Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2161/2022 24.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Əliyeva Günay Alim qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh birgə nikahdan olan uşaqları 15.04.2007-ci il təvəllüdlü X9 və 23.05.2010-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin miqdarının artırılaraq, hər ay hər uşağa görə 193 manat olmaqla, cəmi 386 manat məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə 21.06.2006-cı il də faktiki ailə münasibətlərinə daxil olmuş, onların nikahdan kənar 15.04.2007-ci il təvəllüdlü X21 və 23.05.2010cu il təvəllüdlü X13 adlı uşaqları anadan olmuşdur. Sonradan tərəflərin nikahı 26.10.2011-ci il tarixdə Masallı rayon İHB-nın Səmidxan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində qeydə alınmışdır. Əvvəllər ailə münasibətləri normal olsa da, sonradan xasiyyətləri uyğun gəlmədiyindən Masallı Rayon Məhkəməsinin 27.06.2018-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. İddiaçının aliment tələbi əsasında Masallı Rayon Məhkəməsinin 14.04.2017-ci il tarixli 2(050)-307/2017 saylı qətnaməsi ilə Cavabdeh 15.04.2007-ci il təvəllüdlü X21 və 23.05.2010-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər uşağa görə ayda 95 manat olmaqla, cəmi 190 manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı verilməsi, sonradan isə Masallı Rayon Məhkəməsinin 19.04.2018-ci il tarixli 2(050)-798/2018 saylı qətnaməsi ilə Cavabdeh 15.04.2007-ci il təvəllüdlü X21 və 23.05.2010-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər uşağa görə ayda 110 manat olmaqla, cəmi 220 manat sabit pul məbləğində alimentin qət edilmişdir. Daha sonra Masallı Rayon Məhkəməsinin 15.04.2019-cu il tarixli 2(050)-2759/2019 saylı qətnaməsi ilə Cavabdeh uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər uşağa görə ayda 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində alimentin, 23.05.2010-cu il təvəllüdlü X2 ilə bağlı əlavə xərclərə görə hər ay 100 manat pulun, Masallı Rayon Məhkəməsinin 22.07.2021-ci il tarixli 2(050)-3032/2021 saylı qətnaməsi ilə Cavabdeh 15.04.2007-ci il təvəllüdlü X21 və 23.05.2010-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər uşağa görə ayda 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı qət edilmişdir. Lakin, Cavabdeh tərəfindən ödənilən aliment 15.04.2007-ci il təvəllüdlü X9 və 23.05.2010-cu il təvəllüdlü X7 tələbatlarının ödənilməsi üçün kifayət etmir. Həmçinin son illərdə ölkə üzrə yetkinlik yaşına çatmayanların yaşayış minimumu da artırılmışdır. Uşaqların maddi tələbatlarını ödəmək tək qadın olaraq İddiaçı çox çətindir. İddiaçı bu məsələ ilə bağlı mediasiyaya da müraciət etmiş, lakin cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Əvvəlki məhkəmə iclasında İddiaçı nümayəndəsi X14 iddianı müdafiə edib, Cavabdeh avtobil alveri ilə məşğul olduğunu və kifayət qədər gəliri olduğunu bildirib iddianın təmin edilməsini xahiş etmişdir. Sonrakı məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş almasına baxmayaraq İddiaçı məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyib bildirdi ki, uşaqları 15.04.2007-ci il təvəllüdlü X9 və 23.05.2010-cu il təvəllüdlü X1 üçün qətnamə ilə müəyyən edilmiş aliment məbləğini hər ay gecikdirmə olmadan ödəmişdir. X4 adlı qadınla ailə həyatı qurmuş və birgə nikahlarından 29.08.2021-ci il təvəllüdlü X16 adlı uşaqları anadan olmuşdur. Gəlirlərinin aşağı olduğunu, gəlirlərində heç bir artımın olmadığını, habelə məhkəmə qətnamələri ilə kəsildiyi 450 manat məbləğində alimenti iddiaçıya böyük çətinliklə ödəyə bildiyini və bundan artıq alimentin ödənilməsinə heç bir imkanının olmadığını vurğulamışdır. Eyni zamanda uşaqları Barat və Eldənizin Masallı rayonunda yaşadıqlarının nəzərə alınmasını və iddia tələbinin əsassız olmasını nəzərə alıb rədd edilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, cavabdehin izahatını dinləyib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Mülki işin materiallarında olan Masallı rayon qeydiyyat şöbəsi tərəfindən 06.07.2008-ci il tarixdə verilmiş AZ-T seriyalı, 066049 №-li doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, 15.04.2007-ci il təvəllüdlü X6 şəhərində anadan olmuş, atası qrafasında Cavabdeh, anası qrafasında isə X17 qeyd edilmişdir. Mülki işin materiallarında olan Masallı rayon qeydiyyat şöbəsi tərəfindən 12.11.2011-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 777482 №-li doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, 23.05.2010-cu il təvəllüdlü X5 rayonunda anadan olmuş, atası qrafasında Cavabdeh, anası qrafasında isə X17 qeyd edilmişdir. Mülki işin materiallarında olan Bakı şəhəri Masallı rayon qeydiyyat şöbəsi tərəfindən 25.01.2019-cu il tarixdə verilmiş AZ-İ seriyalı 310846 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh X17 ilə nikahı 25.01..2019-cu il tarixində pozulmuş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 23 № ilə qeyd edilmiş, Susana Quliyevaya nikah pozulduqdan sonra Ağayeva soyadı verilmişdir. Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22.07.2021-ci il tarixli 2(006)-3032/2021 saylı qətnaməsindən görünür ki, Nəsimi Rayon Məhkəməsinin 15.04.2019cu il tarixli 2(006)-2759/2019 saylı qətnaməsi ilə tərəflərin birgə nikahlarından anadan olmuş 15 aprel 2007-ci il təvəllüdlü X9 və 23 may 2010-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh hər ay, hər uşağa görə 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində alimentin, 23.05.2010-cu il təvəllüdlü X2 ilə bağlı əlavə xərclərə görə hər ay 100 manat pulun tutularaq X10 ödənilməsi qət edilmişdir. Sonradan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 aprel 2019-cu il tarixli 2(050)-2759/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək, 15 aprel 2007-ci il təvəllüdlü X9 və 23 may 2010-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir. Hazırda cavabdeh hər ay iddiaçıya ümumilikdə 450 manat məbləğində aliment ödəyir. Mülki işin materiallarında olan Bakı 3 saylı Mediasiya təşkilatının “ilkin mediasiya sessiyasının iştirak edilməməsi barədə” arayışından görünür ki, İddiaçı ailə mübahisəsi (alimentin artırılması) ilə bağlı mediasiyaya da müraciət etmiş Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Mülki işin materiallarında olan Masallı regional “ASAN Xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən 13.10.2022-ci il tarixdə verilmiş AZ-İV seriyalı, 654089 №-li doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, 29.08.2021-ci il təvəllüdlü X3 rayonunda anadan olmuş, atası qrafasında Cavabdeh, anası qrafasında isə X15 qeyd edilmişdir. Mülki işin materiallarında olan Masallı regional “ASAN Xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən 10.03.2022-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 483527 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X8 nikahı 10.03.2022-ci il tarixdə, nikahın bağlanması haqqında akt qeydləri kitabında 240 № ilə qeydə alınmışdır. Həbibə Məmmədovaya nikahdan sonra Quliyeva soyadı verilmişdir. Mülki işin materiallarında olan Masallı rayon icra hakimiyyəti başçısının Birinci Səmidxan kənd İƏD üzrə nümayəndəliyinin 18.03.2022-ci il tarixli arayışından görünür ki, X5 rayonunun Ətcələr kəndində yaşayır. Mülki işin materiallarında olan Masallı rayon Təhsil şöbəsinin 17.03.2022-ci il tarixli arayışından görünür ki, X13 2021-2022-ci tədris ilində Mərdan İbayev adına Səmidxan kənd orta məktəbin V sinfində təhslini davam etdirir. Məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22.07.2021-ci il tarixli 2(006)-3032/2021 saylı qətnaməsi ilə tərəflərin birgə nikahlarından olan uşaqların saxlanılması üçün cavabdehdən hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində aliment tutulur. Eyni zamanda Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 aprel 2019-cu il tarixli 2(050)-2759/2019 saylı qətnaməsinə əsasən müəyyən edilmiş 23.05.2010-cu il təvəllüdlü X2 ilə bağlı əlavə xərclərə görə cavabdehdən hər ay 100 manat pul tutulur. Hazırda iddiaçı uşaqların saxlanılması üçün tutulan alimentin uşağın tələbatının ödənilməsi üçün kifayət etmədiyini və ölkə üzrə yetkinlik yaşına çatmayanların yaşayış minimumunun artırıldığını bildirərək 15.04.2007-ci il təvəllüdlü X9 və 23.05.2010-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün aliment məbləğinin miqdarının artırılaraq, hər ay hər uşağa görə 193 manat olmaqla, cəmi 386 manat müəyyən edilməsini tələb edir. Lakin Cavabdeh isə X15 adlı qadınla nikahda olduğunu, həmin nikahından Nuray adlı qızının dünyaya gəlməsini və həmin uşağın onun himayəsində olmaqla yetkinlik yaşına çatmadığını qeyd edərək iddia tələbinin təmin edilməməsini xahiş edir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra - Ailə Məcəlləsinin) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi qanunverici, prinsip etibarilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Məhkəmə iddia tələbini təmin etməyərkən eyni zamanda onu da nəzərə alır ki, uşağını saxlamaq atanın vəzifəsi olduğu kimi, ananın da valideynlik öhdəliyinə aiddir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Məhkəmə hesab edir ki, iddiaçı əvvəllər müəyyənləşdirilmiş alimentin uşağın tələbatını ödəməyə imkan verməməsinə əsaslanmaqla alimentin miqdarının artırılmasını tələb etmişdir. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22.07.2021-ci il tarixli 2(006)-3032/2021 saylı qətnaməsi ilə Nəsimi Rayon Məhkəməsinin 15 aprel 2019-cu il tarixli 2(050)-2759/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək, 15 aprel 2007-ci il təvəllüdlü X9 və 23 may 2010-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin, həmçinin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 aprel 2019-cu il tarixli 2(050)-2759/2019 saylı qətnaməsinə əsasən müəyyən edilmiş 23.05.2010-cu il təvəllüdlü X2 ilə bağlı əlavə xərclərə görə hər ay 100 manat pulun Cavabdeh tutularaq İddiaçı verilməsi müəyyənləşdirərkən həmin dövrün həyat standartlarını, uşağın ehtiyaclarının səviyyəsini əsas götürmüşdür. Hazırda isə iddiaçı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22.07.2021-ci il tarixli 2(006)-3032/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarının artırılması xahiş etsə də, sonuncu tərəfindən cavabdehin maddi vəziyyətində dəyişilik olması barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Cavabdehin avtomobil alveri ilə məşğul olaraq kifayət qədər qazanc əldə etməsi iddiaçının izahatından başqa hər hansı digər sübutla təsdiq olunmamışdır. Məhkəmə eyni zamanda odu da qeyd edir ki, təkcə bu müddət ərzində uşaqlar üçün yaşayış minimumunun artması alimentin artırılması üçün əsas ola bilməz, bunun üçün qanunda göstərilən paralel əsaslar da olmalıdır. İddiaçı alimentin miqdarının Nəsimi Rayon Məhkəməsinin 22.07.2021-ci il tarixli 2(006)-3032/2021 saylı qətnaməsi ilə müəyyən etdiyi məbləğdən (hər uşaq üçün 175 manat) daha artıq təyin olunması istiqamətində məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmiş, dəlillərini ümumi sözlərlə əsaslandırmağa çalışmışdır. Bunun əksinə olaraq, Cavabdeh məhkəməyə təqdim etdiyi sənədlərin surətlərindən görünür ki, o, yeni ailə qurmuş və 29.08.2021-ci il təvəllüdlü X16 övladı anadan olmuşdur. Eyni zamanda məhkəmə tərəfindən iddiaçı ilə cavabdehin birgə nikahından anadan olmuş 23 may 2010-cu il təvəllüdlü X7 Masallı rayonunda yaşaması və təhsil alması, rayon üzrə həyat standartları, yaşayış səviyyəsi və istehlak qiymətləri, həmçinin onun saxlanılması ilə bağlı əlavə xərclərə görə cavabdehdən hər ay 100 manat pulun tutulması nəzərə alınmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, 15 aprel 2007-ci il təvəllüdlü X9 və 23 may 2010-cu il təvəllüdlü X7 da mənafelərini diqqətdən kənar qoymamaq ilə yanaşı cavabdehin ikinci nikahdan da azyaşlı uşağının saxlanması kimi vəzifəsinin olması nəzərə alınmalı və iddia tələbi təmin edilməməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Günay Abidova
Məhkəmə qərarları › İş №2(006)-2161/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2161/2022
24.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver