Məhkəmə qərarları › İş №2(006)-2067/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2067/2024

06.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2067/2024 06.11.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi ilə, İddiaçı Məmmədov Vı̇ dadi Böyükkı̇ şi oğlunun cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinə, Abşeron Rayon Enerji Təchizatı və Satış İdarəsinə qarşı (Azərbaycan Respublikası Energetika Nazirliyi maraqlı şəxs qismində cəlb edilməklə) "vurulmuş ziyanın ödənilməsi tələbinə dair" iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Məmmədov Vı̇ dadi Böyükkı̇ şi oğlu cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinə, Abşeron Rayon Enerji Təchizatı və Satış İdarəsinə qarşı (Azərbaycan Respublikası Energetika Nazirliyi maraqlı şəxs qismində cəlb edilməklə) "vurulmuş ziyanın ödənilməsi tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixində Masazır qəsəbəsi, Rza Talıbov küçəsi, ev 4* ünvanında yerləşən evində "xxxx" ASC-nin səhlənkarlığı üzündən ona dəymiş olan 4000 (dörd min) manatlıq ziyan ya pul formasında yada natura formasında "xxxx" ASC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində saat təxminən 13:00 radələrində onun Masazır qəsəbəsi, Rza Talıbov küçəsi, ev 4* ünvanında yerləşən evində işıqda yaranan problemə görə partlayış baş vermişdir. Həmin an o, evdə olmamış, lakin uşaqları evdə olmuşdur. Uşaqları ona telefon vasitəsi ilə zəng vuraraq evdə partlayış olduğunu bildirmişlər. O, da təcili surətdə evə getmişdir. Və aşağıda adları qeyd olunan əşyaların partlayış sırasında sıradan çıxdığını görmüşdür. 1 ədəd Ask markalı ev telefonu, 1 ədəd Eurolux markalı TV, 3 ədəd mobil telefon adapterləri, 1 ədəd kombi istilik sistemi, 1 ədəd su tənzimləyən aparat (gidrafor). Ümumilkdə, cəmi 4000 manat məbləğində ona ziyan dəymişdir. O, partlayışla bağlı qonşulardan məlumat əldə etmək istədikdə, onlar da eyni hadisə ilə üzləşdiklərini ona bildirmişlər. Həmin gün "xxxx" ASC-nin Abşeron Rayon Enerji Təchizatı və Satış İdarəsinə qonşusu Nurəddin ilə getmiş, baş verən məsələ ilə bağlı məlumat vermişdir. Ona bildirmişlər ki, elektrik enerjisinin gərginliyi yüksək olub (26*- 270 volt). O, bununla bağlı müdiriyyətlə görüşmək və şikayətini şifahi formada bildirmək istədikdə ona müdirriyyətin işdə olmadığını bildirdilər. 3 gün ərzində dəfələrlə həmin idarəyə yaxınlaşmış, yenə də hər dəfəsində müdirin işdə olmadığını bildirdilər. Sonunda özünü Sahə rəisi kimi tanıtdıran Ramin bəy onu qəbul edir və ona bununla bağlı yazılı müraciət etməli olduğunu bildirir. O, həmin idarəyə də, "xxxx" ASC-yə də həm yazılı, həm şifahi, həm də qaynar xətt vasitəsi ilə məlumat vermiş, lakin heç bir nəticəsi olmamişdır. a) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən Məmmədov Vı̇ dadi Böyükkı̇ şi oğlu yuxarıda qeyd olunan məzmunda izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iddia tələbini qəbul etməyərək, iddiaçının öz tələbini əsaslandıra və bu barədə sübutlar təqdim edə bilmədinyindən iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə digər cavabdeh Abşeron Rayon Enerji Təchizatı və Satış İdarəsinə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 18*.*-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 18*.*-ci maddəsinə əsasən işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib və iş materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: Mülki işin materiallarında olan: - Məmmədov Vı̇ dadi Böyükkı̇ şi oğlunun "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin Abşeron Rayon Enerji Təchizatı və Satış İdarəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizəsinin surətindən görünür ki, Məmmədov Vı̇ dadi Böyükkı̇ şi oğlu cavabdehdən ona dəymiş 4000 manat məbləğində maddi ziyanın ödənilməsini xahiş etmiş, maddi ziyanın ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. - Orxan Orucovun "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin Abşeron Rayon Enerji Təchizatı və Satış İdarəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizəsinin surətindən görünür ki, o, cavabdehdən ona dəymiş maddi ziyanın ödənilməsini xahiş etmiş, maddi ziyanın ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. - Nurəddin Abiyevin "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin Abşeron Rayon Enerji Təchizatı və Satış İdarəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizəsinin surətindən görünür ki, o, cavabdehdən ona dəymiş 2*00 manat məbləğində maddi ziyanın ödənilməsini xahiş etmiş, maddi ziyanın ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. - EMTA-nın Sumqayıt Filialının müfəttişi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 3-1*-2-3-0442 saylı aktın surətindən görünür ki, Abşeron rayonu, Masazır qəsəbəsi, Rza Talıbov küçəsində yerləşən fərdi yaşayış evində gərginliyin yüksək olması səbəbindən elektrik avadanlıqlarının sıradan çıxması barədə Energetika Nazirliyinə Məmmədov Vı̇ dadi Böyükkı̇ şi oğlu tərəfindən daxil olmuş müraciət araşdırılmış, elektrik avadanlıqlarından bəzilərinin işləmədiyi məlum olmuş, sayğac vasitəsilə gərginliyin 24* volt olmasının müəyyən edildiyi aktda qeyd olunmuşdur. - Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərinin Tənzimləmə Agentliyi Sumqayıt Filialının Məmmədov Vı̇ dadi Böyükkı̇ şi oğluna ünvanlanmış məktubunun surətindən görünür ki, onun elektrik avadanlıqlarının gərginliyin yüksək olması səbəbindən sıradan çıxması barədə müraciətləri araşdırılmış, bununla əlaqədar yaşadığı ərazidə istehlakçılara verilən elektrik enerjisinin keyfiyyət göstəricilərinin standartların tələblərinə uyğunlaşdırılması üçün texniki tədbirlərin görülməsi barədə "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinə məktubla müraciət olunmuş, sözügedən əraziyə "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin əməkdaşları tərəfindən baxış keçirilərək heş bir qüsur aşkar edilmədiyi bildirilmişdir. - Mülki iş materiallarına fotoşəkillər əlavə edilmişdir. b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Məhkəmə ilk olaraq onu qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göstərilən Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Göründüyü kimi qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə məsuliyyəti ətrafdakılar üçün yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsaslarla sahiblik edən fiziki və ya hüquqi şəxs daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Məhkəmə yuxarıda sadalanan maddələrə əsasən qeyd edir ki, zərərin ödənilməsi ilə bağlı istənilən tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Borclu yalnız səbəb olduğu, yaranmasına görə cavabdehlik daşıdığı zərərin əvəzinin ödənilməsinə cəlb edilə bilər. Beləliklə zərərin mövcud olması, bunun cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri məsələləri məhkəmə tərəfindən müəyyən edilməli olan hallardır. Hazırki mülki iş üzrə zərərin baş verməsi, bunun cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə cavabdehlərin təqsiri müəyyən edilməmişdir. Beləliklə məhkəmə qeyd edir ki, iddiaçı gərginliyin artması nəticəsində onun mənzilində olan müxtəlif elektrik avadanlıqların sıradan çıxdığını bildirsə də, bu xüsusatlarla bağlı iddiaçı tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim olunmamışdır. Məhkəmə həmçinin onu da qeyd edir ki, iddiaçı Məmmədov Vı̇ dadi Böyükkı̇ şi oğlunun müraciəti əsasında Abşeron rayonu, Masazır qəsəbəsi, Rza Talıbov küçəsində yerləşən fərdi yaşayış evinin elektrik avadanlıqlarına baxış keçirilmiş, lakin "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinə məxsus elektrik veriliş xətlərində heç bir qüsur aşkar olunmamışdır. Bundan əlavə məhkəmə tərəfindən həm tikinti-texniki, həm də məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Lakin ekspertiza qarşısında qoyulmuş suallara cavab verilməsi üçün xüsusi biliyə malik olan mütəxəssizə ehtiyac olduğundan, məhkəmə ekspertizasının aparılmasından imtina edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən hadisənin baş verdiyi zaman xüsusi biliyə sahib olan mütəxəssiz tərəfindən rəy alınmadığından, hazırda iddiaçıya məxsus mənzildə olan müxtəlif elektrik avadanlıqların sıradan çıxma səbəbləri müəyyən edilə bilməmişdir, halbuki bu məsələləri araşdırma və sübut etmə yükü iddiaçının üzərinə düşür. Halbuki, Azərbaycan Respublikası MPM-nın 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Həmçinin də Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər.. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilənlərə əsasən məhkəmənin qənaətinə görə işin araşdırılmış halları onu deməyə əsas verir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun müvafiq olaraq iddiaçının özünə aid edilməsini məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə işin bütün hallarının məcmusuna, hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, iddiaçı Məmmədov Vı̇ dadi Böyükkı̇ şi oğlunun cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinə, Abşeron Rayon Enerji Təchizatı və Satış İdarəsinə qarşı (Azərbaycan Respublikası Energetika Nazirliyi maraqlı şəxs qismində cəlb edilməklə) "vurulmuş ziyanın ödənilməsi tələbinə dair" iddiası əsassız olduğundan rədd edilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Məmmədov Vı̇ dadi Böyükkı̇ şi oğlunun cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinə, Abşeron Rayon Enerji Təchizatı və Satış İdarəsinə qarşı (Azərbaycan Respublikası Energetika Nazirliyi maraqlı şəxs qismində cəlb edilməklə) "vurulmuş ziyanın ödənilməsi tələbinə dair" iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar