Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-213/2022 08.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və "xxxx" ASC-yə qarşı «çirkab suyunun axıdılması nəticəsində dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdehlər X3 və "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X5 tərəfindən çirkab suların axıdılması nəticəsində mənzilinə vurduğu zərərə görə 1.622 manat, mebel əşyalarına görə 600 manat, su qızdırıcısına görə 450 manat, cəmi 2.672 manat məbləğində maddi ziyanın, mənəvi zərərin əvəzi olaraq 1.000 manat məbləğində və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlər X5 və "Azsığorta” ASC-dən müştərək qaydada tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil onun xüsusi mülkiyyətindədir. xx.xx.2020-ci ildən etibarən mənzilin üstündə yerləşən 5-ci mərtəbədəki X3 məxsus 47/48 saylı mənzildə yaşayan və onun ailəsi tərəfindən müntəzəm olaraq onun mənzilinə çirkab sular axıdılır, nəticədə mənzil yararsız hala düşmüşdür. Dəfələrlə cavabdehə müraciət edərək su axıdılması nəticəsində vurduğu ziyanın ödənilməsini və mülkiyyətə qəsd edən hərəkətə son qoyulması üçün tədbirlərin görülməsini xahiş etsə də, xahişi nəticəsiz qalmışdır. Bundan sonra, o, məcbur olub ərazi üzrə MKİS-ə müraciət etmişdir. MKİS-in işçiləri mənzilə dəfələrlə baxış keçirmiş və hər dəfə də müəyyən ounmuşdur ki, cavabdeh tərəfindən mənzilə su axıdılması nəticəsində mənzil yararsız hala salınmışdır. 2020-ci ilin may ayında cavabdeh və onun ailə üzvləri yenidən mənzilinə çirkab suları axıtdı, nəticədə onun mənzilinin mətbəx otağı və mebel, avadanlıqları yararsız hala düşdülər. Yenidən o cavabdehdən suyun axıntısının qarşısının alınmasını tələb etsə də, o pulunun olmadığını bildirərək təmir etməkdən yayındı. Ərazi üzrə MKİS-ə müraciət etdilmiş və MKİS-in işçiləri mənzilə baxış keçirmiş və müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən mənzilə su axıdılması nəticəsində mənzili yararsız hala salınmışdır. Bundan başqa onun "xxxx" ASC tərəfindən BB252032 saylı sığorta şəhadətnaməsinə əsasən icbari sığorta olunmuş, lakin sığorta şirkəti ona gülünc qiymət təklif etmişdir. Belə ki, sığortanın məktubuna əsasən iddiaçının mənzilinə güya 850 manat məbləğində ziyan dəymiş, həmin puldan da 250 manat azadolma xərcini hesablayaraq, ona cəmi 600 manat pul təklif etmişlər, hansı ki heç onun mənzilinin təmir edilməsi üçün nəzərdə tutulan məbləğin yarısını təşkil etmir. Bu məbləğin necə hesablandığını belə əsaslandırmamışlar. Belə ki, mənzilə vurulan real zərər 1.622 manat təşkil edir. Bu barədə “166" xidmətinin qiymət təklifini də cavabdeh "xxxx" ASC-yə təqdim etmişdir. Qəza nəticəsində tavandan axıdılmış sular ona məxsus olan mənzilin mətbəxində fəsadlar yaratmışdır. Mətbəx mebelinə cicdi zəzər dəymişdir. Su qızıdırıcısı, led lampalara, havalandırma, razetkalar, kafel, boya, divar kağızı, profil tavan, tavan lambirin və s. istismara yararsız hala düşmüşdür (laminat/MDF-dən istehsal olunmuş mətbəx mebelinə sızan sular materialın şişməsinə və qapıların şıxmasına səbəb olmuşdur). Mətbəx mebelinin qapıları, aşağı və yuxarı fartuk hissəsi, stolüstü hissəsi, eyni zamanda su qızdırıcı avadanlıq da su axıntısı nəticəsində yarasız hala düşmüşdür. Beləliklə də, cavabdeh tərəfindən mənzilə vurulan maddi zərər görə 1.622 manat məbləğində, mebel əşyalarına görə 600 manat, su qızdırıcısına görə 450 manat, cəmi 2672 manat məbləğində ziyan dəymişdir. Cavabdehlər su axıdılması nəticəsində vurulmuş ziyanı tam həcmdə ödəməli, mülkiyyətinə qəsd edən hərəkətin qarşısı alınmalıdır. Bundan başqa, məhkəmənin diqqətinə çatdırmaq istərdi ki, bu cür hallara görə o mənəvi iztirablar və stress-sarsıntı yaşamalı olmuş mənəvi zərər görə də cavabdehlərdən xeyrinə 1000 manat məbləğində pul tutulmalıdır. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və yə hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. İddiaçı ərizə ilə məhkməyə müraciət edərək cavabdeh X2 əsl Cavabdeh2 ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə yuxarıda qeyd olunan məzmunda izahat vermiş iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə Cavabdeh2 və digər cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/3350 nömrəli, xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, iddia ərizəsində qeyd edilən və ekspert baxışına təqdim olunmuş malların istifadə olması nəzərə alınmaqla təmir-bərpa xərcinin orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 460,0 manat müəyyən olunur. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqat hissəsində göstərilmişdir. Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyat idarəsinin MH seriyalı, 083740 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Azadlıq prospekti, 74 saylı yaşayış evinin 44 saylı mənzili İddiaçı adına xüsusi mülkiyyət hüququ kimi 52 nömrəli reyestr kitabının 8208 nömrəli səifəsində xx.xx.1997-ci il tarixində qeydiyyata alınmışdır. "xxxx" MTK tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 155 nömrəli arayışın surətindən görünür ki, İddiaçı Nazim qızı Bakı şəhəri, Azadlıq prospekti, 77 saylı yaşayış evinin 43/44 saylı mənzilinə xx.xx.2020-ci il tarixindən etibarən həmin binanın 5-ci mərtəbəsində yerləşən X3 məxsus olan mənzildən hamam hissəsindən su axıdılmış və nəticədə mənzilə ciddi ziyan dəymişdir. "xxxx" ASC-nin X6 ünvanladığı xx.xx.2020-ci il tarixli bildirişindən görünür ki, ünvan 2 ünvanında yerləşən əmlakda baş vermiş hadisə ilə bağlı zərər dəymiş əmlaka 850 manat zərər məbləği hesablanmışdır. BB 252032 saylı şəhadətnaməyə əsasən 250 manat azadolma məbləği hesablanmış zərər məbləğindən çıxıldığından, 600 manat sığorta ödənişini faydalanan şəxsə birbaşa ödəməyə hazır olduqlarını bildirmişlər. "xxxx" ASC tərəfindən tərtib edilmiş dəymiş zərərin hesabatından görünür ki, İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən əmlakda baş vermiş hadisə ilə bağlı əmlaka dəymiş zərər 850 manat təşkil edir. “166” Yükdaşıma və logistika xidmətinin xx.xx.2020-ci il tarixli, YT-09030-2020 nömrəli qiymət təklifindən görünür ki, Bakı şəhəri, Azadlıq prospekti, 77 saylı yaşayış evinin 43/44 saylı mənzilinə su axıdılması nəticəsində zərər dəymiş məişət avadanlıqlarının qiyməti 827 manat və həmin mənzildə təmir-bərpa xərclərinin qiyməti isə 795 manat olmaqla, yekun məbləğ 1.622 manat məbləğində müəyyən edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli cavab məktubundan görünür ki, ünvan 3 ünvanı hal-hazırda Cavabdeh2 mülkiyyətindədir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/6739 nömrəli, xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan mənzillərin planlı yerləşməsini, yəni iddiaçıya məxsus 43/44 saylı mənzilin binanın 4-cü mərtəbəsində, cavabdehə məxsus 47/48 saylı mənzilin isə binanın 5-ci mərtəbəsində yerləşdiyini, 43/44 saylı mənzilin dəhliz, sanitar-qovşağı və mətbəx tikilisində qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya aid olduğunu, həmçinin mülki iş materiallarının məlumatlarını nəzərə alaraq, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən 74 saylı evin, 43/44 saylı mənzilinə həmin mənzilin üst mərtəbəsində yerləşən 47/48 saylı mənzildən su axıdılığı və nəticədə 43/44 saylı mənzilin dəhliz, sanitar-qovşağı və dəhliz tikililərinə ziyan vurulduğu müəyyən olunmuş, lakin 47/48 saylı mənzilin qapısı bağlı olduğundan 43/44 saylı mənzilə su sızmasının texniki səbəbini müəyyən etmək mümkün olmamışdır. Aparılan hesablamalar nəticəsində Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən 74 saylı evin, 43/44 saylı mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetirələcək təmir-tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 1547,0 manat məbləğində müəyyən edilmişdir. (Aparılmış tədqiqatın dəyəri: 50 manat) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/3350 nömrəli, xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, təmir-bərpa xərcinin orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 460,0 manat müəyyən olunur. (Aparılmış tədqiqatın dəyəri: 100 manat) Ödəniş qəbzindən (№7********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş üzrə müəyyən edilmiş hallardan görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, üst mərtəbədə yaşayan qonşusu Cavabdeh2 məxsus mənzildən mütəmadi olaraq onun yaşadığı mənzilə su sızdığını, bunun nəticəsində ona xeyli miqdarda maddi ziyanın dəydiyini, mənzilinin yararsız hala düşdüyünü bildirmişdir. Qeyd edilən halların və iddiaçıya dəymiş maddi ziyanın məbləğini müəyyən etmək məqsədi ilə məhkəmə tərəfindən tikinti-texniki və məhkəməəmtəəşünaslıq ekspertizaları təyin edilmişdir. Cavabdehin mənzilinə baxış keçirilməsinin mümkün olmamasına baxmayaraq ekspert rəyinə əsasən 43/44 saylı mənzilə 47/48 saylı mənzildən su sızmasının baş verdiyi, vurulmuş zərərin aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 1.547 manat, zərər çəkmiş əmlakın orta bazar qiymətlərinə uyğun təqribi dəyəri isə 460 manat məbləğində olması müəyyən edilmişdir. Bakı şəhəri, Azadlıq prospekti, 77 saylı yaşayış evinin 43/44 saylı mənzili "xxxx" ASC tərəfindən BB252032 saylı sığorta şəhadətnaməsinə əsasən icbari sığorta olunmuş, tətbiq edilməli şərtsiz azadolma məbləği 250 manat kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Mülki Məcəllənin 898.1-ci, 898.2-ci və 898.4-cü maddələrinə əsasən icbari sığorta qanunlarında və könüllü sığorta növləri üzrə sığorta müqavilələrində şərtli və ya şərtsiz azadolma məbləği, həmçinin gözləmə müddəti müəyyən oluna bilər. Azadolma məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərinə qalan hissəsidir. Şərtsiz azadolma məbləği nəzərdə tutulduqda, həmin məbləğ hər bir halda tətbiq edilir. Mülki Məcəllənin 923.1 və 923.2-ci maddələrinə görə sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda qanunvericiliyə uyğun olaraq həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. İcbari sığorta qanunvericiliyində və sığorta müqaviləsində sığorta hadisəsi barədə sığortaçıya xəbər vermənin ağlabatan müddəti və (və ya) üsulu nəzərdə tutula bilər. Sığorta hadisəsinin baş verməsi barədə sığortaçıya məlumat vermiş sığortalı və ya sığorta olunan şəxs, həmçinin faydalanan şəxs bu Məcəllənin 923.1-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətli dövlət orqanlarına həmin hadisə barədə xəbər verməmişdirsə sığortaçı qeyd olunan orqanları bu hadisə barədə dərhal məlumatlandırmalıdır. Mülki Məcəllənin 926.1-ci, 927.1-ci, 927.2-ci maddələrinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Əmlakın sığortasında və əmlaka vurulan zərərə görə mülki məsuliyyətin sığortasında sığorta ödənişi sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalıya və ya sığorta olunana, habelə zərərçəkən üçüncü şəxsə dəyən real zərərin miqdarından çox ola bilməz. Zərərin miqdarı barədə tərəflər arasında razılıq əldə edildikdən sonra əmlak sığortası üzrə sığorta ödənişi sığortaçının seçimi əsasında aşağıdakı formalarda həyata keçirilə (ödənilə) bilər: zərər məbləğinin pul şəklində faydalanan şəxsə ödənilməsi, sığorta hadisəsi nəticəsində dəyən zərərin aradan qaldırılması üçün sığortalıya (sığorta olunana və ya faydalanan şəxsə) göstərilən xidmətlərin və ya satılan əşyaların dəyərinin xidmət göstərənə və ya satıcıya ödənilməsi, sığorta predmeti olan, yaxud zərərçəkmiş üçüncü şəxsə məxsus əmlakın təmiri və ya bərpası, sığorta müqaviləsində nəzərdə tutularsa, həmin müqavilədə müəyyən edilən şərtlər əsasında sığorta predmeti olan əmlakın dəyişdirilməsi. Yuxarıda sadalanan maddələrin məzmunundan göründüyü kimi sığorta müqaviləsi onun iştirakçıları olan sığortaçıya və sığortalıya müəyyən hüquqlar və vəzifələr yaradır. Sığortalı müvafiq sığorta haqqı ödəmək vəzifəsini və sığorta müqaviləsində nəzərdə tutulmuş sığorta hadisəsi baş verdikdə sığorta ödənişi almaq hüququnu, sığortaçı isə sığortalıdan müvafiq sığorta haqqını almaq hüququnu və sığorta hadisəsi baş verdikdə sığorta ödənişini ödəmək vəzifəsini əldə edirlər. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Məhkəmə hesab edir ki, hadisənin sığorta hadisəsi olması işin mübahisələndirilməyən halıdır. Beləliklə sığorta ödənişinin verilməsinə əsas olan sığorta hadisəsi baş verdiyindən və sığortaçının sığorta ödənişinin həyata keçirilməsindən imtina etmək üçün qanuni əsası olmadığından, İddiaçı hazırkı iddia ilə müraciət etməkdə haqlı olmuşdur. Sözügedən mənzilə dəymiş zərərin məbləği ilə əlaqədar məhkəmə tərəfindən ekspertizanın keçirilməsi labüd hesab edilmiş, iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/6739 nömrəli, xx.xx.2022-ci il tarixli eskpert rəyinə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən 74 saylı evin, 43/44 saylı mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetirələcək təmir-tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 1547,0 manat məbləğində müəyyən edilmişdir. Beləliklə tərəflər arasında bağlanmış əmlakın sığortası müqaviləsindən irəli gələn hüquq münasibətlərinin mövcud olduğundan və həmin münasibətlərin qüvvədə olduğu dövrdə iddiaçının mülkiyyətində olan mənzilə zərər dəydiyindən, mübahisəyə səbəb olan hadisənin sığorta müqaviləsində nəzərdə tutulduğundan və bununla da sığortaçının sığorta ödənişi üzrə öhdəliyi yarandığından hazırki iddia "xxxx" ASC-yə münasibətdə qismən təmin edilməli, iddiaçının xeyrinə həmin hadisəyə tətbiq edilməli şərtsiz azadolma məbləği (250 manat) çıxılmaqla 1.297 manat məbləğində pul "xxxx" ASC-dən tutulmalıdır. Məhkəmə Cavabdeh2 münasibətdə isə aşağıdakıları qeyd etməyi zəruri sayır. Mülki Məcəllənin (bundan sonra - MM) 1096, 1097.1, 1097.3 və 1111.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Beləkilə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında öhdəliyin əmələ gəlmə əsası mülki hüquq pozuntusunun (deliktin) törədilməsidir. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Hazırkı mülki iş üzrə zərərin baş verməsi, yəni iddiaçının evinə suyun axıdılması nəticəsində ona zərər dəyməsi, suyun cavabdehə məxsus mənzildən axıdılması müəyyən edilmişdir. Mülki Məcəllənin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə iddiaçının mənzilinə cavabdehin mənzilindən su sızması nəticəsində dəymiş ziyanın aradan qaldırılması üçün ekspert rəyinə əsasən vurulmuş zərərin aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin 1.547 manat, zərər çəkmiş əmlakın isə 460 manat məbləğində olması müəyyən edilmişdir. Məhkəmə baş vermiş hadisə nəticəsində mənzilə dəymiş zərərin 1.297 manat hissəsinin "xxxx" ASC tərəfindən sığorta ödənişi kimi aradan qaldırıldığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin müvafiq ekspert rəylərinə əsasən 2.007 manat məbləğində müəyyən edilmiş zərərin məbləği 1.297 manat azaldılmalı, Cavabdeh2 710 manat məbləğində pul tutularaq İddiaçı verilməlidir. İddiaçının mənəvi ziyana görə 1.000 manat məbləğində pulun ödənilməsi tələbi ilə bağlı aşağıdakılar qeyd olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafıq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fıziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Məhkəmə, iddiaçının fıziki və mənəvi sarsıntı keçiriməsini sübuta yetirmədiyindən hesab edir ki iddia bu hissədə rədd edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 1.297 manat məbləğində pul cavabdeh "xxxx" ASC-dən, 710 manat məbləğində pul isə Cavabdeh2 tutularaq İddiaçı ödənilməli, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manatın 13 manatı cavabdeh "xxxx" ASC-dən, 10 manatı isə Cavabdeh2 tutularaq İddiaçı ödənilməli, iş üzrə keçirilmiş məhkəmə ekspertizalarının tədqiqat dəyəri olan 150 manatın 37 manatı İddiaçı, 63 manatı cavabdeh "xxxx" ASC-dən, 50 manatı isə Cavabdeh2 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə hissəsi: Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Maddi zərərə görə 1.297 manat məbləğində pul cavabdeh "xxxx" ASC-dən, 710 manat məbləğində pul isə Cavabdeh2 tutularaq İddiaçı ödənilsin. İddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manatın 13 manatı cavabdeh "xxxx" ASC-dən, 10 manatı isə Cavabdeh2 tutularaq İddiaçı ödənilsin. İddia digər hissədə rədd edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizalarının tədqiqat dəyəri olan 150 manatın 37 manatı İddiaçı, 63 manatı cavabdeh "xxxx" ASC-dən, 50 manatı isə Cavabdeh2 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-213/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-213/2022
08.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver