Məhkəmə qərarları › İş №2(006)-2031/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-2031/2021

06.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-2031/2021 06.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Azər Zabid oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «hüququn pozulmasının aradan qaldırılması və dəymiş zərərin əvəzinin ödənilməsi» tələbinə dair mülki işə 06 dekabr 2021-ci il tarixdə məhkəmənin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxılır. MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «hüququn pozulmasının aradan qaldırılması və dəymiş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi ev 22, 12 nömrəli mənzilə Bakı şəhəri Nəsimi rayonu, Mir Cəlal küçəsi ev 22, 15 saylı mənzildən suyun axıdılmasının cavabdeh tərəfindən qarşısının alınması, su axıdılması nəticəsində ona məxsus mənzilə dəymiş 4170 manat məbləğində zərərin və iddia ərizəsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə barışıq sazişi təqdim etməklə tərəflər arasında hazırki iddia tələbləri ilə bağlı razılıq əldə olunaraq barışıq sazişi imzalandığını, barışıq sazişinin təsdiq edilməsinin hüquqi nəticələrinin onlara aydın olduğunu bildirmiş, həmin barışıq sazişinin təsdiq edilməsi və mülki iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə barışıq sazişi təqdim etməklə tərəflər arasında hazırki iddia tələbləri ilə bağlı razılıq əldə olunaraq barışıq sazişi imzalandığını, barışıq sazişinin təsdiq edilməsinin hüquqi nəticələrinin onlara aydın olduğunu bildirmiş, həmin barışıq sazişinin təsdiq edilməsi və mülki iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Barışıq sazişindən görünür ki, tərəflər aşağıdakılar barədə razılığa gəlmişlər:

1. Cavabdeh mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu, Mir Cəlal küçəsi, ev 22, 15 saylı mənzildən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, ev 22, 12 nömrəli mənzilə suyun axıdılmamasını öhdəsinə götürür.

2. Cavabdeh mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu, Mir Cəlal küçəsi, ev 22, 15 saylı mənzildən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, ev 22, 12 nömrəli mənzilə suyun axıdılması nəticəsində dəymiş zərərdən 550 manat məbləğində pulu məhkəmə iclas zalında iddiaçının vəkili və nümayəndəsi X1 verməyi öhdəsinə götürür.

3. İddiaçı Cavabdeh qarşı “hüququn pozulmasının aradan qaldırılması və dəymiş zərərin əvəzinin ödənilməsi” tələbindən heç bir iddiası olmadığı üçün imtina edir.

4. Bu barışıq sazişi ilə İddiaçı və Əzimova X3 1,2 bəndlərindən irəli gələn bütün öhdəliklərin yerinə yetİrlməsinin və hər hansı bir maneənin törədilməməsini öz üzərlərinə götürürlər.

5. Barışıq şazişinin müddəaları tərəflər üçün məcburidir və icra edilmədiyi halda məcburi icraya yönəldilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.3-cü və 52.4-cü maddələrinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə bu hərəkəti qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 191-ci maddəsinə əsasən tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə oluna bilər. Hakim tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1 və 262.4-cü maddələrinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Bu Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə barışıq sazişini iş materialları ilə müqayisəli şəkildə araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyib hesab edir ki, İddiaçı Cavabdeh qarşı «hüququn pozulmasının aradan qaldırılması və dəymiş zərərin əvəzinin ödənilməsi» tələbinə dair mülki iş ilə əlaqədar bağlanmış və müvafiq şərtləri özündə əks etdirən 06.12.2021-ci il tarixli barışıq sazişi qanuna zidd olmadığından və iş üzrə tərəflərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından təsdiq edilməli, mülki iş üzrə icraata xitam verilməli, tərəflərə Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verildiyindən İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4, 261-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı ilə Cavabdeh arasında bağlanmış və aşağıdakı şərtləri özündə əks etdirən 06.12.2021-ci il tarixli barışıq sazişi təsdiq edilsin:

1. “Cavabdeh mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu, Mir Cəlal küçəsi, ev 22, 15 saylı mənzildən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, ev 22, 12 nömrəli mənzilə suyun axıdılmamasını öhdəsinə götürür.” məzmunlu barışıq sazişi təsdiq edilsin.

2. “Cavabdeh mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu, Mir Cəlal küçəsi, ev 22, 15 saylı mənzildən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, ev 22,12 nömrəli mənzilə suyun axıdılması nəticəsində dəymiş zərərdən 550 manat məbləğində pulu məhkəmə iclas zalında iddiaçının vəkili və nümayəndəsi X1 verməyi öhdəsinə götürür.” məzmunlu barışıq sazişi təsdiq edilsin.

3. “İddiaçı Cavabdeh qarşı “hüququn pozulmasının aradan qaldırılması və dəymiş zərərin əvəzinin ödənilməsi” tələbindən heç bir iddiası olmadığı üçün imtina edir.” məzmunlu barışıq sazişi təsdiq edilsin.

4. “Bu barışıq sazişi ilə İddiaçı və Əzimova X3 1,2 bəndlərindən irəli gələn bütün öhdəliklərin yerinə yetİrlməsinin və hər hansı bir maneənin törədilməməsini öz üzərlərinə götürürlər.” məzmunlu barışıq sazişi təsdiq edilsin.

5. “Barışıq sazişinin müddəaları tərəflər üçün məcburidir və icra edilmədiyi halda məcburi icraya yönəldilir.” məzmunlu barışıq sazişi təsdiq edilsin.

İddiaçı Cavabdeh qarşı «hüququn pozulmasının aradan qaldırılması və dəymiş zərərin əvəzinin ödənilməsi» tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar