Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1891/2021 12.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclas katibi Muradov Asim Kərim oğlunun katibliyi, İddiaçı, cavabdeh LPO “xxxx” ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh LPO “xxxx” ASC-yə qarşı (Azərbaycan Respublikası Mərkəzi Bankı və “xxxx” MMC üçüncü şəxs qismində cəlb edilməklə) “borcun olmamasının müəyyən olunması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 12 aprel 2021-ci il tarixdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, LPO “xxxx" ASC-də olan 16.11.2009-cu il tarixli, F25-715 nömrəli saxta kredit müqaviləsi üzrə adında olan borcun silinməsi, “xxxx” MMC-də müvafiq düzəlişin edilməsi, həmin kredit borcu üzrə adının reyestrdən çıxarılması vəzifəsinin Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fonduna həvalə olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai rayon məhkəməsinin 20.09.2011-ci il tarixli qətnaməsi ilə LPO “xxxx" ASC-nin iddiası təmin edilmiş, LPO “xxxx" ASC-nin Binəqədi filialı ilə İddiaçı arasında bağlanmış 16.11.2009-cu il tarixli, F25-715 nömrəli kredit müqaviləsi üzrə İddiaçı və X2 4656 ABŞ dolları əsas, 2041 ABŞ dolları faiz, cəmi 6697 ABŞ dolları tutularaq LPO “xxxx" ASC-yə ödənilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-863/2012 saylı 11.09.2012-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin olunmuş, kredit müqaviləsinin tərəflərindən imzalanmaması, tərəflərindən borc götürülməməsi sübut olunmuş və bu səbəbdən iddia rədd edilmişdir. Qeyd edilən qətnamə qanuni qüvvəsini almışdır. Sonradan ona məlum olmuşdur ki, kredit reyestrindən qeyd edilən borc onun adından silinməmişdir. Hal-hazırda da xxxxndan çıxarış edərkən orda həmin kreditin əks olunduğu görünür. O, Mərkəzi Banka müraciət etmiş və onlar bildirmişlər ki, “xxxx" ASC ləğv etmə prosesində olduğu üçün o, Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fonduna və xxxxna müraciət etməlidir. 17.06.2020-ci il tarixdə tərəfindən Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fonduna müraciət edilərək LPO “xxxx" ASC-də olan 16.11.2009-cu il tarixli, F25-715 nömrəli kredit müqaviləsi üzrə adında olan borcun silinməsi üçün xxxxnda müvafiq düzəliş edilməsinə göstəriş verilməsi xahiş olunmuşdur. Tərəfindən iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət olunduqdan sonra Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fondu 09.09.2020-ci il tarixli məktubla ona cavab verərək qeyd edilən qətnamələrdə fondun üzərinə hər hansı bir öhdəliyin qoyulmadığı bildirilmişdir. Eyni zamanda Bakı İnzibati Məhkəməsi də Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fondunun inzibati orqan olmamasına görə iddianın Xətai rayon Məhkəməsinə verilməli olduğunu bildirmişdir. Həmçinin tərəfindən iddia ərziəsi ilə Xətai rayon Məhkəməsinə müraciət olunmuş və cavabdehlərin hüquqi ünvanı Nəsimi rayonu ərazisində yerləşdiyindən iddia ərizəsinə Nəsimi rayon Məhkəməsində baxılması bildirilmişdir. Qeyd edilən kredit borcunun reyestrdə qalması ona çətinliklər yaradır, o, heç bir kredit təşkilatından kredit götürə bilmir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, LPO “xxxx" ASC-yə olan 16.11.2009-cu il tarixli, F25-715 nömrəli kredit müqaviləsi üzrə borcunun olmaması barədə məlumatın “xxxx” MMC-yə verilməsi vəzifəsinin LPO “xxxx” ASC-yə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin İddiaçı əsl olmayan cavabdehin əvəz edilməsinə dair ərizə ilə müraciət edərək, Əmanətlərin Sığortalanması Fondunun əsl cavabdeh LPO “xxxx” ASC ilə əvəz edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda qeyd olunan məzmunda izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddianı qəbul etməyərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia təmin edilməlidir. “xxxx” MMC-dən 07.04.2021-ci il tarixli, SF-4886 saylı Çıxarışdakı “Borcalan aktiv öhdəlikləri” qrafasından görünür ki, İddiaçı LPO “xxxx” ASC-yə 16.11.2009-cu il tarixli kredit müqaviləsinə əsasən (00)**********20285 kredit hesabı üzrə kreditin qalıq məbləği üzrə 4,282.53 manat, faiz məbləği üzrə 2,391.02 manat məbləğində borcu vardır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 sentyabr 2012-ci il tarixli, 2(103)-863/2012 saylı qətnaməsinin surətindən görünür ki, cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4470/2011 saylı işi üzrə 20 sentyabr 2011-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçı “xxxx” ASC-nin cavabdehlər İddiaçı və E.Şıxıyevə qarşı kredit borcun və kredit üzrə yığılmış faizlərin ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməmiş və aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 200,00 (iki yüz) manat iddiaçı “xxxx” ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. LPO “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən İddiaçı ünvanlanmış 09.09.2020-ci il tarixli, **********530 saylı məktubun surətindən görünür ki, onunla “xxxx" ASC arasında bağlanmış 16 noyabr 2009-cu il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən 6150 (altı min bir yüz əlli) ABŞ Dolları məbləğində kredit verilmişdir. Sözügedən kredit müqaviləsi üzrə bank qarşısındakı öhdəliyini vaxtında yerinə yetirmədiyi üçün borcun məhkəmə qaydasında tutulması məqsədilə bank tərəfindən məhkəmədə iddia qaldırılmış və Xətai rayon məhkəməsinin 20 sentyabr 2011-ci tarixli, 2(011)-4470/2011 saylı qətnaməsi ilə iddiaçı “xxxx” ASC-nin cavabdeh İddiaçı ümumilikdə 6697 (altı min altı yüz doxsan yeddi) ABŞ dolları və 20 (iyirmi) manat dövlət rüsumu tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 11 sentyabr 2012-ci il tarixli, 2(103)-863/2012 saylı qərarı ilə Xətai rayon məhkəməsinin 20 sentyabr 2011-ci il tarixli, 2(011)-4470/2011 saylı qətnaməsini ləğv edilmişdir. Eyni zamanda sözügedən məhkəmə qərarlarına əsasən Əmanətlərin Sığortalanması Fondu üzərinə icra ediləcək hər hansı bir öhdəlik qoyulmamışdır. Beləliklə, məhkəmə tərəfindən araşdırılmış iş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının qanuni qüvvəsini almış 11 sentyabr 2012-ci il tarixli, 2(103)-863/2012 saylı qətnaməsinə əsasən «xxxx» ASC-nin İddiaçı və E.Şıxıyevə qarşı 16.11.2009-cu il tarixli kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi qeyd olunan müqavildəki imzanın İddiaçı məxsus olmaması səbəbi ilə təmin edilməmişdir. İddiaçı LPO «xxxx» ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna müraciət edərək adında olan kredit məlumatlarının silinməsini tələb etsə də, ləğv prosesində olan «xxxx» ASC-nin ləğvedicisi sözügedən kredit məlumatlarının sistem məlumatlarından silinməsi öhdəliyi üzərinə qoyulmadığından, ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə görə qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Beləliklə məhkəmə Mülki Prosessual Məcəllənin yuxarıda göstərilən maddələrinə istinad edərək hesab edir ki, tərəflər arasında kredit müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətlərinin yaranmadığı faktı öz təsdiqini tapmışdır. Bu faktın hazırkı məhkəmə baxışı çərçivəsində mübahisələndirilməsi, yenidən sübut edilməsi yolverilməzdir və artıq müəyyən edilmiş hesab edilməlidir. Belə olan halda məhkəmə tərəflər arasında öhdəlik münasibətlərinin yaranmadığı və nəticədə iddiaçının cavabdehin qarşısında öhdəliklərin olmasını təsdiq edən "xxxx" MMC-dəki borcun olması barədə qeydlər əsassız olduğu qənaətinə gəlməklə hesab edir ki, həmin qeydlər silinməlidir. “xxxx”na (Büro) məlumatların təqdim edilməsi və Bürodan məlumatların əldə edilməsi” Qaydalarının 2.1, 4.1 və 4.2-ci bəndlərinə əsasən Büroya borc haqqında məlumatları məlumat təchizatçıları təqdim edirlər. Məlumat təchizatçıları Büroya təqdim edilən məlumatların dəqiqliyini təmin etməlidir. Büroda olan məlumatlara hər hansı düzəliş yalnız məlumat təchizatçılarının təqdim etdikləri məlumat və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən aparılır. “İnformasiya əldə etmək haqqında” Qanunun 2.4-cü maddəsinə əsasən fiziki şəxslərin özləri barəsindəki sənədləşdirilmiş informasiya ilə maneəsiz tanış olmaq, onu əldə etmək, bu informasiyada dəqiqləşdirmələr aparılmasını tələb etmək, informasiyadan kimlərin və hansı məqsədlə istifadə etdiyini öyrənmək hüququ vardır. Həmin Qanunun 10.4.8-ci maddəsinin tələblərinə görə informasiya sahibi həqiqətə uyğun olmayan, natamam və ya qeyri-dəqiq informasiya verməməli, şübhə yarandığı hallarda informasiyanın düzgünlüyünü və mötəbərliyini yoxlamalıdır. Beləliklə qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, LPO «xxxx» ASC "xxxx" MMC-yə iddiaçının borcunun olmaması barədə məlumatı verməməklə hüququnu pozmuş, onun müvafiq maliyyə itkilərinə məruz qalmasına səbəb olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı 16.11.2009-cu il tarixli kredit müqaviləsi üzrə borcunun olmaması barədə məlumatın "xxxx" MMC-yə verilməsi vəzifəsi LPO “xxxx” ASC-yə həvalə edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı LPO «xxxx» ASC-yə 16.11.2009-cu il tarixli kredit müqaviləsi üzrə borcunun olmaması barədə məlumatın "xxxx" MMC-yə verilməsi vəzifəsi LPO “xxxx” ASC-yə həvalə edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-1891/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1891/2021
12.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver