Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2142/2021 05.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "borc" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 62.000 ABŞ dolları məbləğində borc pulun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, X1 20.03.2017-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh 62000 ABŞ dolları məbləğində borc pul vermişdir. Cavabdeh 20.03.2017-ci il tarixdə X2 62000 ABŞ dolları məbləğində borc pul aldığını etiraf etmişdir. Tərəflər arasında 20.03.2017-ci il tarixdə Bakı şəhəri 51 saylı notariat kontorunda borcun etirafı haqqında müqavilə bağlanmışdır. Həmin müqavilənin 2-ci bəndində borclu Cavabdeh müqavilədə göstərilən məbləği, yəni 62000.00 ABŞ dolları məbləğində borc pulu 20 yanvar 2018-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 5-ci bəndində göstərilmişdir ki, verilən borcun qaytarılmadığı təqdirdə Azərbaycan Respublikasının qanununa uyğun olaraq həmin müqavilə məcburi icra etdiriləcəkdir. Borcun qaytarılması müddəti bitdikdən sonra, yəni 20 yanvar 2018-ci il tarixdən başlayaraq, mərhum X1 dəfələrlə Cavabdeh 62000.00 ABŞ dolları məbləğində borc pulun qaytarılmasını tələb etmiş, lakin sonuncu atasının müraciətlərinə və tələblərinə məhəl qoymamaqla, borcun qaytarılmasından yayınmışdır. Nəhayət, onun bu hərəkətlərindən əsəb keçirmiş X1 23 avqust 2018-ci il tarixdə rəhmətə getmişdir. X1 rəhmətə getdikdən sonra onun qanun üzrə vərəsəsi kimi o, dəfələrlə Cavabdeh 62000 ABŞ dolları məbləğində borc pulun qaytarılmasını tələb etsə də, o, müxtəlif bəhanələr gətirərək onu aldatmağa cəhd göstərmişdir. Hər dəfə o, borclu Cavabdeh müraciət edən zaman, cavabdeh mərhum X1ndan götürdüyü 62000.00 ABŞ dolları məbləğində borc pulun müəyyən vaxt qaytaracağını bidirsə də, bu günə qədər buna əməl etməmişdir. Göründüyü kimi, borclu Cavabdeh mərhum X1ndan götürdüyü 62000 ABŞ dolları məbləğində borc pulun qaytarması istiqamətində hər hansı təşəbbüs göstərməmiş, sağlığında atasını, atasının ölümündən sonra isə onu aldatmaqla vaxt udmağa cəhd etmişdir. Borclu Cavabdeh onların pul vəsaitlərindən istifadə etməklə və onu müqavilə müddəti bitdikdən sonra özündə saxlamaqla əsassız şəkildə varlanmışdır. Onun hərəkətləri kreditorun əsəblərinə toxunmuş və səhhətinin pisləşməsinə səbəb olmuş, nəticədə kreditor X3 ölümünə səbəb olmuşdur. Həmin məbləğdə pulun üç ildən artıq müddətdə ailənin büdcəsindən kənarlaşması nəticəsində ailənin maddi vəziyyəti xeyli pisləşmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil oğlu yuxarıda göstərilən məzmunda izahat vermiş və əlavə olaraq bildirmişdir ki, iddiaçının anası notarial qaydada ərizə verməklə, mərhum həyat yoldaşı X5 ilə Cavabdeh arasında rəsmiləşdirilmiş borcun etrirafı haqqında müqaviləyə əsasən ödənilməli olan vəsaitin oğlu İddiaçı ödənilməsinə etiraz etmədiyini bildirmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək, iddiaçının mərhum atasına borcunun olduğunu və borcu hissə-hissə olmaqla ödəyə biləcəyini bildirmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan X5 (borc verən) ilə Cavabdeh (borc alan) arasında bağlanmış 21 iyun 2017-ci il tarixli borcun etirafı haqqında müqavilənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X5 20.03.2017-ci il tarixdə Cavabdeh 62000 ABŞ dolları məbləğində borc pul vermiş, Cavabdeh 20.03.2017-ci il tarixdə X2 62000 ABŞ dolları məbləğində borc pul aldığını etiraf etmişdir. Cavabdeh bu müqavilədə göstərilən məbləği, yəni 62000 ABŞ dolları borc pulu 20 yanvar 2018-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan AZ-İ 965997 saylı, 29 avqust 2018-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 23.08.2018-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 29 avqust 2018-ci ildə 712 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 23.08.2018-ci ildə vəfat etmiş X3 vərəsələri arvadı X4 və İddiaçıdur. İş materiallarında olan X4 tərəfindən verilmiş və notarial qaydada təsdiq olunmuş **********777 saylı ərizədən görünür ki, X4 21.06.2017-ci il tarixdə Bakı şəhəri 51 saylı notariat ofisində mərhum həyat yoldaşı X5 ilə Cavabdeh arasında rəsmiləşdirilmiş borcun etrirafı haqqında müqaviləyə əsasən ödənilməli olan vəsaitin oğlu İddiaçı ödənilməsinə etiraz etmir, razıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 390.1-ci maddəsinə əsasən fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının mərhum atası ilə cavabdeh arasında bağlanmış 21 iyun 2017-ci il tarixli borcun etirafı müqaviləsinə əsasən borc verən O.Məmmədov borc alan Cavabdeh 62000 ABŞ dolları borc vermiş, borcalan 20 yanvar 2018-ci il tarixədək borcu qaytarmağı öhdəsinə götürsə də, bugünədək borcunu qaytarmamışdır. Həmçinin müəyyən olunmuşdur ki, iddiaçının X1 23.08.2018-ci il tarixdə vəfat etmiş, onun həyat yoldaşı X4 və oğlu İddiaçı mərhumun vərəsələri kimi tanınmışdır. Tünzalə Ömərova notarial qaydada ərizə verməklə 21.06.2017-ci il tarixdə mərhum həyat yoldaşı X5 ilə Cavabdeh arasında rəsmiləşdirilmiş borcun etrirafı haqqında müqaviləyə əsasən ödənilməli olan vəsaitin oğlu İddiaçı ödənilməsinə etiraz etmədiyini bildirmişdir. Göründüyü kimi, Cavabdeh iddiaçının mərhum atası tərəfindən ona borc olaraq verilmiş 62000 ABŞ dolları pulu borc müqaviləsinə uyğun olaraq qəbul etsə də, müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmiş, həmin vəsaiti geri ödəməkdən yayınmışdır. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh borclu olduğu məbləği – 62000 ABŞ dolları pul vəsaitini ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə iddiaçıya qaytarmalıdır. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilən Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 62000 (altmış iki min) ABŞ dolları məbləğində pul ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə Cavabdeh alınaraq İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №2(006)-2142/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2142/2021
05.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver