Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-2034/2025 11.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Miriyeva Həbibə Novruz qızı, iddiaçı Qaraxanlı (Ələkbərov) Roman Qulamrza oğlunun Cavabdehnə qarşı inzibati orqanın qanunsuz hərəkətləri nəticəsində vurulmuş maddi ziyana görə kompensasiya ödənilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Qaraxanlı (Ələkbərov) Roman Qulamrza oğlu Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhər İcra İdarəsinin icra məmuru Toğrul Rüstəmovun qanunsuz hərəkətləri nəticəsində vurulmuş maddi ziyana görə 109288 (bir yüz doqquz min iki yüz səksən səkkiz) manat dəyərində kompensasiyasının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizənin icraata qəbulundan imtina olunmalıdır. Belə ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(006)- 1898/2025 nömrəli qərardadından görünür ki, iddiaçı Qaraxanlı (Ələkbərov) Roman Qulamrza oğlunun Cavabdehnə qarşı pul tələbinə dair iddiasının yolverilməzliyə görə qəbulundan imtina edilmişdir. Göründüyü kimi iddiaçının hazırkı iddiası ilə eynilik təşkil edən Cavabdehndən tələb etdiyi 109288 manat kompensasiyanın ödənilməsi tələbinə məhkəmənin qərardadı ilə münasibət bildirilərək, sözügedən iddianın mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmadığı göstərilmiş və İddiaçı aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah olunmuşdur. Buna baxmayaraq iddiaçı yenidən eyni iddia tələbi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Odur ki, göstərilənlər nəzərə alınmaqla, iddiaçıya təkrarən hazırkı iddia tələbi ilə aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah edilir. Məhkəmə eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. 114.2-ci maddəsinə əsasən dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı Qaraxanlı (Ələkbərov) Roman Qulamrza oğlu tərəfindən ("xxxx" ASC, qəbzin nömrəsi 15886, GPP qəbz nömrəsi **********, tarix: 18.11.24, saat: 10:25) ödənilmiş 100 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən iddiaçı Qaraxanlı (Ələkbərov) Roman Qulamrza oğluna geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.6-1, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Qaraxanlı (Ələkbərov) Roman Qulamrza oğlunun Cavabdehnə qarşı inzibati orqanın qanunsuz hərəkətləri nəticəsində vurulmuş maddi ziyana görə kompensasiya ödənilməsi tələbinə dair iddia ərizəsinin icraata qəbulundan imtina edilsin. İddiaçıya izah edilsin ki, müvafiq tələblə aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququna malikdir. İddiaçı tərəfindən ("xxxx" ASC, qəbzin nömrəsi 15886, GPP qəbz nömrəsi **********, tarix: 18.11.24, saat: 10:25) ödənilmiş 100 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən iddiaçı Qaraxanlı (Ələkbərov) Roman Qulamrza oğluna geri qaytarılsın. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Həbibə Miriyeva
Məhkəmə qərarları › İş №2(006)-2034/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-2034/2025
11.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver