Məhkəmə qərarları › İş №2(006)-201/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-201/2023

17.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-201/2023 17.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi -Tağıyev Adil Elçin oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi - X2 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə baxış iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 18 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 4026.09 manat əsas borc. 14.03 manat faiz borcu və 12.99 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 4053.11 manat və 60.53 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-4083/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə, cavabdeh tərəfindən verilmiş vəsatət tməin edilmiş, iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş, sonradan iş üzrə ekspert rəyi məhkəməyə daxil olmuş və aparılmış ekspertizanın dəyəri 150 manat təşkil etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ********* saylı qəbzdən görünür ki, iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün İddiaçı ASC tərəfindən 60.93 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 məhkəməyə ərizə təqdim edərək, cavabdehlərlə aralarında razılıq əldə olunduğundan iddia ərizəsinin geri qaytarılmasını və iddia ərizəsinin baxılmamış saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar olunmuş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Bu səbəbdən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 259.0.11-ci maddəsinin tələblərinə görə iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır; 260.6-cı maddəsinə görə iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Bundan başqa məhkəmə qeyd edir ki, hazırkı iddia ərizəsi baxılmamış saxlanıldığına görə İddiaçı ASC tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 60.93 manat məbləğində (xx.xx.2022-ci il tarixli ********* saylı qəbz üzrə) dövlət rüsumu İddiaçı ASC-yə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa dövlət rüsumu qaytarılır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin qaytarılması barədə ərizə verildiyindən və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalı, ödənilmiş 60.93 manat məbləğində (xx.xx.2022-ci il tarixli ********* saylı qəbz üzrə) dövlət rüsumu İddiaçı ASC-yə qaytarılmalı, keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 150 (bir yüz əlli) manat məbləğində vəsait mütənasib olaraq İddiaçı ASC-dən 75 manat məbləğində Cavabdeh1 37.50 manat məbləğində və Cavabdeh2 isə 37.50 manat məbləğində tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114, 259.0.11, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İş üzrə ödənilmiş 60.93 manat məbləğində (xx.xx.2022-ci il tarixli ********* saylı qəbz üzrə) dövlət rüsumu İddiaçı ASC-yə qaytarılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 150 (bir yüz əlli) manat məbləğində vəsait mütənasib olaraq İddiaçı ASC-dən 75 manat məbləğində Cavabdeh1 37.50 manat məbləğində və Cavabdeh2 isə 37.50 manat məbləğində tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. (X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemi vasitəsilə) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar