Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2056/2022 20.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Əliyeva Günay Alim qızının katibliyi, İddiaçı Allahverdı̇ yeva Svetlana Əhlı̇ man qızının iştirakı ilə İddiaçı Allahverdı̇ yeva Svetlana Əhlı̇ man qızının cavabdeh Kərı̇ mov Rövşən Feyzulla oğluna qarşı “borcun qaytarılması və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Allahverdı̇ yeva Svetlana Əhlı̇ man qızı cavabdeh Kərı̇ mov Rövşən Feyzulla oğluna qarşı “borcun qaytarılması və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Kərı̇ mov Rövşən Feyzulla oğlundan ona borclu olduğu 1700 (min yeddi yüz) manat pulun, əlavə olaraq dəymiş 200 manat maddi ziyanın və həmçinin, 39 manat dövlət rüsumunun alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Allahverdı̇ yeva Svetlana Əhlı̇ man qızı hal-hazırda ünvan 1 ünvanında qeydiyyatdadır, lakin ailəsi ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Anaşkin küçəsi, Döngə 1 ünvanında yaşayır. İddiaçının ünvan 2iotaqlı evi var. Həmin evin təmirə ehtiyacı olduğu üçün iddiaçı 2021-ci ilin iyun ayında cavabdehə müraciət etmişdir. Belə ki, cavabdeh Kərı̇ mov Rövşən Feyzulla oğlu ustadır. Cavabdehlə qarşılıqlı razılaşma əsasında evin 1 otağının (40 m2) tam təmiri, qapı və darvazanın bir az yuxarı qaldırılması, dam örtüyünün yenilənməsi, həyətdəki hamam-tualetin təmiri, mətbəxdəki aspirator üçün divardan hava yuvasının açılması, su çəninin yenidən quraşdırılması və evin digər otağının da dam örtüyünün təmiri işlərini danışmış və iddiaçı bütün bu işlərin müqabilində cavabdehə zəhmət haqqı olaraq 1700 (min yeddi yüz) manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh işə başlayarkən iddiaçıdan pulun bir hissəsini almış, sonra bir neçə gün işə gəlməmiş, daha sonra işə gələrək dam örtüyünün bəzi şiferlərini yeniləmiş və pulun bir hissəsini də iddiaçıdan istəmişdir. İddiaçı onun hələ heç bir iş görmədiyini bildirsə də, cavabdeh ondan narahat olmamasını, özünün bəzi maddi sıxıntıları olduğunu və onlarə yoluna qoyduqdan sonra gəlib işləri görəcəyini bildirmiş və iddiaçını buna inandıraraq ondan pul alıb getmişdir. Sonra iddiaçı cavabdehə zəng vurub çağırmış, cavabdeh bu dəfə gəlib evin içində bəzi xırda işlər görmüş və iddiaçının sadəlövhlüyündən istifadə edərək 1700 manat pulun qalan hissəsini də ondan almışdır. Beləliklə, cavabdeh cüzi iş görərək iddiaçıdan 1700 manat pul almışdır. Bundan sonra iddiaçı cavabdehə dəfələrlə zəng etib onu çağırmış, lakin cavabdeh gəlməmiş və hər dəfə müxtəlif bəhanələr gətirmişdir. Sonra iddiaçı cavabdehdən ona verdiyi 1700 manat pulu tələb etmiş, lakin o, başqa yerdə işlədiyini, pul alanda gətirib iddiaçının pulunu qaytaracağını bildirmişdir. İddiaçı, həmçinin, cavabdehin həyat yoldaşı ilə əlaqə saxlamış, o da cavabdehin işləyib pulu qaytaracağını bildirmişdir. Lakin cavabdeh iddiaçını aldadaraq ondan aldığı 1700 manat puldan 1 manat da olsa, geri qaytarmamışdır. Bundan əlavə, dam örtüyündə cavabdehin dəyişdiyi bir neçə şiferin düzgün vurulmaması səbəbilə iddiaçının evinə yağış suları axmış və bunun nəticəsində 200 (iki yüz) manat dəyərində tikinti materialları xarab olmuşdur. Buna görə də iddiaçı yenidən başqa usta çağırmış və cavabdehin düzgün vurmadığı dam örtüyünü sökdürüb yenidən düzəltdirmişdir. İddiaçı yenə də pulun qaytarılması ilə bağlı cavabdehə dəfələrlə zəng vurmuş, lakin cavabdeh müxtəlif bəhanələr gətirərək pulunun olmadığını bildirmişdir. Hal-hazırda iddiaçı cavabdehin ona vurduğu maddi və mənəvi ziyana görə əsəb və stress keçirir. Cavabdehin bu əməlinə görə iddiaçı həm də Bakı şəhəri Sabunçu rayonu 12-ci Polis Bölməsinə ərizə ilə müraciət etmiş, lakin ona bu iş mülki iş olduğundan mülki qaydada məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən, cavabdeh Kərı̇ mov Rövşən Feyzulla oğlundan ona borclu olduğu 1700 (min yeddi yüz) manat pulun, əlavə olaraq dəymiş 200 manat maddi ziyanın və həmçinin, 39 manat dövlət rüsumunun alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Allahverdı̇ yeva Svetlana Əhlı̇ man qızı iddianın dəqiqləşməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Kərı̇ mov Rövşən Feyzulla oğlundan ona borclu olduğu 1700 (min yeddi yüz) manat pulun, əlavə olaraq dəymiş 200 manat maddi ziyanın, həmçinin, iddiaçının bankdan götürdüyü kreditin faiz məbləği olan 2494,52 (iki min dörd yüz doxsan dörd manat əlli iki qəpik) manat dəymiş maddi ziyanın və 39 manat dövlət rüsumunun alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Allahverdı̇ yeva Svetlana Əhlı̇ man qızı iddia tələbini müdafiə edib, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyənləşdirilmiş qaydada və müddətdə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh Kərı̇ mov Rövşən Feyzulla oğlu məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddiaçı cavabdehə onun evində görəcəyini razılaşdırdıqları təmir işlərinə görə hissə-hissə olmaqla, cəmi 1700 manat məbləğində pul verdiyini, lakin cavabdehin pulu alaraq, həmin işləri tam görmədiyini və iddiaçı dəfələrlə müraciət etsə də, cavabdehin onun pulunu qaytarmadığını, cavabdehin etdiyi natamam işə görə ona 200 manat məbləğində maddi ziyan və əlavə olaraq, bank krediti ilə əlaqədar 2494,52 manat məbləğində faiz borcu ilə əlaqədar maddi ziyan dəydiyini bildirsə də, bunları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə iddia tələbinin “cavabdehin iddiaçıya borclu olduğu 1700 (min yeddi yüz) manat pulun cavabdeh Kərı̇ mov Rövşən Feyzulla oğlundan tutularaq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, iddia ərizəsində və iddiaçı izahatında bildirir ki, tərəflər arasında podrat müqaviləsindən irəli gələn münasibətlər mövcud olmuş, tərəflər müqavilənin mühüm şərtləri barədə şifahi razılığa gələrək müqaviləni şifahi bağlamış, iddiaçı cavabdehə razılaşdırılmış muzdu ödəsə də, cavabdehin gördüyü işdən razı qalmamış, gördüyü işi natamam və qüsurlu hesab etmiş və ödəmiş olduğu pulu geri qaytarmasını ondan tələb etmiş, cavabdeh isə ondan aldığı pulu geri qaytarmamışdır. İddiaçı bu səbəbdən cavabdehin ona borclu olduğu 1700 manat məbləğində pul vəsaitini ona geri qaytarmasını məhkəmədən xahiş etmişdir. Lakin həmin müqavilənin mövcud olmasına, pulun cavabdehə verilməsinə, cavabdeh tərəfindən işin natamam və qüsurlu görülməsinə dair iddiaçı tərəfindən heç bir sübut məhkəməyə təqdim edilmədiyindən məhkəmə iddia tələbinin “cavabdehin iddiaçıya borclu olduğu 1700 (min yeddi yüz) manat pulun cavabdeh Kərı̇ mov Rövşən Feyzulla oğlundan tutularaq iddiaçıya ödənilməsi” hissəsini əsassız hesab edərək, təmin edilməməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 752.1-ci maddəsinə görə, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. İddia tələbinin “iddiaçıya dəymiş 200 manat və iddiaçının bankdan götürdüyü kreditin faiz məbləği olan 2494,52 (iki min dörd yüz doxsan dörd manat əlli iki qəpik) manat məbləğlərində maddi ziyanın cavabdeh Kərı̇ mov Rövşən Feyzulla oğlundan tutularaq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı dam örtüyündə cavabdehin dəyişdiyi bir neçə şiferin düzgün vurulmaması səbəbilə evinə yağış sularının axdığını və bunun nəticəsində 200 (iki yüz) manat dəyərində tikinti materiallarının xarab olmasını bildirsə də, bu faktı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin, iddiaçı iddianın dəqiqləşməsinə dair ərizəsində evin təmiri üçün cavabdehə verdiyi pulu bankdan götürdüyünü bildirmiş, cavabdeh pulu aldadaraq ondan aldığından və geri qaytarmadığından onun banka etdiyi faiz ödənişləri ilə əlaqədar problem yarandığını qeyd edərək, onun banka 2494,52 manat məbləğində olan faiz borcunun da cavabdehdən tutulmasını xahiş etmişdir. Lakin iddiaçı bu tələbi ilə də bağlı konkret sübutu, yəni bankdan, həqiqətən də, təmir işlərinin aparılması məqsədilə kredit götürdüyünü və ya götürdüyü kredit məbləğinin bir hissəsini cavabdehə verdiyini və yaxud cavabehin onun pulunu qaytarmaması səbəbindən iddiaçının kredit ödənişində problem yaranmasına dair sübutları məhkəməyə təqdim edə bilməmişdir. Göstərilənlərə əsasən, iddia tələbinin “iddiaçıya dəymiş 200 manat və iddiaçının bankdan götürdüyü kreditin faiz məbləği olan 2494,52 (iki min dörd yüz doxsan dörd manat əlli iki qəpik) manat məbləğlərində maddi ziyanın cavabdeh Kərı̇ mov Rövşən Feyzulla oğlundan tutularaq iddiaçıya ödənilməsi” hissəsi də məhkəmə tərəfindən əsassız hesab edilmiş və təmin edilməməli olması qənaətinə gəlinmişdir. Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə, həmçinin, qeyd edir ki, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Hazırki mülki işdə isə zərərin mövcud olmasına dair sübutlar məhkəməyə təqdim edilmədiyindən digər hüquqi əsaslar da məhkəmə tərəfindən müəyyənləşdirilə bilməmişdir. Beləliklə, məhkəmə belə qənaətə gəlmişdir ki, iddia tələbi dəymiş maddi ziyanın ödənilməsi hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllənin) 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinə baxmayaraq, iddia tələblərini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, irəli sürülmüş iddia tələbi yalnız iddiaçının formal və heç bir dəlilə, sübuta əsaslanmayan mülahizəsindən ibarət olduğundan iddiaçı Allahverdı̇ yeva Svetlana Əhlı̇ man qızının cavabdeh Kərı̇ mov Rövşən Feyzulla oğluna qarşı “borcun qaytarılması və s.” tələbinə dair iddiası qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən təmin edilə bilməz. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 124.2-ci maddəsinin tələbinə görə, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Allahverdı̇ yeva Svetlana Əhlı̇ man qızının cavabdeh Kərı̇ mov Rövşən Feyzulla oğluna qarşı “borcun qaytarılması və s.” tələbinə dair iddia ərizəsi təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu Allahverdı̇ yeva Svetlana Əhlı̇ man qızına aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №2(006)-2056/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2056/2022
20.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver