Məhkəmə qərarları › İş №2(006)-2085/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2085/2023

09.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2085/2023 09.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh LPO Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı ("xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «Mərkəzləşdirilmiş Kredit Reyestrindən məlumatların silinməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh LPO Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «Mərkəzləşdirilmiş Kredit Reyestrindən məlumatların silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kredit müqaviləsi üzrə kredit borcunun olmasına dair Mərkəzləşdirilmiş Kredit Reyetrində olan qeydin silinməsi üçün müvafiq məlumatların (sənədlərin) təqdim edilməsi öhdəliyinin ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı vəsatətinə əsasən "xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Daha sonra, İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.2010-cu il tarixli kredit müqaviləsi üzrə borcunun olmaması barədə Mərkəzi Kredit Reyestri Xidmətinə məlumat verilməsi öhdəliyinin cavabdeh LPO Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh2 ASC-nin onun adına bağlanmış olan xx.xx.2010-cu il tarixli (00)**********00463 saylı kredit müqaviəsinə əsasən onun adına saxta yolla kredit rəsmiləşdirilmişdir. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə borcun ona aid olmadığı sübuta yetirilmişdir. O, Ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ərizə ilə müraciət etsə də, Fond onun ərizəsini təmin etməmişdir. Hesab edir ki, onun ləğv prosesində olan Cavabdeh2 ASC-yə borcunun olmasına dair kredit reyestrində olan qeydin silinməsi vəzifəsi Ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilməlidir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə etiraz ərizəsi ünvanlanaraq bildirilmişdir ki, hazırda İddiaçı banka olan borcunu ödəməkdən boyun qaçırır və kredit borcu tam ödənilmədiyindən, iddia tələbi əsassızdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi xahiş edilmişdir. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında etiraz ərizəsini müdafiə edərək, etiraz ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş sənədlərdən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 1(101)- 749/2011 saylı hökmü ilə X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmişdir. Yuxarıda qeyd edilən hökmlə müəyyən edilmişdir ki, T.Yaqubov və qeyriləri tərəfindən “BMW-745” markalı, ** EX *** d.q.n. avomobilin ban nömrəsi dəyişdirilməklə, avtomobil 15 yanvar 2010-cu il tarixli, A-463 saylı kredit və ipoteka müqavilələri İddiaçı adına rəsmiləşdirilməklə Cavabdeh2 ASC-nin Azadlıq filialına girov qoyulmuşdur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, hazırki təqdirdə, iddiaçının adının Mərkəzi Kredit Reyestrində borclu kimi qeyd olunması iddiaçının hüquqlarını pozur, həmin məlumatın MKR-də qalmasına hər hansı hüquqi əsas yoxdur. İş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı yuxarıda qeyd olunanlarla bağlı LPO Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna rəsmi şəkildə müraciət (pretenziya) edərək, adının borclu kimi MKR-dən silinməsi ilə bağlı tədbir görülməsini xahiş etmişdir. Lakin LPO Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xx.xx.2023-cü il tarixli, **********036 saylı cavab məktubunda Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 1(101)-749/2011 saylı hökmü ilə xx.xx.2010-cu il tarixli, (00)**********00463 saylı kredit müqaviləsinin İddiaçı tərəfindən deyil, başqa şəxs tərəfindən imzalandığı, lakin həmin hökmlə bankın üzərinə icra ediləcək hər hansı bir öhdəliyin qoyulmadığı qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 83.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İşin faktiki hallarından göründüyü kimi, hazırda iddiaçı oun adından bağlanmış kredit müqaviləsi üzrə banka borcunun olmaması barədə aidiyyəti orqana məlumatın verilməsini tələb edir. Tələbini isə həmin müqavilənin onun tərəfindən imzalanmaması və bu barədə məhkəmə hökmünün olması ilə əsaslandırır. Məhkəmə qeyd edir ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, göründüyü kimi, iddiaçının istinad etdiyi hallara dair qanuni qüvvəyə minmiş məhkəmə hökmü mövcuddur. Belə ki, həmin hökmlə xx.xx.2010-cu il tarixli, (00)**********00463 saylı kredit müqaviləsinin iddiaçı tərəfindən imzalanmadığı aşkardır. Belə olan halda isə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən imzalanmamış müqavilə üzrə onun üzərinə hər hansı bir öhdəliyin qoyulması və bu kimi hallara görə qanunla təminat verilən hüquqlarının pozulması yolverilməzdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, İddiaçı xx.xx.2010-cu il tarixli (00)**********00463 saylı kredit müqaviləsi üzrə borcunun olmaması barədə Mərkəzi Kredit Reyestri Xidmətinə məlumat verilməsi öhdəliyi LPO Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulmalıdır. Nəzərə alınmalıdır ki, hazırki qətnamə mərkəzləşdirilmiş kredit reyestrindən xx.xx.2010-cu il tarixli (00)**********00463 saylı kredit müqaviləsi üzrə İddiaçı borcunun olmasına dair qeydin silinməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı xx.xx.2010-cu il tarixli (00)**********00463 saylı kredit müqaviləsi üzrə borcunun olmaması barədə Mərkəzi Kredit Reyestri Xidmətinə məlumat verilməsi öhdəliyi LPO Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulsun. Bu qətnamə mərkəzləşdirilmiş kredit reyestrindən xx.xx.2010-cu il tarixli (00)**********00463 saylı kredit müqaviləsi üzrə İddiaçı borcunun olmasına dair qeydin silinməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar