Məhkəmə qərarları › İş №2(006)-2154/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-2154/2021

20.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-2154/2021 20.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclas katibi Namazova Çinarə İmammədin qızının katibliyi cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh LPO Cavabdeh2 ASC və LPO Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı (X6, X2 və Bakı şəhəri 43 saylı DNK üçüncü şəxs qismində cəlb edilməklə) "əqdin etibarsız hesab edilməsi" tələbinə dair mülki işə 20 dekabr 2021-ci il tarixdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh LPO Cavabdeh2 ASC və LPO Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı (X6, X2 və Bakı şəhəri 43 saylı DNK üçüncü şəxs qismində cəlb edilməklə) "əqdin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Cavabdehlərin məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına heç bir üzrlü səbəb göstərmədən nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.4-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə daxil olmuş 30.11.2021-ci il tarixli məktubundan görünür ki, iddiaçı ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər X5 və İddiaçı qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka müqaviləsinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə icraat Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh LPO Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı "əqdin etibarsız hesab edilməsi" tələbinə dair mülki iş üzrə qəbul ediləcək məhkəmə aktı qanuni qüvvəyə minənə kimi dayandırılmışdır. Belə ki, mülki işin hallarından göründüyü kimi, “ipoteka müqavilərinin etibarsızlığı” tələbinə dair hazırki iş üzrə cavabdeh daha əvvəl məhkəmədə iddia qaldıraraq hazırda etibarsızlığı tələb edilən ipoteka müqavilələri ilə yüklü edilmiş əmlaklara tutmanın yönəldilməsi tələbinə dair iddia irəli sürmüşdür. Həmin iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ilə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. dair tələblər qismən təmin edilmişdir. Bu qətnamədən apellyasiya şikayəti verilmiş, işə apellyasiya instansiyası məhkəməsində baxılarkən icraatın Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmaqda olan işə baxılıb yekunlaşanadək dayandırılması qərara alınmışdır. Nəzərə alınmalıdır ki, kredit müqaviləsinə əsasən yaranmış tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair işə baxan məhkəmə mübahisəni mahiyyəti üzrə həll edərkən iddianın əsaslı olub-olmadığını müəyyən etmək üçün ilk növbədə bu tələbin əsasını təşkil edən etibarlı ipoteka müqaviləsinin bağlanıb-bağlanmadığını müəyyən etmək vəzifəsi daşıyır və həmin vəzifəni yerinə yetirməklə tələbin qanuni və əsaslı olmasına hüquqi qiymət verir. Ona görə də bu mübahisəyə baxılan vaxt və yaxud baxıldıqdan sonra ayrıca icraatda ipoteka müqaviləsinin etibarsızlığına dair ayrıca iddia tələbinin irəli sürülməsi və həmin tələblərə mahiyyəti üzrə baxılması prosessual qanunvericiliyin normaları baxımdan mümkün deyildir. Oxşar mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarında əks olunmuşdur. Belə ki, həmin qərarda qeyd edilir ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olubolmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.4-cü maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə işə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında baxıldığından hazırki iddia ərizəsi baxılmamış saxlanmalı, həmçinin iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Belə ki, tərəfə izah edilməlidir ki, o, tərəf olduğu ipoteka müqavilələrinin etibarsızlığına dair hər hansı dəlil və sübutları iddiaçı ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər X5 və İddiaçı qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka müqaviləsinə yönəldilməsi” tələbinə dair mülki işə baxan Bakı Apellyasiya Məhkəməsinə bildirmək hüququna malikdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5, 259.0.7, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh LPO Cavabdeh2 ASC və LPO Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı (X6, X2 və Bakı şəhəri 43 saylı DNK üçüncü şəxs qismində cəlb edilməklə) "əqdin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı tərəfindən dövlət büdcəsinə dövlət rüsumu kimi ödənilmiş 10 manat məbləğində pul ona geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar