Məhkəmə qərarları › İş №2(006)-1912/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1912/2024

08.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1912/2024 08.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı, Cavabdeh LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna (Azərbaycan Kredit Bürosu MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “adın MKR-dən çıxarılmasına dair təsdiqləyici məlumatın MKR-ə təqdim edilməsi vəzifəsinin LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna (Azərbaycan Kredit Bürosu MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “adın MKR-dən çıxarılmasına dair təsdiqləyici məlumatın MKR-ə təqdim edilməsi vəzifəsinin LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X10 ilə Cavabdeh ASC-nin Lənkəran filialı arasında bağlanmış xx.xx.2017-ci il tarixli LAN-219465/17 saylı Bank hesabı və kredit müqaviləsi üzrə zaminliyi barədə Azərbaycan Respublikası Mərkəzi Bankının Mərkəzləşdirilmi Kredit Reyestrində olan məlumatların Mərkəzləşdirilmiş Kredit reyestrindən çıxarılmasına dair təsdiqləyici hesabatın (məlumatın) Azərbaycan Respublikası Mərkəzi Bankının Mərkəzləşdirilmiş Kredit Reyestrinə təqdim edilməsi vəzifəsinin cavabdeh LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, "AmrahBank“ ASC-nin Lənkəran filialı ilə X10 arasında bağlanmış xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən gündəlik tələbat məqsədilə 36 ay müddətinə illik 6 faiz dərəcəsi ilə 18 550 ABŞ dolları məbləğində kredit verilmişdir. X11, X12, X2 və İddiaçı ilə bank arasında xx.xx.2017-ci il tarixli zaminlik müqavilələri bağlanmışdır. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(049)-3468/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər X10, X11 və X4 17910.15 ABŞ dolları əsas, 3805.14 ABŞ dolları faiz, 2059,12 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 796.80 ABŞ dolları faiz, cəmi 24571.21 ABŞ dolları və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun müştərək qaydada tutularaq ləğv prosesində olan Cavabdeh ASC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə zaminlər X2 və İddiaçı aid hissədə təmin edilməməsi qət edilmişdir. Lənkəran Rayon Məhkəməsi qeyd olunan qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsaslanaraq zaminliklə təmin olunan əsas öhdəliyin vaxtının xx.xx.2020-ci ildə başa çatdığını, lakin kreditor olaraq iddiaçının həmin tarixə qədər icra edilməmiş öhdəlik üzrə zaminlər olan X1 və İddiaçı qarşı iddia sürülmədiyini nəzərə almışdır. X5 Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iş üzrə cavabdehlərdən (kredit müqaviləsi üzrə digər zaminlərdən) biri olan X11 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(049)-3468/2021 saylı qətnaməsi cavabdeh X8 aid hissədə ləğv edilərək iddia tələbi ona münasibətdə də rədd edilmişdir. Lakin Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(049)- 3468/2021 saylı qətnaməsinin qanuni qüvvəsinin olmasına rəğmən xx.xx.2017-ci il tarixli kredit müqaviləsi əsasında mövcud olan zaminlik öhdəliyim barədə məlumat hələ də Mərkəzləşdirilmiş Kredit Reyestrində görünməkdədir. Belə ki, Azərbaycan Respublikası Mərkəzi Bankının Mərkəzi Kredit Reyestrindən xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, cavabdeh "AmrahBank“ ASC-yə əsas məbləğ üzrə 14390.76 ABŞ dolları, faiz məbləği üzrə 6396.19 ABŞ dolları təşkil edən borc üzrə zaminliyi vardır. Qeyd olunan məlumatın hələ də kredit reyestrində qalması hüquq və mənafelərimin kobudcasına pozulmasına səbəb olmuş və buna görə kredit götürmək üçün heç bir banka müraciət edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydasının 3-cü bəndinə əsasən kreditlər haqqında məlumatlar kreditin eyniləşdirmə nömrəsi və mühasibat uçotu sənədlərində əks etdirilmiş qalıq dəyəri ilə təqdim edilir. Məlumatlar hər təqvim ayının 1-i tarixinə olan vəziyyətə növbəti 4 (dörd) iş günü ərzində təqdim edilir. MKR-ə yeni kreditlər haqqında məlumatlar kreditin verildiyi tarixdən 2 (iki) iş günü ərzində təqdim edilir. Məlumatın son verilmə tarixi qeyri-iş gününə düşdükdə məlumat növbəti iş günü təqdim edilir. Kredit öhdəliyinin tam icra edilməsi haqqında məlumatlar MKR-ə kreditin tam ödənildiyi tarixdən 2 (iki) iş günü ərzində təqdim edilir. Məlumat elektron formada MKR-in avtomatlaşdırılmış sisteminin tələblərinə uyğun olaraq təqdim edilir. Hər bir kredit üzrə MKR-ə təqdim olunan məlumat bu Qaydaya Əlavə 1-də göstərilmiş informasiyanı əks etdirməlidir. Hər hansı kreditin eyniləşdirmə nömrəsində dəyişiklik tələb olunarsa, bu haqda MKR kredit təşkilatı tərəfindən yazılı məlumat verilməklə, köhnə və yeni nömrələrin siyahısı təqdim edilir. Məlumat təchizatçıları MKR-ə təqdim edilən məlumatların dəqiqliyini təmin etməlidirlər. MKR-də olan məlumatlara hər hansı düzəliş məlumat təchizatçılarının yazılı müraciəti vo ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən aparılır. Göründüyü kimi, hazırkı halda qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə İddiaçı zaminliyinə xitam verildiyindən cavabdeh LPO “AmrahBank“ ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankının Mərkəzləşdirilmiş Kredit Reyestrində olan məlumatların mərkəzləşdirilmiş kredit reyestrindən çıxarılmasına dair təsdiqləyici hesabat (məlumat) ötürülməlidir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X6 iddia ərizəsini qəbul etmədiyini bildirdi və məhkəmədən iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş sənədlərdən görünür ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)-3468/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilərək, cavabdehlər X10, X11 və X4 17910.15 (on yeddi min doqquz yüz on dollar 15 sent) ABŞ dolları əsas, 3805.14 (üç min səkkiz yüz beş dollar 14 sent) ABŞ dolları faiz, 2059,12 (iki min əlli doqquz dollar 12 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 796.80 (yeddi tüz doxsan altı dollar 80 sent) ABŞ dolları faiz, cəmi 24571.21 (iyirmi dörd min beç yüz yetmiş bir dollar 21 sent) ABŞ dolları və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun müştərək qaydada tutularaq ləğv prosesində olan Cavabdeh ASC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə zaminlər X2 və İddiaçı aid hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh ləğv prosesində olan cavabdeh X11 tərəfindən apellyasiya şikayəti verilmişdir. İş materiallarına əlavə olunmuş Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(106)-883/2023 saylı qətnaməsi ilə cavabdeh X11 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(049)- 3468/2021 saylı qətnaməsi cavabdeh X8 aid hissədə ləğv edilərək iddia tələbi ona münasibətdə rədd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə qeyd edir ki, İddiaçı cavabdeh LPO Cavabdeh ASC qarşısında xx.xx.2017-ci il tarixli LAN-219465/17 saylı Bank hesabı və kredit müqaviləsi üzrə zaminliyi barədə hər hansı bir öhdəliyinin (borcunun) olmamasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Göründüyü kimi, iddiaçının bank qarşısında Lənkəran Rayon Məhkəməsinin 2(049)- 3468/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi üzrə hər hansı bir öhdəliyinin (borcunun) olmamasına baxmayaraq, Azərbaycan Kredit Bürosuna təqdim edilmiş yanlış məlumata görə, iddiaçının hüquqları pozulmuşdur. İddiaçı iş üzrə cavabdehə müraciət edərək, yanlışlığın aradan qaldırılması, qeydlərdə olan səhvlərə düzəliş edilməsini xahiş etsə də, onun haqlı tələbi yerinə yetirilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi X9 xx.xx.2021-ci il tarixli, 32/1 saylı Qərarının 3-cü bəndinə əsasən kreditlər haqqında məlumatlar kreditin eyniləşdirmə nömrəsi və mühasibat uçotu sənədlərində əks etdirilmiş qalıq dəyəri ilə təqdim edilir. Məlumatlar hər təqvim ayının 1-i tarixinə olan vəziyyətə növbəti 4 (dörd) iş günü ərzində təqdim edilir. MKR-ə yeni kreditlər haqqında məlumatlar kreditin verildiyi tarixdən 2 (iki) iş günü ərzində təqdim edilir. Məlumatın son verilmə tarixi qeyri-iş gününə düşdükdə məlumat növbəti iş günü təqdim edilir. Kredit öhdəliyinin tam icra edilməsi haqqında məlumatlar MKR-ə kreditin tam ödənildiyi tarixdən 2 (iki) iş günü ərzində təqdim edilir. Məlumat elektron formada MKR-in avtomatlaşdırılmış sisteminin tələblərinə uyğun olaraq təqdim edilir. Hər bir kredit üzrə MKR-ə təqdim olunan məlumat bu Qaydaya Əlavə 1-də göstərilmiş informasiyanı əks etdirməlidir. Hər hansı kreditin eyniləşdirmə nömrəsində dəyişiklik tələb olunarsa, bu haqda MKR-ə kredit təşkilatı tərəfindən yazılı məlumat verilməklə, köhnə və yeni nömrələrin siyahısı təqdim edilir. Məlumat təchizatçıları MKR-ə təqdim edilən məlumatların dəqiqliyini təmin etməlidirlər. MKR-də olan məlumatlara hər hansı düzəliş məlumat təchizatçılarının yazılı müraciəti və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən aparılır. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı xx.xx.2017-ci il tarixli LAN-219465/17 saylı kredit müqaviləsi üzrə zamin qismində öhdəliyinin olmaması barədə Mərkəzi Reyestr Xidmətinə məlumat verilməsi öhdəliyi cavabdeh LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulmalı, bu qətnamə mərkəzləşdirilmiş kredit reyestrindən xx.xx.2017-ci il tarixli LAN-219465/17 saylı kredit müqaviləsi üzrə İddiaçı zamin qismində öhdəliyinin olmasına dair qeydin silinməsi üçün əsas hesab edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı xx.xx.2017-ci il tarixli LAN-219465/17 saylı kredit müqaviləsi üzrə zamin qismində öhdəliyinin olmaması barədə Mərkəzi Reyestr Xidmətinə məlumat verilməsi öhdəliyi cavabdeh LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulsun. Bu qətnamə mərkəzləşdirilmiş kredit reyestrindən xx.xx.2017-ci il tarixli LAN- 219465/17 saylı kredit müqaviləsi üzrə İddiaçı zamin qismində öhədliyinin olmasına dair qeydin silinməsi əsasdır. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar