Məhkəmə qərarları › İş №2(006)-2140/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2140/2020

18.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2140/2020 18.06.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, Sərkərli Sara Vüqar qızının katibliyi, iddiaçı x1 iştirakları ilə, iddiaçı x1 Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : x2 Yursunovna Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Quliyeva (Tahirovna) xanım Ələvəz qızından 5800 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh əvvəllər tanıdığı Cavabdeh gəlini ilə aralarında evə köçməyə dair məhkəmədə mübahisə olduğunu bildikdə ona bildirdi ki, onun Seyhun adlı tanışı var, prokurorluqda işləyir, o, bu mübahisəni həll edə bilər. Bunun üçün pul lazımdır. Bu məqsədlə Xanım 2 dəfəyə 1500 manat məbləğində pul almışdır, lakin onun məhkəmə işi düzəlmədi, məhkəmə onun əleyhinə qətnamə çıxardı. İşə məhkəmədə baxılan vaxt onun “xxxxxxxx” MTK ilə mənzilə dair mübahisəsi yarandı. Bu dəfə də xanım həmin problemin də Seyhun tərəfindən həll edilə biləcəyini bildirdi. Seyhun mənzil işində onu aldadan Samir adlı şəxsi tapmalı, ondan onun pulunu geri almalı idi. Bu məqsədlə Xanım Seyhuna vermək adı ilə müxtəlif vaxtlarda 5800 manat məbləğində pulu aldı, lakin heç bir iş düzəlmədi. Sonradan ona məlum oldu ki, onu aldadaraq ümumilikdə 5800 manat pulunu əsl adının sonradan Xəyal olduğunu bildiyi şəxslə mənimsəmişdir. Onlar barəsində cinayət işinin başlanması, müvafiq məsuliyyətə cəlb edilmələri və pulunun geri qaytarılması barədə polisə müraciət etmişdir. Sabunçu rayon Polis İdarəsinin İŞ-nin müstəntiqi, polis mayoru S.S.Y.Alıbəylinin 11 may 2019-cu il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Cavabdeh etibarından bir daha istifadə edərək onun adına “xxxxxxxxxxxxxxxxx” MMC-dən mobil telefon almışdır, hazırda telefon onun istifadəsində olsa da kredit pulunu o ödəyir, telefonun pulu kreditlə birlikdə 800 manatdır. Hesab edir ki, cavabdeh onun pulunu müəyyən öhdəlikləri yerinə yetirmək adı ilə almış, lakin üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Sonda iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsi səbəbi barədə məhkəməyə heç bir üzürlü səbəb bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib iş materiallarını araşdırıb, sübutları tədqiq edib və aşağıda qeyd olunan maddi və prosessual hüquq normalarına uyğun olaraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarında olan 11 may 2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, HK-449 №-li araşdırma materialı üzrə əməldə cinayət tərkibi olmaması ilə cinayət işinin başlanması rədd edilməsi qərara alınmışdır. Beləliklə, iş materiallarından göründüyü kimi iddiaçının iddiasının əsası kimi İddiaçı ona 5800 manat məbləğində pulun qaytarılmaması və həmin məbləği hazırda iddiaçı cavabdehdən tələb edir. Lakin, iddiaçı öz iddia tələbinə dair məhkəməyə heç bir mötəbər sübut təqdim etmir. Halbuki, həmin halları sübut etmək vəzifəsi Azərbaycan Respublikası MPM-nin 77-ci maddəsinə əsasən məhz iddiaçının üzərinə düşür. Belə olduğu halda iddia təmin edilə bilməz. Odurki, iddia tələbi rədd edilməlidir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odurki, iddia rədd edildiyindən, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı x1 Cavabdeh qarşı “pul tələbinə dair” iddia tələbi rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı x1 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar