Məhkəmə qərarları › İş №2(006)-1892/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1892/2021

09.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1892/2021 09.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Namazova Çinarə İmaməddin qızının katibliyi, Cavabdeh (digər iddia üzrə iddiaçı) Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı "dəymiş maddi zərəri əvəzinin ödənilməsi tələbi"nə; digər iddia üzrə iddiaçı Cavabdeh İddiaçınə qarşı “aktların etibarsız hesab edilməsi və s. tələbi”nə dair iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "dəymiş maddi zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2017-ci il tarixində 01/8800 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00060 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində xx.xx.2018-ci il tarixdə SMART G-4 markalı, İtron Diofraqma tipli, 1402AZ**********98 zavod nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin və “X1”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki, qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən rəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmış və qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X1nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin sayğacdankənar təbii qazdan istifadə etməsi ilə bağlı təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aşağıdakı aktlar əsasında İddiaçı İB-yə 1440 manat məbləğində maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Beləliklə, cavabdehin yuxarıda qeyd olunan hərəkətləri nəticəsində dəymiş ziyan və onun tərəfindən edilən ödənişlər üzrə 55,50 manat məbləğində borca görə tutulmalar da nəzərə alınmaqla, bugünki gün üçün İddiaçı İB-yə ümumilikdə 2291,70 manat məbləğində qalıq borcu qalmaqdadır. İddiaçı İB-nın nümayəndələri tərəfindən cavabdehə 2291,70 manat pul məbləğinin könüllü qaydada ödənilməsi barədə məlumat verilmiş, əks təqdirdə qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və Birliyə vurmuş olduğu maddi zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi izah edilmişdir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün tərəflərindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Göstərilənlərə əsasən Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 2291,70 manat məbləğində zərərin, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və hüquqi xidmət göstərilməsi üçün hüquq şirkətinə ödənilmiş 300 manat məbləğində xidmət haqqının, ümumilikdə isə 2621,70 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı İddiaçı şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ**********0000002944, SWİFT İBAZAZ2X, İddiaçı İB,VÖEN **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçı Cavabdeh İddiaçınə qarşı “aktların etibarsız hesab edilməsi və s. tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ailə üzvləri ilə birlikdə uzun illərdir ki, qeyd etdiyi ünvanda yaşayır. Müharibə veteranı, Prezident təqaüdçüsü və Azərbaycan Yazıçılar birliyinin üzvüdür. Vətəndaş olaraq konstitusion vəzifələrinin məsuliyyətini dərk edir, hüquq və azadlıqlarından istifadə edərkən sui-istifadə hallarına yol verməmişdir. İddiaçı qeydiyyatda olduğu və yaşadığı ünvanda təbii qazdan istifadə edən istehlakçı kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin «X1» haqqında Qərarın tələblərinə zidd davranmamışdır. Bu qaydaların tələblərinin yerinə yetirilməsi zamanı nəzarəti həyata keçirən dövlət orqanlarının göstərişlərinə-qərarın 3.1.16 bəndinə əməl etsə də, cavabdeh tərəf- qazpaylayıcı profilaktik islərin aparılması və qazdan istifadənin dayandırılması barədə iddiaçını-istehlakçını Qaydaların 3.1.4-ci bəndinə uyğun ən azı 5 (beş) gün əvvəl xəbərdar etməli olduğu halda, bunu heç vaxt etməmiş, Qaydaların 3.1.5-ci bəndində ehtiva edildiyi kimi istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən və yaxud göndərildikdən sonra bir ay müddətində tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə başlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərildikdən sonra qaz qurqusu xəttdən ayrılır. 2020-ci ilin yanvar ayında iddiaçı tərəfindən rekvizitləri ilə əldə edilmiş və NK-nin 80 saylı qərarına uyğun tərtib olunan 2018-ci ilin oktyabr-dekabr aylarındakı sənədlərdən bəlli olur ki, guya «28 dekabr tarixli sənədlə 532 manat 80 qəpik, 16 avqust tarixli sənədlə isə 453 manat 6 qəpik sayğacdan kənar təbii qazdan istifadə (etmiş) olunmuşdur». Ümumilikdə itirilmiş təbii qazın bərpası üçün hesablanmış 1420 AZN ödəniləcək məbləğ barədə bildiriş - xəbərdarlıq iki ildən sonra iddiaçıya guya göndərilmişdir. Faktiki olaraq iddiaçıya heç bir sənəd təqlim edilməmiş, akt onun iştirakı olmadan tərtib olunaraq imzalanmış, soyadının qarşısında isə «imtina etdi» sözlərini qeyd etmişlər. Göründüyü kimi cavabdeh tərəfin «bir ay» və «5 (beş)» gün müddətin pozulması ilə imzaladığı aktların və digər sənədlərin hüquqi qüvvəsi ola bilməz. İddiaçı İB Bakı Regional Qazın Satışı Departamentinin xx xxxxxx 2018-ci il tarixli komission sənədin «Xidmət sahələrinin görəcəyi işlər barədə tələblər» qrafasında yazılır: ”fərdi evdə sayğacdan kənar təbii qazdan istifadə olunduğu aşkar edilmişdir.” Lakin «aşkar etdikləri nöqsan» və xəttin haradan gəlməsi barədə iddiaçının məlumatı yoxdur, orada iştirakı təmin edilməmiş, sənədin surəti ona verilməmişdir. Ona görə də cavabdehin qaydalara zidd davranışlarına-hərəkətsizliklərinə prosesual qaydada reaksiya verilməlidir. Göstərilənlərə əsasən İddiaçı İB Bakı Regional Qazın Satışı Departamenti tərəfindən itirilmiş təbii qazın dəyərinin hesablanmasına dair xx xxxxxx 2018-ci il və xx xxxxxx 2018-ci il tarixdə təsdiq olunan sənədlər və həmin tarixdə bağlanan № 0172170, № ******* nömrəli aktlar hüquqa və qaydalara zidd tərtib olunduğundan etibarsız hesab edilməsi baradə qətnamə qəbul edilməsi, İddiaçı İB Bakı Regional Qazın Satışı Departamentinin məsul şəxslərinin hərəkət və hərəkətsizlikləri barədə istehsalat birliyinə müvafiq qərardad göndərilməsi, iddiaçının hüquqlarına və normativ hüquqi akta zidd sənədləri imzalayan vəzifəli şəxslərin iddiaçıdan üzr istənilməsinin təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Sonradan iddiaçı Cavabdeh iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.2018-ci il tarixdə və xx.xx.2018-ci il tarixdə tərtib edilən aktların etibarsız hesab olunması və həmin aktlar üzrə hesablanmış cərimə borcunun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh (digər iddia üzrə iddiaçı) Cavabdeh öz iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini, İddiaçı iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı (digər iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə digər iddia üzrə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdeh (digər iddia üzrə iddiaçı) Cavabdeh izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçı (digər iddia üzrə) İddiaçı iddia tələbi təmin edilməməli, iddiaçı (digər iddia üzrə cavabdeh) Cavabdeh iddia tələbi təmin edilməlidir. Belə ki, İddiaçı İB ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixdə qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə 01/8800 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən bu müqavilə üzrə qazın qiyməti Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənən tarifə əsasən hər 1 kub metr üçün 0,1 manat məbləğində müəyyən edilir. İş materiallarında olan xx xxxxxx 2018-ci il tarixli, ******* saylı və xx xxxxxx 2018-ci il tarixli, ******* saylı aktların surətlərindən görünür ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən ünvan 2 ünvanında yerləşən istehlakçı Cavabdeh aid qaz sayğacı dövlət yoxlanılmasından keçirilmiş və sayğacın qeyri-qanuni istifadə olunduğu məlum olmuşdur. Məhkəmə hər iki iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı il təsdiq edilmiş “X1nın” 3.2.1-ci bəndinə əsasən, istehlakçı qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi aktda (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməlidir. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, istehlakçı tərəfindən qaz sayğacına hər hansı bir müdaxilə edilməsi və ya hansısa qanun pozuntusunun törədilməsinə dair iddiaçı "İddiaçı" İB tərəfindən məhkəməyə hər hansı bir mötəbər sübut təqdim olunmamışdır. Məhkəmə qeyd edir ki, Cavabdeh tələb olunan borcun hansı akta əsasən abonent hesabına borc olaraq hesablanması və borcun yaranması əsası müəyyən edilmədiyindən həmin məbləğ Cavabdeh tələb edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsi də imperativ olaraq tələb edir ki, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Belə ki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. Beləliklə də məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, iddiaçı Cavabdeh məxsus ünvanda digər iddiaçı "İddiaçı" İB-nin əməkdaşları tərəfindən sayğacda pozuntu halının mövcudluğunu və bu pozuntunun məhz istehlakçının təqsiri üzündən yarandığını təsdiq edən sübut təqdim edilməmişdir. İddiaçı "İddiaçı" İB tərəfin bununla bağlı təqdim etdiyi onun mənafeyinə uyğun yeganə sübut tərtib olunmuş aktlardır. Həmin aktlar isə qüsurlu olduğundan qanuni hesab oluna bilməz. Bu səbəbdən də göstərilən aktlar əsasında hesablanmış borclar silinməlidir. Məhkəmə araşdırılması zamanı həmçinin müəyyən olundu ki, iddiaçı Cavabdeh məxsus ünvanda smart tipli sayğac quraşdırılmışdır. Smartkart tipli (əvvəldən ödənişli) diafraqmalı məişət qaz sayğacı istehlakçıya verilən qazın həcmini uçotunun aparılması üçün istifadə olunur. “Qazdan istifadə Qaydalar”ının 5.2-ci maddəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smartkart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. İşin hallarından məlum olur ki, iddiaçı Cavabdeh məxsus yaşayış sahəsində G-4 T markalı smart kart tipli sayğac quraşdırılmışdır. Smart kart tipli sayğac (əvvəlcədən ödənişli) və smart karta (qaz kartına) yüklənilmiş pul müqabilində qaz buraxır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 80 №-li qərarı ilə təsdiq olunmuş “X1”nın 4.7-ci bəndində göstərilmişdir ki, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Qaydaların 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. İşin materiallarından da göründüyü kimi qaz sayğacı mənzildən kənarda quraşdırılmışdır. Belə olan vəziyyətdə isə abonent sayğacda müəyyən olunmuş qüsurlara görə məsuliyyət daşımamalıdır. «X1»nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 6.6-cı maddəsinə əsasən- qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Həmin Qaydaların 6.7-ci maddəsinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı "dəymiş maddi zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddia ərizəsi təmin edilməməli, iddiaçı Cavabdeh İddiaçınə qarşı “aktların etibarsız hesab edilməsi və s. tələbi”nə dair iddia ərizəsi təmin edilməli, İddiaçı tərəfindən xx.xx.2018-ci il tarixdə və xx.xx.2018-ci il tarixdə tərtib edilən aktlar etibarsız hesab olunmalı və həmin aktlar üzrə hesablanmış cərimə borcu (2291,70 manat) silinməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı "dəymiş maddi zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddia ərizəsi təmin edilməsin. İddiaçı Cavabdeh İddiaçınə qarşı “aktların etibarsız hesab edilməsi və s. tələbi”nə dair iddia ərizəsi təmin edilsin. İddiaçı tərəfindən xx.xx.2018-ci il tarixdə və xx.xx.2018-ci il tarixdə tərtib edilən aktlar etibarsız hesab olunsun və həmin aktlar üzrə hesablanmış cərimə borcu (2291,70 manat) silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar