qanunla nəzərdə tutulmuş digər hallarda. Qanunun tələbindən də göründüyü kimi iddiaçının qeyd etdiyi əsasla yəni ipoteka predmetlərindən birinin (Gəncə şəhəri, Nizami rayonu, Gəncə-Şəmkir avtomobil yolunun sağ tərəfi Sevinc qəsəbəsinin cənubunda yerləşən əmlak kompleksinin) dəyərinin kredit borcunun məbləğindən 2 dəfə yüksək olduğu üçün borcun ödənilməsi üçün kifayət etməsi və bu səbəbdən də digər əmlakın (Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, ev 34-də yerləşən 17 saylı mənzilin) ipoteka ilə yüklü qalmasında heç bir ehtiyac qalmadığından həmin əmlakın üzərində olan ipoteka yüklülüyünə xitam verilməsi əsası “İpoteka haqqında” Qanunun 48.1-ci maddəsində sadalanan ipotekaya xitam verilməsi əsaslarından heç birinə aid deyildir. Həmçinin məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, məhkəmə gedişatı zamanı cavabdeh "X7 Azərbaycan" Qapalı Səhmdar Cəmı̇ yyəti tərəfindən İddiaçı istənilən əmlakın ipotekada ola-ola satılaraq borcun ödənilməsi və bununla barışıq əldə edilməsi təklif edilmiş, məhkəmə barışığın təmini üçün baxış iclasını təxirə salmış, lakin İddiaçı tərəfindən bu müddət ərzində borcun ödənilməsinə yönəlmiş hər hansısa tədbirlər görülməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "X7 Azərbaycan" Qapalı Səhmdar Cəmı̇ yyətinə qarşı "ipoteka yüklülüyünə xitam verilməsi tələbinə dair" iddiası əsassız olduğuna görə təmin edilməməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki halda iddia tələbi təmin edilmədiyindən, məhkəməyə müraciət edilməsi üçün çəkilmiş xərclər iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "X7 Azərbaycan" Qapalı Səhmdar Cəmı̇ yyətinə qarşı "ipoteka yüklülüyünə xitam verilməsi tələbinə dair" iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar