Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-202/2023 01.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X8 iştirakları ilə İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «kredit müqaviləsi üzrə yaranmış borcun silinməsi və s.» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçılar İddiaçı, X10, X16, X15 cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «kredit müqaviləsi üzrə yaranmış borcun silinməsi və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Məhkəmənin 2(006)-202/2023 nömrəli, 16 yanvar 2023-cü il tarixli qərardadı ilə iddiaçılar İddiaçı, X10, X15, X12 cavabdeh ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “borcun silinməsi, arayışların verilməsi və s tələbi” nə dair iddia ərizəsi ilə bağlı 2(006)-202/2023 saylı mülki işdən iddiaçı X5 cavabdeh ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “borcun silinməsi, arayışların verilməsi və s” tələbinə dair, iddiaçı X11 cavabdeh ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “borcun silinməsi, arayışların verilməsi və s tələbi” nə dair, iddiaçı X12 cavabdeh ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “borcun silinməsi, arayışların verilməsi və s tələbləri ayrılaraq ayrıca icraatda baxılması barədə qərardad qəbul edilmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, "xxxx" ASC tərəfindən iddiaçıların adına xx.xx.2011-ci il tarixli kredit müqaviləsi ilə İddiaçı 3 ay müddətinə, illik 28% ödənilməsi şərtilə 5000 manat məbləğində, xx.xx.2011-ci il tarixli kredit müqaviləsi ilə X6 12 ay müddətinə, illik 28% ödənilməsi şərtilə 3400 manat məbləğində, xx.xx.2011-ci il tarixli kredit müqaviləsi ilə X14 6 ay müddətinə, illik 28% ödənilməsi şərtilə 4700 manat məbləği xx.xx.2011-ci il tarixli kredit müqaviləsi ilə X13 6 ay müddətinə, illik 28% ödənilməsi şərtilə 4600 manat məbləğində istehlak krediti zerilmişdir. Əslində həmin kreditlər "xxxx" ASC-nin "Santexquraşdırma" darəsinin digər işçilərinin adına rəsmiləşdirilmiş kreditlər faktiki olaraq onlara verilməmiş və idarənin tikdiyi obyektin maliyyələşdirilməsinə sərf edilmişdir. Ona görə də, kredit borclarından cüzi hissələr idarənin rəhbərləri tərəfindən ödənilmiş, təxminən 90%dən artığı isə ödənilməmiş qalmışdır. Bankın rəhbərliyi də vəziyyəti bildiyi üçün uzun müddət kreditlərin ödənilməsini tələb etməmişdir. Yanlız kredit müqavilələri üzrə icra müddətləri və iddia müddətləri keçdikdən sonra, 2018-ci ildə kreditlərin ödənilməsi üçün məhkəmə mübahisələri açılmışdır. Kredit müqavilələri üzrə borcun və faizlərin ödənilməsi üçün məhkəmələrə verilmiş iddialar iddia müddətininin ötməsi əsası ilə təmin edilməmişdir. Belə ki, Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun İddiaçı qarşı 4770 manat əsas borcun, 1420,93 manat faiz borcunun, müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün hesablanmış 2328,35manat faiz borcunun və 6699, 17 manat cərimə borcunun ödənilməsi barədə iddiası Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 iyul 2018-ci il tarixli 2(010)- 3477/2018 saylı qətnaməsi ilə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasına 07 noyabr 2018-ci il tarixli 2(103)- 11302/2018 saylı qətnaməsi ilə Suraxanı Rayon Məhkəməsinin 10 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(102)-2525/2019 saylı Qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmış və iş üzrə məhkəmə qətnaməsi qüvvəsini almışdır. "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması X1 qarşı iddiası Nərimanov Rayon Məhkəməsinin 06 avqust 2018-ci il tarixli 2(005)- 2907/2019 saylı qətnaməsi ilə qismən təmin edilərək, cavabdeh X4 3400 manat əsas borc, 1012,79 manat faiz borcu, 350 manat cərimə borcu olmaqla, cəmi 4762,79 manat məbləğin tutlaraq iddiaçıya ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 dekabr 2018-ci il tarixli 2(103)- 12564/2018 saylı qətnaməsi ilə X5 apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2907/2018 saylı 06 avqust 2018-ci il tarxli qətnaməsi lağv edilmiş, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(102)-2222/2019 saylı Qərarı ilə iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasına xx.xx.2018-ci il tarixli 2(103)-12564/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır."xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması X3 qarşı iddiası Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 09 avqust 2018-ci il tarixli 2(007)-3027/2018 saylı qətnaməsi ilə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 noyabr 2018-ci il tarixli 2 103)- 11793/2018 saylı qətnaməsi ilə də iddia tələbi rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 28 dekabr 2019-cu il tarixli 2(102)- 2068/19 saylı Qərarı ilə "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 noyabr 2018-ci il tarixli 2(103)-11793/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması X2 qarşı iddiası Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04 iyun 2018-ci il tarixli 2(007)-2125/2018 saylı qətnaməsi ilə qismən təmin edilərək, 28 iyul 2011-ci il tarixli kredit müqaviləsi üzrə 4100 manat əsas borcun, 1220,38 manat faiz borcunun, 100 manat cərimə borcunun, cəmi 5420,38 manat pul vəsaitinin X9 ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə tutlması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)- 1673/2019 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin iş üzrə 04 iyun 2018-ci il tarixli qətnaməsi lağv edilmiş, iddia rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(102)-5696/2019 saylı Qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)-1673/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kredit alan həmin şəxslərə qarşı heç bir iddiası təmin edilməmişdir və bankın ləğvedicisinin kredit borclarını geri tələb etmək imkanı qalmamışıdr. Həmin borclar faktiki olaraq ümidsiz borca çevrilmişdir və onların borc siyahısında saxlanmasının heç bir faydası və manası yoxdur.Bununla belə, "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu yekun məhkəmə qərarlarının qəbul edilməsindən 3 ildən artıq vaxt keçməsinə baxmayaraq, hazırki iddiaçıların hesabından həmin borcları silmir və onların adları Mərkəzi Kredit Reyestrindən çıxarılmır.Cavabdeh bu hərəkətsizliyi ilə faktiki olaraq iddiaçıların mülki dövriyyənin subyekti kimi hüquqlarını məhdudlaşdırır. Nəinki iddiaçılara, hətta onların ailə üzvlərinə banklar tərəfindən heç bir kredit verilmir. İddiaçılar öz maddi ehtiyaclarını ödəmək üçün banklardan kreditlər almaq istədikdə, onların adları borclu və problemli şəxs kimi Azərbaycan Kredit Bürosu MMC-nin Mərkəzi Kredit reyestrində olduğu üçün kredit ala bilmirlər və öz ehtiyaclarını təmin edə bilmirlər. İddiaçılara aid tələblər üzrə nəinki müddət keçmişdir, hətta bu vəziyyət məhkəmə qərarları ilə təsdiqlənmişdir. İddiaçılar hazırki işdəki cavabdeh qarşısında heç bir öhdəlik daşımırlar. Onların adlarının borclular siyahısında saxlanılması hüquqlarını əsassız məhdudlaşdırır. Bu səbəbdən də onların adları borclular siyahısından çıxarılmalıdır və bu barədə cavabdeh tərəfindən Azərbaycan Kredit Bürosu MMC-yə arayış verilməlidir.29 mart 2022-ci il tarixdə iddiaçılar onların adına olan borclarının silinməsi, borclarının olmaması və borc məbləğinin Mərkəzi Kredit Reyestrindən silinməsinə dair göstəriş verilməsini xahiş etmişlər.Əmanətlərin Sığortalanması Fondunun aprel-may aylarında iddiaçıların ərizələrinə verdiyi müvafiq cavab məktubları ilə borcların silinməsi barədə fondun üzərinə öhdəlik qoyulmadığını bildirmişdir. Cavabdeh nəzərə almayıbdır ki, həmin iddialar məhkəmələrə onun tərəfindən verilmişdir. İddiaların təmin edilməməsi isə hazırki işdəki iddiaçıların onun qarşısında ödhəliklərinin qalmamasının məhkəmə tərədindən təsdiqidir.Cavabdehin qarşısında öhdəkiləri qalmayan şəxslərin adlarının borclular siyahısında saxlanması qanunsuzluq və özbaşınalıq olmaqla, onların hüquqlarını pozur. Azərbaycan Respublikası MPM-nin 51-ci maddəsinə görə iddia müştərək qaydada bir neçə iddiaçı tərəfindən və ya bir neçə cavabdehə qarşı qaldırıla bilər. İddiaçıların və ya cavabdehlərin hər biri digər tərəfə dair prosesdə müstəqil çıxış edir.Həmin məsələ ilə əlaqədar yazışmalarda cavabdehin ünvanı kimi Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 16 göstərildiyi üçün biz 10 iyun 2022-ci il tarixli iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişik.Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun hüquqi ünvanının Bakı şəhəri, Nəsimi rayonu, Bül-Bül prospekti, 40 olduğu üçün iddia ərizəsi geri qaytarılmışdır.Sonradan öyrəndiyimizə görə, həqiqətən də Əmanətlərin Sığortalanması Fondunun faktiki olaraq Bakı şəhəri, Xətai rayonu ərazisində, Babək prospekti, 16 ünvanda yerləşməsinə və iddiaçılara verdiyi cavab məktublarında həmin ünvan göstərsə də, onun rəsmi hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Bül-Bül prospekti, 40-da yerləşir. Qeyd edilənlərə əsasən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək bildirmişdir ki, Cavabdeh1ASC tərəfindən iddiaçının adına xx.xx.2011-ci il tarixli kredit müqaviləsi ilə 3 ay müddətinə illik 28 % ödənilməsi şərti ilə 5000 manat məbləğində istehlak krediti verilmişdir. Əslində həmin kredit "xxxx" ASC-nin “Santexquraşdırma” idarəsinin digər işçilərinin adına rəsmiləşdirilmiş ancaq onlara verilməmiş və idarənin tikdiyi obyektin maliyyələşdirilməsinə cəlb olunmuşdur. Həmin kreditlərin cuzi hissəsi sonradan həmin müəssisənin rəhbərliyi tərəfindən ödənilmiş, qalan hissəsi isə ödənilməmiş qalmışdır. Daha sonra Cavabdeh1 ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddiaçıya qarşı həmin ödənilməmiş kredit borcunun ödənilməsi barədə ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmş, ancaq iddia müddətinin üzrsüz səbəbdən ötürülməsi ilə əlaqədar həmin məhkəmənin 10 iyul 2018-ci il tarixli , 2(006)- 3477/2018 saylı qətnaməsi ilə iddia tələbi təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsi və Azərbaycan Respublikası Ali Məhkəməsi də 1-ci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır. Qeyd olunan yekun aktlar qanuni qüvvəsini almışdır. Beləliklə , Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun iddiaçıya qarşı iddia tələbi təmin edilməmişdir. Buna görə də artıq bankın ləğvedicisinin ödənilməmiş borcları tələb etmək ixtiyarı yoxdur. Ancaq bununla belə iddiaçının hesabından həmin borcları silinmir və onun adı Mərkəzi Kredit Reyestrindən çıxarılmır. Bu da iddiaçının konstitusyon hüquqlarını pozur və onun digər bank resurslarından istifadə imkanlarını məhdudlaşdırır. Buna görə də, qeyd olunanlara əsasən iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək bildirmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən iddiaçının qanuni əsas kimi qeyd etdiyi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551-ci maddəsi iddia müddəti kimi xarakterizə olunmuş və öhdəliklərin xitamı demək olmadığı vurğulanmışdır. Belə öhdəliklər mövcud, lakin iddia ilə təmin edilməyən öhdəliklərdir. Buna görə də, iddia tələbi tam əsassızdır və təmin olunmamalıdır. Bu səbəbdən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
6. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir.
Əsaslandırıcı hissə: a) mülki işin materialları:
7. İş materiallarında olan Azərbaycan Kredit Bürosu Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib edilən xx.xx.2022-ci il tarixli çıxarışda İddiaçı aktiv öhdəkiləri üzrə kreditin məbləğinin 5,000.00 AZN, kreditin qalığ məbləği 4,770.00, faiz məbləğinin isə 13,536.70 olduğu qeyd olunmuşdur.
8. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 iyul 2018-ci il tarixli 2(010)- 3477/2018 saylı qətnaməsindən görünür ki, Zaminbank” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun İddiaçı qarşı 4770 manat əsas borcun, 1420,93 manat faiz borcunun, müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün hesablanmış 2328,35manat faiz borcunun və 6699, 17 manat cərimə borcunun ödənilməsi barədə iddiası Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 iyul 2018-ci il tarixli 2(010)- 3477/2018 saylı qətnaməsi ilə təmin edilməmişdir.
9. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasına 07 noyabr 2018-ci il tarixli 2(103)- 11302/2018 saylı qətnaməsindən görünür ki, Suraxanı Rayon Məhkəməsinin 10 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışıdır.
10. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(102)-2525/2019 saylı Qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmış və iş üzrə məhkəmə qətnaməsi qüvvəsini almışdır.
11. İş materiallarında olan ləğv prosesində olan Cavabdeh1 ASC tərəfindən İddiaçı ünvanlanmış **********315 nömrəli, 07 aprel 2022-ci il tarixli məktubda qeyd olunmuşdur ki, Cavabdeh1 ASC arasında bağlanmış xx.xx.2011-ci il tarixli BİN **********3190000 saylı kredit müqaviləsinə bank tərəfindən 5000( beş min) manat Cavabdeh1 ASC-nin “məbləğində kredit verilmişdir. Sözügedən kredit müqaviləsi üzrə bank qarşısındakı öhdəliyini vaxtında yerinə yetirmədiyi üçün borcun məhkəmə qaydasında tutulması məqsədilə bank tərəfindən məhkəmədə iddia qaldırılmış və Suraxanı Rayon Məhkəməsinin xx.xx.20218-ci il tarixli 2(010)- 3477/2018 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh1 ASC-nin cavabdeh İddiaçı qarşı iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(103) -11302/2018 saylı qətnaməsi Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(010)-3477/2018 saylı qətnaməsini dəyişdirmədən qüvvədə saxlamışdır. Ali Məhkəmə xx.xx.2019-cu il tarixli 2(102)-2525/ 2019 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(103)- 11302/2018 saylı qətnaməsini dəyişdirmədən qüvvədə saxlamışdır. Sözügedən məhkəmə qərarı ilə Əmanətlərin Sığortalanması Fondu üzərinə icra ediləcək hər hansı bir öhdəlik qoyulmamışdır.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
12. xx.xx.2011-ci il tarixli kredit müqaviləsi ilə İddiaçı 3 ay müddətinə, illik 28% ödənilməsi şərtilə 5000 manat məbləğində kredit verilmişdir. Suraxanı Rayon Məhkəməsinin 10 iyul 2018-ci il tarixli 2(010)- 3477/2018 saylı qətnaməsi ilə İddiaçı qarşı 4770 manat əsas borcun, 1420,93 manat faiz borcunun, müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün hesablanmış 2328,35manat faiz borcunun və 6699, 17 manat cərimə borcunun ödənilməsi barədə iddiası Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 iyul 2018-ci il tarixli 2(010)- 3477/2018 saylı qətnaməsi ilə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasına 07 noyabr 2018-ci il tarixli 2(103)-11302/2018 saylı qətnaməsi ilə Suraxanı Rayon Məhkəməsinin 10 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(102)-2525/2019 saylı Qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır (iddia müddəti tətbiq edilməklə). Hazırda iddiaçı məhkəməyə iddia verərək qeyd olunan kreditin onun adında qalmasını əsassız hesab edərək borcun silinməsini və məlumatların ləğv edilməsini xahiş etmişdir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
13. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
15. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 (üç) il müəyyən edilmişdir.
16. Həmin Məcəllənin 375-ci maddəsində nəzərdə tutulmuşdur ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
17. İddia müddəti ilə bağlı «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd etmişdir ki, «İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır».
18. Analoji mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2007-ci il tarixli Qərarında da təkrarlayaraq, Məhkəmə göstərmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir.
19. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.
20. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.
21. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları).
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» 03 iyun 2013-cü il tarixli Qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.
23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər.
24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə , bütün tələblər on il ( adi müddət) keçdikdən sonra qüvvəsini itirir.
25. Həmin Məcəllənin 551.2. maddəsinə əsasən aşağıdakı tələblər beş il keçdikdən sonra qüvvəsini itirir: 551.2.1. kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər ; 551.2.2. ərzaq məhsulları, qida və içki satışı və ya gələnlərə yaşayış yeri verilməsi üzrə tələblər; 551.2.3. zavod tikintisi, mallar satışı, daşımalar üzrə tələblər, sərbəst peşə adamlarının (məsələn, həkimlərin, vəkillərin və ya məsləhətçilərin) tələbləri, habelə işçilərin əmək münasibətləri üzrə tələbləri; 551.2.4.məhkəmə qərarına əsasən əmələ hələn tələb otuz il keçdikdən sonra qüvvəsini itirir.Bu qayda tələbin daha qısa müddətlə bağlı olduğu halda da tətbiq edilir.
26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair » 15 fevral 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı ilə müəyyən edilmiş müddətlərin hüquqi təbiəti baxımından iddia müddətləri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı qanunverici orqan tərəfindən təkmilləşdirilənədək , öhdəliklərdən, o cümlədən vaxtaşırı ödəmələrdən irəli gələn tələblərə münasibətdə həmin Məcəllənin 18-ci fəsli ilə nəzərdə tutulmuş iddia müddətlərinin tətbiq edilməsi qərara alınmışdır.
27. Beləliklə məhkəmə qeyd edir ki, İddiaçı xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi tam icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur.
28. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı iddia tələbində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 550-ci maddəsinə əsasən öhdəliyin xitamı üçün müddətin keçməsinə istinad etsədə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair» 15 fevral 2023cü il tarixli qərarındakı hüquqi mövqe ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı ilə müəyyən edilmiş müddətlərin hüquqi təbiəti baxımından iddia müddətləri olması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 551-ci maddəsi ilə nəzərdə tutulan “bütün tələblər on il ( adi müddət) keçdikdən sonra qüvvəsini itirir” və “aşağdakı tələblər beş il keçdikdən sonra qüvvəsini itirir” ifadələrində tələb dedikdə, məhz cavabdeh üçün tanınan prosessual müdafiə vasitəsi olaraq öhdəliklərin məhkəmə qaydasında məcburi icrası ilə bağlı tələblər nəzərdə tutulur. Odur ki, bu müddətlər ( 551.2.4-cü maddə ilə nəzərdə tutulmuş müddət istisna olmaqla) iddia müddətləri olaraq qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 551-ci maddəsi ilə nəzərdə tutulan müddətlərin keçməsindən sonra öhdəliklər xitam olunmur. Belə öhdəliklər mövcud, lakin iddia ilə təmin edilməyən (natural) öhdəlik xarakteri almış olması müəyyən edilmişdir.
29. Məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair » 15 fevral 2023cü il tarixli qərarındakı hüquqi mövqeyə görə iddiaçının öhdəliyi bitməmiş və tam icra edilməmişdir. Yalnız tələbkarın iddiası iddia müddətini keçirməklə təmin edilməmişdir ki, buda iddiaçını qeyd olunan hüquqi mövqeyə görə üzərinə götümüş olduğu öhdəliyindən azad etmir.
30. Odur ki, iddiaçının xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə borcunun silinməsi, borcun olmaması barədə arayışın verilməsi, borclu kimi onun adının müvafiq reyestrdən çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi bütünlükdə təmin edilməməlidir. (hər üç tələb bir-biri ilə bağlı olduğundan və bir hüquqi əsasa söykəndiyindən birlikdə qiymət verilərək rədd edilir) .
31. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
33. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
34. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
36. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə
QƏT ETDİ:
İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “kredit borcunun silinməsi, iddiaçıya banka borcunun olmaması barədə arayış verilməsi və onun adının Mərkəzi Kredit Reyestrindən çıxarılması vəzifəsinin cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Hakim: Ramin Xəlilov