Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2061/2023 11.08.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçı Abdulaeva Liananın, cavabdeh Nəbı̇ yev Ruslan Kamandar oğlunun iştirakları ilə İddiaçı Liana Abdulaevanın cavabdeh Nəbı̇ yev Ruslan Kamandar oğluna qarşı "alimentin artırılması və əlavə xərclərin ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Liana Abdulaeva cavabdeh Nəbı̇ yev Ruslan Kamandar oğluna qarşı "alimentin artırılması və əlavə xərclərin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Liana Abdulaeva cavabdeh Nəbı̇ yev Ruslan Kamandar oğlu ilə rəsmi nikah bağlayaraq ailə qurmuşlar və bu nikahdan xx.xx.2009-cu il təvəllüdlü X3 adlı övladları doğulmuşdur. Ailə münasibətləri pozulduğu üçün onlar ayrı yaşayırlar və uşaq onun yanında yaşayır. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə uşağın saxlanılması üçün 175 manat aliment qət edilmişdir. Cəmi 175 manat alimentlə uşağı saxlamaq çox çətindir. Uşaq böyüdükcə tələbatları daha da çoxalır. Həmçinin uşaq xəstədir, mütamadi olaraq müalicə olunur. Mütamadi olaraq fizioterapiya mərkəzində müalicə olunur. Hər dəfə 60 manat xərci çıxır. Ona görə də cavabdeh əlavə xərcə də cəlb olunmalıdır. Göstərilənlərə əsasən cavabdeh Nəbı̇ yev Ruslan Kamandar oğlundan məhkəmənin qətnaməsi ilə kəsilmiş alimentin miqdarının artıraraq, xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün sabit pul məbləğində uşağa hər ay 220 manat alimentin, 100 manat əlavə xərcin Liana Abdulaevanın xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında iddiaçı Liana Abdulaeva izahat verərək bildirmişdir ki, cavabdehlə birgə nikahdan xx.xx.2009-cu il təvəllüdlü X3 dünyaya gəlmişdir. Cavabdehlə aralarındakı nikah pozulmuş və Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə uşağın saxlanması üçün aylıq 175 manat alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Hazırda qızının 13 yaşı var və aylıq 175 manat onun xərclərinin ödənilməsi üçün çox azdır. Ən əsası qızı skolioz, kifoz xəstəliyindən əziyyət çəkir və davamlı olaraq müalicə almaqdadır. Cavabdeh isə bu xərclərdə iştirak etmir. O isə hazırda rəsmi iş yeri olmadığından həmin xərcləri ödəməkdə çətinlik çəkir. Cavabeh ata kimi öz üzərinə düşən öhdəliyini icra etməlidir. İddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasında cavabdeh Nəbı̇ yev Ruslan Kamandar oğlu iddia tələbini qəbul etməyərək bildirmişdir ki, o, hazırda işsizdir. İşiz kimi qeydiyyatdadır. Bundan əlavə, onun daha iki azyaşlı övladı var. Onlara da baxmaq məcburiyyətindədir. 175 manatdan artıq aliment ödəməyə maddi imkanı çatmır. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a)Məhkəmə tərəfindən müəyyən edilən hallar:
6. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdehin birgə nikah münasibətlərindən bir övladları anadan olmuş, sonradan nikahları pozulmuşdur. Daha sonra Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-8026/2021 saylı qətnaməsi ilə cavabdeh Nəbı̇ yev Ruslan Kamandar oğlundan xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlqanması üçün hər ay 175 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Liana Abdulaevaya verilməsi, qətnamənin dərhal icra edilməsi və alimentin tutulması xx.xx.2021-ci il tarixdən hesablanması qət edilmişdir. Hazırda həmin məbləğ uşağın saxlanılması üçün kifayət etmədiyindən iddiaçı alimentin artırılması, aylıq 220 manat və əlavə xərc kimi 100 manat olmaqla, ümumilikdə 320 manat sabit pul məbləğində alimentin tutulması ilə bağlı məhkəməyə müraciət etmişdir. Cavabdeh isə iddia tələbinə etiraz edir.
b) Mülki işin materialları:
7. Mülki işin materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli, 2(008)-8026/2021 saylı qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, cavabdeh Nəbı̇ yev Ruslan Kamandar oğlundan xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlqanması üçün hər ay 175 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Liana Abdulaevaya verilməsi, qətnamənin dərhal icra edilməsi və alimentin tutulması xx.xx.2021-ci il tarixdən hesablanması qət edilmişdir.
8. Mülki işin materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2011-ci il tarixində verilmiş AZ-İİ № 633041 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2009-cu il tarixində Bakı şəhərində anadan olmuş, atası Nəbı̇ yev Ruslan Kamandar oğlu, anası isə Abdullayeva Lianadır.
9. Mülki işin materiallarında olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə MŞB/16-00590 nömrəli, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Nəbı̇ yev X2 Abdulaeva tərəfindən təsvir edildiyi kimi ailə mübahisəsi üzrə xx.xx.2023-cü il tarixində 11:00-11:30 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etmişlər, lakin ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər.
10. İddiaçı tərəfindən təqdim olunmuş xx.xx.2023-cü il tarixli diaqnostika nəticə hesabatından görünür ki, X1 onurğa sütununun oxu TH10 səviyyəsində sağa doğru təqribən 26, L2 səviyyəsində sola doğru 24 dərəcə bucaq altında əyilib. Fəqərə arası disk məsafələri normal genişlikdədir. Fəqərə cisimlərinin yuxarı və aşağı tamamlayıcı lövhələri hamar və aydın konturludur. Döş kifozu və bel lordozu dəyişməmişdir. Fəqərələrdə saat əqrəbinin əksi istiqamətində rotasiya qeyd edilmişdir. Degenerativ dəyişikliklər izlənilməmişdir. Nəticədə ona ll dərəcəli S-vari Skolioz (Lippoman Cobba görə) xəstəliyi dioqnozu qoyulmuşdur.
11. Məhkəmə tərəfindən məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası “Tibbii Ərazi Bölmələrini İdarəetmə Birliyi” X5 tərəfindən məhkəməyə daxil olmuş 24 may 2023-cü il tarixli məktubda bildirilmişdir ki, TƏBİB-in tabeliyindəki tibb müəssisələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 yanvar 2020-ci il tarixli, 5 nömrəli Qərarı ilə təsdiqlənmiş Xidmətlər Zərfi çərçivəsində olan tibbi xidmətlərin sığorta olunanlara göstərilməsini təmin edir. Müraciətdə qeyd olunan şəxsin diaqnostika nəticə hesabatı əsasında təyin edilmiş İİ dərəcəli S-vari Skolioz (Lippoman Cobba görə) xəstəliyinin beynəlxalq protokollara uyğun olaraq müalicə prosesi və təyin olunacaq prosedurlar ixtisaslı həkimin təyinatına əsasən intensiv fizioterapiya, masaj, korset və müalicəvi idman hərəkətləri ilə aparılır. Həmin xidmətlər icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində korset və müalicəvi idman hərəkətləri istisna olmaqla qarşılanır. Müvafiq tibbi xidmətlərdən yaranlanmaq və müalicə prosesinin təyin edilməsi üçün vətəndaş TƏBİB-in tabeliyində olan tibbi müəssisəsinə yaxınlaşaraq tibbi xidmətdən yararlana bilər.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində göstərilmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
13. Eyni Məcəllənin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquqi varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.
14. Belə ki, başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır.
15. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarı).
16. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.
17. Konstitusiyanın 17-ci maddəsinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
18. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
19. Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir.
20. Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.
21. Eyni Məcəllənin 112.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
22. Həmçinin, «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 25-ci bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır.
23. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.
24. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2009-cu il təvəllüdlü X1 da mənafeyini diqqətdən kənar qoymamaq ilə yanaşı cavabdehin yenidən ailə qurmasını, işsiz olmasını, ikinci nikahdan da iki azyaşlı uşağın saxlanması kimi vəzifəsinin olmasını nəzərə almaqla iddia tələbi qismən təmin edilməli, tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2009cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Nəbı̇ yev Ruslan Kamandar oğlundan hər ay 190 manat sabit pul məbləğində aliment alınaraq iddiaçı Liana Abdulaevaya verilməli, iddia tələbi qalan hissədə rədd edilməli, miqdarı dəyişdirilmiş alimentin tutulması bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır.
25. Məhkəmə iddia tələbinin “əlavə xərclərdə iştirak” hissəsinə münasibətdə isə qeyd edir ki, AM-nin 81.1-ci maddəsinə görə, aimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər.
26. Bundan əlavə, “Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 yanvar 2015-ci il tarixli qərarında qeyd olunmuşdur ki, valideynlərin aliment öhdəlikləri ilə əlavə xərclərdə iştirakları fərqləndirilir. Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, yetkinlik yaşına çatmış övladlarına münasibətdə valideynlərin əlavə xərclərdə iştirakının əsasını isə Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. Bu hallara övladın ağır xəstə, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və s. daxildir.
27. Göründüyü kimi, uşaqların saxlanılması üçün alimentin tutulması ilə valideynlərdən birinin əlavə xərclərdə iştirakı ayrı-ayrı institutlardır. Belə ki, aliment öhdəlikləri uşaqların qayğısına qalmaq və onları tərbiyə etmənin valideynlərin borcu olması konstitusion müddəasının birbaşa ifadəsi kimi çıxış etdiyi halda, əlavə xərclərdə iştirak isə daha çox Ailə Məcəlləsinin 81-ci maddəsində nəzərdə tutulmuş müstəsna hallarda yaranmış xərclərin ödənilməsi ilə bağlıdır. Bu hallara övladın ağır xəstə, əlil olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və s. daxildir.
28. Həmçinin məhkəmə iddiaçı tərəfindən təqdim olunmuş xx.xx.2009-cu il təvəllüdlü X1 diaqnostika nəticə hesabatı əsasında təyin edilmiş xəstəliyi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası “Tibbii Ərazi Bölmələrini İdarəetmə Birliyi” X5 tərəfindən məhkəməyə daxil olmuş 24 may 2023-cü il tarixli məktubda bildirilmişdir ki, TƏBİB-in tabeliyindəki tibb müəssisələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 yanvar 2020-ci il tarixli, 5 nömrəli Qərarı ilə təsdiqlənmiş Xidmətlər Zərfi çərçivəsində olan tibbi xidmətlərin sığorta olunanlara göstərilməsini təmin edir. Müraciətdə qeyd olunan şəxsin diaqnostika nəticə hesabatı əsasında təyin edilmiş İİ dərəcəli S-vari Skolioz (Lippoman Cobba görə) xəstəliyinin beynəlxalq protokollara uyğun olaraq müalicə prosesi və təyin olunacaq prosedurlar ixtisaslı həkimin təyinatına əsasən intensiv fizioterapiya, masaj, korset və müalicəvi idman hərəkətləri ilə aparılır. Həmin xidmətlər icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində korset və müalicəvi idman hərəkətləri istisna olmaqla qarşılanır. Müvafiq tibbi xidmətlərdən yaranlanmaq və müalicə prosesinin təyin edilməsi üçün vətəndaş TƏBİB-in tabeliyində olan tibbi müəssisəsinə yaxınlaşaraq tibbi xidmətdən yararlana bilər.
29. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı əlavə xərclərin ödənilməsinə əsas olan müstəsna halların olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən və qeyd olunan xəstəlik TƏBİB-ə müraciət edilməsi ilə həll oluna bilinəcəyindən iddia tələbi bu hissədə rədd edilməlidir.
30. Belə ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi).
31. Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz.
32. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
33. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
36. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
37. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
39. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
40. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi qismən təmin edilsin. Tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Nəbı̇ yev Ruslan Kamandar oğlundan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-8026/2021 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, hər ay 190 (bir yüz doxsan) manat sabit pul məbləğində müəyyən edilsin və həmin pul vəsaiti bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Nəbı̇ yev Ruslan Kamandar oğlundan hər ay sabit pul məbləğində tutularaq Liana Abdulaevaya verilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Ramin Xəlilov