Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-20/2021 28.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Mirzəyeva Sevinc Ərəstun qızının katibliyi, İddiaçının nümayəndəsi X3, cavabdeh İddiaçı2, Cavabdeh1 hüquqi varisi X2 iştirakları ilə İddiaçı1 ASC-nin cavabdehlər Cavabdeh1 hüquqi varisi X4, İddiaçı2, Cavabdeh2, Cavabdeh3 qarşı «kredit müqaviləsi üzrə borcun ödənilməsi və borc tələbinin ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1 ASC-nin cavabdehlər Cavabdeh1, İddiaçı2, Cavabdeh2, Cavabdeh3 qarşı «kredit müqaviləsi üzrə borcun ödənilməsi və borc tələbinin ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, borclu Cavabdeh1 iddiaçı ilə 02.07.2013-cü il tarixdə bağladığı 01L000004692 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müdətinə 70000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddətayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Cavabdeh1 iddiaçı ilə bağladığı 13.06.2014-cü il tarixli 01R000013724 saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 14000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 13.03.2015-ci il tarixli 01R000013724SA saylı, 22.04.2016-cı il tarixli 01R000013724SBsaylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 18.07.2016-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 kredit razılaşması üzrə götürdüyü kredit borcundan 4600,81 ABŞ dolları ödəmiş, onun 9399,19 ABŞ dolları məbləğində əsas kredit borcuqalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün fatz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh kredit borcunu iddiaçıya qaytarmadığı üçün 11.05.2017-ci il tarixdə 297 gün üçün hesablanmış faiz borcu 1077,15 ABŞ dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kreditin qalığının 0,5% məbləğində cərimə ödəməlidir. 20 gün üçün hesablanmış cərimə 2787,18 ABŞ dolları təşkil edir. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə iddiaçı müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit xətti müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə borclular İddiaçı2, Cavabdeh2 və Cavabdeh3 zaminlik müqavilələrinə əsasən iddiaçı qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən kredit xətti müqaviləsindən irəli gələn borclunun öhdəliklərin icrası üçün iddiaçı qarşısında borclu Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və həmin müqavilənin 3.1-ci bəndinə əsasən kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh – ipoteka verən İddiaçı2 ilə Bank arasında bağlanılmış 03.07.2013-cü il tarixli 01M000001549 saylı ipoteka müqaviləsi (Bakı şəhərinin notariusu Əli A.Hüseynov tərəfindən təsdiq edilib) əsasında Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 2-ci köndələn küçəsi, 0,05 ha torpaq sahəsi və üzərində yerləşən xüsusi mülkiyyətdə olan 17 saylı fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 218 №-li reyestr kitabının 20136 №-li vərəqində qeydiyyata alınmış RX ******* №-li çıxarışla Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 2-ci köndələn küçəsi, 0,05 ha torpaq sahəsi və üzərində yerləşən xüsusi mülkiyyətdə olan 17 saylı fərdi yaşayış evi Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı1 QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan İddiaçı1 QSC cavabdeh – ipoteka verən İddiaçı2 «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 36.2-ci bəndində uyğun olaraq 25.04.2017-ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmiş, 25.04.2017-ci il tarixdə ünvana çatdırılmışdı. Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Başçısının Yeni Suraxanı qəsəbə nümayəndəliyinin 57 saylı 01.07.2013-cüil tarixli arayışından görünür ki, İddiaçı2 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 2-ci köndələn küçəsi, 0,05 ha torpaq sahəsi və üzərində yerləşən xüsusi mülkiyyətdə olan 17 saylı fərdi yaşayış evində qeydiyyatdadır. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə 27.04.2017-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə təqdim olunmuşdur və həmin idarədə qeydiyyata alınmışdır. İddiaçı1 QSC ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqı ödəmişdir. Göstərilənlərə əsasən Cavabdeh1, İddiaçı2, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 01R000013724 saylı kredit razılaşması üzrə 9399,19 ABŞ dolları məbləğində kredit borcu, 1077.15 ABŞ dolları məbləğində faiz borcu və 2787,18 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 13263,52 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 42 manat xidmət haqqının tutulması, tələbin Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 2-ci köndələn küçəsi, 0,05 ha torpaq sahəsi və üzərində yerləşən xüsusi mülkiyyətdə olan 17 saylı fərdi yaşayış evinə yönəldilməsi, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 2-ci köndələn küçəsi, 0,05 ha torpaq sahəsi və üzərində yerləşən xüsusi mülkiyyətdə olan 17 saylı fərdi yaşayış evi açıq hərracdan satılması və ümumilikdə cəmi 13263,52 ABŞ dolları məbləğində borcun, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumununvə 42 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı1 QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, İddiaçı2, Cavabdeh2 və Cavabdeh3 ümumi qaydada tutulması, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 2-ci köndələn küçəsi, 0,05 ha torpaq sahəsi və üzərində yerləşən xüsusi mülkiyyətdə olan 17 saylı fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra İddiaçı2 həmin evə istifadə hüququnun itirilməsi, evdən çıxarılması, həmin fərdi yaşayış evi və torpaq sahəsinin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Sonradan İddiaçı1 QSC tərəfindən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək bildirmişdir ki, iş üzrə Cavabdeh1 vəfat etmişdir. İddiaçı tərəfindən verilmiş 30.01.2019-cu il tarixli 2695 saylı sorğusuna cavab olaraq mərhum Cavabdeh1 vərəsəsinin X6 olduğu bildirilmişdir. Göstərilənlərə əsasən X1, İddiaçı2, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 01R000013724 saylı kredit razılaşması üzrə 9399,19 ABŞ dolları məbləğində kredit borcu, 1077.15 ABŞ dolları məbləğində faiz borcu və 2787,18 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 13263,52 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 42 manat xidmət haqqının tutulması, tələbin Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 2-ci köndələn küçəsi, 0,05 ha torpaq sahəsi və üzərində yerləşən xüsusi mülkiyyətdə olan 17 saylı fərdi yaşayış evinə yönəldilməsi, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 2-ci köndələn küçəsi, 0,05 ha torpaq sahəsi və üzərində yerləşən xüsusi mülkiyyətdə olan 17 saylı fərdi yaşayış evi açıq hərracdan satılması və ümumilikdə cəmi 13263,52 ABŞ dolları məbləğində borcun, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumununvə 42 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı1 QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin X1, İddiaçı2, Cavabdeh2 və Cavabdeh3 ümumi qaydada tutulması, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 2-ci köndələn küçəsi, 0,05 ha torpaq sahəsi və üzərində yerləşən xüsusi mülkiyyətdə olan 17 saylı fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra İddiaçı2 həmin evə istifadə hüququnun itirilməsi, evdən çıxarılması, həmin fərdi yaşayış evi və torpaq sahəsinin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı1 ASC-nin nümayəndəsi X8 iddianı müdafiə edərək iddia ərizəsində göstərilənləri təsdiq etmiş və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh İddiaçı2 izahat verərək bildirmişdir ki, iddia tələbi ilə razı deyil və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 hüquqi varisi X6 izahat verərək bildirmişdir ki, iddia tələbi ilə razı deyil və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Hazırki işin faktiki halları iş materiallarına əlavə edilmiş sənədlərdə əks olunan aşağıdakı hallardan ibarət olmuşdur. Belə ki, iş materiallarında olan İddiaçı1 QSC ilə Cavabdeh1 arasında bağlanmış 02 iyul 2013-cü il tarixli, 01L000004692 saylı kredit xətti müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh1 120 ay müddətinə 70.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan İddiaçı1 QSC ilə Cavabdeh1 arasında bağlanmış 13.06.2014-cü il tarixli, 01R000013724 saylı kredit razılaşmasından görünür ki, bank tərəfindən Cavabdeh1 36 ay müddətinə aylıq faiz dərəcəsi 2 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 14000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı1 QSC ilə Cavabdeh1 arasında bağlanmış 13.03.2015-ci il tarixli, 01R000013724S saylı sazişindən görünür ki, Bank ilə Kredit Alan arasında 02.07.2013-cü il tarixli 01R000013724 saylı Kredit Razılaşmasının ayrılmaz hissəsi olan 13.06.2014-cü il tarixli ödəniş planı ilə müəyyən olunmuş ödəniş məbləğləri və ödəniş tarixləri bu Sazişə əlavə olunan 13.03.2015-ci il tarixli ödəniş planına («X14») uyğun olaraq dəyişdirilir; Kredit alan, Kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri X13 uyğun olaraq banka ödəməlidir. Kredit Alan X14 üzrə ödənişləri gecikdirdiyi genlərin ümumi sayı X14 üzrə ödənişlərin sayının 2 mislindən artıq sayda olduqda X14 üzrə «0» faiz hesablanmış aylar üzrə kreditin qalıq məbləğlərinə Bank Kredit Razılaşması ilə müəyyən olunmuş faiz dərəcəsi ilə faizləri hesablayaraq Kredit Alandan tələb edə bilər və bu halda Kredit Alan həmin faizləri Banka ödəməlidir. İş materiallarında olan Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən 11.06.2015-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh1 06.06.2015-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 11.06.2015-ci il tarixdə 340 № ilə qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh1 vəfat etdiyindən İddiaçı1 QSC ilə Cavabdeh1 vərəsəsi X6 arasında bağlanmış 18.06.2015-ci il tarixli, 01R000013724SA saylı sazişindən görünür ki, Bank ilə Cavabdeh1 arasında 02.07.2013-cü il tarixli 01L000004692 saylı Uzunmüddətli Kredit Müqaviləsi üzrə 13.06.2014-cü il tarixdə bağlanmış 01R000013724 saylı Kredit Razılaşmasının ayrılmaz hissəsi olan 13.06.2014-cü il tarixli ödəniş planı ilə müəyyən olunmuş ödəniş məbləğləri və ödəniş tarixləri bu Sazişə əlavə olunan 18.06.2015-ci il tarixli ödəniş planına uyğun olaraq dəyişdirilmiş; Vərəsə yuxarıda qeyd olunan 02.07.2013-cü il tarixli 01L000004692 saylı Uzunmüddətli Kredit Müqaviləsi üzrə 13.06.2014-cü il tarixdə bağlanmış 01R000013724 saylı Kredit Razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu razılaşmaya əlavə olunan 18.06.2015-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Bakı şəhəri 13 saylı dövlət notariat kontoru tərəfindən verilmiş 08.12.2015-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 06.06.2015-ci ildə vəfat etmiş Cavabdeh1 vərəsəsi – arvadı X5r. İş materiallarında olan Cavabdeh1 vəfat etdiyindən İddiaçı1 QSC ilə Cavabdeh1 vərəsəsi X6 arasında bağlanmış 22.04.2016-cı il tarixli, 01R000013724SB saylı sazişindən görünür ki, Bank ilə Cavabdeh1 arasında 02.07.2013-cü il tarixli 01L000004692 saylı Uzunmüddətli Kredit Müqaviləsi üzrə 13.06.2014-cü il tarixdə bağlanmış 01R000013724 saylı Kredit Razılaşması əsasında verilmiş kreditin qalıq məbləğinə 22.04.2016-cı il tarixdən aylıq 0% dərəcəsi ilə faizlər hesablanır və Kredit Razılaşmasının ayrılmaz hissəsi olan 13.06.2014-cü il tarixli ödəniş planı («X12») ilə müəyyən olunmuş ödəniş məbləğləri və ödəniş tarixləri bu Sazişə əlavə olunan 22.04.2016-cı il tarixli ödəniş planına («X14») uyğun olaraq dəyişdirilmiş; Vərəsə yuxarıda qeyd olunan 02.07.2013-cü il tarixli 01L000004692 saylı Kredit Müqaviləsi üzrə 13.06.2014-cü il tarixdə bağlanmış 01R000013724 saylı Kredit Razılaşması üzrə götürülmüş kreditin qalığını və hesablanmış faizləri bu razılaşmaya əlavə olunan 22.04.2016-cı il tarixli ödəniş planına uyğun olaraq banka ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı1 QSC ilə İddiaçı2 arasında bağlanmış 02.07.2013-cü il tarixli, 01S000008630 saylı zaminlik müqaviləsindən görünür ki, zamin İddiaçı2 borclu Cavabdeh1 bank qarşısında 02.07.2013-cü il tarixli, 01L000004692 saylı kredit xətti müqaviləsi üzrə öz öhdəliyini vaxtında və lazımınca icra etmədikdə öhdəliklərin icrası üçün borclu ilə birgə məsuliyyət daşıması barədə öz üzərinə öhdəliklər götürmüşdür. İş materiallarında olan İddiaçı1 QSC ilə Cavabdeh3 arasında bağlanmış 04.07.2013-cü il tarixli, 01S000008629 saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh3 borclu Cavabdeh1 bank qarşısında 02.07.2013-cü il tarixli, 01L000004692 saylı kredit xətti müqaviləsi üzrə öz öhdəliyini vaxtında və lazımınca icra etmədikdə öhdəliklərin icrası üçün borclu ilə birgə məsuliyyət daşıması barədə öz üzərinə öhdəliklər götürmüşdür. İş materiallarında olan İddiaçı1 QSC ilə Cavabdeh2 arasında bağlanmış 22.04.2016-cı il tarixli, 001S**********01 saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 borclu Cavabdeh1 bank qarşısında 02.07.2013-cü il tarixli, 01L000004692 saylı kredit xətti müqaviləsi üzrə öz öhdəliyini vaxtında və lazımınca icra etmədikdə öhdəliklərin icrası üçün borclu ilə birgə məsuliyyət daşıması barədə öz üzərinə öhdəliklər götürmüşdür. İş üzrə «İpoteka saxlayan» qismində İddiaçı1 QSC ilə «İpoteka verən» qismində İddiaçı2 arasında bağlanılmış 03.07.2013-cü il tarixli 01M000001549 N-li ipoteka müqaviləsinə əsasən ipoteka saxlayanla «Borcalan» arasında bağlanmış 02.07.2013-cü il tarixli 01L000004692 saylı kredit müqaviləsinin təminatı kimi İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 2-ci Köndələn küçəsində yerləşən 0,05 ha torpaq sahəsi üzərində yerləşən 17 saylı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinə əsasən ipoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 30.591,60 manat məbləğində qiymətləndirilmişdir. İş üzrə İddiaçı1 QSC tərəfindən verilmiş 23.05.2017-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 13.06.2014-cü il tarixli kredit razılaşması üzrə 11.05.2017-ci il tarixə 9399,19 ABŞ dolları əsas, 1077,15 ABŞ dolları faiz, 2787,18 ABŞ dolları cərimə, cəmi 13263,52 ABŞ dolları borcu var. İş üzrə İddiaçı1 QSC tərəfindən verilmiş 26.07.2019-cu il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 13.06.2014-cü il tarixli kredit razılaşması üzrə 06.06.2015-ci il tarixə 9399,19 ABŞ dolları əsas, 301,75 ABŞ dolları faiz, 354,25 ABŞ dolları cərimə, cəmi 10055,19 ABŞ dolları borcu var. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən 218 №-li reyestr kitabının 20136 №-li vərəqində qeydiyyata alınmış RX ******* №-li çıxarışa əsasən İddiaçı2 tam mülkiyyət hüququ əsasında xüsusi mülkiyyətində olan Bakı şəhəri Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 2-ci Köndələn küçəsi 17 saylı fərdi yaşayış evi 02.07.2013-cü il tarixli, 01L000004692 nömrəli kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə ipoteka müqaviləsi üzrə İddiaçı1 QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan İddiaçı1 QSC tərəfindən İddiaçı2 21.04.2017-ci tarixdə ünvanlanmış bildirişin surətindən görünür ki, kredit müqaviləsinə əsasən öhdəlik icra edilmədiyi təqdirdə tutmanın öhdəliyin icrasının təminatı kimi Banka ipoteka ilə yüklü edilmiş Bakı şəhəri Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 2-ci Köndələn küçəsi 17 saylı fərdi yaşayış evə yönəldilməsi barədə Bank tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. İş üzrə İddiaçı1 QSC tərəfindən AR ƏMDK yanında yanında DƏDRX-nin Bakı Ərazi İdarəsinə ünvanlanmış 27.04.2017-ci il tarixli ərizədən görünür ki, ipoteka predmeti olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 2-ci Köndələn küçəsi 17 saylı fərdi yaşayış evə tutmanın yönəldilməsi haqqında ipoteka qoyan İddiaçı2 göndərilmiş bildirişin 25.04.2017-ci il tarixdə ünvana çatdırılmasını nəzərə alaraq tutmanın yönəldilməsinə dair bildirişin dövlət qeydiyyatına alınması xahiş olunmuş və həmin bildiriş 27.04.2017-ci il tarixdə qeydə alınmışdır. İddiaçı1 QSC ipoteka bildirişlərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsində qeydiyyata alınması üçün ümumilikdə 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqı ödəmişdir. «xxxx» MMC-nin 15.10.2020-ci il tarixli daşınmaz əmlakın (fərdi yaşayış evinin) qiymətləndirilməsi barədə Hesabata əsasən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 2-ci Köndələn küçəsi, 0,05 ha torpaq sahəsi və onun üzərində yerləşən 17 saylı fərdi yaşayış evinin hal-hazırda bazar qiyməti 55.000 manat, likvid qiyməti 42.000 manat təşkil etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı1 QSC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinə əsasən bank tərəfindən ona 13.06.2014-cü il tarixdə 120 ay müddətinə, illik 2 faiz dərəcəsi ilə 70.000 ABŞ dolları məbləğində kredit verilmiş, zaminlər İddiaçı2, Cavabdeh2 və Cavabdeh3 borclu Cavabdeh1 bank qarşısında kredit müqaviləsi üzrə öz öhdəliyini vaxtında və lazımınca icra etmədikdə öhdəliyin icrası üçün borclu ilə birgə məsuliyyət daşıması barədə öz üzərlərinə öhdəlik götürmüşlər, həmin kredit müqavilənin təminatı kimi İddiaçı2 ilə bank arasında kredit ipoteka müqaviləsi bağlanmışdır. Cavabdeh1 vəfat etdiyinə görə onun hüquqi varisi X6 müəyyən edilmişdir. Hazırda cavabdehlərə xəbərdarlıq edilməsinə baxmayaraq, onlar kredit müqaviləsi üzrə üzərlərinə düşən öhdəlikləri tam icra etməmişlər və nəticədə banka ümumilikdə 13263,52 ABŞ dolları məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Eyni Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Göründüyü kimi, cavabdehlər kredit müqaviləsi ilə üzərlərinə götürdükləri öhdəlikləri tam icra etməmişlər, iddiaçıya olan borclarını müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişlər, bununla da müqavilənin şərtlərini pozmuşlar. Ona görə də borclular onların risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlər olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, əsas kredit borcunu müqavilədə razılaşdırıldığı kimi faizlər ilə birlikdə iddiaçıya ödəməlidirlər. Bundan əlavə, Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Qeyd olunan Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmçinin, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Hazırkı halda məhkəmə hesab edir ki, iddia cərimə borcu hissəsində qismən təmin edilərək 13.06.2014-cü il tarixli, 01R000013724 saylı kredit razılaşması üzrə cərimə borcu 200 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Məhkəmə belə nəticəyə gələrkən dünyada baş vermiş iqtisadi böhranı, həmçinin cavabdehlərin maliyyə vəziyyətini nəzərə alır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmin Məcəllənin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3-cü maddəsinə əsasən məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.1. ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər. Mühafizə və satış xərcləri ipoteka predmetinin satılması başa çatdıqdan sonra müəyyən edilir. 39.3.2. ipoteka predmetinin təsviri; 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 39.3.4. zəruri hallarda ipoteka predmetinin satılmasına qədər onun mühafizəsinin təmin edilməsi tədbirləri. "İpoteka haqqında" Azərbaycan Respublikasının Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Məhkəmə hesab edir ki, tələbin ödənilməsi üçün tutmanın cavabdeh İddiaçı2 ilə iddiaçı arasında bağlanmış ipoteka müqaviləsi ilə iddiaçının adına ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi barədə iddiaçının iddia tələbi cavabdehin müqavilə üzrə götürdüyü öhdəlikləri icra etmədiyinə və ya lazımınca icra etmədiyinə görə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə qeyd edir ki, ipoteka predmetinin ilkin satış qiyməti iki qaydada müəyyənləşdirilə bilər: razılaşma əsasında və ya qiymətləndiricinin rəyi ilə. İpoteka müqaviləsi mahiyyətinə görə ipoteka qoyanla ipoteka saxlayanın razılaşması olsa da, 39.3.3-cü maddədə “razılaşma” deyiləndə ipoteka predmetinə tutma yönəldilməsi proseduru başlandıqdan sonra əldə edilmiş razılaşma nəzərdə tutulub. Belə ki, ipoteka müqaviləsi bağlanarkən hələ ipoteka predmetinə tutma yönəldilib-yönəldilməyəcəyi bəlli olmadığından tərəflər onun ilkin satış qiymətini deyil, ipoteka predmetinin qiymətini müəyyənləşdiriblər. İlkin satış qiyməti tutmanın reallaşdırılmasına xidmət etdiyinə görə tutmanın yönəldilməsi proseduru başlandıqdan sonra (Qanunun 36.1-ci maddəsinə uyğun olaraq ipoteka saxlayanın ipoteka qoyana bildiriş göndərməsindən sonra) müəyyənləşdirilən qiymətdir. Eyni zamanda nəzərə alınmalıdır ki, ipoteka müqaviləsi bağlandıqdan sonra ötən müddətdə ipoteka predmetinin dəyərinin dəyişməsi mümkündür. Konkret hazırki işdə ipoteka müqaviləsi 2013-cü ildə bağlanılmış və ötən müddət ərzində dövlətdə ictimai-iqtisadi vəziyyətin dəyişməsi nəticəsində daşınmaz əmlak bazarında qiymətlərinin kəskin olaraq dəyişməsi mübahisəsiz faktdır. Odur ki, ipoteka müqaviləsində göstərilən qiymət razılaşdırılmış ilkin satış qiyməti hesab edilə bilməz. Bu səbəbdən məhkəmə hesab edir ki, ipoteka predmetinin ilkin satış qiymətini müəyyən edilərkən ipoteka müqaviləsində göstərilən qiymət əsas kimi götürülə bilməz. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin ikinci hissəsinə əsasən mülki qanunvericilikdə nəzərdə tutulmuş hallarda obyektin qiymətləndirilməsi məhkəmənin ekspertiza haqqında, o cümlədən təkrar ekspertiza haqqında qərarı əsasında da aparıla bilər. Belə hallarda məhkəmə qiymətləndirici seçməkdə tam müstəqildir. İşdə olan “xxxx” MMC-nin “Daşınmaz əmlakın (fərdi yaşayış evinin) qiymətləndirilməsi barədə” Hesabatına əsasən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 2-ci Köndələn küçəsi, 0,05 ha torpaq sahəsi və onun üzərində yerləşən 17 saylı fərdi yaşayış evinin hal-hazırda bazar qiyməti 55.000 manat, likvid qiyməti 42.000 manat təşkil etmişdir. Qiymətləndirmə tədqiqatının dəyəri 250 manat təşkil etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının 20 iyul 2020-ci il tarixli 01 saylı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair" qərardadına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ipoteka predmetinin ilkin satış qiymətinin ekspertiza vasitəsilə müəyyən edilmiş likvid qiymətinə və bazar qiymətinə tənasüb surətdə nəzərə alınmasınıi qanuni, əsaslı və ədalətlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər X1, İddiaçı2, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı1 Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 01R000013724 saylı kredit razılaşması üzrə 9399,19 ABŞ Dolları əsas kredit borcu, 1077,15 ABŞ Dolları faiz borcu, 200 ABŞ Dolları cərimə, cəmi 10676,34 (on min altı yüz yetmiş altı dollar, otuz dörd sent) ABŞ dolları ödənildiyi gün üçün Azərbaycan manatı məzənnəsi ilə, 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 20 manat rüsum və 42 manat xidmət haqqı tutulmalı, tutma İddiaçı2 mülkiyyətində olan, ilkin satış qiyməti 42000 (qırx iki min) manat məbləğində müəyyən edilməklə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 2-ci köndələn küçəsi, 0,05 ha torpaq sahəsi və üzərində yerləşən xüsusi mülkiyyətdə olan 17 saylı fərdi yaşayış evinə yönəldilməli, həmin əmlak açıq hərracdan satılmalı, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən 10676,34 (on min altı yüz yetmiş altı dollar, otuz dörd sent) ABŞ dolları məbləğində borc ödənildiyi gün üçün Azərbaycan manatı məzənnəsi ilə, ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 20 manat rüsum və 42 manat xidmət haqqı iddiaçının xeyrinə ödənilməli, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin X1, İddiaçı2, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulmalı, Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 32 saylı evin 4 saylı mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra X7 həmin mənzildən çıxarılmalı, mənzil boşaldılmalı və hərracın nəticələri üzrə alıcıya təhvil verilməli, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 2-ci köndələn küçəsi, 0,05 ha torpaq sahəsi və üzərində yerləşən xüsusi mülkiyyətdə olan 17 saylı fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra İddiaçı2 həmin evdən çıxarılmalı, fərdi yaşayış evi və torpaq sahəsi boşaldılmalı və hərracın nəticələri üzrə alıcıya təhvil verilməli, iddia qalan hissədə təmin edilməməlidir. İş üzrə aparılmış qiymətləndirmə tədqiqatının dəyəri - 250 (iki yüz əlli) manat cavabdehlər X1, İddiaçı2, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq “xxxx” MMC, VÖEN **********, Müştərinin hesab №-si: AZ65UBAZ**********0060AZN001, "UNİBANK" KB-nin 11 saylı Dərnəgül filialı, KOD502058 VÖEN **********, H/h AZ46NABZ******************** hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər X1, İddiaçı2, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı1 Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 01R000013724 saylı kredit razılaşması üzrə 9399,19 ABŞ Dolları əsas kredit borcu, 1077,15 ABŞ Dolları faiz borcu, 200 ABŞ Dolları cərimə, cəmi 10676,34 (on min altı yüz yetmiş altı dollar, otuz dörd sent) ABŞ dolları ödənildiyi gün üçün Azərbaycan manatı məzənnəsi ilə, 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 20 manat rüsum və 42 manat xidmət haqqı tutulsun. Tutma İddiaçı2 mülkiyyətində olan, ilkin satış qiyməti 42000 (qırx iki min) manat məbləğində müəyyən edilməklə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 2ci köndələn küçəsi, 0,05 ha torpaq sahəsi və üzərində yerləşən xüsusi mülkiyyətdə olan 17 saylı fərdi yaşayış evinə yönəldilsin, həmin əmlak açıq hərracdan satılsın, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən 10676,34 (on min altı yüz yetmiş altı dollar, otuz dörd sent) ABŞ dolları məbləğində borc ödənildiyi gün üçün Azərbaycan manatı məzənnəsi ilə, ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 20 manat rüsum və 42 manat xidmət haqqı iddiaçının xeyrinə ödənilsin, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin X1, İddiaçı2, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulsun, Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 32 saylı evin 4 saylı mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra X7 həmin mənzildən çıxarılsın, mənzil boşaldılsın və hərracın nəticələri üzrə alıcıya təhvil verilsin, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 2-ci köndələn küçəsi, 0,05 ha torpaq sahəsi və üzərində yerləşən xüsusi mülkiyyətdə olan 17 saylı fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra İddiaçı2 həmin evdən çıxarılsın, fərdi yaşayış evi və torpaq sahəsi boşaldılsın və hərracın nəticələri üzrə alıcıya təhvil verilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış qiymətləndirmə tədqiqatının dəyəri - 250 (iki yüz əlli) manat cavabdehlər X1, İddiaçı2, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq “xxxx” MMC, VÖEN **********, Müştərinin hesab №-si: AZ65UBAZ**********0060AZN001, "UNİBANK" KB-nin 11 saylı Dərnəgül filialı, KOD502058 VÖEN **********, H/h AZ46NABZ******************** hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-20/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-20/2021
28.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver