Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-211/2022 10.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı «kredit, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı «kredit, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15.05.2020-ci il tarixli 21KD/20 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 02.06.2020-ci il tarixli 21KD/20-1 saylı əlavə kredit müqaviləsinə görə 130.811 manat 66 qəpik əsas borc, 454 manat 48 qəpik faiz, 10 manat 82 qəpik cərimə olmaqla, cəmi 131.276 manat 96 qəpik pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair ödənilmiş 40 manat xidmət haqqının Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulması; tələbin ipoteka predmeti olan, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu X3 küçəsi 9 «c» ünvanda yerləşən fərdi yaşayış evinə yönəldilməsi; həmin əmlakın hərracda satılması və satışdan əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh borcunun iddiaçı "xxxx" KB ASC-yə ödənilməsi; ipoteka predmetinin ilkin satış qiymətinin 280.000 manat məbləğində müəyyən edilməsi; ipoteka predmeti olan fərdi yaşayış evinə tutma yönəldikdə və satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən Cavabdeh çıxarılmaqla, yaşayış sahəsinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" KB ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" KB ASC ilə borclu Cavabdeh arasında 15.05.2020-ci il tarixli 21KD/20 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 02.06.2020-ci il tarixli 21KD/20-1 saylı əlavə kredit müqaviləsinə əsasən borcluya 48 ay müddətinə 02.06.2024-cü il tarixədək illik 18 % ödəmək şərti ilə 149.370 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 15.05.2020-ci il tarixli 21KDİ/20 saylı sonrakı ipoteka müqaviləsinə əsasən Cavabdeh mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu X3 küçəsi 9 «c» ünvanda yerləşən fərdi yaşayış evi "xxxx" KB ASC-yə ipotekaya qoyulmuşdur. İpoteka müqaviləsi 19.05.2020-ci il tarixdə Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır (qeydiyyat nömrəsi **********). Kredit müqaviləsinə əlavədə nəzərdə tutulmuş ödəniş qrafiki üzrə dövri olaraq "xxxx" KB ASC-yə ödənilməli olan kredit borcunun və faizin həmin qrafikə uyğun ödənilməsi təmin edilməmiş və müəyyən olunmuş ödəmə müddətləri pozulmuşdur. Borclu Cavabdeh 09.04.2021-ci il tarixə 02.06.2020-ci il tarixli 21KD/20-1 saylı əlavə kredit müqaviləsinə görə 130.811 manat 66 qəpik əsas borc, 454 manat 48 qəpik faiz, 10 manat 82 qəpik cərimə olmaqla, cəmi 131.276 manat 96 qəpik borcu var. 15.05.2020-ci il tarixli 21KDİ/20 saylı sonrakı ipoteka müqaviləsinə əsasən Cavabdeh mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu X3 küçəsi 9 «c» ünvanda yerləşən fərdi yaşayış evi 10.10.2014-cü il tarixli 23BRD/14 saylı əsas kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təminatı məqsədi ilə banka ipotekaya qoyulmuş, ipoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiyməti ipoteka müqaviləsinin 2.3-cü bəndində əks olunmuş tərəflərin qarşılıqlı razılığına əsasən 280.000 manat məbləğində qiymətləndirilmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında çıxış edərək, iddia qaldırıldıqdan sonra da ödənişlər həyata keçirdiyini qeyd edərək, nəzərə alınmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddianı qismən qəbul etdi və izahatında bildirdi ki, o, 16.12.2021-ci il tarixli məhkəmə iclasında iddiaçı "xxxx" KB ASC-nin yazılı və Cavabdeh etibarnamə üzrə vəkili və nümayəndəsi kimi onun şifahi vəsatətinə əsasən məhkəmə qiymətləndirmə ekspertizası təyin edilmişdir. Belə ki, daha əvvəl keçirilmiş ekspertiza nəticəsində "xxxx" MMC tərəfindən verilmiş rəyin nəticə hissəsi onları qane etməmişdir. Çünki, ipoteka predmetinin dəyərinin daha artıq olduğunu hesab edirlər. "xxxx" MMC-nin 14.02.2022-ci il tarixli ƏEM/F 51-111/22 saylı ekspert rəyinə əsasən ipoteka predmeti olan, Cavabdeh məxsus Bakı şəhəri Yasamal rayonu Ak. Şəfayət Mehdiyev küçəsi 94 «c» saylı fərdi yaşayış evinin bazar dəyəri 1.300.000 manat və likvid dəyəri isə 1.160.000 manat olaraq müəyyən edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, qətnamə çıxarılarkən ipoteka predmeti olan, Cavabdeh məxsus Bakı şəhəri Yasamal rayonu Ak. Şəfayət Mehdiyev küçəsi 94 «c» saylı fərdi yaşayış evinin ilkin satış qiymətini "xxxx" MMC-nin 14.02.2022-ci il tarixli ƏEM/F 51-111/22 saylı ekspert rəyinə əsasən 1.160.000 manat olaraq müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin, cavabdehin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 15.05.2020-ci il tarixli 21KD/20 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 02.06.2020-ci il tarixli 21KD/20-1 saylı əlavə kredit müqaviləsindən görünür ki, "xxxx" KB ASC tərəfindən Cavabdeh 48 ay müddətinə illik 18 faiz ödəmək şərti ilə 140.640 manat məbləğində kredit verilmişdir. Məhkəməyə təqdim olunmuş maliyyə arayışında Cavabdeh 02.06.2020-ci il tarixli 21KD/20-1 saylı əlavə kredit müqaviləsi üzrə 09 aprel 2021-ci il tarixə 130.811 manat 66 qəpik əsas borc, 454 manat 48 qəpik faiz, 10 manat 82 qəpik cərimə olmaqla, cəmi 131.276 manat 96 qəpik borcunun mövcud olması qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 fevral 2022-ci il tarixli 9/11 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan maliyyə arayışı, hesabdan çıxarış məlumatları və iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanılmış 02 iyun 2020-ci il tarixli 21KD/20-1 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə Cavabdeh iddiaçı "xxxx" KB ASC-yə sualda qeyd edilən tarixə yəni 29.04.2021-ci il tarixə olan borcu 130.780,40 manat məbləğində müəyyən edilir, o cümlədən: - əsas borc üzrə 130.584,52 manat; - faiz üzrə 195,88 manat. Qeyd: İş materiallarından göründüyü kimi Cavabdeh ilə "xxxx" KB ASC arasında bağlanmış 02 iyun 2020-ci il tarixli 21KD/20-1 №-li kredit müqaviləsi üzrə cərimə pulu bəndi nəzərdə tutulmuş, lakin bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlumatlarında bank cərimə hesablamamışdır. Buna görə də, hazırkı tədqiqatla Cavabdeh oğluna cərimə hesablanmır. Qeyd: İş materiallarında olan hesabdan çıxarış məlumatlarından göründüyü kimi, 02 iyun 2020-ci il tarixli, 21KD/20-1 №-li kredit müqaviləsi üzrə 29.04.2021-ci il tarixindən (sualda göstərilən tarix) sonra 4.215,00 manat məbləğində ödəniş edilmişdir. Hazırki tədqiqatla borc qalığının hesablanması 29.04.2021-ci il tarixədək olduğundan sonradan ödənilən 4.215,00 manat nəzərə alınmamışdır. Aparılmış tədqiqatının dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh qeyd edilən kredit müqaviləsi üzrə iddiaçıdan 140.640 manat məbləğində kredit almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. 15.05.2020-ci il tarixli 21KDİ/20 saylı sonrakı ipoteka müqaviləsindən görünür ki, yuxarıda qeyd olunan kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh iddiaçı ilə ipoteka müqaviləsi bağlayaraq, mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu X3 küçəsi 9 «c» ünvanda yerləşən fərdi yaşayış evini banka ipotekaya qoymuşdur. İpoteka müqaviləsinin 2.3-cü bəndinə əsasən həmin fərdi yaşayış evi 280.000 manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası ƏMDK-nın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 19.05.2020-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatdan keçirilmişdir. "xxxx" MMC-nin 05.11.2021-ci il tarixli rəyindən (fərdi yaşayış evinin qiymətləndirilməsinə dair hesabatdan) görünür ki, ipoteka predmeti olan fərdi yaşayış evinin qiymətləndirilmə keçirilən dövrə likvid qiyməti 1.050.000 (bir milyon əlli min) manat təşkil edir. Qiymətləndirmə xərci 500 manat təşkil edir. "xxxx" MMC-nin 14.02.2022-ci il tarixli, ƏEM/F 51-111/22 saylı rəyindən (fərdi yaşayış evinin qiymətləndirilməsinə dair hesabatdan) görünür ki, ipoteka predmeti olan fərdi yaşayış evinin qiymətləndirilmə keçirilən dövrə likvid qiyməti 1.160.000 (bir milyon yüz altmış min) manat təşkil edir. Qiymətləndirmə xərci 500 manat təşkil edir. Mülki Məcəllənin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Mülki Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.1 və 34.1.2-ci maddələrinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Bildiriş məktublarından görünür ki, "xxxx" KB ASC cavabdehə kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə tutmanın ipoteka predmeti olan fərdi yaşayış evinə yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə cavabdehə xəbərdarlıq etmişdir. Göründüyü kimi, borclu Cavabdeh icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmiş və ipoteka saxlayan "xxxx" KB ASC ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evini açıq hərracdan satmaq hüququna əsasən məhkəməyə müraciət etmişdir. Ödəniş tapşırığından görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 15.05.2020-ci il tarixli 21KD/20 saylı kredit müqaviləsi və həmin müqavilə çərçivəsində bağlanmış 02.06.2020-ci il tarixli 21KD/20-1 saylı əlavə kredit müqaviləsi ləğv edilməli, 15.05.2020-ci il tarixli 21KD/20 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 02.06.2020-ci il tarixli 21KD/20-1 saylı əlavə kredit müqaviləsi üzrə 130.584 manat 52 qəpik əsas borc, 195 manat 88 qəpik faiz, 10 manat 82 qəpik cərimə olmaqla, cəmi 130.791 manat 22 qəpik pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına görə ödənilmiş 40 manat xidmət haqqı Cavabdeh tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməli; tələb üzrə tutma Cavabdeh mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu X3 küçəsi 9 «c» ünvanda yerləşən fərdi yaşayış evinə yönəldilməli; həmin əmlak açıq hərracdan satılmalı; əmlakın ilkin satış qiyməti 1.160.000 (bir milyon yüz altmış min) manat müəyyən edilməli; açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği "xxxx" KB ASC-yə ödənilməli; bankın tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh qaytarılmalı; əmlakın satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği Cavabdeh tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməli; həmin əmlaka tutma yönəldildikdən və o, satıldıqdan 1 ay sonra Cavabdeh həmin mənzildən çıxarılmalı, həmin əmlak boşaldılmalı; qiymətləndirmə xərci olan 500 manat Cavabdeh tutularaq "xxxx" MMC-nin; 500 manat tutularaq "xxxx" MMCnin, 100 manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 fevral 2022-ci il tarixli 9/11 saylı ekspert rəyində məhkəmə qərardadına əsasən cavabdehin 29.04.2021-ci il tarixə banka olan borcunun müəyyən edilməsi tələb edildiyindən, cavabdeh E.Kamalovnanın həmin tarixdən sonra etdiyi ödənişlər nəzərə alınmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 15.05.2020-ci il tarixli 21KD/20 saylı kredit müqaviləsi və həmin müqavilə çərçivəsində bağlanmış 02.06.2020-ci il tarixli 21KD/20-1 saylı əlavə kredit müqaviləsi ləğv edilsin. 15.05.2020-ci il tarixli 21KD/20 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 02.06.2020-ci il tarixli 21KD/20-1 saylı əlavə kredit müqaviləsi üzrə 130.584 manat 52 qəpik əsas borc, 195 manat 88 qəpik faiz, 10 manat 82 qəpik cərimə olmaqla, cəmi 130.791 manat 22 qəpik pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına görə ödənilmiş 40 manat xidmət haqqı Cavabdeh tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilsin. Tələb üzrə tutma Cavabdeh mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu X3 küçəsi 9 «c» ünvanda yerləşən fərdi yaşayış evinə yönəldilsin. Həmin əmlak açıq hərracdan satılsın. Əmlakın ilkin satış qiyməti 1.160.000 (bir milyon yüz altmış min) manat müəyyən edilsin. Açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği "xxxx" KB ASC-yə ödənilsin. Bankın tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh qaytarılsın. Əmlakın satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği Cavabdeh tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilsin. Həmin əmlaka tutma yönəldildikdən və o, satıldıqdan 1 ay sonra Cavabdeh həmin mənzildən çıxarılsın və həmin əmlak boşaldılsın. Qiymətləndirmə xərci olan 500 manat Cavabdeh tutularaq "xxxx" MMC-nin; 500 manat tutularaq "xxxx" MMC-nin, 100 manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-211/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-211/2022
10.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver