Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1978/2025 26.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, cavabdeh "X19" MMC-nin direktoru X16 iştirakı ilə, İddiaçı cavabdeh "X19" MMC-yə qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı cavabdeh "X19" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən İddiaçı xeyrinə maddi zərərə görə 1200 (bir min iki yüz) manat və dövlət rüsumu kimi ödənilmiş 35 (otuz beş) manat, ümumilikdə 1235 (bir min iki yüz otuz beş) manat pul vəsaitinin tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: İddiaçı Cavabdeh MMC-yə müraciət edərək Neftçala rayonu ərazisində yerləşən 6 torpaq sahəsi ilə bağlı rəy almışdır. Buna görə də 19 avqust 2022-ci il tarixində 2000 (iki min) manat məbləğində vəsait ödəmişdir. Həmin rəylərə əsasən də Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir, lakin hər inzibati işdə tərtib olunan ekspertizanın nəticəsi ilə Cavabdeh MMC verdiyi rəy üst üstə düşmədiyi üçün iddia ərizəsi təmin edilməmişdir. Cavabdeh tərəfindən verilmiş 521 və 523 saylı rəylərdə qeyd edilir ki, İddiaçı məxsus Neftçala bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 06 saylı və xx.xx.2006-cı il tarixli, 08 saylı qərarlarına əsasən ona fərdi yaşayış evinin tikintisi üçün verilmiş M.Ə.Sabir küçəsində yerləşən 2 ədəd 0,06 ha torpaq sahələrinin koordinatları ilə faktiki sahənin koordinatları üst-üstə düşür və təyinat olaraq Bələdiyyənin ehtiyyat fondu torpaqlarına aiddir. İddianın əsası kimi bu rəyləri qoyub Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Bu zaman Şirvan İnzibati Məhkəməsi tərəfindən xx.xx.2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/2178 nömrəli ekspert rəyində qərardadda qeyd edilən 4-cü suala belə cavab verilmişdir ki, mübahisəli torpaq sahələri ayrılan zaman, eləcə də hazırda hansı növ kateqoriyada (kənd təsərrüfatı torpaqları, yaşayış məntəqələrinin torpaqları və s.) olması və məqsədli istifadə növü müəyyən edilsin. Qərardadın dördüncü sualı üzrə: Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi1' MMC- nin Şirvan LTİ-nin mütəxəssis rəyinə əsasən, mübahisəli torpaq sahələrinin ayrılan zaman, eləcə də hazırda kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid torpaq sahəsində yerləşdiyi və uqodiyasının örüş olduğu müəyyən olundu. Buna görə də Şirvan İnzibati Məhkəməsi xx.xx.2023-cü il tarixli, 2-1( 120)-136/2023 saylı qərar ilə iddiam təmin edilməmişdir. Cavabdeh tərəfindən verilmiş 528 saylı rəydə qeyd edilmişdir ki, X7 məxsus Neftçala bələdiyyəsinin xx.xx.2006-eı il tarixli, 10 saylı qərarına əsasən ona sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün ayrılmış 166 kv.m torpaq sahəsinin koordinatları ilə faktiki sahənin koordinatları üst-üstə düşür və təyinat olaraq Bələdiyyənin ehtiyyat fondu torpaqlarına aiddir. İddianın əsası kimi bu rəyləri qoyub Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Bu zaman Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/5637 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, Neftçala rayonu Neftçala Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 10 saylı qərarı ilə iddiaçı X2 fəaliyyəti üçün ünvan 1 ünvanından verilmiş 166 kv.m torpaq sahəsinin naturada yeri və koordinatları iddiaçının iştirakı ilə müəyyən edildi (yerquruluşu planında əks olunub). Neftçala rayonu Neftçala Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 10 saylı qərarı ilə iddiaçı X2 fəaliyyəti üçün ünvan 1 ünvanından verilmiş 166 kv.m torpaq sahəsinin xx.xx.2006-cı ildə (torpağın satılması barədə qərarın qəbul olunduğu vaxt) və hazırda Azərbaycan Respublikası Neftçala şəhər bələdiyyəsinin ərazisindəki torpaqların inventarizasiyası və Dövlət aktının verilməsi üçün hazırlanmış yerquruluşu planına əsasən dövlət mülkiyyətinə aid torpaq sahəsində yerləşir. Neftçala rayonu Neftçala Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 10 saylı qərarı ilə iddiaçı X2 fəaliyyəti üçün ünvan 1 ünvanından verilmiş 166 kv.m torpaq sahəsi dövlət mülkiyyətinə aid torpaq sahəsində yerləşdiyi üçün icarəyə verilə bilər, yəni alqı-satqı predmeti ola bilməz. Buna görə də Şirvan İnzibati Məhkəməsi xx.xx.2023-cü il tarixli, 2- 1(120)-159/2023 saylı qərar ilə iddia təmin edilməmişdir. Cavabdeh tərəfindən verilmiş 520 saylı rəydə qeyd edilmişdir ki, Hümbətova Şahnaz. Cavad qızına məxsus Neftçala bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 09 saylı qərarına əsasən ona fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0.06 ha torpaq sahəsinin koordinatları ilə faktiki sahənin koordinatları üst-üstə düşür və təyinat olaraq Bələdiyyənin ehtiyyat fondu torpaqlarına aiddir. İddianın əsası kimi bu rəyi qoyub Şirvan İnzibati Məhkəməsinə müraciət etmişəm. Bu zaman Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli məktubu ilə iş üzrə xx.xx.2022-ci il tarixli 10/6461 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, mübahisəli torpaq sahəsi ayrılan zaman, eləcə də hazırda kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid örüş sahəsində yerləşir. Buna görə də Şirvan İnzibati Məhkəməsi xx.xx.2023-cü il tarixli, 2-1 (120)-140/2023 saylı qərar ilə iddia təmin edilməmişdir. Cavabdeh tərəfindən verilmiş 522 saylı rəydə qeyd edilmişdir ki, X7 məxsus “Neftçala bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 09 saylı qərarına əsasən iddiaçıya yaşayış evinin tikintisi üçün ayrılmış 0.06 ha torpaq sahəsinin koordinatları ilə faktiki sahənin koordinatları üst-üstə düşür və təyinat olaraq Bələdiyyənin ehtiyyat fondu torpaqlarına aiddir. İddianın əsası kimi bu rəyi qoyub Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Bu zaman Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024cü il tarixli 3-16- 16/2-10/1891 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, Neftçala rayonu Neftçala bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 09 saylı qərarı ilə iddiaçı X5 fərdi yaşayış evi tikmək üçün ünvan 2 ünvanında verilmiş 600 kv.m torpaq sahəsi xx.xx.2007-ci ildə (torpağın satılması barədə qərarın qəbul olunduğu vaxt və hazırda kənd təsərrüfatı təyinatlı, uqodiyası örüş olmaqla bələdiyyə mülkiyyətinə aid torpaq sahəsində yerləşir. Neftçala rayonu Neftçala bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 09 saylı qərarı ilə iddiaçı X5 fərdi yaşayış evi tikmək üçün ünvan 3 ünvanında verilmiş 600 kv.m torpaq sahəsi kənd təsərrüfatı təyinatlı, uqodiyası örüş torpaq sahəsi olduğu üçün torpağın kateqoriyasına uyğun olaraq konkret məqsədlər üçün istifadəyə və ya icarəyə verilə bilər, yəni alqı-satqı predmeti ola bilməz. Buna görə də Şirvan İnzibati Məhkəməsi xx.xx.2023-cü il tarixli. 2- 1(120)- 72/2024 saylı qərar ilə iddia təmin edilməmişdir. Cavabdeh tərəfindən verilmiş 527 saylı rəydə qeyd edilmişdir ki, X14 məxsus Neftçala bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 07 saylı qərarına əsasən ona sahibkarlıq məqsədi ilə ayrılmış 0.0050 ha torpaq sahəsinin koordinatları ilə faktiki sahənin koordinatları üst-üstə düşür və təyinat olaraq Bələdiyyənin ehtiyat fondu torpaqlarına aiddir. İddianın əsası kimi bu rəyi qoyub Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Bu zaman Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/4980 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, “Neftçala şəhər bələdiyyəsinin ərazisindəki torpaqların inventarizasiyası və Dövlət aktının verilməsi üçün hazırlanmış yerquruluşu planına əsasən mübahisəli torpaq sahəsi ayrılan zaman, eləcə də hazırda dövlət mülkiyyətinə aid olan torpaq sahəsində yerləşir. Buna görə də Şirvan İnzibati Məhkəməsi xx.xx.2023-cü il tarixli, 2-1(120)-139/2023 saylı qərar ilə iddia təmin edilməmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmənin əvvəlki iclasında iştirak edən iddiaçının nümayənsdəsi X11 iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etsə də, yekun məhkəmə iclasına gəlməmişdir. İddiaçı teleqram göndərərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin iclasında iştirak edən cavabdeh "X19" MMC-nin nümayəndəsi X22 izahat verərək bildirmişdir ki, Azərbaycan Respublikası Qiymətləndiricilər Palatasının üzvüdür. Ekspertiza keçirilərkən də onun rəyinə əsasən rəy verilib. 11 yer idi, GPS aparatı ilə baxış keçirilib, müvafiq rəylər verilib. Rəylərə əsasən də xidmət haqqı tələb edilmişdir. Bununla bağlı polisə də şikayət olunmuşdur, orada da işə xitam verilmişdir. Vətəndaş tərəfindən ödəniş olunur, gedib baxış keçirilir. Hansı nəticəyə gəlsələr, rəydə o yazılır. Pul ödənilib deyə vətəndaşın xeyrinə olacaq deməli deyil. Odur ki, məhkəmədən iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Azərbaycan Respublikası Cavabdeh MMC-nin xx.xx.2021-ci il tarixli 521 saylı rəyinə əsasən ünvan 3ndə yerləşən, Neftçala bələdiyyəsinin 30 iyun 2006-cı il tarixli 06 saylı qərarı ilə İddiaçı fərdi yaşayış evi tikmək üçün ayrılmış 0.06 ha torpaq sahəsinin natura üzrə tədqiqatı zamanı faktiki coğrafi məkan göstəriciləri müəyyənləşdiriİmişdir. Müəyyən olunan torpaq sahəsinin koordinatlarının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin X26 və Manitorinqi Elm-İstehsalat Mərkəzi tərəfindən 2014-cü ildə tərtib olunan Neftçala bələdiyyəsinin mülkiyyətinə verilmiş torpaq sahələrinin yerquruluşu sxemində kəndaltı ştrixlə qeyd olunan bələdiyyənin ehtiyyat fond torpaqları hüdudları daxilində yerləşməsi müəyyən olunur. Tədqiq olunmuş 0.06 ha torpaq sahəsinin müəyyən olunan məkan göstəriciləri xüsusi informasiya sistemləri proqramları vasitəsilə tərtib olunan aerofotoplan, plan-sxem və sxemdə aydın göstərilmişdir. Azərbaycan Respublikası Cavabdeh MMC-nin xx.xx.2021-ci il tarixli 523 saylı rəyinə əsasən ünvan 3ndə yerləşən, Neftçala bələdiyyəsinin 30 avqust 2006-cı il tarixli 08 saylı qərarı ilə İddiaçı fərdi yaşayış evi tikmək üçün ayrılmış 0.06 ha torpaq sahəsinin natura üzrə tədqiqatı zamanı faktiki coğrafi məkan göstəriciləri müəyyənləşdirilmişdir. Müəyyən olunan torpaq sahəsinin koordinatlarının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin X26 və Manitorinqi Elm-İstehsalat Mərkəzi tərəfindən 2014-cu ildə tərtib olunan Neftçala bələdiyyəsinin mülkiyyətinə verilmiş torpaq sahələrinin yerquruluşu sxemində (elektron xəritəsi üzərində) kəndaltı ştrixlə qeyd olunan bələdiyyənin ehtiyyat fond torpaqları hüdudları daxilində yerləşməsi müəyyən olunur. Tədqiq olunmuş 0.06 ha torpaq sahəsinin müəyyən olunan coğrafi məkan göstəriciləri xüsusi informasiya sistemləri proqramları vasitəsilə tərtib olunan aerofotoplan, plan-sxem və sxemdə aydın şəkildə göstərilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli **********88 saylı məktubuna əsasən ünvan 3ndə yerləşən, Neftçala Bələdiyyəsi tərəfindən fərdi yaşayış evi tikintisi üçün sizə ayrılmış 2 ədəd 0.06 ha torpaq sahəsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən elektron məlumat bazasına “kənd təsərrüfatı təyinatlı torpaqlar" kateqoriyalı, məqsədli istifadə növü örüş kimi daxil edilmişdir. Neftçala rayonu Neftçala bələdiyyəsinin xx.xx.2006-ci il tarixli 06 saylı qərarı və xx.xx.2006-cı il tarixli 08 saylı qərarı Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin müddəalarına ziddir. Belə ki, Torpaq Məcəlləsinin 9-cu maddəsinin 3-cü bəndinə uyğun olaraq kənd təsərrüfatı təyinatlı torpaqların başqa məqsədlər üçün istifadə edilməsi Nazirlər Kabineti tərəfindən kateqoriyası dəyişdirildikdən sonra mümkündür. O cümlədən, Torpaq Məcəlləsinin 56-cı maddəsinin 3-cü və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsiniı 3-cü bəndi "kənd təsərrüfatı təyinatlı torpaqların yalnız məqsədli təyinatı üzrə (bu halda həyətyan deyil, örüş kimi) istifadəyə və icarəyə verilməsini" nəzərdə tutur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli **********24 saylı məktubuna əsasən Neftçala şəhəri, X28 küçəsində yerləşən 2 ədəd 600,0 kv.m həyətyanı torpaq sahesi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı yaranmış problemin həllinə köməklik göstərilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından İqtisadiyyat Nazirliyinə daxil olmuş müraciətə (daxil olma qeydiyyatı İN-D/0-H-501/2021, xx.xx.2021-ci il) aidiyyəti üzrə baxılmışdır. Aparılmış araşdırma zamanı məlum olmuşdur ki, Neftçala bələdiyyəsinin 30 iyun 2006-cı il tarixli, 06 saylı və 30 avqust 2006-cı il tarixli, 08 saylı qərarları ilə ayrılmış sözügedən torpaq sahələri elektron baza məlumatlarına əsasən kənd təsərrüfatı təyinatlı örüş torpaq sahələridir. Bu səbəbdən müraciətin icrasından “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən imtina edilmiş və bu barədə Daşınmaz Əmlakın Döv'ət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən 16 may 2021ci il tarixli **********88 nömrəli məktubla məlumat verilmişdir. Məlumat üçün bildirilmişdir ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 saylı Fərmanına əsasən torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı torpaqlara dair hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) aradan qaldırılmasını təmin etmək məqsədilə müvafiq tədbirlər həyata keçirilir. Çöl və kameral şəraitdə aparılmış ölçmə işlərinin nəticəsində torpaqların faktiki (naturadakı) yerləşmə vəziyyətinə dair hər bir torpaq sahəsi barədə əldə edilmiş yeni kadastr göstəriciləri hüquqmüəyyənedici sənədlərdə əks olunmuş məlumatlarla və məkan göstəriciləri ilə müqayisə edilərək, uyğunsuzluqlar müəyyənləşdirilir və aradan qaldırılması ilə bağlı ərazi vahidləri üzrə layihələr tərtib olunur. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-136/2023 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı «torpaq sahələri üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat pul vəsaiti İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Azərbaycan Respublikası Cavabdeh MMC-nin xx.xx.2021-ci il tarixli 528 saylı rəyinə əsasən ünvan 1ndə yerləşən, Neftçala bələdiyəsinin xx.xx.2006-cı il tarixli 10 saylı qərarı ilə X1 fəaliyyəti ilə məşğul olmaq üçün ayrılmış 0,01166 ha torpaq sahəsinin naturada qeydə alınan kordinatları əsasında ərazinin elektron ümumi xərtiəsi üzərində tədqiqi zamanı 15,14 m2 hissənin digər şəxsin adma elektron bazada qeydiyyata alındığı müəyyən olunmuşdur. Tədqiq olunan 0.0166 ha torpaq sahəsinin qalan 0.0151 ha hissəsinin faktiki coğrafi məkan göstəriciləri əsasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin X26 və Manitorinqi Elm-İstehsalat Mərkəzi tərəfindən 2014-cü ildə tərtib olunan Neftçala bələdiyyəsinin mülkiyyətinə verilmiş torpaq sahələrinin yerquruluşu sxemində (elektron xəritəsi üzərində) kəndaltı ştrixlə ceyd olunan bələdiyyənin ehtiyyat fond torpaqları hüdudları daxilində yerləşməsi müəyyən olunmuşdur. Müəyyən olunan torpaq sahəsi xüsusi coğrafi informasiya sistemləri proqramları vasitəsilə tərtib olunan aerofotoplan, plan-sxem və sxemdə aydın şəkildə göstərilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli **********43 saylı məktubuna əsasən ünvan 1ndə yerləşən 0.0166 ha torpaq sahəsinə dair mülkiyyət hüququnuzun dövlət qeydiyyatına alınması ilə əlaqədar müraciətə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsində baxılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, həmin torpaq sahəsi elektron məlumat bazasına dövlət mülkiyyətinə aid torpaq sahəsi kimi daxil edilmişdir. Eyni zamanda sözügüdən torpaq sahəsinin bir hissəsi digər şəxsin adına elektron məlumat bazaya daxil edilmiş torpaq sahəsi ilə üst-üstə düşür. Torpaq məcəlləsinin 46-cı maddəsinin 4-cü bəndinin tələblərinə görə dövlət mülkiyyətində olan torpaqların istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları keçirirlər. Torpaq Məcəlləsinin 8-ci maddəsinin, Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikasının Qanunun 4-cü maddəsinin 4.0 və 4.0.1 bəndinin tələblərinə görə bələdiyyələrin öz inzibati əraziləri daxilində qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik onlardan istifadə vo onlar barədə sərəncam vermək səlahiyyətləri vardır. Torpaq Məcəlləsinin 109-cu maddəsinə əsasən “Torpaq istifadəçiləri və icarəçiləri tərəfindən özgənin mülkiyyətində olan torpağın alınıbsatılması, bağışlanması, torpaq sahəsinin özbaşına dəyişdirilməsi barədə bağlanan əqdlər, habelə torpaq mülkiyyətçilərinin bu Məcəllədə nəzərdə tutulmuş qaydaları pozmaqla bağladıqları müqavilələr etibarsız sayılır". Yuxarıda göstərilən səbəbdən “Daşınmaz əmlakın dövlət reyestri haqqında“ Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən müraciətin icrasından imtina edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-159/2023 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən X6 İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı «torpaq sahəsi üzərində mülkiyyət hüququna dair çıxarışın veriiməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiasının təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul vəsaiti iddiaçı X4 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qərara alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli **********590 saylı məktubuna əsasən ünvan 3ndə yerləşən 0.06 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı müraciətə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən baxılmışdır. Bununla bağlı bildirilmişdir ki, ünvan 3ndə yerləşən, Neftçala Bələdiyyəsi tərəfindən fərdi yaşayış evi tikintisi üçün sizə ayrılmış 0.06 ha torpaq sahəsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən elektron məlumat bazasına “kənd təsərrüfatı təyinatlı torpaqlar' kateqoriyalı, məqsədli istifadə növü crüş kimi daxil edilmişdir. Neftçala rayonu Neftçala bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 09 saylı qərarı Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin müddəalarına ziddir. Belə ki, Torpaq Məcəlləsinin 9-cu maddəsinin 3-cü bəndinə uyğun olaraq, kənd təsərrüfatı təyinatlı torpaqların başqa məqsədlər üçün istifadə edilməsi Nazirlər Kabineti tərəfindən kateqoriyası dəyişdirildikdən sonra mümkündür. O cümlədən, Torpaq Məcəlləsinin 56-cı maddəsinin 3-cü və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinin 3-cü bəndi kənd təsərrüfatı təyinatlı torpaqların yalnız məqsədli təyinatı üzrə (bu halda həyətyanı deyil, örüş kimi) istifadəyə və icarəyə verilməsini nəzərdə tutur. Yuxarıda göstərilən səbəblərdən "Daşınmaz əmlakın dövlət reyestri haqqında“ Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən müraciətin icrasından imtina edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-140/2023 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən İddiaçı X12 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi idarəsinə qarşı «torpaq sahəsinə mülkiyyət hüququna dair çıxar şin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat pul vəsaiti iddiaçı X8 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qərara alınmışdır. Azərbaycan Respublikası Cavabdeh MMC-nin xx.xx.2021-ci il tarixli 520 saylı rəyinə əsasən Nefçala şəhəri, M.Ə.Sabir küçəsində yerləşən, Neftçala bələdiyyəsinin 30 sentyabr 2007-ci il tarixli 09 saylı qərarı ilə X15 fərdi yaşayış evi tikmək üçün verilmiş 0.06 ha torpaq sahəsinin natura üzrə tədqiqatı zamanı faktiki coğrafi məkan göstəriciləri müəyyənləşdirilmişdir. Müəyyən olunan torpaq sahəsinin koordinatlarının X26 və Xəritəçəknrə Komitəsinin X26 və Manitorinqi Elm-İstehsal Mərkzi tərəfindən 2014-cü ildə tərtib olunan Neftçala bələdiyyəsinin mülkiyyətinə verilmiş torpaq sahələrinin yerquruluşu sxemində (elektron xəritəsi üzərində) kəndaltı ştrixə qeyd olunan bələdiyyənin ehtiyyat fond torpaqları hüdudları daxilində yerləşməsi müəyyən olunur. Tədqiq olunmuş 0.06 ha torpaq sahəsinin müəyyən olunan məkan göstəriciləri xüsusi informasiya sistemləri proqramları vasitəsilə tərtib olunan aerofotoplan, plan-sxem və sxemdə aydın şəkildə göstərilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli **********95 saylı məktubuna əsasən “Neftçala şəhəri, A.Cəfərov küçəsində yerləşən 0.0050 ha torpaq sahəsinə dair mülkiyyət hüquqununun dövlət qeydiyyatına alınması” ilə əlaqədar müraciətinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi idarəsində baxılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, həmin torpaq sahəsi elektron məlumat bazasına dövlət mülkiyyətinə aid torpaq sahəsi kimi daxil edilmişdir. Torpaq məcəlləsinin 46-cı maddəsinin 4-cü bəndinin tələblərinə görə dövlət mülkiyyətində olan torpaqların istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları keçirirlər. Torpaq Məcəlləsinin 8-ci maddəsinin, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunun 4-cü maddəsinin 4.0 və 4.0.1 bəndinin tələblərinə görə bələdiyyələrin öz inzibati əraziləri daxilində qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək səlahiyyətləri vardır. Torpaq Məcəlləsinin 109-cu maddəsinə əsasən “Torpaq istifadəçiləri və icarəçiləri tərəfindən özgənin mülkiyyətində olan torpağın alınıb-satılması, bağışlanması, torpaq sahəsinin özbaşına dəyişdirilməsi barədə bağlanan əqdlər, habelə torpaq mülkiyyətçilərinin bu Məcəllədə nəzərdə tutulmuş qaydaları pozmaqla bağladıqları müqavilələr etibarsız sayılır”. Yuxarıda göstərilən səbəbdən “Daşınmaz əmlakın dövlət reyestri haqqında“ Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən müraciətin icrasından imtina edilir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-139/2023 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən iddiaçı X13 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şırvan Ərazi İdarəsinə qarşı «torpaq sahəsinə mülkiyyət hüququna dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası təmin edilməməsi və ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul vəsaiti iddiaçı X8 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qərara alınmışdır. Azərbaycan Respublikası Cavabdeh MMC-nin xx.xx.2021-ci il tarixli 522 saylı rəyinə əsasən ünvan 3ndə yerləşən, Neftçala bələdiyyəsinin 30 sentyabr 2007-ci il tarixli 09 saylı qərarı, ilə X5 fərdi yaşayış evi tikmək üçün ayrılmış 0.06 ha torpaq sahəsi natura üzrə tədqiqatı zamanı faktiki coğrafi məkan göstəriciləri müəyyənləşdirilmişdir. Müəyyən olunan torpaq sahəsinin koordinatlarının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin X26 və Manitorinqi Elm-istehsalat Mərkəzi tərəfindən 2014-cü ildə tərtib olunan Neftçala bələdiyyəsinin mülkiyyətinə verilmiş torpaq sahələrinin yerquruluşu sxemində (elektron xəritəsi üzərində) kəndaltı ştrixlə qeyd olunan bələdiyyənin ehtiyat fond torpaqları hüdudları daxilində yerləşməsi müəyyən olunur. Tədqiq olunmuş 0.06 ha torpaq sahəsinin müəyyən olunan məkan göstəriciləri xüsusi informasiya sistemləri proqramları vasitəsilə tərtib olunan aeroftoplan, plan-sxem və sxemdə aydın şəkildə göstərilmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-72/2024 saylı xx.xx.2024-cü il tarixli qərarına əsasən iddiaçı X18ünun cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi idarəsinə qarşı «Neftçala bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 09 saylı qərarına əsasən iddiaçıya fərdi yaşayış evi tikmək üçün ayrılmış 0.06 ha (600 kv.m) torpaq sahəsinə mülkiyyət hüququna dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası təmin edilməməsi və ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul vəsaiti iddiaçı X4 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qərara alınmışdır. Salyan RPŞ-nin xx.xx.2023-cü il tarixli qərarının surətinə əsasən X3 şikayəti əsasında toplanmış material üzrə əməlində cinayət tərkibi olmadığından X10 barəsində cinayət işinin başlanması rədd edilmişdir. xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddianın qaldırılması üçün 35 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Maddə 329.3. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Maddə 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 101-1.1. İşdə iştirak edən şəxslər onların mənafelərinə xidmət edə biləcək halların müəyyən edilməsi üçün öz təşəbbüsləri ilə ekspertizanın aparılmasını sifariş vermək üçün məhkəmə ekspertizası idarəsinə və ya özəl məhkəmə ekspertinə rəsmi müraciət etmək hüququna malikdirlər. Maddə 101-1.2. İşdə iştirak edən şəxsin sifarişi ilə ekspertiza həmin şəxslə məhkəmə ekspertizası idarəsinin rəhbəri və ya özəl məhkəmə eksperti arasında bağlanan müqavilə əsasında ekspertizanı sifariş edən şəxsin hesabına həyata keçirilir. Maddə 101-1.3. Ekspert ekspertizanı sifariş etmiş şəxsə müqavilədə göstərilən müddətdə yazılı rəy verir. Ekspertiza aparmış ekspertlərin təqdim edilmiş rəyləri məhkəmə tərəfindən materiallara əlavə edilir və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı ilə cavabdeh "X19" MMC arasında ekspert xidmətlərinin göstərilməsinə dair şifahi qaydada müqavilə bağlanmış, cavabdeh ona təqdim olunmuş torpaq sahələrinin təyinatına dair rəy vermək, iddiaçı isə bunun müqabilində razılaşdırılmış məbləği – 2000 manatı MMC-nin hesabına köçürmək öhdəliyini götürmüşdür. "X19" MMC tərəfindən torpaq sahələri ilə bağlı rəylər verilmiş, İddiaçı tərəfindən MMC-yə 2000 manat ödənilmişdir. İddiaçı həmin rəyləri əsas götürərək Şirvan İnzibati Məhkəməsində torpaq sahələri üzərində mülkiyyət hüququnun tanınması və çıxarışın verilməsi barədə iddia qaldırmış, məhkəmənin qərarları ilə iddia tələbləri rədd edilmişdir. Hazırda iddiaçı ödədiyi pulun 1200 manat hissəsinin «X19» MMC tərəfindən ona qaytarılmasını xahiş edir və iddiasını, Cavabdeh MMC tərəfindən verilmiş rəylərin inzibati məhkəmə icraatı zamanı nəzərə alınmaması, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş rəylərlə ziddiyyət təşkil etməsi ilə əsaslandırmışdır. Cavabdeh «X19» MMC-nin direktoru X22 isə onun tərəfindən tərtib edilmiş rəylərin qanuni və əsaslı olduğuna, məhkəmə tərəfindən onların nəzərə alınmamasının ödənilmiş xidmət haqqının qaytarılmasına əsas olmadığını bildirərək, iddianın rədd olunmasını xahiş edir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçının öz tələbini əsaslandırmaq üçün istinad etdiyi faktiki halların məcmusundan göründüyü kimi tərəflər arasında tapşırıq hüququndan irəli gələn mülki münasibətlər mövcud olmuş, tərəflər arasında ekspert xidmətinin göstərilməsi haqqında şifahi tapşırıq müqaviləsi bağlanmış, müqavilə şərtləri qarşılıqlı razılıq əsasında müəyyənləşdirilmişdir. İddianın predmeti olan pul məbləği də məhz həmin müqavilənin əsasında iddiaçı tərəfindən cavabdehə verilmişdir. Müqavilə şərtlərindən də məlum olur ki, cavabdeh iddiaçının göstərdiyi torpaq sahələrinə dair rəy tərtib edilməsini təşkil etməli, iddiaçı isə xidmət haqqını «X19» MMC-yə ödəməlidir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, İddiaçı xidmət üçün razılaşdırdıqları 2000 manatı cavabdehə ödəmiş və cavabdeh tərəfindən ərazilərə baxış keçirilməklə müvafiq rəylər verilmişdir. Məhkəmə qeyd edir ki, ekspertin rəyi sübut növlərindən biri olmaqla məhkəmə üçün məcburi deyildir və məhkəmələr tərəfindən digər sübutlarla yanaşı qiymətləndirilir. Şirvan İnzibati Məhkəməsi tərəfindən «X19» MMC-nin verdiyi rəylər nəzərə alınmayaraq, Ədliyyə Nazirliyinin Məhkəmə Eskpertiza Mərkəzinin verdiyi rəylərə üstünlük verilməsi, tərəflər arasında bağlanmış müqavilə üzrə ödənilmiş məbləğin və ya onun bir hissəsinin geri qaytarılması üçün əsas deyildir. Qeyd edilir ki, torpaq sahələri kateqoriyasına dair məsələlər xüsusi bilik tələb etdiyindən məhkəmələr tərəfindən müvafiq işlərə baxılarkən hər bir halda ekspertiza təyin olunur. Bu baxımdan müvafiq torpaq sahələrinə dair çıxarışın verilməsi barədə iddia qaldırarkən iddiaçı tərəfindən müvafiq rəylərin alınması zərurəti olmamışdır. Qeyd edildiyi kimi iddiaçının cavabdeh şirkətə müraciət etməsinin səbəbi xüsusi bilik və bacarıq tələb olunan sahə üzrə müvafiq rəylərin əldə edilməsi olmuşdur. İddiaçının müvafiq rəylərin əldə edilməsini zəruri hesab etdiyi qəbul edilsə belə, məlumdur ki, bununla bağlı kifayət qədər geniş sayda şirkətlərin mövcudluğu şəraitində iddiaçının qarşısında alternativ şirkətlərə müraciət etmək üçün seçim imkanları olduğu halda, öz seçiminə əsasən hazırkı cavabdeh - "X19" MMC-yə müraciət edərək rəylərin verilməsinə nail olmuşdur. MMC də özünün malik olduğu bilik və bacarıqlar çərçivəsində rəylər tərtib etmişdir. Bundan başqa məhkəmə iclasında proses iştirakçılarının verdikləri izahat əsasında müəyyən edildi ki, tərəflər arasında bağlanmış müqavilədə rəydə göstərilənlərin düzgün olub-olmaması halında ödənilmiş məbləğin geri qaytarılması ilə bağlı hər hansı şərt razılaşdırılmamışdır. Eyni zamanda Mülki Məcəllənin tapşırıq müqaviləsindən bəhs edən 777–ci maddəsində də tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxsin (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürdüyü təsbit edilmişdir. Mülki Məcəllənin 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Məhkəmə müvafiq maddəni hazırkı işin faktiki hallarına tətbiq edərək qeyd edir ki, hazırkı halda həmin maddənin dispozisiya şərtlərinin ödənilməsi müəyyən edilmir. Belə ki, təqdim edilmiş rəylərdə tədqiq olunan torpaq sahələrinin natura üzrə koordinatlarının GPS ölçü aləti vasitəsilə qeydə alındığı göstərilmişdir ki, bu da ekspertin vicdanla hərəkət etməməsi halının istisna olunması qənaətinə gəlməyə əsas verir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən 35 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "X19" MMC-yə qarşı 1200 (bir min iki yüz) manat pul vəsaitinin tutularaq ödənilməsi barədə iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həbibə Miriyeva
Məhkəmə qərarları › İş №2(006)-1978/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1978/2025
26.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver