Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-2045/2022 19.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Məhkəmə iclas katibi Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh ASC "xxxx" Sığorta Şirkətinə qarşı "dəymiş ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh ASC "xxxx" Sığorta Şirkətinə qarşı "dəymiş ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh LPO ASC "xxxx" Sığorta Şirkəti tərəfindən daha öncədən məhkəməyə etiraz ərizəsi ünvanlanaraq, iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, hesab edirlər ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mərkəzi Bankının 19.05.2020-ci il tarixli Qərarına əsasən cəmiyyətlərinə sığorta fəaliyyətinin həyata keçirilməsi ilə bağlı verilmiş lisenziya ləğv olunmuş və şirkətin müflis elan olunması ilə bağlı Bakı Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət olunmuşdur. Bakı Kommersiya Məhkəməsinin 29.07.2020-ci il tarixli, e-2-2(113)-1575/2020 saylı qətnaməsinə əsasən ASC "xxxx" Sığorta Şirkəti müflis elan olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq olunmasına baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, etiraz ərizəsini mülki işin materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, hazırki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 261.0.8-ci maddəsinə əsasən hakim işdə iştirak edən hüquqi şəxs ləğv olunmuşsa iş üzrə icraata xitam verir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mərkəzi Bankının 19.05.2020-ci il tarixli qərarına əsasən ASC "xxxx" Sığorta Şirkətinə sığorta fəaliyyətinin həyata keçirilməsi ilə bağlı verilmiş lisenziya ləğv olunmuş və şirkətin müflis elan olunması ilə bağlı Bakı Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət olunmuşdur. Bakı Kommersiya Məhkəməsinin 29.07.2020-ci il tarixli, 2-2(113)-1575/2020 saylı qətnaməsinə əsasən ASC "xxxx" Sığorta Şirkəti müflis elan olunmuşdur. “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanunun 18-ci maddəsinə əsasən borclu müflis elan olunarkən: -bütün məhkəmə araşdırmalarına və borcludan alınmalı məbləğlərin tutulması üçün digər hərəkətlərə son qoyulur; -borcluya qarşı tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas prosesi çərçivəsində irəli sürülə bilər; -qanunvericiliyə zidd olmayan hallarda bu məqamdan əvvəl borclunun əmlakına dair çıxarılmış hər hansı məhkəmə qərarlarının icrası dayandırılır. Beləliklə, məhkəmə hesab edir ki, ASC "xxxx" Sığorta Şirkəti ləğv prosesində olduğundan, Cəmiyyətin adından yalnız ləğvedici tərəfindən edilən hərəkətlər hüquqi qüvvəyə malik olduğundan, Cəmiyyətə qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırıldığından, Cəmiyyət barəsində məhkəmə icraatına başlanılmadığından, o cümlədən, Cəmiyyətə qarşı bütün tələblər yalnız qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürüldüyündən, bununla da cavabdeh ASC "xxxx" Sığorta Şirkətinə qarşı iddia tələbinə məhkəmədə baxılmalı olmadığından İddiaçı cavabdeh ASC "xxxx" Sığorta Şirkətinə qarşı "dəymiş ziyanın ödənilməsi" tələbinə dair iş üzrə icraata xitam verilməlidir. Habelə, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh ASC "xxxx" Sığorta Şirkətinə qarşı "dəymiş ziyanın ödənilməsi" tələbinə dair iş üzrə icraata xitam verilsin. İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-2045/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-2045/2022
19.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver