Məhkəmə qərarları › İş №2(006)-2113/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(006)-2113/2020

06.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2113/2020 06.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə xx xxxxxxx 2020-ci il tarixdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 899 manat məbləğində əsas, 269 manat məbləğində cərimə borcu və 31 manat məbləğində dövlət rüsumu, ümumilikdə 1199 manat məbləğində pulun tutulub ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 100/14 ünvanında (köhnə ünvan) - «Sunny Electronics» mağazasında fəaliyyət göstərən İddiaçı ilə Cavabdeh arasında xx xxxx 2014-cü il tarixdə 16130 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə Cavabdeh aldığı 939 manat dəyərində malların - «Televizor LG, Tv Asılqan» dəyərini 24 ay ərzində hər ay 39,12 manat olmaqla ödəməli idi. Lakin ödəniş cədvəli üzrə Cavabdeh (müqavilə rəsmiləşdirilərkən əvvəlcədən ödənilmiş komisyon xidmət haqqını çıxmaq şərti ilə) heç bir ödəniş etməmişdir və sonuncu dəfə xx xxxx 2019-cu ildə 100 manat ödəniş olunmuşdur. xx xxxx 2014-cü il tarixdə 16130 saylı alqı-satqı müqaviləsinin şərtlərinə müvafiq olaraq bu günə kimi Cavabdeh 899 manat məbləğində əsas, 269 manat məbləğində cərimə borcu yaranmışdır. Cavabdehə pulu ödəməsi barədə dəfələrlə xəbərdarlıq edilsə də heç bir nəticə əldə edilməmişdir. Cavabdehin bu hərəkəti nəticəsində ona maddi ziyan dəymişdir. Uzun müddətdir ki, əldə edəcəyi pul cavabdeh tərəfindən verilmədiyi üçün dövriyyəni çoxalda bilmir. Bu səbəbdən də o, pozulmuş hüquqlarının bərpası məqsədi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 2.6-cı bəndinə əsasən alıcı ödəniş cədvəlinə müvafiq olaraq Ödənişi 15 (on beş) gündən artıq gecikdirərsə, Satıcının rnal(lar)ı geri tələb etmək və ya mal(lar)ın dəyərinin tam şəkildə Ödənilməsini tələb etmək hüququ vardır. Bu səbəbdən də hesab edir ki, cavabdehin ondan heç bir üstünlüyü olmadığı üçün və hamı Azərbaycan Respublikasının qanunlarına tabe olduğu üçün qanunun tələbinə əsasən ona dəymiş zərər cavabdeh tərəfindən tam həcmdə ödənilməlidir.İşin faktiki hallarından və qanunvericiliyin qeyd edilən müddəalarından göründüyü kimi iddiaçı mövcud müqavilənin şərtlərini tam şəkildə icra etsə də cavabdeh(lər) üzərinə düşən öhdəliyi lazımınca və layiqli şəkildə icra etməmiş və alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə aldığı əşyanın dəyərini tam ödəməmişdir. Belə ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 2.4-cü bəndinə əsasən alıcı hər ödəniş tarixinin başa çatdığı gündən sonra ödənişin hər gecikdirildiyi gün üçün gecikdirilmiş məbləğin 2%-i miqdarında əlavə məbləğ (cərimə) ödəyir. Bundan başqa sənədlərin məhkəməyə verilməsi məqsədilə tərəfindən 31 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 2.8-ci bəndinə əsasən alıcı öhdəliklərini icra etməməsi və ya lazımi qaydada icra etməməsi nəticəsində Satıcıya dəymiş ziyanı, mal(lar)m dəyərinin qaytarılması üzrə Satıcının çəkdiyi məhkəmə xərclərini ödəyir. Şərh olunanlara əsasən cavabdehdən 899 manat məbləğində əsas, 269mnanat məbləğində cərimə borcu və 31 manat məbləğində dövlət rüsumu, ümumilikdə 1199 manat məbləğində pulun tutulub ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlmədiyi və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat vermədiyindən, iddiaçının nümayəndəsinin işə qiyabi icraat qaydasında baxılmasına dair ərizəsinə əsasən məhkəmə iclasının qərardadı qəbul etməklə işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Əsaslandırıcı hissə: İddia təmin edilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında hissə-hissə ödəmə şərti ilə malın alqı-satqısı müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Belə ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 16130 saylı alqı-satqı müqaviləsinə əsasən satıcı (iddiaçı) dəyəri 939 manat təşkil edən Televizor LG və Tv Asılqanı 24 ay müddətinə hər ay 39,12 manat ödəmək şərtilə alıcıya (cavabdehə) verməyi, cavabdeh isə müqavilədə müəyyən edilən ödəmə cədvəli üzrə əşyanın qiymətini ödəməyi öz öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış müqavilənin 2.4-cü bəndinə əsasən kredit qrafikinə uyğun aylıq ödənişin ödənilmə tarixindən gecikməyə görə hər gün üçün qrafikə uyğun aylıq ödəniş məbləğinin 2 faizi dəyərində cərimə olunur. xx.xx.2019-cu il tarixli xəbərdarlıq (pretenziya) məktubundan görünür ki, Cavabdeh borcunun ödənilməsi barədə İddiaçı tərəfindən xəbərdar olunmuşdur. Ödəniş qəbzindən (№ 608445331) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 31 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Mülki Məcəllənin (bundan sonra - MM) 567, 568.1 və 597.1-ci maddələrinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə, alıcı isə əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulmuş qiymətlə ödəməyə borcludur. MM-nin 601.1 və 600.4-cü maddələrinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, qeyd edilən müqavilə üzrə iddiaçı cavabdehdən əşyanın ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, alqı-satqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. MM-nin 462.1, 462.3 və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda pullunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddiaçı dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malikdir və əsas pul və dəbbə pulunun nisbəti nəzərə alınmaqla, xx.xx.2014-cü il tarixli müqavilə üzrə 269 manat məbləğində dəbbə pulunun tutulması ağlabatan və ədalətlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx.xx.2014-cü tarixli əşyanın nisyə alqı-satqısına dair müqaviləyə əsasən yaranmış 899 manat əsas borc, 269 manat dəbbə pulu və 31 manat məbləğində ödənilmiş dövlət rüsumu, cəmi 1199 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. İddia digər hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə hissəsi: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1 və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Əsas borc üzrə 899 manat, cərimə borcu üzrə 269 manat və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 31 manat, cəmi 1199 manat məbləğində pul Cavabdeh alınaraq iddiaçı İddiaçı ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar