Məhkəmə qərarları › İş №2(006)-1907/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1907/2021

06.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1907/2021 06.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Məmmədova Şəbnəm Hikmət qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasındabaxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, onunla Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanmış və Bakı şəhəri 3 saylı notariat kontoru tərəfindən 3M-725 nömrə ilə təsdiq edilmiş borc müqaviləsi üzrə 22.000 manat məbləğində pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, əvvəldən Cavabdeh 2019-cü ilin dekabr ayında iddiaçıya müraciət edərək, ona borc pul lazım olduğunu bildirmiş və iddiaçıdan borc pul istəmişdir. İddiaçı da cavabdehi tanıdığından və borcun qaytarılması ilə bağlı hər hansı şübhəsi olmadığına, cavabdehə inandığına görə, ona borc verməyə razılaşmışdır. xx.xx.2019-cu il tarixdə iddiaçı Cavabdeh ilə Bakı şəhəri 3 saylı notariat kontoruna gedərək, yazılı formada borc müqaviləsi bağladılar. Cavabdeh ilə aralarında bağlanmış həmin müqavilənin şərtlərinə görə iddiaçı Cavabdeh xx.xx.2019-cu il tarixdə notarius vasitəsi ilə 22.000 manat məbləğində borc vermişdir. Cavabdeh isə həmin məbləği qəbul edərək, borcu xx.xx.2020-ci il tarixədək qaytarmağı öz öhdəsinə götürmüşdür. Müqavilə hər ikisi tərəfindən imzalandıqan sonra notarius müqaviləni təsdiq etdi. Lakin müqavilə üzrə borcun qaytarılma müddəti keçməsinə baxmayaraq, Cavabdeh borcu qaytarmaqdan yayınmağa başlamışdır. Cavabdeh iddiaçı tərəfindən borcun ödənilməsi barədə şifahi formada dəfələrlə xəbərdar olunsa da, borc ödənilməmiş qalmışdır. İddiaçı da hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə ki, Cavabdeh iddiaçının qarşımda xx.xx.2019-cu il tarixli borc müqaviləsi üzrə icra edilməmiş öhdəliyi mövcuddur. Bu müqavilə üzrə öhdəliyin icra edilməməsi nəticəsində cavabdehin iddiaçıya olan borcunun məbləği 22.000 manat təşkil edir. İddiaçı xx.xx.2020-ci il tarixli pretenziya ərizəsi ilə cavabdehə müraciət edərək borcun 3 gün müddətində ödənilməsini xahiş etmişdir. Lakin müraciəti müsbət nəticələnməmişdir. Bu səbəbdən də iddiaçı, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və heç bir üzrlü səbəbinin olmasını məhkəməyə bildirməmişdir. Cavabdehin yaşayış yeri məhkəməyə məlum olmadığına görə məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinin tələblərinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş materiallarını araşdırıb, sübutları tədqiq edib və müvafiq maddi və prosessual hüquq normalarına uyğun olaraq qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri 6 saylı Notariat Ofisində təsdiq edilmiş xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsinə əsasən Aslani X1 Rüfət Rəşidoviçdən xx xxxxxx 2019-cu ildə 22000 manat pulu borc almış və həmin pulu xx xxxxxx 2020-ci il müddətinə qaytarmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (MM) 739-cu maddəsinə əsasən «borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür». Həmin Məcəllənin 740-cı maddəsilə borc müqaviləsinin forması müəyyən edilmişdir. Belə ki, həmin maddəyə görə, «borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər». Azərbaycan Respublikasının MM-nin 427.3-cü maddəsinə görə “əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir”. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq “borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır”. Azərbaycan Respublikasının Mülki Məcəllənin 385.1-ci maddəsinə görə «öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Beləliklə, iddiaçı tərəfindən cavabdehə 22000 manat məblğində pul vəsaitinin verilməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapır. Belə ki, işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı, Azərbaycan Respublikası MM-nin 739-cu maddəsinə uyğun olaraq kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermişdir. Lakin, cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi şəkildə yerinə yetirməmişdir. Odur ki, istinad olunan hüquq normalarına və işin faktiki hallarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 22000 (iyirmi iki min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 22000 (iyirmi iki min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar