Məhkəmə qərarları › İş №2(006)-1887/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1887/2021

09.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1887/2021 09.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı Nəsimi rayon məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, Məmmədova Şəbnəm Hikmət qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “evin bölünməsi, yaşayış hüququnun tanınması və satılıb məbləğin yarı bölünməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, hal-hazırda qeydiyyatda olduğu Bakı şəhəri Nəsimi rayonu Nizami küçəsi 118 saylı evin 12 saylı mənzilin satılmışdır, məbləği Cavabdeh ilə o İddiaçı arasında yarı bölünməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, İddiaçı 21 il cavabdeh anası Cavabdeh işgəncələrinə məruz qalmışdır. O, həm işgəncə vermiş, həm də 21 il kilit altında saxlamışdır. Ona istədiyi heç nəyi etməyə icazə verməmişdir. Onun razılıq verdiyi oğlanla ailə həyatı qurmaq istəmədiyi üçün ona soyuq silahla (bıçaq) üstünə hücum edərək üzünü dişləmişdir. Daha sonra İddiaçı Müsiiim qızı 10.07.2017-ci il tarixində onunla ailə həyatı qurmaq istəyən və hal-hazırda evli olduğu X5 barədə anasına danışmışdır. Onunla ailə həyatı qurmaq istədiyini anasına demişdir. Amma anası Cavabdeh razılaşmamışdır. Həmin gecə onu qadınlığa sığmayan işgəncələrə məruz qoymuşdur. Bütün bunların səbəbi də atası X4 və anası Cavabdeh 1998-ci ildə boşanmış olmasıdır. X1 həmişə boşanmış olmasının səbəbini onda görüb. Həmişə bunun heyfini ondan çıxıb. Atası ona hər ay aliment ödəmiş, 3-4 dəfədə telefon almışdır. Amma anası işlətməyə icazə verməmişdir. Hamsını əlindən almışdır. Həmişə də atası haqqında ona pis sözlər demişdir. İddiaçı 21 il atasıla anasının davası arasında qalmışdır. 14.08.2017-ci il tarixində İddiaçı hal-hazırda evli olduğu və 2 uşaq sahibi olduğu X5 ilə ailə həyatı qurmuşdur. Daha sonra anası Cavabdeh onu hal-hazırda qeydiyyatda olduğu Bakı şəhəri Nəsimi rayonu Nizami küçəsindəki 118 saylı evin 12 saylı mənzilindən qeydiyyatdan çıxartmaq üçün məhkəməyə vermişdi. İlk dəfə məhkəmə 10.11.2017-ci il tarixində Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi ilə oldu. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 358, 360. 362-ci maddələrini rəhbər tutaraq Məhkəmə qət etdi ki, iddiaçı Cavabdeh İddiaçı qarşı “yaşayış sahəsində istifadə hüququnun itirilməsi” tələbinə dair iddiası təmin edilməsin. Bu məhkəmədən sonra anası Cavabdeh dəfələrlə onu məhkəməyə verdi. O, körpə bir aylıq uşağıla məhkəmələrə getmişdir. Məhkəmələri uduzan anası onu qeydiyyatdan çıxartmaq üçün televiziya verlişlərinə çıxmışdır. Əvvəlcə Xəzər TV-də Xoşqədəm Plidayət qızının, sonra ATV-də Zaur Baxışəliyevin, sonra ARB-də Elgizin verlişinə çıxaraq ona və ailəsinə şər atmışdı ki, guya onlar ondan ev tələb edirlər. Halubu ki özü onu məhkəməyə vermişdir. Həmin bu sözü gedən evi anası özü öz zəhməti ilə almamışdır. Əvvəlki evləri Bakı şəhəri Nəsimi rayonu Bül-Bül prospekti 42-də yerləşirdi. Həmin ev nənəsı X2 adına olmuşdur. Sonra bu ev plana düşmüş. Daha sonra anası həmin pula Bakı şəhəri Nəsimi rayonu Nizami küçəsindəki 118 saylı evi 12saylı mənzilini almışdır. İddiaçı və anası Cavabdeh 06.01.2006-cı il tarixindən həmin bu evdə qeydiyyatdadırlar. Sonda qətnamənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək, öz izahatında bildirmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 noyabr 2019-cu il tarixli 2(006)- 3356/2019 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi təmin edilmiş, iddiaçı Cavabdeh tərəfindən cavabdeh İddiaçı 15.000 manat məbləğində kompensasiya ödənilməklə onun Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 118, 12 saylı mənzildən istifadə hüquqlarına xitam verilmişdir. Beləliklə hazırkı iş üzrə İddiaçı mübahisəli mənzildən istifadə hüququna xitam verilmişdir. Lakin Məhkəmənin qətnaməsi ilə o, İddiaçı çatası 15.000 manat kompensasiyanın ödənilməsinə imkanı yoxdur. Ona görə də məhkəmənin qətnaməsi icrasız qalmışdır. Sonda cavabdeh iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikasının MPM-nın 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iddiaçının və cavabdehin fikrini dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26.11.2019-cu il tarixli, 2(006)-3356/2019 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh tərəfindən cavabdeh İddiaçı 15.000 manat məbləğində kompensasiya ödənilməklə onun Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 118, 12 saylı mənzildən istifadə hüquqlarına xitam verilməsi, “xxxx” MMC tərəfindən aparılmış qiymətləndirmə hesabatının haqqı olan 300 manat məbləğində pul Cavabdeh tutularaq “xxxx” MMC-nin hesabına köçürülməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 16.03.2020-ci il tarixli, 2(103)-3105/2020 saylı qərardadından görünür ki, iddiaçı Cavabdeh Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 noyabr 2019-cu il tarixli 2(006)-3356/2019 saylı qətnaməsindən verdiyi apelyasiya şikayətindən imtinası qəbul edilsin və ona münasibətdə apelyasiya icraatına xitam verilməmişdir. “xxxx” MMC tərəfindən aparılmış qiymətləndirmə hesabatının haqqı olan 300 manat məbləğində pul Cavabdeh tutularaq “xxxx” MMC-nin hesabına köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 101.3-cü maddəsinə əsasən, «ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir». Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən, «bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir». “Sahibkarlıq fəaliyyəti ilə əlaqədar işlərə baxılarkən məhkəmə tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 mart 2003-cü il tarixli 03 saylı qərarın 7-ci bəndində qeyd olunur: “məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 82.2, 82,3cü maddələrində nəzərdə tutulmuş məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş hal dedikdə, qətnamənin təsviri hissəsində göstərilmiş işdə iştirak edən şəxslərin, şahidlərin göstərdikləri və ya digər sənədlərdə əks olunan hallar deyil, toplanmış sübutlara əsasən məhkəmənin müəyyən etdiyi hallar nəzərdə tutulmuşdur”. «Azərbaycan Respublikası MPM-nin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli qərarında qeyd olunur: «İşə baxan bütün məhkəmələr tərəfindən hər hansı bir iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı və ya hökmü ilə müəyyən edilmiş faktlar yoxlanılmadan sübut kimi qəbul olunmalıdır.» “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 saylı qərarın 6.2-ci bəndində qeyd olunur: “Qətnamənin əsaslandırıcı hissəsinə xüsusi diqqət verilməlidir. Qətnamənin həmin hissəsində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir”. Azərbaycan Respublikası MM-nin 220.1, 220.2 və 220.3-cü maddələrinə əsasən «Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər», «Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər», «Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər». Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ beynəlxalq hüquq aktlarında (insan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci mad., İnsan hüquqlarının və Əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya Əlavə (1 saylı protokolun 1-ci maddəsi və s.) və Azərbaycan Respublikasının Konstitusiyasında (29-cu maddə) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Həmçinin Konstitusiyanın 43-cü maddəsinə görə, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Konstitusiyamızın 13 və 29-cu maddələrində mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına, mülkiyyət hüququnun qanunla qorunmasına, bu hüququn mülkiyyətçinin əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarət olmasına və s. dair müddəalar təsbit olunmuşdur. Odur ki, İddiaçı Cavabdeh “evin bölünməsi, yaşayış hüququnun tanınması və satılıb məbləğin yarı bölünməsi” tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh “evin bölünməsi, yaşayış hüququnun tanınması və satılıb məbləğin yarı bölünməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra bir ay müddətində Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar