Məhkəmə qərarları › İş №2(006)-1888/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1888/2022

19.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1888/2022 19.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əhmədova Məstanə Mətləb qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "aliment miqdarının artırılması" tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "aliment miqdarının artırılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumayıt Apellyasiya Məhkəməsinin 2(105)-1822/2022 saylı, 21 iyun 2019-cu il tarixli qətnaməsinə əsasən onun xeyrinə təyin edilmiş 16.06.2015-ci il təvəllüdlü X6 və 04.10.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 160 manat sabit pul məbləğində alimentin miqdarı artırılaraq cavabdehdən hər ay bir uşaq üçün 193 manat cəmi 386 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şamaxı Rayon Məhkəməsinin 17 sentyabr 2018-cı tarixli qətnaməsi ilə Cavabdeh ilə onun arasında 06 iyul 2012-ci il tarixində Şamaxı rayon Göylər kənd İƏD-sı uzrə nümayəndəliyində bağlanmış və bu barədə həmin tarixdə 10 № ilə qeydə alınmış nikah qeydinin pozulması, birgə nikahdan doğulmuş 16.06.2015-ci il təvəllüdlü X6 Cavabdeh (atasının), 04.10.2016-cı ıl təvəllüdlü X7 onun (anasının) yanında saxlanılması qət edilmişdir (hakim E.Hümbətov). Qətnamədən o narazı qaldığı üçün Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verdi. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)- 1822/2019 saylı, 21 iyun 2019-cu ıl tarixli qətnaməsinə əsasən, Şamaxı Rayon Məhkəməsinin 2(074)-1160/2018 saylı 17 sentyabr 2018 ci ıl tarixli qətnaməsi qismən - tərəflərin birgə nikahlarından doğulmuş 16.06.2015-ci il təvəllüdlü X6 iddiaçı Cavabdeh (atasının) yanında saxlanılması hissəsində ləğv edilməsi və həmin hissədə iş üzrə yem qətnamə qəbul edilməsi, birgə nikahdan doğulmuş 16.06.2015-ci ıl təvəllüdlü X9 və 04.10.2016-cı ıl təvəllüdlü X10 nikah pozulduqdan sonra ananın yanında saxlanılması, 16.06.2015-cı ıl təvəllüdlü X9 atası Cavabdeh alınaraq ona verilməsi. Cavabdeh 16.06.2015-ci il təvəllüdlü X6 və 04.10.2016cı il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 160 (yüz altmış) manat sabit pul məbləğində aliment alınıb ona verilməsi, qətnamə 04.10.2016-cı il təvəllüdlü X1 üçün alimentin tutulması hissəsində tutulması hissəsində 18.02.20'9~cu il tarixdən hesablanmaqla dərhal. X2 üçün alimentin tutulması hissəsində isə onun ona verildiyi gündən hesablanmaqla icra edilməsi qət edilmişdir. Cavabdeh Azərbaycan Respublikasının DİN-nin X11 Alayında çalışır. O, öz istəyi ilə doğma övladlarına alimentı artırmaq istəmir. Ona görə də iddiaçı məcbur olub hazırki iddia tələbi ilə bağlı məhkəməyə müraciət edir. Çünki o, işləmir və tək başına hər iki övladının xərclərini ödəməyə çətinlik çəkir. Cavabdehin maddi imkanı yaxşı olsa da, o, öz istəyi ilə doğma övladlarına əlavə pul ödəmək istəmir. Hər iki övladı uzun müddətdir ki, Allergik bronxit asma xəstəliyindən əziyyət çəkirlər Daim həkim nəzarətində müayinə və müalicə olunurlar. Müayinə olunmayan zaman isə xəstəlikləri şiddətlənir və daha ağır fəsadlar törədə bilər Ona görə də hər şeydən əvvəl övladlarının sağlamlığı üçün əlindən gələni etməyə çalışır. Ata bildiyi halda imkanı olduğu təqdirdə heç nə etmək istəmir. O, övladlarının yeməyinə, içməyinə diqqət etdiyi üçün və onlar azyaşlı olduğuna görə də işləyə bilmir. Aliment pulundan başqa da heç bir yerdən gəlirim yoxdur. Onu da qeyd etməyi vacb bilir kı, heç bır yerdə işləməmək yaxud az gəlir əldə etmək valideynləri oz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi ıstehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə bocludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla.yanaşı həmdə vacib hüquqi vəzifələridir. Cavabdeh Azərbaycan Respublikasının qanunlarına əsasən uşaqların saxlanması üçün 2022-ci ilə olan minimum əmək haqqını ödəməlidir. O, ilk əvvəl alimentin artırılması tələbinə dair müraciətini Mediasiya Şurasına etdi. Mediasıya şurası tərəfindən cavabdehə ilkin mediasıya sessiyasında iştirak etməsi üçün məlumat verilsə də, o gəlməmiş və ilkin medıasiya sessıyasında iştirak etməmişdir. Ona görə də iddiaçıya ilkin mədiasiya sessiyasında iştirak edilməməsi barədə 10.02.2022-ci il tarixli arayış və ödədiyi 50 manat pulun qəbzi təqdim edilmişdir. “Mediasıya haqqında" Azərbaycan Respublikası Qanununun 28.1-cı maddəsində qeyd edilmişdir ki. Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. X8 Əliyev Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Qanunu imzalayıb və uşaqların saxlanması üçün minimum pul 193 (yüz doxsan üç) manat məbləğində müəyyən edilmişdir. Bu Qanun 2022-ci ilin mart ayının 1-dən qüvvəyə minmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda göstərilən məzmunda izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 10.02.2022-ci il tarixli, MŞB/6-533 saylı Arayışın surətindən görünür ki. 10.02.2022-ci il tarixində keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1822/2019 saylı 21.06.2019-cu il tarixli Qətnaməsinin surətindən görünür ki, tərəflərin birgə nikahlarından doğulmuş 16.06.2015-ci il təvəllüdlü X9 və 04.10.2016-cı il təvəllüdlü X7 nikah pozulduqdan sonra analarıcavabdeh İddiaçı yanında saxkanılması, 16.06.2015-ci il təvəllüdlü Rəsulova 16.06.2015ci il təvəllüdlü X6 atası Cavabdeh alınaraq anası İddiaçı verilməsi, Cavabdeh 16.06.2015cı il təvəllüdlü X6 və 04.10.2016-cı il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 160 manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilməsi, qətnamənin 04.10.2016-cı il təvəllüdlü X1 üçün alimentin tutulması hissəsində 18.02.2019-cu il tarixdən hesablanmaqla dərhal, X3 üçün alimentin tutulması hissəsində isə onun anası İddiaçı verildiyi gündən hesablanmaqla icra edilməsi qət edilmişdir. Azərbaycan Respublikaısı Şamaxı rayonunun Göylər kənd İnzibati Ərazi Dairəsi tərəfindən 08.07.2015-ci il tarixdə verilmiş AZ-İİİ seriyalı 568168 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 16.06.2015-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. Azərbaycan Respublikaısı Şamaxı rayonunun Göylər kənd İnzibati Ərazi Dairəsi tərəfindən 01.11.2016-cı il tarixdə verilmiş Az-İİİ seriyalı 820876 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 04.10.2016-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində göstərilmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Eyni Məcəllənin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Belə ki, başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarı). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Eyni Məcəllənin 112.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmçinin, «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.03.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 25-ci bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Belə olan halda məhkəmə qanunvericiliyin tələblərini, uşağın mənafeyini və onun saxlanılması üçün cavabdehdən hər ay 160 manat sabit pul məbləğində alimentin tutulmasını hazırki dövrdə kifayət etmədiyini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli və alimentin məbləği dəyişdirilərək, 193 manat məbləğində müəyyən edilməlidir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.03.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, tərəflərin birgə nikahlarından anadan olmuş 16.06.2015-ci il təvəllüdlü X6 və 04.10.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 193 (bir yüz doxsan üç) manat, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməli, miqdarı dəyişdirilmiş alimentin tutulması bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunan Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.1.1-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatadək olan iddialar üzrə iddia ərizəsi verilərkən, 30 manat məbləğində dövlət rüsumu tutulur. Məhkəmə qeyd olunan qanunvericilik normalarının tələblərinə əsasən hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyi üçün və iddianın qiyməti 1000 manatdan az olduğundan, cavabdehdən 30 manat məbləğində dövlət rüsumu tutulmaqla Dövlət Büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. 16.06.2015-ci il təvəllüdlü X6 və 04.10.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 193 (bir yüz doxsan üç) manat, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində müəyyən edilsin və həmin pul vəsaiti bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla hər ay sabit pul məbləğində tutularaq İddiaçı verilsin. 30 manat dövlət rüsumu cavabdeh X5 tutularaq Dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar