Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2123/2024 27.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh X2 qarşı "aliment və digər xərclərin tutulması" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı cavabdeh X4 qarşı "aliment" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəməyə müraciət edildiyi gündən hesablanmaqla övladları xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək 235 manat aliment və 500 manat olmaqla müalicə (müayinə) xərclərinin cavabdeh X1 (Mushfiq Mirzaev) İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh X6 ilə xx.xx.2008-ci il tarixdə nikaha girərək ailə qurmuşdur. Həmin nikahdan xx.xx.2009-cu il təvəllüdlü X8 adlı övladı anadan olmuşdur. Cavabdehlə ailə həyatı qurduqları gündən başlayaraq münasibətləri əvvəllər normal olsa da, sonradan aralarında olan münasibətlər qeyri-normal hal almış, birgə yaşamaqları qeyri-mümkün olmuşdur. Bu səbəbdən Moskva Şəhər Timiryazevsk Rayon Məhkəməsinin 2-23/14 nömrəli, xx.xx.2014-cü il tarixli qərarı ilə nikahları pozulmuşdur. İddiaçı bildirir ki, övladları xx.xx.2009-cu il təvəllüdlü X8 nikah pozulandan İddiaçı himayəsində qalmışdır. Cavabdeh X6 işləməsinə və kifayət qədər yaxşı qazancı olmasına baxmayaraq övladını maddi cəhətdən təmin etmir, onunla maraqlanmır, təlim-tərbiyəsində və təhsilində iştirak etmir. Son olaraq qeyd etmişdir ki, övladları Daniyar Mirzəyevin dil qüsuru və inkişaf geriliyi olduğu üçün daimi müayinəyə və müalicəyə ehtiyacı vardır. Bundan ötrü iddiaçı tərəfindən müntəzəm olaraq loqopedə və digər həkimlərə müraciət edilir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddiada göstərilən məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə baxış iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının işə qiyabi icraat qaydasında baxılması barədə yazılı xahişi nəzərə alınaraq, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)- 2123/2024 saylı qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. İş materialları: Rusiya Federasiyası Moskva Şəhər Timiryazevsk Rayon Məhkəməsinin 2-23/14 nömrəli, xx.xx.2014-cü il tarixli qətnaməsindən görünür ki, M.A.Mirzəyevin iddiası təmin edilmiş, Moskva VVADQ idarəsinin Dmitrovskiy VVADQ şöbəsi tərəfindən 24 oktyabr 2008-ci ildə X6 və İddiaçı arasında bağlanmış nikahın ləğv olunması qərara alınmışdır. Moskva VVADQ idarəsinin Dmitrovskiy VVADQ şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə təkrar verilmiş Vİİİ-МЮ seriyalı, 637764 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2009-cu il tarixdə Moskva şəhərində anadan olmuşdur. Ata qrafasında X6, ana qrafasında İddiaçı qeyd edilmişdir. Bakı şəhər Baş Səhiyyə İdarəsi 14 saylı uşaq poliklinikasının xx.xx.2016-cı il tarixli, 104 nömrəli məktubundan görünür ki, xx.xx.2009-cu il təvəllüdlü X8 xx.xx.2016-cı il tarixdən 14 saylı uşaq poliklinikasında və nevropatoloqda dispanser qeydiyyatındadır. X5 nevrozabənzər hal və disloliya diaqnozu qoyulmuşdur. Bakı şəhər Baş Səhiyyə Mərkəzi PHŞ-nin 14 nömrəli uşaq poliklinikasının xx.xx.2024-cü il tarixli, 43 nömrəli məktubundan görünür ki, xx.xx.2009-cu il təvəllüdlü X8 xx.xx.2016-cı il tarixdən 14 saylı uşaq poliklinikasında və nevropatoloqda dispanser qeydiyyatındadır. Diaqnoz: sinir reflektor oyanıqlıq, inkişaf etapların ləngiməsi, disloliya. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya Proseslərinin Təhlili və İnformasiya Təminatı Baş İdarəsinin verdiyi xx.xx.2023-cü il tarixli, 3-37/2-306xxxx/2023 nömrəli arayışdan görünür ki, xx.xx.1968-ci il təvəllüdlü Rusiya Federasiyasının vətəndaşı Mushfıg Mirzaev sonuncu dəfə ünvan 1i ünvanına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası DİN BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı Nəsimi rayonu, Azadlıq prospekti 72, mənzil 1 də qeydiyyatdadır. xx.xx.2024-cü il tarixli, MŞB/12/2024-00019 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, cavabdeh tərəf xx.xx.0024-cü il tarixə, saat 15:30-a təyin edilmiş mediasiya sessiyasında iştirak etməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 81-ci maddəsinə əsasən, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. 241.5-ci maddəsinə əsasən iddiaçının dəlilləri iddia tələblərini tamamilə və ya qismən təsdiq etməsə, məhkəmə iddianın və ya onun hissəsinin rədd olunmasına dair qətnamə çıxarır və belə qətnamə, cavabdehin gəlməməsinə baxmayaraq, qiyabi hesab edilmir. Məhkəmə xatırladır ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 8 nömrəli qərarının 8.2-ci bəndində qeyd edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Məhkəmənin qiymətləndirməsi: Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iddiaçı xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək 235 manat aliment və 500 manat müalicə xərclərinin cavabdeh X1 (Mushfiq Mirzaev) İddiaçı xeyrinə tutulmasını tələb edir. İş materiallarında olan Bakı şəhər 14 saylı uşaq poliklinikasının məktubundan görünür ki, X5 nevrozabənzər hal və disloliya diaqnoz qoyulmuş, xx.xx.2016-cı il tarixdən 14 saylı uşaq poliklinikasında və nevropatoloqda dispanser qeydiyyatındadır. Qanunvericiliyin tələblərinə əsasən X3 səhhətində problem olduğu üçün atası X6 məhkəmə tərəfindən müalicə ilə əlaqədar əlavə xərclərin ödənilməsinə də cəlb olunmalıdır. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2024-cü il tarixdən etibarən hər ay 235 manat sabit pul məbləğində aliment və müalicə xərcləri ilə əlaqədar 500 manat pul cavabdeh X1 tutularaq (Mushfiq Mirzaev) İddiaçı xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2024-cü il tarixdən etibarən hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment və müalicə xərcləri ilə əlaqədar 500 (beş yüz) manat pul cavabdeh X1 tutularaq (Mushfiq Mirzaev) İddiaçı xeyrinə ödənilsin.. Aliment tutulmasına dair hissədə qətnamə dərhal icra edilsin. Cavabdeh qətnaməni aldıqdan sonra 10 gün müddətində bu qətnamənin ləğvi üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-2123/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(006)-2123/2024
27.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver