Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2057/2023 21.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı " aliment məbləğinin artırılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, izahatında qeyd etmişdir ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-496/2015 saylı, 14 aprel 2015-ci il tarixli qətnaməsi ilə onunla Cavabdeh arasında Xətai rayon Qeydiyyat Şöbəsi tərəfindən qeydə alınmış 20 iyun 2012-ci il tarixli 910 saylı nikahın bağlanması haqqında akt qeydinə əsasən bağlanmış nikahın pozulması, xx.xx.2013-cü il təvəllüdlü X2 onun yanında qalması, Cavabdeh hər ay xx.xx.2013-cü il təvəllüdlü Əhmədov Nuran Nurlan oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün 103 (yüz üç) manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qərara alınmışdır. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-5733/2018 saylı 13 noyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia ərizəsinin qismən təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 aprel 2015-ci il tarixli 2(006)-496/2015 saylı qətnaməsi ilə müəyyən edilən alimentin məbləği artırılaraq Cavabdeh 04 mart 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində alimentin alınaraq ona ödənilməsi qərara alınmışdır. Qətnamə qanuni qüvvəyə minmişdir. Hal-hazırda övladı X2 10 yaşı var. Məhkəmə tərəfindən uşağın saxlanması üçün müəyyən edilmiş 154 (bir yüz əlli dörd) manat aliment məbləği hazırda uşağın saxlanılmasının təminatı üçün yetərli hesab edilə bilməz. Belə ki, aldığı aliment məbləğinin miqdarı müəyyən olunduğu tarixdən bugünədək istehlak qiymətləri və həyat standartları dəyişmişdir. Həmçinin, bu illər ərzində uşaq da böyümüş, onun müvafiq olaraq tələbatları da artmışdır. Düşünür ki, yuxarıda qeyd etdiyi hallar maddi vəziyyətində dəyişiklik kimi qəbul edilməlidir. Həmçinin, həm mətbuatdan oxuduğu, həm də televiziyadan eşitdiyi məlumatlara görə 2023-cü il üçün ölkə ərazisində yaşayış minimumu da artırılmışdır. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq keçirilmiş ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2023-cü ii tarixli MŞB/10-00099 nömrəli arayış tərtib edilmişdir. Mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərc də onun tərəfindən ödənilib. Hesab edir ki, bu məbləğ də məhkəmə xərci kimi cavabdehdən tutularaq ona ödənilməlidir. Məhz qeyd etdiyi səbəblərdən təkrarən “alimentin məbləğinin artırılması barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Göstərilənlərə əsasən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 5733/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin artırılaraq Cavabdeh 04 mart 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin, 50 manat mediasiyaya dair xərcin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edərək izahatında qeyd etmişdir ki, ikinci səfər ailə qurmuşdur. Həmin nikahdan da bir uşağı vardır. Onun danışıq qabiliyyətində gerilik var, ona görə də müalicə alır. "xxxx" MMC-də işləyir. 700 manat məbləğində əmək haqqı alır. Artıq məbləğdə alimentin ödənilməsinə maddi imkanı çatmır. Qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 aprel 2015-ci il tarixli, 2(006)-496/2015 saylı qətnaməsinə əsasən X4 ilə Cavabdeh arasında Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış 20 iyun 2012-ci il tarixli 910 saylı nikahın bağlanması haqqında akt qeydinə əsasən bağlanmış nikahın pozulması, xx.xx.2013-cü il təvəllüdlü X2 anası X1 yanında qalmasının müəyyən edilməsi, Cavabdeh xx.xx.2014-cü il tarixdən başlayaraq hər ay xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün aliment 103 manat sabit pul məbləğində tutulub X3 verilməsi qət edilmişdir. Mülki işin materiallarında olan Nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X4 arasında bağlanmış nikah xx.xx.2015-ci il tarixdə ləğv edilmişdir. Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 noyabr 2018-ci il tarixli, 2(006)-5733/2018 saylı qətnaməsinə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 aprel 2015-ci il tarixli, 2(006)-496/2015 saylı qətnaməsi ilə müəyyən edilən alimentin məbləğinin artırılaraq Cavabdeh 04 mart 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” barədə Arayışdan görünür ki, həmin tarixdə keçirilən ilkin mediasiya sessiyasında hər iki tərəf iştirak etmiş, lakin onlar prosesin davam etdirilməsinə razılıq verməmişlər (Mediator:V.Vəliyev). Mülki işin materiallarında olan 1 saylı Bakı ASAN xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilən nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X5 arasında xx.xx.2017-ci il tarixdə nikah bağlanmışdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.2018-ci il tarixdə anadan olmuşdur. “AZEMİS” Elektron Məhkəmə İnformasiya sistemindən verilən çıxarışdan görünür ki, Cavabdeh "xxxx" MMC-də ixtisassız fəhlə, təmir vəzifəsində işləyir, aylıq əmək haqqı 784 manat məbləğindədir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdehin birgə nikah münasibətlərindən bir övladları anadan olmuşdur. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 aprel 2015-ci il tarixli, 2(006)-496/2015 saylı qətnaməsinə əsasən tərəflərin nikahları pozulmuş və aliment təyin edilmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 noyabr 2018-ci il tarixli, 2(006)-5733/2018 saylı qətnaməsi ilə alimentin məbləği artırılaraq 154 manat məbləğində müəyyən edilmişdir. Hazırda həmin məbləğ uşağın saxlanılması üçün kifayət etmədiyindən iddiaçı alimentin artırılması və aylıq 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutulması ilə bağlı məhkəməyə müraciət etmişdir. Cavabdeh isə iddia tələbi ilə razı deyildir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Konstitusiyanın 17-ci maddəsinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Eyni Məcəllənin 112.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmçinin, «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 25-ci bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə, məhkəmə işdə olan sübutlara məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, cavabdehdən hər ay uşağa görə 154 manat sabit pul məbləğində alimentin tutulması haqqında Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 noyabr 2018-ci il tarixli, 29006)-5733/2018 saylı qətnaməsinin qəbul edilməsindən 4 ildən artıq müddət keçdiyindən ödəmələrin miqdarını müəyyənləşdirən hallar artıq dəyişmişdir və alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir. Ona görə də məhkəmə tərəflərin birgə nikahından olan uşağın ananın himayəsində olmasını, uşaq üçün qanunvericiliklə müəyyən edilmiş yaşayış minimumunun həddini, uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini, həmçinin cavabdehin yenidən ailə qurmasını, ikinci nikahdan da azyaşlı uşağının saxlanması kimi vəzifəsinin olmasını, rəsmi sənədlər əsasında onun 784 manat maaş aldığı nəzərə alaraq hesab edir ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 noyabr 2018-ci il tarixli, 2(006)-5733/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği qismən artırılaraq 04 mart 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilməlidir. Bundan əlavə, məhkəmə iddia tələbinin cavabdehdən mediasiya xidmətinə görə ödənilmiş 50 manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd edir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən mediasiya xərci olaraq ödənilən 50 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5733/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, hər ay 200 (iki yüz) manat sabit pul məbləğində müəyyən edilsin və həmin pul vəsaiti bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh hər ay sabit pul məbləğində tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 50 (əlli) manat məbləğində mediasiya xərci İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-2057/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2057/2023
21.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver