Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-206/2021 21.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Mirzəyeva Sevinc Ərəstun qızının katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh «xxxx» (Cavabdeh) Açıq Səhmdar Cəmiyyətinə qarşı «kredit müqaviləsi üzrə ödənilmiş məbləğin əsas borcdan silinməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «xxxx» (Cavabdeh) Açıq Səhmdar Cəmiyyətinə qarşı «kredit müqaviləsi üzrə ödənilmiş məbləğin əsas borcdan silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İKB ASC ilə iddiaçı arasında bağlanmış 21.11.2014-cü il tarixli 19-SMEGZ2-2-0-1894-14 saylı kredit müqaviləsi üzrə Cavabdeh İKB ASC-nin Lökbatan filialından 72 ay müddətinə 80000 manat məbləğində kredit veriləcək gün bu məbləğin ABŞ dolları və ya Avro ekvivalentinə kredit limiti ayrılaraq, 21.11.2014-cü il tarixdə illik 20% ilə 48 ay müddətinə 70100 ABŞ dolları məbləğində kredit götürmüşdür. Kreditin təmini tədbiri kimi ayrı-ayrılıqda iki yaşayış sahələri, yəni İddiaçı məxsus Sumqayıt şəhəri, 9-cu mkr-da yerləşən 64,9 kv.m.sahədən ibarət olan 23 nömrəli evin 31 nömrəli mənzili və X1 məxsus Sumqayıt şəhəri, 41-ci məhəllədə yerləşən 51,1 kv.m. sahədən ibarət 4 nömrəli evin 2 nömrəli mənzili 21.11.2014-cü il tarixli 19-SMEGZ2-2-0-1894-14 saylı ipoteka müqaviləsi əsasında girov saxlanılmışdır. 2015-ci il fevral ayından başlayaraq Azərbaycan manatının ABŞ dolları qarşısında birdən-birə 100 faiz qiymətdən düşməsi iddiaçının həmin müqavilə üzrə öhdəliklərinin icrasını qeyri-mümkün etmişdir. Bu səbəbdən də Cavabdeh İKB ASC Sumqayıt şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək iddia tələbi qaldırmışdır. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-536/2018 saylı, 01.08.2018-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh İKB ASC İddiaçı, X1, X5, X6 qarşı kreditin, kredit faizlərinin və cərimələrin ödənilməsinə dair iddia tələbləri təmin edilmişdir və tutma ipoteka ilə yüklü edilmiş İddiaçı məxsus Sumqayıt şəhəri, 9-cu mkr-da yerləşən 64,9 kv.m. sahədən ibarət olan 23 nömrəli evin 31 nömrəli mənzilə və X1 məxsus Sumqayıt şəhəri, 41-ci məhəllədə yerləşən 51,1 kv.m. sahədən ibarət 4 nömrəli evin 2 nömrəli yönəldilmişdir. Cavabdeh İKB ASC iddiaçıya qarşı hesabladığı əlavə faiz borcu, cərimə borcu və kredit şişirdilmiş və indiyə qədər cavabdeh İddiaçı kredit müqaviləsi üzrə ödədiyi 30000 ABŞ dolları əsas borcunun azalmasına yönəldilməmişdir. Ona görə də iddiaçı hesab edir ki, 2(060)- 16166/2017 saylı mülki iş üzrə sözü gedən kredit müqaviləsi üzrə hesablanmış faizlər və cərimələr mülki qanunvericiliyinin tələblərinə uyğun hesablanmamışdır. Belə ki, iddiaçı iddia tələblərin həcmini süni olaraq qeyri-qanuni hesablamalarla artırmışdır. Beləliklə Cavabdeh İKB ASC 30000 ABŞ dolları ödədiyi halda borcunu azalmaq əvəzinə artıraraq ******* ABŞ dolları etmişdir. Göstərilənlərə əsasən cavabdehlə iddiaçı arasında bağlanmış 21.11.2014-cü il tarixli 19-SMEGZ2-2-0-1894-14 saylı kredit müqaviləsi üzrə cərimələrin faiz dərəcələri üzrə əlavə hesablanmış məbləğin silinməsi və ödənilmiş 30000 ABŞ dollarının Bank krediti üzrə əsas borcdan silinməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə İddiaçı Ərzuman oğlu məhkəmə iclasına gəlməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin işə iddiaçının iştirakı olmadan baxılması barədə xahişini nəzərə alaraq işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdeh «xxxx» ASC-nin nümayəndəsi X7 iddia tələbinə etiraz edərək, bildirdi ki, iddia tələbi əsassızdır. Belə ki, eyni məsələ ilə əlaqədar artıq qanuni qüvvəyə minmiş məhkəmə qərarları mövcuddur. Bu səbəbdən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 2(060)-536/2018 saylı, 01.08.2018-ci il tarixli qətnaməsindən görünür ki, ilkin iddia tələbinın qismən təmin edilməsi, iddia Cavabdeh İKB ilə cavabdeh İddiaçı arasında bağlanmış 21.11.2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər İddiaçı, X3 və X4 müştərək qaydada iddiaçı Cavabdeh İKB-nin xeyrinə kredit müqaviləsinə əsasən 63.050,98 ABŞ dolları məbləğində əsas borcu, 23.085,15 ABŞ dolları məbləğində faiz borcu, 300 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 86.436,13 ABŞ dolları məbləğində kredit borcunun qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 20 manat dövlət rüsumunun və 40 manat xidmət haqqının tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş cavabdeh İddiaçı məxsus Sumqayıt şəhəri, 9 mikrorayonda yerləşən 64,9 kv.m. sahədən ibarət olan 23 nömrəli evin 31 nömrəli mənzilə və X1 məxsus Sumqayıt şəhəri, 41-ci məhəllədə yerləşən 51,1 kv.m. sahədən ibarət olan 4 nömrəli evin, 2 nömrəli mənzilə yönəldilməsi, həmin mənzillərin açıq hərracdan satılması və satışdan əldə olunmuş pul vəsaiti hesabına iddiaçı Cavabdeh İKB-yə olan kredit müqaviləsinə əsasən 63.050,98 ABŞ dolları məbləğində əsas borcu, 23.085,15 ABŞ dolları məbləğində faiz borcu, 300 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 86.436,13 ABŞ dolları məbləğində kredit borcu qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 20 manat dövlət rüsumunun və 40 manat xidmət haqqının tutulması, ipoteka predmetləri olan İddiaçı məxsus Sumqayıt şəhəri, 9 mikrorayonda yerləşən 64,9 kv.m. sahədən ibarət olan 23 nömrəli evin 31 nömrəli mənzilin ilkin satış qiyməti 68.000 manat, X1 məxsus Sumqayıt şəhəri, 41-ci məhəllədə yerləşən 51,1 kv.m. sahədən ibarət olan 4 nömrəli evin 2 nömrəli mənzilin ilkin satış qiyməti isə 48.000 manat müəyyən edilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul vəsaitinin cavabdehlər İddiaçı, X3 və X4 müştərək qaydada tutularaq dövlət xəzinədarlığı agentliyinin hesabına köçürülməsi, ilkin iddia tələbinin qalan hissədə rədd edilməsi, İddiaçı Cavabdeh MKB-yə qarşı «müqavilə şərtlərinin məhkəmə qaydasında dəyişdirilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsinin rədd edilməsi qət edilmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, Məhkəmə Ekspertizası Mərkəzinin 29.06.2018-ci il tarixli ekspertiza rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən iş materiallarında olan hesabdan çıxarış məlumatları və 21.11.2014-cü il tarixli 19- SMEGZ2-2-1-14 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq İddiaçı 16.10.2017-ci il tarixdə Cavabdeh İKB-yə olan əsas borcu 63050,98 ABŞ dolları və faiz borcu isə 23.117,59 ABŞ dolları təşkil etmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-422/2019 saylı, 07.01.2019-cu il tarixli qətnaməsinin kserosurətindən görünür ki, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt şəhər Məhkəməsinin 01.08.2018-ci il tarixli, 2(060)-536/2018 saylı qətnaməsi ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə İddiaçı apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmışdır. İş materillarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1641/2020 saylı, 16.06.2020-ci il tarixli qərarın kserosurətindən görünür ki, ilkin iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmamış, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-422/2019 saylı, 07.01.2019-cu il tarixli qətnaməsi kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, işin materiallarından göründüyü kimi hazırki iş üzrə İddiaçı ilə cavabdeh «xxxx» (Nikoy) ASC arasında kredit borcunun ödənilməsi ilə əlaqədar məhkəmə mübahisəsi olmuş və bununla əlaqədar artıq qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcuddur. Həmin məhkəmə aktında hazırki iddianın predmeti olan kredit müqaviləsinə artıq hüquqi qiymət verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində göstərilmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Eyni Məcəllənin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Belə ki, başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır. «Sahibkarlıq fəaliyyəti ilə əlaqədar işlərə baxılarkən məhkəmələr tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 mart 2003-cü il tarixli, 3 saylı Qərarının 7-ci bəndində göstərilmişdir ki, MPM-in 82.3-cü maddəsində məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş hal dedikdə, qətnamənin təsviri hissəsində göstərilmiş işdə iştirak edən şəxslərin, şahidlərin göstərdikləri və ya digər sənədlərdə əks olunan hallar deyil, toplanmış sübutlara əsasən məhkəmənin müəyyən etdiyi hallar nəzərdə tutulur. Göstərilən maddənin məzmunundan da göründüyü kimi qətnamə ilə müəyyən faktın preyudisiallığı yalnız qətnamənin çıxarıldığı iş üzrə işdə iştirak etmiş şəxslərə aiddir və sonrakı məhkəmə proseslərində həmin şəxslər tərəfindən mübahisələndirilə bilməz. İşdən də göründüyü kimi əvvəllər eyni tərəflər arasında hazırda mübahisələndirilən kredit müqaviləsi üzrə borcun qaytarılması ilə əlaqədar məhkəmə mübahisəsi olmuş, qeyd olunan kreditin qalığı ilə mühasibatlıq ekspertizası keçirilmiş və həmin tələblə əlaqədar qanuni qüvvəyə minmiş qətnamə mövcuddur. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh «xxxx» (Cavabdeh) Açıq Səhmdar Cəmiyyətinə qarşı «kredit müqaviləsi üzrə ödənilmiş məbləğin əsas borcdan silinməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbləri təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh «xxxx» (Cavabdeh) Açıq Səhmdar Cəmiyyətinə qarşı «kredit müqaviləsi üzrə ödənilmiş məbləğin əsas borcdan silinməsi» tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-206/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-206/2021
21.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver