Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1908/2024 03.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə İddiaçı “X12” Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" Açıq Səhmdar Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı cavabdehlər "xxxx" ASC, X26 oğlu, Cavabdeh1, Bakı Apellyasiya Məhkəməsinin ümumi şöbəsini müdiri Cavabdeh2 və “X12” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 sentyabr 2015-ci il tarixli, 2(004)-1874/2015 saylı qətnaməsinə əsasən iddiaçı "xxxx" ASCnin cavabdehlər İddiaçı, X4 və X7 qarşı ’’pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin boşaldılması, ipoteka predmetinin açıq hərracda satılması” tələbinə dair iddia ərizəsi qismən təmin edilərək, cavabdehlər İddiaçı, X3 və X5 müştərək qaydada 99.973.58 (doxsan doqquz min altı yüz doxsan) manat, cərimə borcuna 2000 (iki min) manat olmaqla, cəmi 136.663.58 (bir yüz otuz altı min altmış üç manat əlli səkkiz qəpik) manat və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 124 (yüz iyirmi dörd) manat məbləğində pul vəsaiti "xxxx" ASC-nin xeyrinə tutulması, tələbin cavabdeh İddiaçı mülkiyyətində olan Quba rayonu 2-ci Nügədi kəndində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 168 kv.metr yaşayış sahəsindən və 149.70 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə, Quba rayonu 2-ci Nügədi kəndində yerləşən sahəsi 1.1425 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə, Quba rayonu 2-ci Nügədi kəndində yerləşən sahəsi 1.2635 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə, Quba rayonu 2-ci Nügədi kəndində yerləşən sahəsi 0.347 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə yönəldilməsi, Quba rayonu 2-ci " Nügədi kəndində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 168 kv.metr yaşayış sahəsindən və 149.70 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin, Quba rayonu 2-ci Nügədi kəndində yerləşən sahəsi 1.1425 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, Quba rayonu 2-ci Nügədi kəndində yerləşən sahəsi 1.2635 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, Quba rayonü 2-ci Nügədi kəndində уerləşən sahəsi 0.347 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin boşaldılması, həmin əmlakların açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına cavabdehlərin banka olan borcunun ödənilməsi, iddia tələbinin ipoteka predmeti olan əmlaklar satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlərin yaşayış sahəsinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi, ipoteka predmetlərinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsaitin qeyd olunan 27 iyul 2013-cü il tarixli müqavilə üzrə borcun ödənilməsi üçün yetərli olmadığı təqdirdə tələbin cavabdeh İddiaçı digər əmlakına yönəldilməsi hissəsində təmin edilməməsi, iddia qismən təmin edildiyindən, iddiaçı "xxxx" ASC tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 90%, yəni 27 (iyirmi yeddi) manat hissəsinin cavabdehlər İddiaçı, X3 və X5 tutularaq iddiaçıya ödənilməsi, qalan 10%, yəni 3 (üç) manat hissəsinin isə iddiaçıya aid edilməsi, ekspertiza tədqiqatının dəyəri olan 250 (iki yüz əlli) manat məbləğində pul vəsaitinin 225 (iki yüz iyirmi beş) manat hissəsinin cavabdehlər İddiaçı, X3 və X5, qalan 25 (iyirmi beş) manat hissəsinin iddiaçı "xxxx" ASC-dən alınaraq dövlət büdcəsinə köçürülməsi müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5089/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə X17 apellyasiya şikayəti təmin edilməmiş, qətnamə ona münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 sentyabr 2015-ci il tarixli, 2(004)-1874/2015 nömrəli qətnaməsinə əsasən verilmiş icra sənədi üzrə Quba rayon İcra Şöbəsinin sifarişi əsasında əmlakların qiymətləndirilməsi keçirilmiş və Quba rayonu İkinci Nügədi kəndində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 168 kv.metr yaşayış sahəsindən və 149,70 kv.metr yardımçı sahədən ibarət fərdi yaşayış evinə 80.000 manat, Quba rayonu 2-ci Nügədi kəndində yerləşən sahəsi 1,1425 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə 9.150 manat, sahəsi 1,2635 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə 10.100 manat, Quba rayonu İkinci Nügədi kəndində yerləşən sahəsi 0,347 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə 3000 manat qiymət qoyulmuş, həmin qiymətlərlə əmlakların hərraca çıxarılması “X12” MMC-yə sifariş edilmişdir. “X12” Məhdud Məsuliyyətli Cəmiyyətinin 29 dekabr 2017-ci il tarixli Quba Rayon İcra Şöbəsinə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə, X4, X7 və İddiaçı qızma ünvanladığı açıq hərracın keçirilməsinə dair bildirişləri əsasında Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1,1425 ha torpaq sahəsinin 9.150 (doqquz min bir yüz əlli) manat qiymətinə, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0,347 ha torpaq sahəsinin 3.000 (üç min) manat qiymətinə, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1,2635 ha torpaq sahəsinin 10.100 (on min bir yüz) manat qiymətinə 29 yanvar 2018-ci il tarixdə saat 11:00-da açıq auksion formasında satışa çıxarılması barədə məlumat verilmiş, həmçinin “Kaspi” qəzetinin 29 dekabr 2017-ci il tarixli buraxılışında bu barədə elan dərc edilmişdir; Cavabdeh1 xx.xx.2018-ci il tarixli məktubu ilə məhkəmə qətnaməsindən kassasiya şikayətinin verilməsi ilə əlaqədar olaraq hərracın dayandırılması “X12” MMC-dən xahiş edilmiş və dayandırılmışdır. Bundan sonra, buna baxmayaraq "xxxx" ASC xx.xx.2018-ci il tarixli məktubla məqsədli şəkildə Bakı Apellyasiya Məhkəməsinə müraciət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin ümumi şöbənin müdiri Ələkbər Həsənov imzası ilə, xx.xx.2018-ci il tarixli məktubla "xxxx" ASC-nin xx.xx.2018-ci il tarixli məktubunu, üzərinə vəzivə olmayan mövzuda cavablandırmışdır. "xxxx" ASC xx.xx.2018-ci il tarixli məktubu ilə Quba Rayon İcra şöbəsinə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli məktubuna istinad edilməklə hərracın keçirilməsini yenidən xahiş etmişdir. "X12” Məhdud Məsuliyyətli Cəmiyyəti 12 mart 2018-ci il tarixdə saat 11:00-da açıq auksion formasında əmlakların satışa çıxarılması barədə cavabdehlərə məlumat vermədən əmlakları satmışdır. “X12” Məhdud Məsuliyyətli Cəmiyyətinin 12 mart 2018-ci il tarixli 84, 85, 86 nömrəli hərrac təşkilatının hərracın yekunları barədə protokollarına əsasən İddiaçı xüsusi mülkiyyətində olan Quba rayonu, 2ci Nügədi kəndində yerləşən 1,1425 ha torpaq sahəsini 9.150 (doqquz min bir yüz əlli) manat dəyərində, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1,2635 ha torpaq sahəsini 10.100 (on min bir yüz) manat dəyərində, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0,347 ha torpaq sahəsini 3.000 (üç min) manat dəyərində X18 əldə etmiş və həmin torpaq sahələrinə dair sonuncunun mülkiyyət, hüquqları daşınmaz əmlakın dövlət reyestrində 10 aprel 2018-ci il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 29,11.2018-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 sentyabr 2015-ci il tarixli, 2(004)-1874/2015 saylı qətnaməsi qismən, yəni ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən olunmaması hissəsində ləğv olunmuş, ipoteka predmeti olan Quba rayon İkinci Nügədi kəndində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 168,0 kvadrat metr yaşayış sahəsi, 149,7 kvadrat metr yardımçı sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiyməti 110.000 manat, Quba rayonu, İkinci Nügədi kəndində yerləşən 1,1425 ha torpaq sahəsinin ilkin satış qiyməti 16530 manat, Quba rayonu, İkinci Nügədi kəndində yerləşən 0,347 ha torpaq sahəsinin ilkin satış qiyməti 4930 manat, Quba rayonu, İkinci Nügədi kəndində yerləşən 1.2635 ha torpaq sahəsinin ilkin satış qiymətinin isə 18270 manat müəyyən edilməsi qət edilmişdir. İddiaçı cavabdehlər “X12” Məhdud Məsuliyyətli Cəmiyyətinə və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “hərracın yekunları barədə protokolların etibarsız hesab edilməsi və göstərilən protokollar üzrə əmlakların alqı-satqısı barədə müqavilələrin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov rayon məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Xaçmaz Ərazi İdarəsinin verdiyi MH seriyalı, ******* nömrəli; MH seriyalı, ******* nömrəli və MH seriyalı, ******* nömrəli çıxarışlara əsasən ona məxsus Quba rayonu İİ Nügədi kəndi ərazisində yerləşən ümumilikdə 2,753 ha torpaq sahəsinin “X13” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 12 mart 2018- ci il tarixli 84, 85 və 86 nömrəli hərracın yekunları barədə protokolların etibarsız hesab edilməsi, hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilələrin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X19 iddia predmeti barədə müstəqil tələb irəli sürməyən şəxs qismində cəlb edilmişdir. İddiaçı iddia ərizəsinə əlavə verərək, ona məxsus olmuş torpaq sahələrinə dair keçirilmiş müvafiq hərracların yekunları barədə protokolların etibarsız hesab edilərək, üçüncü şəxs tərəfindən alınmış həmin torpaq sahələrinə dair verilmiş çıxarışların ləğv edilərək, əvvəlki, yəni onun mülkiyyətini təsdiq edən çıxarışlara dönüş edilməsi barədə qətnamə qəbul edilməsini, saxtakarlıq olduğundan təqsirli şəxslər barəsində xüsusi qərardad çıxarılaraq prokurorluğa məlumat verilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsi 08 sentyabr 201 5-ci il tarixli qətnaməsindən onun tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsi 2(103)-5089/2017 nömrəli, 22 may 2017-ci il tarixli qətnaməsi ona münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Qətnaməni rəsmi qaydada aldıqdan sonra prosessual müddəti ötürmədən kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasında baxılmış kassasiya şikayəti təmin olunmuş, iş yenidən baxılmaq üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Maraqlı cəhət ondan ibarətdir ki, Quba rayon icra məmuru Vahid İbrahimov bu qətnaməni icra etmək üçün 29 yanvar 2018-ci il tarixə hərrac təyin etmişdir. İddiaçı qətnamədən kassasiya şikayəti verdiyini əsas tutaraq hərracın keçirilməsinin dayandırılması barədə 25 yanvar 2018-ci il tarixli məktubla icra məmuruna müraciət etmiş, icra məmuru müraciəti əsas tutaraq özünün 25 yanvar 2018-ci il tarixli, 03/16-03 nömrəli məktubu ilə hərracı təşkil edən “X12” Məhdud Məsuliyyətli Cəmiyyətinə məktubla müraciət edərək hərracın dayandırılmasını xahiş etmişdir. Hərracı keçirən cəmiyyət bu məktub əsasında hərracın keçirilməsini dayandırmışdır. Hərrac sadəcə görüntü yaratmaq üçün keçirilmiş, qalib şəxsin kim olduğu əvvəldən bəlli olmuşdur. Hərracı udan şəxs öz həmyerlisi, əslində çox kasıb bir adamdır. Heç gündəlik çörək pulunu belə qazanmaq gücündə deyildir. Qətnamədən verilmiş kassasiya şikayəti üzrə yekun məhkəmə qərarını gözləmədən tələsik hərracın keçirilməsi kobud qanun pozuntusudur və bu əsasla keçirilmiş hərracın yekun yekunlarının etibarsız hesab edilməsi üçün əsaslardan biridir. “X13” Məhdud Məsuliyyətli Cəmiyyəti formal hərrac keçirərək İddiaçı əmlakını saçmişdir. O, cavabdeh olaraq qətnamə üzrə hərracın keçirilməsindən xəbərsiz olmuş, bu barədə rəsmi bildiriş göndərilməmişdir. Başqa bir tərəfdən hərracın keçirilməsinin dayandırılması barədə icra məmurundan ünvanına rəsmi məktub daxil olmuşdur. O, bu məktuba əsasən hərracın keçirilməsinin dayandırılmasından əmin olmuşdur. Qətnamədən verilmiş kassasiya şikayətinə baxılıb qurtaranadək hərrac keçirilməməli idi. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Gültəkin Əsədova) 13 fevral 2020-ci il tarixli 2(005)-27/2020 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. İş üzrə birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4809/2020 nömrəli iş üzrə 24 avqust 2020-ci ü tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 27/2020 saylı iş üzrə 13 fevral 2020-ci il tarixli qətnaməsi ləğv edilərək iddia tələbinin təmin edilməsi, “X12” MMC-nin Hərracın yekunları barədə 12 mart 2018-ci il tarixli 84 nömrəli, 12 mart 2018-ci il tarixli 85 nömrəli və 12 mart 2018-ci il tarixli 86 nömrəli protokolları etibarsız hesab edilməsi, Quba rayonu, ikinci Nügədi kəndində . -25 ha torpaq sahəsinin X8 adma xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alınması barədə RX seriyalı, ******* nömrəli, Quba rayonu, İkinci Nügədi kəndi 1-2-35 ha torpaq sahəsinin X8 adına xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alınması barədə RX seriyalı ******* nömrəli və Quba rayonu, İkinci Nügədi kəndi ha torpaq sahəsinin X8 adına xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alınması barədə RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, həmin torpaq sahələrinə İddiaçı mülkiyyət hüquqlarının (adına olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar) bərpa edilməsi barədə qətnamə çıxarılmışdır. Yekun hərracda əmlakları əldə etmiş fiziki şəxs X8 vicdanlı alıcı olmasına münasibətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası qeyd etmişdir ki, həmin şəxsin vicdanlı alıcı olması müəyyən edilmir, belə ki, torpaq sahələrini alan şəxs onların həmyerlisi olmuş və onun tərəflər arasında olan mübahisədən məlumatsız olması inandırıcı görünmür. Cavabdeh "xxxx" ASC kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4809/2020 nömrəli iş üzrə 24 avqust 2020-ci il tarixli qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Azərbaycan Respublikası MPM-nin 416-cı Maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayaraq bildirmişdir ki, məhkəmə qətnaməsindən kassasiya şikayəti verilməsi üçün dövlət hesabına vəkil verilməsi və kassasiya şikayəti müddətinin bərpası barədə ərizəyə baxılmasının nəticələri gözlənilmədən keçirilmiş hərracda ipotekanın məhkəmə tərəfindən müəyyən edilmiş satış qiymətindən əhəmiyyətli dərəcədə aşağı qiymətlə ipoteka əmlakının hərracının keçirilməsi ipoteka qoyanın əsaslı mənafelərinin pozulmasına gətirib çıxarmışdır. Apelyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu səbəbdən "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayətini Azərbaycan Respublikası Ali Məhkəməsi təmin etməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4809/2020 nömrəli iş üzrə 24 avqust 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması barədə qərar vermiş və qərar qəbul edildiyi andan qüvvəyə minmişdir. Beləliklə, yuxarıda adları qeyd edilən şəxslərin qeyri-qanuni hərəkətləri ucbatından onun əmlakları satılmış və əmlaklarım satıldığına görə həmin torpaq sahələrindən gələn məhsulu, bəhəri əlindən çıxmışdır. 12 mart 2018-ci il tarixdən 9 mart 2021-ci ilə qədər yuxarıda göstərilən torpaqları, yəni Quba rayonu 2-ci Nügədi kəndində yerləşən sahəsi 1.1425 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində hazır əkilmiş taxıl sahəsi, Quba rayonu 2-ci Nügədi kəndində yerləşən sahəsi 1.2635 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində əkilmiş 10 illik alça bağı və Quba rayonu 2-ci Nügədi kəndində yerləşən sahəsi 0.347 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X8 istifadəsində olmuşdur. Həmin vaxt X8 iştirakı ilə bağlarda çəkiliş də etmişdir. Çəkilişdən və kəndin sakinləri tərəfindən bu fakt təsdiqlənir ki, iddiaçının əmlakına qəflətən sahibləndiklərinə görə torpaqları məhsul üzərində olmuşdur. 2018, 2019, 2020-ci illər, yəni 3 (üç) il qanunsuz olaraq əlindın çıxdığına görə bu illər ərzində iddiaçıya dəymiş ziyan ona ödənilməlidir. Nəsimi rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-238/2022 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər "xxxx" ASC və X14 qarşı “maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə nəhkəmə baxaraq bu ziyanın ona kim tərəfindən vurulması müəyyən edilmədiyi barədə qətnamə qəbul etmiş, lakin məhkəmə ona dəymiş zərərin miqdarı barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizasından rəyi almışdır. Ona görə də bu işdə ümumilikdə məsuliyyət daşıyan şəxslərə qarşı iddia ərizəsi vermək qərarına gəldi ki, məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası tərəfindən müəyyən edilmiş maddi zərərin cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilsin. Ərizədə qeyd edilən sübut və dəlilləri əsas tutaraq iddiaçı hesab edirəm ki, cavabdehlərin hamısı burada bir-biri ilə əlaqəli hərəkət edərək bu qanunsuzluğu həyata keçirməyə nail olublar. Ona görə də Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası tərəfindən müəyyən edilmiş maddi zərər cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Çünki keçirilən məhkəmə proseslərində Rabitə Bank ASC-nin nümayəndəsi cavabdeh X9 vəkilliyini edirdi. Belə ki, qısası, Rabitə Bank ASC məqsədli şəkildə məktub yazaraq müraciət edib, Bakı Apellyasiya Məhkəməsinə, Bakı Apellyasiya Məhkəməsinin ümumi şöbəsinin müdiri onun məktubuna öz səlahiyyətlərini aşaraq məqsədli şəkildə qanuna zidd Rabitə Bank ASC-ə cavab yazıb verir, sonra Rabitə Bank ASC Bakı Apellyasiya Məhkəməsinin ümumi şöbəsinin müdirinin qanunazidd məktubu əsasında Cavabdeh1nə məktubla müraciət edərək öz məqsədinə çatmaq üçün Cavabdeh1 bu işə cəlb edərək əmlakını Hərraca çıxarmağa nail olur, Daha sonra “X12” MMC onun xəbəri olmaması üçün ünvanına məktub ünvanlamadan əmlaklarını satışa çıxarıb dərhal X2 və iddiaçı məhkəmələrdə bu əmlaklarını geri qaytarmaq üçün can qoyaraq mücadilə edərkən X20 3 il yarım onun əmlaklarına qarşı qərəzli davranaraq (yəni qulluq etmədən) istifadə edib külli miqdarda gəlir əldə edir, nəticədə isə əmlakları ona çatanda xəstəlik düşmüş, ağaclarının çox hissəsi baxımsızlıqdan qurumuş halda olmuşdur. Cavabdehlər bilirdilər ki, əmlaklarını qanunsuz əlindən alıblar, sonda ona geri qayıdacaq, ona görə də əmlaklarına qarşı amansız davranıblar. Göstərilənlərə əsasən cavabdehlərin -"xxxx" ASC, X8, Quba Rayonu İçra və Probasiya şöbəsinin, Bakı Apellyasiya Məhkəməsinin ümumi şöbəsinin müdiri Ələkbər Həsənovun və “X12” MMC-nin İddiaçı vurduqları Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası tərəfindən müəyyən edilmiş 224.959.40 manat məbləğində maddi zərərin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
3. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, “X12” MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məhkəmə ekspertizası tərəfindən müəyyən edilmiş 224,959.40 manat məbləğində maddi zərərin cavabdehlər Cavabdeh1ndən və Cavabdeh2 müştərək qaydada tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
4. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, mübahisəli əmlakla bağlı Ali Məhkəmənin icraatında mülki işə baxılan zaman Bakı Apellyasiya Məhkəməsinin ümumi şöbəsinin müdiri Cavabdeh2 tərəfindən icra hərəkətlərinin davam etdirilməsi ilə bağlı Quba rayon İcra şöbəsinə məktub ünvanlanıb. Hansı ki, bu, tam qanunsuzdur. İlk növbədə ona görə ki, bu, hakimin səlahiyyətlərinə aiddir. Ümumi şöbəsinin müdirinin belə bir səlahiyyətləri yoxdur. Həmçinin, Ali məhkəmədə iş gedən zaman Quba rayon İcra şöbəsinin icra hərəkətlərinə davam etməsi və əmlakı hərraca çıxarması da qanunsuzdur. Əmlak hərraca çıxarılarkən ümumiyyətlə ona məlumat verilməmiş və əmlak X1 və 3 gün sonra da onun tərəfindən çıxarış alınmışdır. O, bundan yalnız torpaq sahəsi onun tərəfindən şumlanandan sonra xəbər tutdu və icra şöbəsinə müraciət etdi. Həmçinin, hərracın nəticələrini mübahisələndirdi. Həmçinin, ona məlum oldu ki, onun fərdi yaşayış evi də hərraca çıxarılacaqdır. O, məktub verərək onu dayanırdı. Qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək bildirmişdir ki, iş materiallarında da göründüyü kimi iddia tələbləri tam əsaslıdır. Belə ki, məhkəmə prosesi gedən zaman "xxxx" ASC məhkəmə aktından şikayət verilibverilməməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinə müraciuət etmiş və Bakı Apellyasiya Məhkəməsinin ümumi şöbəsinin müdiri Cavabdeh2 tam qanunsuz bir şəkildə və səlahiyyətlərini aşmaqla icra hərəkətlərinin davam etdirilməsi ilə bağlı məktub verilmişdir. Həmin məktubla Quba Rayon İcra şöbəsinə müraciət edilmiş və icra şöbəsi tərəfindən iddiaçının mülkiyyətində olan torpaq sahələri hərraca çıxarılmış və iddiaçıya heç bir məlumat verilmədən qısa bir zamanda əmlaklar hərrac yolu ilə satılmışdır. Bununla da iddiaçının mülkiyyət hüququ pozulmuş və ona maddi ziyan vurulmuşdur. Vurulmuş maddi ziyanın məbləği ekspert rəyi ilə müəyyən olunmuşdur. Ona görə də hesab edirlər ki, iddia tələbləri tam əsaslıdır və təmin edilməlidir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağrılmış müstəqil tələb irəli sürməyən üçüncü şəxslər və cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə hazırki işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
7. Məhkəmə iddiaçının və onun vəkilinin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir.
Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
8. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı tərəf olduğu xx.xx.2013-cü il tarixli, 680 saylı Baş kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin təminatı olaraq özünə məxsus Quba rayonu, İkinci Nügədi kəndində yerləşən bir neçə kənd təsərrüfatı təyinatlı torpaq sahələrini ipoteka ilə bankın xeyrinə yüklü etmişdir. Sözügedən kredit müqaviləsi üzrə irəli gələn öhdəlikləri lazımi qaydada icra etmədiyindən iddiaçı barəsində cavabdeh tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət olunmuş, məhkəmənin xx.xx.2015-ci il tarixli, 2(004)-1874/2015 saylı qətnaməsinə əsasən iddiaçıdan Bankın xeyrinə cəmi 136.663,58 manat məbləğində borcun tutulması, tutmanın ipoteka predmeti olan torpaq sahələrinə yönəldilməsi və daha sonra ixtisaslaşdırılmış təşkilatlar vasitəsilə açıq hərrac yolu ilə satılması qət edilmişdir. Həmin qətnamə əsasında icra sənədinin icra şöbəsi tərəfindən icraatına başlanılmış, torpaq sahələri “X12” MMC tərəfindən açıq hərracdan satışa çıxarılmış, həmin torpaq sahələrini cavabdeh X18 əldə etmişdir. Lakin daha sonra Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(004)-1874/2015 saylı qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə dəyişdirilmədən saxlanılsa da, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli Qərarı əsasında tərəflər arasında ipoteka predmetlərinin ilkin satış qiymətləri ilə bağlı razılıq əldə edilməməsi əsası ilə ləğv edilmişdir. Daha sonra isə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında keçirilmiş hərracların yekunları üzrə müvafiq protokollar etibarsız hesab edilmişdir. Bundan sonra iddiaçı ona məxsus əmlakların ləğv edilmiş məhkəmə qətnaməsi əsasında əsassız olaraq satıldığına, torpaq sahələrinin uzun müddət ərzində baxımsız qaldığına istinad edərək ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmiş, lakin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-238/2022 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Hazırda iddiaçı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-238/2022 saylı qətnaməsi ilə maddi və mənəvi ziyanın kim tərəfindən vurulması müəyyən edilmədiyi üçün rədd edildiyini əsas gətirərək, iş üzrə məsuliyyət daşıyan bütün şəxslərə qarşı iddia qaldıraraq Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-238/2022 saylı işi üzrə keçirilən ekspertiza tədqiqatı əsasında ona dəydiyi müəyyən edilən 224.959,40 manat məbləğində maddi zərərin cavabdehlərdən tutulmasını tələb edir. b) Mülki işin materialları:
9. Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-238/2022 saylı qətnaməsinə əsasən İddiaçı cavabdehlər "xxxx" ASC və X14 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilmişdir.
10. Mülki işin materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)-27/2020 saylı qətnaməsinə əsasən İddiaçı cavabdehlər “X12” Məhdud Məsuliyyətli Cəmiyyətinə və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı X18 iddia predmeti barəsində çüstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “hərracın yekunları barədə protokolların etibarsız hesab edilməsi və göstərilən protokollar üzrə əmlaklarım alqı-satqısı barədə müqavilələrin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməmişdir.
11. Mülki işin materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-4809/2020 saylı qətnaməsinə əsasən iddiaçının apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)-27/2020 saylı qətnaməsinin ləğv edilməsi və yeni qətnamə çıxarılmaqla iddia tələbinin təmin edilməsi, “X12” Məhdud Məsuliyyətli Cəmiyyətinin Hərracın yekunları barədə 12 mart 2018-ci il tarixli, 84 nömrəli, 12 mart 2018-ci il tarixli 85 nömrəli və 12 mart 2018-ci il tarixli 86 nömrəli protokollarının etibarsız hesab edilməsi, Quba rayonu, İkinci Nügədi kəndində 1,1425 ha torpaq sahəsinin X8 adına xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alınması barədə RX seriyalı, ******* nömrəli, Quba rayonu, İkinci Nügədi kəndi 1,2635 ha torpaq sahəsinin X8 adına xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alınması barədə RX seriyalı ******* nömrəli və Quba rayonu, İkinci Nügədi kəndi 0,347 ha torpaq sahəsinin X8 adına xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alınması barədə RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi, həmin torpaq sahələrinə İddiaçı mülkiyyət hüquqları (adına olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar) bərpa edilməsi qət edilmişdir.
12. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-1432/2021 saylı qərarına əsasən kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020ci il tarixli, 2(103)-4809/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
13. Mülki işin materiallarında olan Bakı Apellyasiya Məhkəməsi tərəfindən "xxxx" ASC-nin Baş direktoruna ünvanlanmış 06 fevral 2018-ci il tarixli məktubdan görünür ki, iddiaçı "xxxx" ASC-nin cavabdehlər İddiaçı, X6 və X10 qarşı «pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin boşaldılması, ipoteka predmetinin açıq hərracda satılması» tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 5089/2017 saylı, 22 may 2017-ci il tarixli qətnaməsindən Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 393-cü maddəsinə əsasən apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5089/2017 saylı, 22 may 2017-ci il tarixli qətnaməsi qanuni qüvvəsini almışdır. Nəzərə çatdırılır ki, sonradan cavabdeh X23 21 avqust 2017-ci il tarixdə məhkəməyə müraciət edərək qeyd olunan qətnamədən kassasiya şikayəti verilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2( 103)-5089/2017 saylı, 14 sentyabr 2017-il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5089/2017 saylı,. 22 may 2017-ci il tarixli qətnaməsindən Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunması barədə onun tərəfindən verilmiş ərizə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 5089/2017 saylı, 14 sentyabr 2017-ci il tarixli qərardadından cavabdeh X23 tərəfindən kassasiya şikayəti verilmiş, cavabdeh həmin qətnaməyə rəsmi qaydada imza elməklə 02 oktyabr 2017-ci il tarixdə aldığından. Bakı Apellya Məhkəməsinin 11 dekabr 2017-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmişdir. Məhkəmənin həmin qərardadından cavabdeh X23 tərəfindən verilmiş kassasiya şikayəti mülki işlə birlikdə baxılması üçün 17 yanvar 2018-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Göründüyü kimi iş üzrə Bakı şəhəri Yasamal rayon məhkəməsinin 08 sentyabr 2015-ci il tarixli qətnaməsinə dair icra sənədi verilmiş və icra olunması üçün Quba rayon İcra Şöbəsinə göndərilmişdir. Bildirlir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5089/2017 saylı 11 dekabr 2017-ci il tarixli qərardadından cavabdeh X23 tərəfindən kassasiya şikayətinin verilməsinə əsasən icra hərəkətlərinin dayandınlması İcra Haqqında Azərbaycan Respublikası Qanunvericiliyində nəzərdə tutulmamışdır.
14. Mülki işin materiallarında olan "xxxx" ASC tərəfindən Quba rayon İcra şöbəsinə ünvanlanan məktubdan görünür ki, iddiaçı "xxxx" ASC 13 yanvar 2015-ci il tarixində cavabdehlər İddiaçı, X11 və X7 qarşı “pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin boşaldılması, ipoteka predmetinin açıq hərracda satılması və digər” tələbə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Yasamal Rayon Məhkəməsinin 08 sentyabr 2015-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Bundan sonra cavabdeh tərəfindən apelyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5089/2017 saylı, 22 may 2017-ci il tarixli qətnaməsi ilə Yasamal Rayon Məhkəməsinin sözügedən qətnaməsi cavabdeh İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qanuni qüvvəsini aldığı üçün icra olunması üçün ona göndərilmişdir. Tərəflərindən 20 noyabr 2017-ci il tarixində borclu İddiaçı mülkiyyətində olan Quba Rayonu İİ Nügəndi kəndində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 168,0 kv.m. yaşayış sahəsi, 149,7 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi, Quba rayonu 11 Nügədi kəndində yerləşən sahəsi 1,1425 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, Quba rayonu İİ Nügədi kəndində yerləşən 1,2635 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, Quba rayonu, İİ Nügədi kəndində yerləşən sahəsi 0,347 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin qiymətləndirilməsi və hərracın keçirilməsi sifariş verilmişdir, “X12” MMC tərəfindən sözügedən əmlaklara dair açıq hərracın keçirilməsi 29 yanvar 2018-ci il tarixinə saat 11:00-a Bakı şəhəri, Nərimanov rayonu, N.Nərimanov küçəsi 5 D-yə təyin edilmişdir. Lakin tərəflərindən “X12” MMC-yə ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubunun surətindən görünür ki, cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verildiyi üçün açıq hərracın keçirilməsinin dayandırılması xahiş edilmişdir. Odur ki, "xxxx" ASC tərəfindən Bakı Apellyasiya Məhkəməsinə müvafiq sorğu edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 6ÜŞ-322/2018 saylı 06 fevral 2018-ci il tarixli məktubunda göstərilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5089/2017 saylı 11 dekabr 2017-ci il tarixli qərardadından İnci İkram qızı tərəfindən kassasiya şikayətinin verilməsinə əsasən icra hərəkətlərinin dayandırılması İcra Haqqında Azərbaycan Respublikası Qanunvericiliyində nəzərdə tutulmamışdır. Qeyd olunanlara və Bakı Apellyasiya Məhkəməsinin yuxarıda göstərilən məktubuna əsasən, qətnamədən kassasiya şikayəti verilmədiyi üçün icra hərəkətlərini davam etdirilməsini və müvafiq olaraq “X12” MMC-yə hərracın keçirilməsinin davam etdirilməsi barədə müraciət edilməsi xahiş edilmişdir.
15. Mülki işin materiallarında olan “X12” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilən xx.xx.2018-ci il tarixli, 84 nömrəli Hərracın yekunları barədə protokoldan görünür ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(004)-1874/2015 saylı icra vərəqəsi və Quba rayon İcra şöbəsinin 03/16-03 saylı, xx.xx.2017-ci il tarixli sifariş məktubu əsasında İddiaçı məxsus Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1.1425 ha torpaq sahəsinin icra sənədi üzrə borc 136787,58 manat tam dəyəri "xxxx" MMC-nin 693-2 saylı, xx.xx.2017-ci il tarixli rəyinə əsasən 9150 manat məbləğində, Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(004)-1874/2015 saylı icra vərəqəsi və Quba rayon İcra şöbəsinin 03/16-03 saylı, xx.xx.2017-ci il tarixli sifariş məktubu əsasında İddiaçı məxsus Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1.2635 ha torpaq sahəsinin icra sənədi üzrə borc 136787,58 manat tam dəyəri "xxxx" MMC-nin 693-3 saylı, xx.xx.2017-ci il tarixli rəyinə əsasən 10.100 manat məbləğində, Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(004)-1874/2015 saylı icra vərəqəsi və Quba rayon İcra şöbəsinin 03/16-03 saylı, xx.xx.2017-ci il tarixli sifariş məktubu əsasında İddiaçı məxsus Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0.347 ha torpaq sahəsinin icra sənədi üzrə borc 136787,58 manat tam dəyəri "xxxx" MMC-nin 693-4 saylı, xx.xx.2017-ci il tarixli rəyinə əsasən 3.000 manat məbləğində hərraca çıxarılmışdır.
16. Mülki işin materiallarında olan Cavabdeh1 tərəfindən “X12” MMC-yə ünvanlanan xx.xx.2018-ci il tarixli məktubdan görünür ki, Yasamal rayon məhkəməsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, 2(004)-1874/15 icra sənədinə əsasən borclu: İddiaçı Quba rayonu İkinci Nügədi kəndində yerləşən 2 mərtəbəli, 5 ota qlı, 168.0 kv.m yaşayış sahəsi, 149.7 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə, Quba rayonu 2-ci Nügədi kəndində yerləşən sahəsi 1.1425 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinə, sahəsi 1.2635 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, Quba rayonu 2-ci Nügədi kəndində yerləşən sahəsi 0,347 ha kənd təsərüffatı təyinatlı torpaq sahəsinə yönəldilməlidir. "xxxx" MMC tərəfindən Quba rayonu, İİ Nügədi kəndində yerləşən 0,347 ha torpaq sahəsi 3.000 manat. Quba rayonu, İİ Nügədi kəndində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 168 kv.m yaşayış sahəsi, 149,7 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi 80.000 manat, Quba rayonu, İİ Nügədi kəndində yerləşən 1.1425 torpaq sahəsi 9150 manat və Quba rayonu, İİ Nügədi kəndində yerləşən 1.2635 ha torpaq sahəsi 10100 manat məbləğində qiymətləndirilmişdir. Qeyd olunan iş üzrə əmlakın hərraca çıxarılması üçün xx.xx.2017-ci il tarixdə sifariş verilmiş, lakin məhkəmə qətnaməsi dair işin Azərbaycan Respublikası Ali Məhkəmənin icraatında olması səbəbindən borclunun müraciət ərizəsinə əsasən keçirilən hərraclar müvəqqəti olaraq dayandırılmışdır. Bundan sonra icraata daxil olan Bakı AM-nin xx.xx.2018-ci il tarixli, 6ÜŞ-322/18 saylı məktubundan göründüyü kimi bu iş üzrə hərracın dayandırılması üçün heç bir qanuni əsas yoxdur. Ona görə də bu işlə bağlı hərracların keçirilməsinin davam etdirilməsi üçün sərəncam verilməsi xahiş edilmişdir.
17. Mülki işin materiallarında olan Cavabdeh1 tərəfindən “X12” MMC-yə ünvanlanan xx.xx.2018-ci il tarixli məktubdan görünür ki, Yasamal rayon məhkəməsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, 2(004)-1874/15 saylı icra sənədinə əsasən borclu: X16 Quba rayonu İkinci Nügədi kəndində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 168.0 kv.m yaşayış sahəsi, 149.7 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə, Quba rayonu 2-ci Nügədi kəndində yerləşən sahəsi 1.1425 ha kənd təsərrüaftlı təyinatlı torpaq sahəsinə, sahəsi 1.2635 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Quba rayonu 2-ci Nügədi kəndində yerləşən sahəsi 0.347 ha kənd təsərüffatlı təyinatlı torpaq sahəsinə yönəldilməlidir. "xxxx" MMC tərəfindən Quba rayonu, İİ Nügədi kəndində yerləşən 0,347 ha torpaq sahəsi 3 000 manat, Quba rayonu, İİ Nügədi kəndində yerləşən 2 mərtəbəli 5 otaqlı, 168 kv.m yaşayış sahəsi, 149,7 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi 80000 manat, Quba rayonu, İİ Nügədi kəndində yerləşən 1.1425 torpaq sahəsi 9150 manat və Quba rayonu, İİ Nügədi kəndində yerləşən 1.2635 ha torpaq sahəsi 10100 manat məbləğində qiymətləndirilmişdir. Qeyd olunan əmlaklardan Quba rayonu, İİ Nügədi kəndində yerləşən 0.347 ha torpaq sahəsi, Quba rayonu, İİ Nügədi kəndində yerləşən 1.1425 torpaq sahəsi və Quba rayonu, İİ Nügədi kəndində yerləşən 1.2635 ha torpaq sahəsi tərəflərindən verilmiş sifariş əsasında hərrac yolu ilə satılmışdır. İş üzrə borclu X23 tərəfindən Hərracın yekunları barədə protokolların etibarsız hesab edilməsi və həmin protokollar üzrə əmlakların alqısatqı müqavilələrinin ləğv olunması tələbinə dair Nərimanov rayon məhkəməsinə şikayət ərizəsi verilmiş, həmin iş məhkəmənin icraatına qəbul olunmuşdur. Göstərilənlərə əsasən icra sənədi üzrə satılmamış əmlak (yaşayış evi) ilə əlaqədar keçirilən hərracların dayandırılması xahiş edilmişdir.
18. Mülki işin materiallarında olan Cavabdeh1 tərəfindən “X12” MMC-yə ünvanlanan xx.xx.2018-ci il tarixli məktubdan görünür ki, Yasamal Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, 2(004)-1874/15 sənədinə əsasən borclu: X16 Quba rayonu İkinci Nügədi yerləşən 2 mərtəbəli, 5 otaqlı, 168.0 kv.m yaşayış sahəsi, 149.7 kv.m yardımçı sahədən ibarət yaşayış evinə, Quba rayonu 2-ci Nügədi kəndində yerləşən sahəsi 1.1425 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə, sahəsi 1.2635 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən sahəsi 0,347 ha kənd təsərüffatı təyinatlı torpaq sahəsinə yönəldilməlidir. "xxxx" MMC tərəfindən Quba rayonu, İİ Nügədi kəndində yerləşən 0347 ha torpaq sahəsi 3000 manat, Quba rayonu, İİ Nügədi kəndində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 168 kv.m yaşayış sahəsi, 149,7 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi 80000 manat, Quba rayonu, İİ Nügədi kəndində yerləşən 1.1425 torpaq sahəsi 9150 manat və Quba rayonu, İİ Nügədi kəndində yerləşən 1.2635 ha torpaq sahəsi 10 100 manat məbləğində qiymətləndirilmişdir. Qeyd olunan əmlaklardan Quba rayonu, İİ Nügədi kəndində yerləşən 0,347 ha torpaq sahəsi, Quba rayonu, İİ Nügədi kəndində yerləşən 1.1425 torpaq sahəsi və Quba rayonu, İİ Nügədi kəndində yerləşən 1.2635 ha torpaq sahəsi tərəflərindən verilmiş sifariş əsasında hərrac yolu ilə satılmışdır. İş üzrə borclu X23 tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2(103)-5089/17 saylı qərardadından kassasiya şikayəti verilmiş və həmin kassasiya şikayəti əlavə olunmuş sənədlərlə və mülki işlə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Göstərilənlərə əsasən icra sənədi üzrə satılmamış əmlak (yaşayış evi) ilə əlaqədar keçirilən hərarcın dayandırılması xahiş edilmişdir.
19. Mülki işin materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/8209 nömrəli Ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Nəsimi Rayon Məhkəməsinin 675 №-li xx.xx.2022-ci il tarxli məktubundakı (daxil olma tarixi xx.xx.2022-ci il) Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Meyvəçilik və Çayçılıq Elmi- Tədqiqat İnstitutunun mütəxəssis rəyinə əsasən 2018-2020-ci illərdə təxmini olaraq orta hesabla bir ağacdan 35,0 kq meyvə məhsulu olmaqla bir ildə 489 ağac x 35.0 kq=17115 kq, 3 ildə isə 17115 kq x 3 il =51345 kq alça məhsulu yığmaq mümkün olardı. Bağda əkilmiş sortların yetişmə vaxtının eyni deyildir, amma hər iki alça sortunun orta satış qiyməti eynidir. Meyvənin satış ilindən, ölçüsündən, yetişməsindən asılı olaraq 1 kq meyvənin orta satış qiyməti nəzərə alınmaqla 2018-ci ildən başlayaraq son üç ildə 51345 kq x 2,2 manat =112959 manat məbləğində satışdan gəlir əldə etmək mümkündür. Bağ sahəsində quruyaraq məhv olmuş 45 ədəd alça ağacının 1 ədədinin dəyəri 64,5 manat olarsa, alça ağaclarının ümumi dəyəri 2902,5 manat tə Həmin ağaclar vaxtından əvvəl qurumasaydı hər ağacdan 48,0 kq olmaqla məhsul əldə edilə bilərdi və 48 kq x 45 alça=2160 kq, meyvə bağının istismar müddəti 25 il olduğu nəzərə alınsa, baxımsızlıq üzündən qurumasaydılar həmin ağaclardan 15 il ərzində məhsul vermə qabiliyyətinə malik olub, 15 il ərzində 32400 kq alça məhsulu və həmin məhsulun satışından 32400 kq x 2.2 man=71280 manat gəlir əldə edə bilərdi. İddiaçı məxsus 1,2635 ha alça bağına baxış zamanı 15 ədəd alça ağacının budaqları sınmış və ağacların hamısı mamırla sirayətlənmişdir. Budaqların sınması məhsuldarlığın 40% azalmasını nəzərə alınsa, hər bir ağacdan 15 il istismar müddətində hər birindən ildə 28,8 kq alça məhsulu yığılması gözlənilir. Sahibkar 15 ədəd skelet budaqları sınmış ağaclardan bir ildə 15 ağac x 48,0 kq=720,0 kq əvəzinə, 15 ağac x 28,8 kq=432,0 kq meyvə məhsulu əldə etməklə, ümumi məhsul istehsalı 288,0 kq azalacaqdır. Növbəti 15 il istismar müddətində İddiaçı 288,0 kq x 15 il =4320,0 kq az məhsul istehsal etməklə 9504,0 manat məbləğində az gəlir əldə edəcəkdir. 2021-ci ildə ağaclara düzgün aqrotexniki qulluqlar edilmədiyindən, xüsusilə xəstəliklərə qarşı mübarizə tədbirləri həyata keçirilmədiyindən məhsuldarlığı 60% aşağı salmış, məhsulun 10269,0 kq azalmasına və nəticədə 10269,0 kq x 2,2 manat=22,591,8 manat məbləğində az gəlir əldə etməsinə səbəb olmuşdur. Bağda dərmanlama işləri düzgün şəkildə aparılsaydı, İnci İkramli ***-**** manat məbləğində pul xərcləməli olacaqdı. 1,1425 ha torpaq sahəsində 2018-ci ildən başlayaraq hər il buğda bitkisi əkəcəyi təqdirdə bir hektardan orta hesabla təxmini olaraq 32,0 sentner taxıl məhsulu olmaqla, 1,1425 ha torpaq sahədən isə 36,56 sentner buğda məhsulu və bir sentner məhsulun orta satış qiyməti 40,0 manatdan olmaqla 1462,4 manat gəlir əldə etmək mümkündür. Dörd ildə ümumi gəlirin miqdarı 4 x 1462,4=5848,6 manat təşkil edər. 0,347 ha torpaq sahəsində 2018-ci ildən başlayaraq buğda bitkisi əkilsəydi bir ilə orta hesabla təxmini olaraq 32,0 sentner olmaqla, ümumi sahədən 11,1 sentner buğda məhsulu və bir sentner buğda məhsulunun orta satış qiyməti 40,0 manat olmaqla, cəmi 444,0 manat gəlir əldə etmək olardı. Dörd ildə taxıl satışından 4 il x 444,0 man=1776 manat gəlir əldə etmək olardı.
20. Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli, 187 nömrəli Arayışdan görünür ki, İddiaçı məxsus Quba rayonu, İkinci Nügədi kəndində yerləşən 1,1425 ha, 0,347 ha və 1,2635 ha torpaq sahələrini 12 mart 2018-ci il tarixdə İkinci Nügədi kəndində yaşayan, X20 hərrac vasitəsilə almışdır və həmin torpaqlardan 9 mart 2021-ci il tarixədək istifadə etmişdir.
21. Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli və xx.xx.2024-cü il tarixli qəbzlərdən görünür ki, iddia qaldırılması üçün iddiaçı tərəfindən 100 manat və 415 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
22. Mülki işin materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Aparatından Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-6/2-2563/2024 nömrəli məktubdan görünür ki, iddia ərizəsində qeyd olunan Cavabdeh2 yaşa görə əmək pensiyasına çıxması ilə bağlı əmək müqaviləsinə xitam verilməsinə əsasən 2021-ci ilin iyul ayından etibarən Bakı Apellyasiya Məhkəməsinin ümumi şöbəsinin müdiri vəzifəsində çalışmır.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
23. Məhkəmə hazırki iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının tələbini yönəltdiyi cavabdehlər hazırki iddia tələbi üzrə subyektiv cavabdehlik daşıyan şəxslər hesab olunmur. Belə ki, hər hansı iddia tələbi məhz ona cavab verməli olan şəxsə qarşı irəli sürüldüyü zaman əsaslı hesab edilə bilər və təmin oluna bilər. İddiaçının cavabdeh qismində göstərdiyi şəxslər isə hazırki iddiaya cavab verməli olan subyekt olaraq qəbul edilə bilməzlər.
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 30 iyul 2008-ci il tarixli qərarında subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, «subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz».
26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən yanaşdıqda aydın olur ki, hazırki iş üzrə cavabdehlər İddiaçı iddiasına cavab verməli olan şəxslər olmamışdır.
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinin dispozisiyasına əsasən məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq deyil, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur.
28. Eyni Məcəllənin 48-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir.
29. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar.
30. İstinad olunan prosessual hüquq normasının dispozisiyasından göründüyü kimi, yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar.
31. Qanunun mənasına görə cavabdeh bir qayda olaraq iddiaçının hüququnu pozan, yaxud onun hüququnu mübahisələndirən tərəf olur. İddia ərizəsini qəbul edərkən məhkəmə cavabdeh kimi göstərilən şəxsin iddia üzrə cavab verməli şəxs olub-olmamasını müəyyən etməlidir. Hazırki iş üzrə qeyd olunan halın düzgün müəyyən edilməməsi nəticəsində əsl olmayan tərəfin işdə iştirakı mübahisənin qanuni və əsaslı həllinə mane olmuşdur. Məhkəmə hesab edir ki, iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur.
32. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1100-cü maddəsinin tələbinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir.
33. Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında” Əsasnamənin 7.6-cı bəndinə əsasən dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi və dövlət zəmanətinin verilməsinin təşkil edilməsi Maliyyə Nazirliyinin fəaliyyət istiqamətlərindən biridir.
34. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 22 fevral 2022-ci il tarixli, 9/8209 nömrəli Ekspert rəyindən və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli, 2(006)-238/2022 saylı qətnaməsindən göründüyü kimi iddiaçıya ona məxsus əmlakların ləğv edilmiş məhkəmə qətnaməsi əsasında əsassız olaraq satılması və torpaq sahələrinin uzun müddət ərzində baxımsız qalması nəticəsində maddi ziyan dəyməsi göstərilsədə də, hazırki iş üzrə isə iddiaçı onun tələbinə cavab verməli olan şəxslərin dairəsini düzgün seçməmiş, məhkəmə tərəfindən isə iddiaçıya Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1100-cü maddəsinə uyğun olaraq cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi ilə əvəz edilməsi təklif edilsə də, iddiaçı (onun nümayəndəsi və vəkili) bununla razılaşmayaraq iddia tələbinin mahiyyəti üzrə baxılaraq iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 yanvar 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
36. Yuxarıda qeyd olunanlara əsaslanaraq, məhkəmə belə qənaətə gəlir ki, iş üzrə İddiaçı “X12” Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" Açıq Səhmdar Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair iddiası rədd edilməlidir.
37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
39. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
40. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
41. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
42. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir
43. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı halda iddia tələbi rədd edildiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.
44. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı “X12” Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" Açıq Səhmdar Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "maddi ziyanın ödənilməsi" tələbinə tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.