Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2042/2021 06.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X1, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 50000 (əlli min) ABŞ dolları əsas borc və 5000 (beş min) ABŞ dolları məbləğində faiz borcu, cəmi 55000 (əlli beş min) ABŞ dollarının alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə «xxxx» ASC arasında bağlanılan 31 yanvar 2014-cü il tarixli kredit xətti müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 120 ay müddətinə ******* ABŞ dolları məbləğində kredit xətti açılmış və həmin müqaviləyə uyğun olaraq bankla cavabdeh arasında tərtib edilən 07.02.2014-cü il tarixli, 29.10.2014-cü il tarixli, 16.01.2015-ci il tarixli razılaşmalara əsasən ona ümumilikdə 348000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin müqavilənin təminatı olaraq İddiaçı ilə “xxxx” və digər Cavabdeh2 arasında 31.01.2014-cü il tarixli və 23.10.2014-cü il tarixli zaminlik müqavilələri bağlanılmışdır. Bundan əlavə, götürülmüş kreditin qaytarılmasının təminatı olaraq iddiaçı ilə həmin bank arasında 03 fevral 2014-cü il tarixli ipoteka müqaviləsi bağlanılmış və müqaviləyə əsasən iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən torpaq sahəsi və üzərindəki obyekt (əmlak kompleksi) ipoteka ilə yüklü edilmişdir. İddiaçı cavabdehlərə inanaraq bu müqaviləni imzalamışdır. Çünki iddiaçı ilə cavabdehlər tanış və həmyerlidirlər və cavabdehlər iddiaçıdan xahiş edərək onu ipoteka və zaminlik müqavilələrinə imza etməyə razı salmışlar. Məhkəmənin nəzərinə çatdırırlar ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ər-arvaddırlar və bankdan pulu götürərək faydalanan şəxslər də onlardır. Lakin buna baxmayaraq cavabdehlər götürülmüş kreditin qaytarılmasını təmin etməmişlər və bununla da iddiaçıya məxsus ipoteka ilə yüklü edilmiş əmlakın məhkəmə qaydasında hərrac yolu ilə satılması təhlükəsi yaranmışdır. Belə ki, «xxxx» ASC iddia ərizəsi ilə Nəsimi rayon məhkəməsinə müraciət edərək Cavabdeh1 kredit müqaviləsinə əsasən kredit borcunun və ona hesablanan faizlərin tutulmasını, tələbin ipoteka predmeti olan və digər cavabdeh İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə yönəldilməsi, bu əmlakın hərracda satılması, satışdan əldə olunan pul vəsaiti hesabına həmin borcun iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Nəsimi rayon məhkəməsinin 31.07.2014-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, qarşılıqlı iddia tələbi rədd edilmiş, cavabdehlər Cavabdeh1, İddiaçı və X2 müştərək qaydada bir neçə kredit müqaviləsi üzrə cəmi 193.488,68 ABŞ dolları və 123 manat pul tutulması qət edilmiş, tutma digər ipoteka predmetləri ilə yanaşı İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə yönəldilmişdir. İddiaçı ona məxsus əmlakı açıq hərracdan satılması barədə bank tərəfindən iddia qaldırılandan sonra dəfələrlə cavabdehlərə müraciət etmiş, kreditin qaytarılması və beləliklə də ona məxsus obyektin hərracda satılmasının qarşısının almması üçün tədbirlər görməsini tələb etmişdir. Lakin cavabdehlər krediti qaytarmaq üçün tədbir görməmişlər. Artıq tələbin ipoteka predmetinə yönəldiləcəyini görən iddiaçı banka müraciət edərək ona məxsus əmlakın hərrac vasitəsilə satılmamasını, tələbin ilk növbədə cavabdehlərə məxsus əmlak hesabına ödənilməsini xahiş etmişdir. Bankdan iddiaçıya bildirmişlər ki, yalnız borcun ödənişi həyata keçirildiyi halda sözügedən əmlak ipoteka yüklülüyündən azad oluna bilər. Bundan sonra iddiaçı 08.12.2020-ci il tarixdə cavabdehlərin əvəzinə zamin olaraq bankın hesabına 50000 ABŞ dolları məbləğində pul köçürmüş və özünə məxsus əmlakını ipoteka yüklülüyündən azad edilməsini xahiş etmişdir. İddiaçı həmin ödənişi həyata keçirdikdən sonra bank tərəfindən iddiaçıya qəbz və 08.12.2020-ci il tarixli məktub verilmişdir. Məktubda göstərilmişdir ki, 30 iyun 2021-ci il tarixədək Cavabdeh1 «xxxx» QSC qarşısında olan kredit borcundan 50000 ABŞ dolları ödəyəcəyi təqdirdə ona məxsus olan ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsi Bank qarşısında ipoteka yüklülüyündən azad olunacaq, həmçinin mövcud qalıq borcun ondan tələb olunmaması barədə müvafiq icra və probasiya şöbəsinə məktub veriləcəkdir. Məhkəmənin nəzərinə çatdırırlar ki, bankla razılaşmaya əsasən iddiaçı tərəfindən zamin olaraq banka 100000 ABŞ dolları ödənilməlidir və iddiaçı artıq həmin məbləğin yarısını, yəni 50000 ABŞ dollarını banka ödəmişdir. Odur ki, həmin məbləğ cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X3 yuxarıda qeyd olunan məzmunda izahat vermiş iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Digər cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. İpoteka saxlayan «xxxx» QSC ilə ipoteka qoyan İddiaçı və borcalan Cavabdeh1 arasında bağlanmış 03.02.2014-cü il tarixli, 02M000001700 saylı saylı ipoteka müqaviləsinə əsasən “xxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış 31.01.2014-cü il tarixli, 02L000011461 saylı kredit müqaviləsi üzrə borc alanın öhdəliklərinin təminatı olaraq İddiaçı məxsus ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış sahəsi və üzərindəki xüsusi mülkiyyətdə olan 727,2 kv/m ümumi sahədən ibarət olan digər təyinatlı əmlak kompleksi kimi müəssisə ipoteka ilə bankın xeyrinə yüklü edilmişdir. «xxxx» QSC ilə zamin İddiaçı arasında bağlanmış 02S000023369 saylı, 31.01.2014-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, bank ilə borclu arasında bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəliyi 02S000023369 saylı, 15.09.2008-ci il tarixli zaminlik müqaviləsi ilə təmin olunmuşdur. Həmin müqaviləyə əsasən zamin İddiaçı borc alan tərəfindən müqavilə öhdəliklərini yerinə yetirmədiyi təqdirdə tam məsuliyyəti öz öhdəsinə götürmüşdür. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-175/2019 saylı 31 iyul 2019-cu il tarixli qətnaməsindən görünür ki, ilkin iddia tələbinin qismən təmin edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməməsi, ilkin iddia üzrə cavabdehlər Cavabdeh1, İddiaçı, Cavabdeh2 müştərək qaydada 07.02.2014-cü il tarixli, 02R000031346 saylı kredit razılaşması üzrə 101.022,88 (bir yüz bir min iyirmi iki ABŞ dolları, səksən səkkiz sent) ABŞ dolları əsas borc, 10.144,88 (on min yüz qırx dörd ABŞ dolları, səksən səkkiz sent) ABŞ dolları faiz borcu, 10.000 (on min) ABŞ dolları cərimə borcu, cəmi 121.167,76 (bir yüz iyirmi bir min yüz altmış yeddi ABŞ dolları, yetmiş altı sent) ABŞ dolları məbləğində pul, 29.10.2014-cü il tarixli, 002R********** saylı kredit razılaşması üzrə 53.980,08 (əlli üç min doqquz yüz səksən ABŞ dolları, səkkiz sent) ABŞ dolları əsas borc, 10.527,54 (on min beş yüz iyirmi yeddi ABŞ dolları, əlli dörd sent) ABŞ dolları faiz borcu, 5000 (beş min) ABŞ dolları cərimə borcu, cəmi 69.507,62 (altmış doqquz min beş yüz yeddi ABŞ dolları, altmış iki sent) ABŞ dolları, 16.01.2015-ci il tarixli, 002KK**********01 saylı kredit razılaşması üzrə 2327,5 (iki min üç yüz iyirmi yeddi ABŞ dolları, əlli sent) ABŞ dolları əsas borc, 285,8 (iki yüz səksən beş ABŞ dolları, səksən sent) ABŞ dolları faiz borcu, 200 (iki yüz) ABŞ dolları cərimə borcu, cəmi 2813,3 (iki min səkkiz yüz on üç ABŞ dolları, otuz sent) ABŞ dolları, habelə 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun, bildirişlərin qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 63 (altmış üç) manat xidmət haqqının əvəzi olmaqla, cəmi 193.488,68 (bir yüz doxsan üç min dörd yüz səksən səkkiz ABŞ dolları, altmış səkkiz sent) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) və 123 (bir yüz iyirmi üç) manat məbləğində pulun alınaraq ilkin iddia üzrə iddiaçı «xxxx» QSC-yə ödənilməsi, tutmanın ipoteka qoyulmuş Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 16 saylı sahənin bir hissəsində 0.06 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti 33.000 (otuz üç min) manat məbləğində müəyyən edilməklə, açıq hərracda satılması, tutma ipoteka qoyulmuş Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 0.01 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti 55.000 (əlli beş min) manat məbləğində müəyyən edilməklə, açıq hərracda satılması, tutma ipoteka qoyulmuş İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanında 0,19865 ha torpaq sahəsi və onun üzərində olan 727.2 kv.metr ümumi sahədən ibarət olan digər təyinatlı əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 228.666 (iki yüz iyirmi səkkiz min altı yüz altmış altı) manat məbləğində müəyyən edilməklə, açıq hərracda satılması, satışlardan əldə olunmuş vəsait hesabına ilkin iddia üzrə cavabdehlər Cavabdeh1, İddiaçı və Cavabdeh2 ilkin iddia üzrə iddiaçı «xxxx» QSC-yə olan kredit borclarının ödənilməsi, əldə olunacaq vəsaitin borcun məbləğindən artıq olduğu halda isə artıq qalan pul vəsaiti müvafiq olaraq ilkin iddia üzrə cavabdehlər İddiaçı və Cavabdeh2 qaytarılması, hərracdan əldə olunacaq vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin ilkin iddia üzrə cavabdehlər Cavabdeh1, İddiaçı və Cavabdeh2 müştərək qaydada tutulması, ipoteka predmetləri satıldıqdan bir ay sonra boşaldılması, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın 2(103)-2058/2020 saylı, 07.02.2020-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi, hazırki iş üzrə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-175/2019 saylı 31 iyul 2019-cu il tarixli qətnaməsinin cavabdeh İddiaçı apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi MK-nın 25.09.2020-ci il tarixli, 2(102)2620/2020 saylı qərarından görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kasasiya şikayətinin təmin edilməməsi, iş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 oktyabr 2019-cu il tarixli, 2(103)-13098/2019 saylı qətnaməsi kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılması qərara alınmışdır. «xxxx» QSC tərəfindən İddiaçı ünvanlanmış 08.12.2020-ci il tarixli məktubundan görünür ki, 30 iyun 2021-ci il tarixinədək Cavabdeh1 "xxxx” QSC qarşısında olan kredit borcundan 50000 (əlli min) ABŞ Dolları ödəyəcəyi təqdirdə ona məxsus olan ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış sahəsi Bank qarşısında ipoteka yüklülüyündən azad olunacaq, həmçinin mövcud qalıq borcun ondan tələb olunmaması barədə müvafiq icra və probasiya şöbəsinə məktub veriləcəkdir. Yuxarıda qeyd olunan şərtlər 50000 (əlli min) ABŞ Dolları məbləğində vəsait 30 iyun 2021-ci il tarixinədək ödəniləcəyi təqdirdə qüvvədədir. 08.12.2020-ci il tarixli Mədaxil orderindən görünür ki, İddiaçı tərəfindən «xxxx» QSC-nin hesabına 50000 (əlli min) ABŞ Dolları köçürülmüşdür. İşin mübahisələndirilməyən hallarından görünür ki, Cavabdeh1 ilə «xxxx» ASC arasında bağlanılan 31 yanvar 2014-cü il tarixli kredit xətti müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 120 ay müddətinə ******* ABŞ do!lari məbləğində kredit xətti açılmış və həmin müqaviləyə uyğun olaraq bankla cavabdeh arasında tərtib edilən 07.02.2014-cü il tarixli, 29.10.2014-cü il tarixli, 16.01.2015-ci il tarixli razılaşmalara əsasən ona ümumilikdə 348000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin müqavilənin təminatı olaraq “xxxx” ASC ilə İddiaçı və digər Cavabdeh2 arasında 31.01.2014-cü il tarixli və 23.10.2014-cü il tarixli zaminlik müqavilələri bağlanılmışdır. Bundan əlavə, götürülmüş kreditin qaytarılmasının təminatı olaraq iddiaçı ilə həmin bank arasında 03 fevral 2014-cü il tarixli ipoteka müqaviləsi bağlanılmış və müqaviləyə əsasən iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən torpaq sahəsi və üzərindəki obyekt (əmlak kompleksi) ipoteka ilə yüklü edilmişdir. 08.12.2020-ci il tarixdə İddiaçı tərəfindən «xxxx» QSC-nin hesabına 50000 (əlli min) ABŞ Dolları köçürülmüşdür. Hazırda İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 50000 (əlli min) ABŞ dolları əsas borc və 5000 (beş min) ABŞ dolları məbləğində faiz borcu, cəmi 55000 (əlli beş min) ABŞ dollarının alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Belə ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 475.1-ci maddəsi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmçinin, Mülki Məcəllənin 500-cü və 509.1-ci maddələrinə əsasən əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. Birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. Həmin maddələrin tələblərinə görə öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. İş materiallarından göründüyü kimi, iddiaçı zamin kimi Cavabdeh1 «xxxx» ASC qarşısında kredit müqaviləsindən irəli gələn öhdəliyini 50.000 ABŞ dolları məbləğində icra etmişdir. Zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıdığından və öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları zaminin kreditorun tələbini ödədiyi həcmdə keçdiyindən, iddiaçının hər iki cavabdehə qarşı (Cavabdeh1-əsas borclu və Cavabdeh2-zamin) müvafiq iddia tələbi irəli sürmək hüququ vardır və bu tələb təmin olunmalıdır. Məhkəmə, cavabdeh tərəfindən pulun qanunsuz olaraq özündə saxlamaqla ondan faydalandığı üçün ümumi məbləğin 5% miqdarında pulun tutulması hissəsinə dair aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, Mülki Məcəllənin 449.1 və 449.2-ci maddəsinin tələblərinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsini nəzərdə tutur. Beləliklə, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faizlərin tutulması üçün kreditor sübut etməlidir ki, borclu onun pul vəsaitini qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması, onun ödənilməsini digər şəkildə gecikdirməsi və ya pul vəsaitini əsassız əldə etməsi və ya toplaması nəticəsində faydalanmış, yəni gəlir, artım, bəhər və ya sair maddi xeyr əldə etmişdir. İddiaçı isə qeyd olunan halların təsdiqi barədə heç bir sübut təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Məhkəmə hesab edir ki, iddia bu hissədə rədd edilməlidir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı tərəfindən qeyd olunan öhdəlik üzrə ödənilmiş 50.000 ABŞ dolları (ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla) məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 30 manatın 27 manatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı ödənilməlidir. İddia digər hissədə rədd edilməlidir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 50.000 ABŞ dolları (ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla) və dövlət rüsumu kimi ödənilmiş 30 manatın 27 manatı məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-2042/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2042/2021
06.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver