Məhkəmə qərarları › İş №2(006)-1945/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1945/2025

18.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1945/2025 18.08.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, məhkəmə iclasının katibi Sarıyev Hüseyn Əhməd oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Bakı şəhəri Cavabdeh3, Cavabdeh1, Ədliyyə Nazirliyi Notariat Qeydiyyat və Reyestr Baş İdarəsinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X15, X11, Abdullayev Azər Həsənpaşa oğlu, "xxxx" MMC, X21 cəlb olunmaqla) “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdeh3na qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə ər-arvadın ümumi vəsaiti hesabına əldə olunmuş "xxxx" MMC-dəki 17.5 % payın dəyərinin yarısını təşkil edən 148750 manat məbləğində pul vəsaitinin vurulmuş zərərin əvəzi qismində cavabdeh Bakı şəhəri Cavabdeh3 tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, X15 ilə Bilalova (Tağıyeva) Nigar Səyyaf qızı xx.xx.2011-ci il tarixdən rəsmi nikah münasibətlərinə daxil olmuşlar. xx.xx.2016-cı il tarixli qəbzə əsasən Abdullayev Azər Həsənpaşa oğlu tərəfindən "xxxx" MMC-yə 350.000 manat ödənilmişdir. xx.xx.2017-ci il tarixli qəbzə əsasən, X15 tərəfindən Abdullayev Azər Həsənpaşa oğlunun adından "xxxx" MMC-yə 245.000 manat ödənilmişdir. xx.xx.2017-ci il tarixli müəssisədəki payın alqı-satqı müqaviləsi ilə "xxxx" MMC-nin təsisçisi həmin hüquqi şəxsdə ona məxsus 35% payından 17,5% payı 297.500 manata X5, 17,5 % payı 297.500 manata X1. xx.xx.2018-ci il il tarixli X15 və X11 ilə Abdullayev Azər Həsənpaşa oğlu arasında bağlanmış əməkdaşlıq müqaviləsinə əsasən, X15 özünə məxsus olan 17,5% payı xx.xx.2018-ci il tarixə kimi onun özünə qaytarılması şərti ilə Abdullayev Azər Həsənpaşa oğlunun adına formal olaraq geri qaytarmışdır. Abdullayev Azər Həsənpaşa oğlu qeyd olunan tarixdə onun özünə geri qaytaracağına dair üzərinə öhdəlik götürmüşdür. xx.xx.2018-ci il tarixdə verilmiş X10 Dövlət Reyestrindən çıxarışdan görünür ki, "xxxx" MMC-nin təsisiçiləri və nizamnamə kapitalındakı mayalarının miqdarı (əvvəlki) «X14 Şirkəti» QSC – 65%, X11 17,5%, X15 – 17,5%, təsisiçiləri və nizamnamə kapitalındakı mayalarının miqdarı (hazırkı) «X14 Şirkəti» QSC – 65%, Abdullayev Azər Həsənpaşa oğlu – 35% olmuşdur. 21 may 2018-ci il tarixdə bağlanmış və Bakı şəhəri 50 saylı notariat kontoru tərəfindən təsdiqlənmiş 3M-451 saylı müəssisədəki payın alqı-satqı müqaviləsinə əsasən Abdullayev Azər Həsənpaşa oğlu "xxxx" MMC-dəki 35% təsis payını X2. xx.xx.2019-cu il tarixdə Abdullayev Azər Həsənpaşa oğlu tərəfindən notarial qaydada təsdiq edilmiş ərizəyə əsasən X15 özünə məxsus olan 17,5% payı Abdullayev Azər Həsənpaşa oğlunun vəziyyətinin pisləşməsi ilə əlaqədar olaraq onun adına formal olaraq geri qaytardığını göstərmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-3909/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Abdullayev Azər Həsənpaşa oğlunun cavabdeh X16 qarşı “onunla cavabdeh arasında xx.xx.2018-ci il tarixdə bağlanmış və Bakı şəhəri 50 saylı notariat kontorunda 3M-451 reyestr nömrəsi ilə qeydiyyata alınmış müəssisədəki payın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” barədə iddia tələbi təmin edilməmişdir. İddiaçılar X15 və X11 cavabdehlər Abdullayev Azər Həsənpaşa oğlu, Bakı şəhəri 14 saylı noratiat ofisi, X21 və Bakı şəhəri 50 saylı nortariat ofisinə qarşı iddia ərizəsi və iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 25 aprel 2018-ci il tarixdə X15, X11 və Abdullayev Azər Həsənpaşa oğlu tərəfindən verilmiş, reyestrdə 7E-6654, 7E-6656, 7E6658 nömrə ilə qeydə alınan və Bakı şəhəri Cavabdeh3 xüsusi notariusu tərəfindən təsdiq edilmiş ərizələrin etibarsız hesab edilməsi, "xxxx" MMC-nin 35% payının Abdullayev Azər Həsənpaşa oğlu və X21 arasında bağlanılmış və Bakı şəhəri 50 saylı notariat kontoru tərəfindən təsdiqlənmiş 21 may 2018ci il tarixli, 3M451 saylı müəssisədəki payın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və bununla bağlı X17 Dövlət reyestrindən çıxarışın ləğv edilməsi və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən iddiaçı X6 xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Müstəqil tələblər irəli sürən üçüncü şəxs İddiaçı (bundan sonra – üçüncü şəxs) cavabdehlər Abdullayev Azər Həsənpaşa oğlu, X15, Bakı şəhəri 14 saylı noratiat ofisi, X21 və Bakı şəhəri 50 saylı nortariat ofisinə qarşı iddia ərizəsi və iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 25 aprel 2018ci il tarixdə X15 və Abdullayev Azər Həsənpaşa oğlu tərəfindən verilmiş, reyestrdə 7E- 6654, 7E-6658 nömrə ilə qeydə alınmış və Bakı şəhəri Cavabdeh3 xüsusi notariusu tərəfindən təsdiq edilmiş ərizələrin etibarsız hesab edilməsi, "xxxx" MMC-nin 35% payının Abdullayev Azər Həsənpaşa oğlu və X21 arasında bağlanılan və Bakı şəhəri 50 saylı notariat kontoru tərəfindən təsdiqlənmiş 21 may 2018-ci il tarixli 3M-451 saylı müəssisədəki payın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və bununla bağlı X17 Dövlət reyestrindən çıxarışın ləğv edilməsi və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2020-ci il 18 may tarixli, 2(004)-1594/2020 nömrəli qərardadı ilə iddiaçılar X15 və X3 iddiaları üzrə 2(004)-1089/2020 saylı mülki iş və müstəqil tələblər irəli sürən üçüncü şəxsin iddiası üzrə 2(004)-1594/2020 saylı mülki iş bir icraatda birləşdirilmiş və icraat 2(004)-1089/2020 nömrə altında davam etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2020-ci il 9 oktyabr tarixli, 2(004)-1089/2020 nömrəli qətnaməsi ilə (hakim T.Xəlilova) hər iki iddia rədd olunmuşdur. İddiaçılar və üçüncü şəxs qətnamədən ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, qətnamənin ləğv, iddialarının təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2021-ci il 21 oktyabr tarixli, 2(103)-1893/2021 nömrəli qətnaməsi ilə (hakimlər – R.Həsənov (sədrlik edən və məruzəçi), V.İbayev və Ş.Məhərrəmova) apellyasiya şikayətləri təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1089/2020 saylı 09 oktyabr 2020- ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə 25 aprel 2018-ci il tarixdə X15, X11 və Abdullayev Azər Həsənpaşa oğlu tərəfindən verilmiş, reyestrdə 7E-6654, 7E-6656, 7E6658 nömrə ilə qeydə alınan və Bakı şəhəri Cavabdeh3 xüsusi notariusu tərəfindən təsdiq edilmiş ərizələr, habelə "xxxx" MMC-nin 35% payına dair Abdullayev Azər Həsənpaşa oğlu və X21 arasında bağlanılmış və Bakı şəhəri 50 saylı notariat kontoru tərəfindən təsdiqlənmiş 21 may 2018-ci il tarixli 3M-451 saylı alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş və bununla bağlı X17 Dövlət Reyestrindən verilmiş çıxarış ləğv edilmişdir. Qətnamədən cavabdeh X21 (vəkil X25) kassasiya şikayəti verərək, onun ləğv edilməsini, iddia tələblərinin rədd olunması barədə yeni qərar qəbul edilməsini, iddiaçıların və cavabdeh Azər Abdullayevin əməllərində cinayətin əlamətlərinin olub-olmamasının araşdırılması üçün xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-1750/2022 nömrəli 2022-ci il 5 may tarixli qərarı ilə (hakimlər E.Vəliyeva (məruzəçi), E.Şamayev və A.Abbasov) cavabdeh X21 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)- 1893/2021 nömrəli iş üzrə 21 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. İşə yenidən apellyasiya qaydasında baxılarkən "xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)- 4945/2022 nömrəli iş üzrə 2022-ci il 14 noyabr tarixli qətnaməsi ilə (hakimlər İ.Şirinov (sədrlik edən və məruzəçi), C.Yusifov, A.Tanrıverdiyev) iddiaçılar X15, X11 və müstəqil tələblər irəli sürən üçüncü şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Qətnamədən iddiaçı X15 (vəkil X18), cavabdeh Abdullayev Azər Həsənpaşa oğlu (vəkil X7) və üçüncü şəxs (vəkil X12) ayrıayrılıqda kassasiya şikayətləri verərək, qətnamənin ləğv edilməsi və iddialarının təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-1432/2023 nömrəli 2023-cü il 18 aprel tarixli qərarı ilə (hakimlər V.Həsənov (məruzəçi), Ə.Əhmədov və İ.Şəfiyev) iddiaçı X6 və cavabdeh Abdullayev Azər Həsənpaşa oğlunun kassasiya şikayətləri təmin olunmamış, üçüncü şəxs İddiaçı kassasiya şikayəti qismən təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4945/2022 nömrəli iş üzrə 14 noyabr 2022-ci il tarixli qətnaməsi qismən - üçüncü şəxs İddiaçı iddiasının rədd olunan hissədə ləğv edilmiş və həmin hissədə iş yeni apellyasiya baxışına göndərilmişdir. Qətnamə qalan mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3856/2023 nömrəli iş üzrə 2023-cü il 19 iyul tarixli qətnaməsi ilə (hakimlər C.Musayeva (sədrlik edən və məruzəçi), G.Axundova, F.Babayev) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1089/2020 saylı, 09 oktyabr 2020-ci il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə ləğv edilmiş, həmin hissədə mülki iş üzrə yeni qətnamə qəbul edilmiş, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxsin iddiasının qismən təmin edilməsi, 25 aprel 2018-ci il tarixdə X15 və Abdullayev Azər Həsənpaşa oğlu tərəfindən verilmiş, reyestrdə müvafiq olaraq 7E-6658 və 7E-6654 nömrə ilə qeydə alınmış və Bakı şəhəri Cavabdeh3 xüsusi notariusu tərəfindən təsdiq edilmiş ərizələrin etibarsız hesab edilməsi qət edilmiş, iddia digər hissədə rədd edilmişdir. Qətnamədən üçüncü şəxs (vəkili X12) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən, iddianın rədd edilən hissəsində ləğv edilərək, iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. AR Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-1236/2024 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3856/2023 nömrəli, 19 iyul 2023-cü il tarixli qətnaməsi iddianın təmin olunmayan hissəsində dəyişdirilmədən saxlanılmışdır. İşin faktiki hallarından da göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsi 2(103)-3856/2023 nömrəli iş üzrə 2023-cü il 19 iyul tarixli qətnaməsi ilə 25 aprel 2018-ci il tarixdə X15 və Abdullayev Azər Həsənpaşa oğlu tərəfindən verilmiş, reyestrdə müvafiq olaraq 7E-6658 və 7E-6654 nömrə ilə qeydə alınmış və Bakı şəhəri Cavabdeh3 xüsusi notariusu tərəfindən təsdiq edilmiş ərizələrin etibarsız hesab edilməsi qət edilmişdir. Bundan sonra isə AR Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(102)-1236/2024 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3856/2023 nömrəli, 19 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış və beləliklə Bakı şəhəri Cavabdeh3 xüsusi notariusu tərəfindən təsdiq edilmiş ərizələrin etibarsız hesab edilməsi hissəsində Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi qanuni güvvəyə minmişdir. Bakı Apellyasiya Məhkəməsinin qüvvəyə minmiş 2(103)-3856/2023 nömrəli, 19 iyul 2023-cü il tarixli qətnaməsindən də göründüyü kimi mübahisəli təsis payının xx.xx.2017-ci il tarixdə, yəni İddiaçı X15 ilə birgə nikah dövründə sonuncu tərəfindən ər-arvadın ümumi vəsaiti hesabına əldə edilməsi faktı işin mübahisəsiz halıdır və X15 da daxil olmaqla, işdə iştirak edən şəxslərin heç biri tərəfindən mübahisələndirilməmişdir. Həmin qətnamədə qeyd olunan faktlara əsasən, mübahisəli təsis payı xx.xx.2017-ci il tarixdə, yəni İddiaçı X15 ilə birgə nikah dövründə alınmışdır. İddiaçının tələbinin hüquqi əsasını təşkil edən maddi hüquq normalarının tələblərindən müəyyən olunur ki, tərəflərin birgə nikah dövründə əldə etdikləri təsis payı Elman Bilalov tərəfindən özgəninkiləşdirilərkən həmin əmlakın digər mülkiyyətçisi olan İddiaçı da razılığı tələb olunurdu və belə razılığın mövcud olmaması qanunvericiliyin tələbinə görə əqdi etibarsız saymaq üçün əsasdır. Göründüyü kimi tərəflərin arasında bağlanmış müqavilənin ləğvi 25 aprel 2018-ci il tarixdə X15 və Abdullayev Azər Həsənpaşa oğlu tərəfindən verilmiş, reyestrdə müvafiq olaraq 7E-6658 və 7E-6654 nömrə ilə qeydə alınmış və Bakı şəhəri Cavabdeh3 xüsusi notariusu tərəfindən təsdiq edilmiş ərizələrdə ifadə edilmişdir, həmin ərizələr verilən zaman İddiaçı razılığının olub-olmaması qanunvericilikdə nəzərdə tutulmuş qaydada yoxlanılmamışdır. Halbuki əmlaka sərəncam verilməsi haqqında müqavilə ləğv edilərkən, bu müqavilə əsasında Elman Bilalovun xeyrinə əmələ gəmiş hüquq barədə dövlət reyestrində müvafiq qeydlər mövcud olmuşdur. Eyni zamanda qeyd edilməlidir ki, tərəflər arasında təsis payının alqı-satqısı notarial qaydada imzalanmış yazılı müqavilənin tərtib edilməsi ilə rəsmiləşdirildiyindən, həmin müqavilənin ləğv edilməsi də eyni formada, yəni yazılı müqavilənin tərtib edilməsi yolu ilə həyata keçirilməli idi. Birgə nikah dövründə əldə edilmiş əmlaka sərəncam verilməsi haqqında müqavilənin ləğvi və ya dəyişdirilməsi zamanı notarius ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq edilmiş razılığını alır. Belə olan halda mübahisələndirilən xx.xx.2018-ci il tarixli, 7E-6658 reyestr nömrəli ərizənin buna səlahiyyəti olmayan şəxs tərəfindən tərtib edilməsi nəticəsində üçüncü şəxs İddiaçı mülkiyyətindəki əmlakdan məhrum olması ilə nəticələnmişdir. Özgəninkiləşdirmə barədə əqdlərin əhəmiyyətsizliyinin məhkəmə qaydasında təsbit edilməsi əmlakından məhrum edilmiş şəxslərə zərər vurulmasında təqsirli olan şəxslərin müəyyən edilməsi və dəymiş zərərin ödənilməsinin təmin olunması baxımından vacib əhəmiyyətə malikdir. Mübahisə predmeti olmuş 17,5% təsis payının payı X15 tərəfindən 297.500 manata satın alındığını nəzərə alaraq, sözügedən payın dəyərinin yarısı hal-hazırda 148750 manatəşkil etmiş olur. İddiaçı iddia ərizəsinə dəqiqləşmə ilə müraciət edərək, birgə nikah dövründə ər-arvadın ümumi vəsaiti hesabına əldə olunmuş "xxxx" MMC-dəki 17,5% payın dəyərinin yarısını təşkil edən 148750 manat məbləğində pul vəsaitinin vurulmuş zərərin əvəzi qismində cavabdehlər Bakı şəhəri Cavabdeh3, Cavabdeh1ndən və Notariat, qeydiyyat və reyestr baş idarəsindən müştrərək qaydada tutularaq İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi X13 tərəfindən etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Bilalova Səyyaf qızının cavabdehlər Cavabdeh1nə, Bakı şəhər Cavabdeh3na və üçüncü şəxs Maliyyə Nazirliyinə münasibətdə mümkünsüz hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdehlər Cavabdeh1nə, Bakı şəhər Cavabdeh3na və üçüncü şəxs Maliyyə Nazirliyinə qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsindən aydın olur ki, cavabdeh Bakı şəhəri Cavabdeh3 tərəfindən birgə nikah dövründə ər-arvadın ümumi vəsaiti hesabına əldə olunmuş "xxxx" MMC-dəki 17,5% payın dəyərinin yarısını təşkil edən 148750 manat məbləğində İddiaçı ziyan vurulduğunu iddia edir. Aşağıda qeyd olunanlara əsasən hesab edirik ki, həmin iddia tələbi Maliyyə Nazirliyinə münasibətdə təmin oluna bilməz və mümkünsüz hesab olunmalıdır. İddia ərizəsindən də göründüyü kimi Bakı Apellyasiya Məhkəməsi 2(103)-3856/2023 nömrəli iş üzrə 2023- cü il 19 iyul tarixli qətnaməsi ilə 25 aprel 2018-ci il tarixdə X15 və Abdullayev Azər Həsənpaşa Bakı şəhəri oğlu 14 tərəfindən verilmiş, reyestrdə müvafiq olaraq 7E- 6658 və 7E-6654 nömrə ilə qeydə alınmış və edilməsi qət edilmişdir. AR Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(102)-1236/2024 saylı dəyişdirilmədən qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3856/2023 nömrəli, 19 iyul 2023-cü il tarixli qətnaməsi təsdiq saxlanılmış və beləliklə Bakı şəhəri Cavabdeh3 xüsusi notariusu tərəfindən qüvvəyə edilmiş minmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, bildirilir ki, məhkəmə tərəfindən Abdullayev Azər Həsənpaşa oğlu "xxxx" MMC-dəki 35% təsis payının X16 arasında bağlanmış alğı-satqı müqaviləsi etibarsız hesab edildiyindən, sonradan Abdullayev Azər Həsənpaşa oğlu ilə X15 arasında bağlanmış alğı-satqı müqaviləsi nəticəsində paydan məhrum olduğunu iddia edən İddiaçı dəymiş ziyanın ödənilməsini X4 tələb etməlidir. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Göründüyü kimi iddia tələbinin Maliyyə Nazirliyi ilə əlaqəsi olmadığından iddia tələbi üzrə məsələlər tərəflər arasında tənzimlənməlidir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil izahat verərək, iddia tələbini müdafiə etdiyini və onun təmin edilməsini xahiş etmişdir. Sonuncu məhkəmə iclasında (məhkəmə qətnaməsinin elanı iclası) proses iştirakçıları iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, izahatları dinləyərək və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: Mülki işin materiallarında olan: - Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-3856/2023 saylı qətnaməsinə əsasən, apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1089/2020 saylı, 09 oktyabr 2020-ci il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə ləğv edilməsi, həmin hissədə mülki iş üzrə yeni qətnamə qəbul edilməsi, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs İddiaçı cavabdehlər X8, X15, Bakı şəhəri 14 saylı notariat ofisi, X21 və Bakı şəhəri 50 saylı notariat ofisinə qarşı “müəssisədəki payın alqı-satqı müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddiasının qismən təmin edilməsi, 25 aprel 2018-ci il tarixdə X15 və Abdullayev Azər Həsənpaşa oğlu tərəfindən verilmiş, reyestrdə müvafiq olaraq 7E-6658 və 7E-6654 nömrə ilə qeydə alınmış və Bakı şəhəri Cavabdeh3 xüsusi notariusu tərəfindən təsdiq edilmiş ərizələrin etibarsız hesab edilməsi, iddianın digər hissədə rədd edilməsi qət edilmişdir. Həmin qətnamənin əsaslandırıcı hissəsindən görünür ki, işin faktiki hallarından göründüyü kimi mübahisəli təsis payı xx.xx.2017-ci il tarixdə, yəni İddiaçı X15 ilə birgə nikah dövründə sonuncu tərəfindən alınmışdır. Mübahisəli əmlakın ər-arvadın ümumi vəsaiti hesabına əldə edilməsi halı da iddiaçı tərəfindən mübahisələndirilmir. Cavabdeh Seymur Nəsibovun Azər Abdullayev, Nazim Xudaverdiyev və Elman Bilalov arasında xx.xx.2017-ci il tarixli “müəssisədəki təsis payının alqı-satqı müqaviləsi” bağlanarkən alıcılar tərəfindən satıcıya hər hansı məbləğdə pulun ödənilmədiyinə dair irəli sürdüyü dəlillər ilə əlaqədar kollegiya hesab edir ki, bu dəlillər heç bir sübut növü ilə təsdiq edilməməklə əsassızdır və mülahizə xarakterlidir. Halbuki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Bundan sonra iddiaçılar və cavabdeh Azər Abdullayev arasında müəssisədəki öz paylarının geri qaytarılmasını şərtləşdirən xx.xx.2018-ci il tarixli əməkdaşlıq müqaviləsi bağlanmış və həmin tarixdə onlar notariat qaydasında təsdiq olunmuş müəssisədəki payın alqı-satqısı barədə müqavilənin ləğvinə dair mübahisələndirilən ərizələr vermişlər. Daha sonra Azər Abdullayev 35% paya sahib olan təsisçi kimi təkrar qeydə alınmış və xx.xx.2018-ci il tarixdə həmin payın alqı-satqısı barədə sonuncu ilə Nəsibov Seymur arasında Bakı şəhəri 50 saylı notariat ofisində müqavilə bağlanmışdır. Bununla əlaqədar MMC-nin digər təsisçisi olan şirkətin qanuni təmsilçisinin notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi alınmışdır. Məhkəmə üçüncü şəxsin verdiyi apellyasiya şikayəti ilə əlaqədar həm Ailə Məcəlləsinin, həm də Mülki Məcəllənin müddəalarına istinad edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hazırki işin faktiki hallarından göründüyü kimi mübahisəli təsis payı xx.xx.2017-ci il tarixdə, yəni İddiaçı X15 ilə birgə nikah dövründə alınmışdır. Bundan sonra xx.xx.2018-ci il tarixə MMC-nin Nizamnaməsinə dəyişiklik edilərək, X15 17,5 % paya sahib təsisçi kimi qeydə alınmışdır. İddiaçının tələbinin hüquqi əsasını təşkil edən maddi hüquq normalarının tələblərindən müəyyən olunur ki, tərəflərin birgə nikah dövründə əldə etdikləri təsis payı Elman Bilalov tərəfindən özgəninkiləşdirilərkən həmin əmlakın digər mülkiyyətçisi olan İddiaçı da razılığı tələb olunurdu və belə razılığın mövcud olmaması qanunvericiliyin tələbinə görə əqdi etibarsız saymaq üçün əsasdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1236/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3856/2023 nömrəli, 19 iyul 2023-cü il tarixli qətnaməsi iddianın təmin olunmayan hissəsində dəyişdirilmədən saxlanılması qərara alınmışdır. - Ödəniş qəbzindən (№**********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - Ödəniş qəbzindən (№**********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 339 manat məbləğində dövlət rüsumu ödənilmişdir. b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. Eyni Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1111.2-ci maddəsinə görə, əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə qeyd edir ki, iddiaçı özünün güman etdiyi pozulmuş hüququnun müdafiəsi üçün Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsi qaydasında məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 4-cü maddəsinə əsasən əmlak və ya qeyriəmlak dəyəri olan, qanunvericiliklə mülki dövriyyədən çıxarılmamış maddi və ya qeyrimaddi nemətlər mülki hüquq münasibətlərinin obyektləri ola bilərlər. AR Mülki Məcəllənin 14-cü maddəsi mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarını müəyyən edir. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Eyni Məcəllənin 14.2-ci maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.2. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları. 14.2.3. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları. 14.2.4. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi. 14.2.5. Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması.14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.7. Əsassız varlanma. 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. 14.2.9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə ilk olaraq onu qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin 19 iyul 2023-cü il tarixli, 2(103)-3856/2023 saylı qətnaməsi ilə 25 aprel 2018-ci il tarixli ərizələrin etibarsız hesab olunması müəyyən edilmişdir. Həmin qətnamədə mübahisəli 17,5% təsis payının ər-arvadın birgə nikah dövründə ümumi vəsait hesabına əldə olunduğu, Elman Bilalovun isə bu payı sərəncam verərkən həyat yoldaşı İddiaçı razılığını almadığı təsdiq olunmuşdur. Beləliklə, əmlakın özgəninkiləşdirilməsi zamanı qanunsuzluq faktı sübuta yetirilmişdir. Lakin məhkəmə hesab edir ki, iddiaçının bu qanunsuzluq nəticəsində dəymiş ziyanın ödənilməsi tələbinin cavabdehlər – Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi və Bakı şəhəri Cavabdeh3na yönəldilməsi əsassızdır. İş materiallarından görünür ki, mübahisəli təsis payının sərəncamı zamanı qanunsuz hərəkət törədən şəxs məhz Elman Bilalov olmuşdur. Onun həyat yoldaşının razılığı olmadan birgə mülkiyyətə aid payı özgəninkiləşdirməsi nəticəsində iddiaçının hüquqları pozulmuşdur. Notariat kontoru isə yalnız təqdim edilən ərizələri təsdiqləmiş, özü sərəncam əməliyyatının mahiyyətinə və tərəflərin ailə münasibətlərinə müdaxilə etməmişdir. Məhkəmə qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)- 3856/2023 saylı qətnaməsinə əsasən 25 aprel 2018-ci il tarixdə X15 və Abdullayev Azər Həsənpaşa oğlu tərəfindən verilmiş, reyestrdə müvafiq olaraq 7E-6658 və 7E-6654 nömrə ilə qeydə alınmış və Bakı şəhəri Cavabdeh3 xüsusi notariusu tərəfindən təsdiq edilmiş ərizələrin etibarsız hesab edilməsi qət edilsə də, həmin qətnamə ilə edilmiş ərizələrin etibarsız hesab edilməsi notariat kontorunun qanunsuz hərəkəti nəticəsində olması müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, zərərin ödənilməsi ilə bağlı istənilən tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Borclu yalnız səbəb olduğu, yaranmasına görə cavabdehlik daşıdığı zərərin əvəzinin ödənilməsinə cəlb edilə bilər. Beləliklə zərərin mövcud olması, bunun cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri məsələləri məhkəmə tərəfindən müəyyən edilməli olan hallardır. Hazırki mülki iş üzrə zərərin baş verməsi, bunun cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə cavabdehlərin təqsiri müəyyən edilməmişdir Məhkəmə qeyd edir ki, belə olan halda, iddiaçının göstərdiyi ziyanın birbaşa səbəbi Elman Bilalovun qanunsuz sərəncam hərəkəti olmuşdur və notariatın fəaliyyəti ilə iddiaçının zərəri arasında birbaşa səbəbli əlaqə mövcud deyildir. Məhkəmə Maliyyə Nazirliyinə münasibətdə onu qeyd etməyi zəruri hesab edir ki, Nazirlik nə mübahisəli payın əldə olunması, nə də onun sonrakı sərəncam verilməsi ilə bağlı münasibətlərdə iştirak etməmiş, iş materiallarında Nazirliyin hər hansı qanunsuz hərəkəti və ya fəaliyyətsizliyi sübuta yetirilməmişdir. Beləliklə, Maliyyə Nazirliyinə qarşı tələbin mümkün hesab olunmaması tam əsaslıdır. Məhkəmə qeyd edir ki, Cavabdeh1 ilə bağlı da eyni nəticəyə gəlmək olar. Nazirlik ümumiyyətlə bu mübahisəli əqdlərin tərəfi olmamış, təsis payının idarə olunmasında və ya özgəninkiləşdirilməsində iştirak etməmişdir. Onun məsuliyyətini müəyyən etmək üçün də heç bir hüquqi əsas mövcud deyildir. Məhkəmə belə qənaətə gəlir ki, iddiaçının vurulmuş ziyanın əvəzini tələb etmək hüququ yalnız zərərə səbəb olmuş şəxs – Elman Bilalova qarşı irəli sürülə bilər. Dövlət orqanlarına və notariata məsuliyyətinin tətbiq olunması üçün isə nə qanunvericilikdə, nə də iş materiallarında hər hansı əsas (təqsir müəyyən olunmur) mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Beləliklə, məhkəmə işin bütün hallarının məcmusuna, hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, İddiaçı cavabdehlər Bakı şəhəri Cavabdeh3, Cavabdeh1, Ədliyyə Nazirliyi Notariat Qeydiyyat və Reyestr Baş İdarəsinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X15, X11, Abdullayev Azər Həsənpaşa oğlu, "xxxx" MMC, X21 cəlb olunmaqla) “pul” tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Bakı şəhəri Cavabdeh3, Cavabdeh1, Ədliyyə Nazirliyi Notariat Qeydiyyat və Reyestr Baş İdarəsinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X15, X11, Abdullayev Azər Həsənpaşa oğlu, "xxxx" MMC, X21 cəlb olunmaqla) “pul” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar