Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2034/2022 26.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ümumilikdə 21.400 manat (12.600 ABŞ dolları) borc pulun və 155 manat ödədiyi dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 26 fevral 2019-cu il tarixli kredit müqaviləsinə əsasən cavabdeh ondan 13.500 manat (7.941 ABŞ dolları) borc almışdır və sonra yenə pula ehtiyacı olduğuna görə xx.xx.2019-cu il tarixdə 4.000 manat pul, xx.xx.2019-cu il tarixdə 2.700 manat pul və xx.xx.2019-cu il tarixdə isə 1.200 manat borc pul alaraq öz xətti ilə yazmaqla, imzalamaqla qəbz vermişdir. Digər pullara görə kredit müqaviləsi üçün 100 manatdan çox rüsum istənildiyinə görə cavabdeh ödəyə bilmədiyindən öz xətti ilə yazmaqla, imzalamaqla qəbz verirdi. Cavabdehə ümumilikdə 21.400 manat (12.600 ABŞ dolları) pul vermiş və bu günə qədər qaytarmır və o məcbur olub məhkəmə qaydasında pulunun alınmasını tələb idir. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda qeyd olunan məzmunda izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia təmin edilməlidir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1 və 740-cı maddələrinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. İddiaçı ilə Cavabdeh arasında bağlanmış, Bakı şəhəri 19 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən təsdiqlənmiş xx.xx.2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, “Borc verən” İddiaçı “Borclu” Cavabdeh 13.500 manat məbləğində borc verməyi, “Borclu” isə borc müqaviləsi üzrə aldığını xx.xx.2019-cu il tarixədək “Borc verənə” qaytarmağı öhdəsinə götürmüşdür. Tərəflər borc müqaviləsini imzaları ilə təsdiq etmişlər. xx.xx.2019-cu il tarixli ərizədən görünür ki, Cavabdeh İddiaçı 4.000 manat məbləğində borc pul götürmüşdür. xx.xx.2019-cu il tarixli ərizədən görünür ki, Cavabdeh İddiaçı 2.700 manat məbləğində borc pul almış və xx.xx.2019-cu il tarixinə kimi borcu qayatrmağı öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixli ərizədən görünür ki, Cavabdeh İddiaçı 1.200 manat məbləğində borc pul almış və xx.xx.2019-cu il tarixinə kimi borcu qayatrmağı öhtəsinə götürmüşdür. İşin mübahisələndirilməyən hallarından göründüyü kimi İddiaçı ilə Cavabdeh borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinə girmişlər. Belə ki, İddiaçı Cavabdeh müxtəlif tarixlərdə cəmi 21.400 manat məbləğində borc pul vermiş, cavabdeh isə bu pulu qaytaracağını imza ilə təsdiq etmişdir. İşrirak etdiyi məhkəmə iclasında cavabdeh ödənilməmiş borcun iddia ərizəsində göstərildiyi məbləğdə olmasını etiraf etmişdir. Mülki Məcəllənin (bundan sonra – MM) 882.1-ci və 882.5-ci maddələrinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Göründüyü kimi, borc razılaşmaya əsasən etiraf olunmuşdur. Mülki işin materiallarında cavabdeh tərəfindən borcun ödənilməsini təsdiq edən heç bir sübut olmadığından və qeyd edilən halın sübut edilməsi yükünü cavabdeh daşıdığından məhkəmə iddianın təmin edilməsi qənaətinə gəlir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, iddiaçı cavabdehdən müqavilənin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-in 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 21.400 manat məbləğində borc və dövlət rüsumu kimi ödənilmiş 155 manat, cəmi 21.555 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə hissəsi: Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia təmin edilsin. Borc üzrə 21.400 manat və dövlət rüsumu kimi ödənilmiş 155 manat, cəmi 21.555 (iyirmi bir min beş yüz əlli beş) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-2034/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2034/2022
26.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver