Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2165/2021 12.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Şahverdiyev Xandəmir Elman oğlunun katibliyi ilə İddiaçı, cavabdeh LPO “xxxx” ASC-nin ləğvedicisi X3 nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdehlər LPO “xxxx” ASC-nin ləğvedicisi X4 və Cavabdeh2 MMC-yə qarşı «əsassız tələb olunan pulun silinməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər LPO “xxxx” ASC-nin ləğvedicisi X4 və Cavabdeh2 MMC-yə qarşı «əsassız tələb olunan pulun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, “xxxx” ASC-nin Ləğvedicisi “X2 Company” MMC iddia ərizəsi ilə 2014-cü ildə Bakı Şəhər Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. “xxxx” ASC-nin Ləğvedicisi “X2 Company” MMC məhkəməyə bildirmişdir ki, güya ki, “xxxx” ASC ilə iddiaçı arasında bağlanmış xx xxxxxxx 2009-cu il tarixli F2-1213ist saylı kredit "müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsinə görə “xxxx”ASC-nin xeyrinə 2.540.80 ABŞ dolları əsas borc, 2.800,78 ABŞ dolları faiz boru cəmi 5.341,58 ABŞ dollan məbləğində Azərbaycan manatına ekvivalent nisbətində borcu, habelə ödənilmiş 30 manat dövlət rüsumu tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. “xxxx”ASC-nin ləğvedicisi “X2 Company” MMC tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati- İqtisad Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(iqt)-2410/2012 saylı qətnaməsi ilə “xxxx” ASC-nin müflis elan edilməsi, “xxxx” ASC-nin ləğvedicisi qismində “X2 Company” MMC-nin təyin edilməsi qət edilmişdir. Güya ki, iddiaçı ilə “xxxx” ASC arasında bağlanmış xx xxxxxxx 2009-cu il tarixli F2-1213ist saylı kredit müqaviləsinə əsasən 12 ay müddətinə 30% olmaqla 2.830 ABŞ dolları məbləğində mənə kredit verilmişdir. Güya ki, iddiaçı bu günədək sözügedən kreditin əsas məbləğindən 289,20 ABŞ dolları, faiz məbləğindən 70.80 ABŞ dolları, cəmi 360 ABŞ dolları məbləğində qismən ödəniş edərək kredit müqaviləsi üzrə xx xxxx 2013-cü il tarixə 2.540,80 ABŞ dolları əsas borc, 2.800,78ABŞ dolları faiz borcu, cəmi 5.341,58 ABŞ dollan məbləğində borcun vardır. Ona görə də “xxxx” ASC ilə iddiaçı arasında bağlanmış xx xxxxxxx 2019-cu il tarixli F2-1213ist saylı kredit müqaviləsi üzrə öhəliklərin yerinə yetirilməsinə görə “xxxx” ASC-nin xeyrinə 2.540,80 ABŞ dolları əsas borc, 2800,78 ABŞ dolları faiz borcu, cəmi 5.341,58 ABŞ dolları məbləğində Azərbaycan manatına ekvivalent nisbətində borcu, habelə ödənilmiş 30 manat dölət rüsumu tutulması barədə qətnamə çıxarılmasım xahiş etmişdir. Lakin məhkəmə iclasında cavabdeh olaraq İddiaçı iddianı qəbul etməyib izahat verərək göstərmişdir ki, onun xx xxxxxxx 2009-cu il tarixli F2-1213ist saylı kredit müqaviləsindən heç bir xəbəri yoxdur və həmin müqavilədəki imzalar ona məxsus deyil. Həmin kredit müqaviləsindəki imza ona məxsus olmadığından hesab edir ki, kredit müqaviləsi üzrə hər hansı məsuliyyət daşımır. Bu səbəbdən də, Bakı Şəhər Xətai Rayon Məhkəməsi işin düzgün və obyektiv araşdırılması üçün ekspert rəyinin alınması məqsədi ilə işi Azərbaycan Respublikası Ədliyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə göndərmişdir. Bu səbəbdən də, Azərbaycan Respublikası Ədliyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi Bakı Şəhər Xətai Rayon Məhkəməsinə xx xxxxxx 2013-cü il tarixli 9322 saylı rəy təqdim etmişdir. Həmin rəydə qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ədliyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2013-cü il tarixli 9322 saylı rəyindən görünür ki, “xxxx” ASC-nin Yasamal filialı ilə İddiaçı arasında olan xx xxxxxxx 2009-cu il tarixli F2-1213isrt saylı kredit müqaviləsində “Borcalan” qrafasındakı imza - İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Bu səbəbdən də, Bakı Şəhər Xətai Rayon Məhkəməsi xx.xx.2014-cü il tarixli 2(011)-446/2014 saylı qətnamə qət edərək iddiaçı “xxxx” ASC-nin Ləğvedicisi “X2 Company” MMC-nin iddiasını təmin etməmişdir. Qətnamədə qeyd edilmişdir ki, iddiaçı “xxxx” ASC-nin Ləğvedicisi “X2 Company” MMC-nin cavabdeh İddiaçı qarşı “xxxx” ASC ilə İddiaçı arasında bağlanmış xx xxxxxxx 2009-cu il tarixli F2- 1213ist saylı kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə “xxxx” ASC-nin xeyrinə 2.540,80 ABŞ dolları əsas borc, 2.800,78 ABŞ dolları faiz borcu cəmi 5.341,58 ABŞ dolları məbləğində Azərbaycan manatına ekvivalent nisbətində borcun və 30 manat dövlət rüsumunun tutulması tələbinə” dair iddiası təmin olunmasın. Bakı Şəhər Xətai Rayon Məhkəməsi xx.xx.2014-cü il tarixli 2(011)-446/2014 saylı qətnamə qət etsə də, lakin bu günə kimi, həmin saxta müqaviliyə görə qeyd edilən məbləğ İddiaçı adından silinməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(iqt)-2410/2012 saylı qətnaməsi ilə “xxxx” ASC müflis elan edilmiş və “xxxx” ASC-nin ləğvedicisi “X2 Company” MMC təyin edilmişdir. Hal-hazırda da, “X2 Company” MMC ləğv olunduğundan Ləğvedici Əmanətlərin Sığortalanması Fonduna həvalə olunmuşdur. Bu səbəbdən də, cavabdeh X1 Fondunu qeyd etmişdir. Bu səbəbdən də, iddiaçı hesab edirə ki, “xxxx” ASC-nin xx xxxxxxx 2009-cu il tarixli F2-1213ist saylı kredit müqaviləsi üzrə tələb olunan məbləği silinməlidir. Bu səbəbdən də, İddiaçı Cavabdeh2 MMC-ə müraiət etmişə və ona bildirilmişdir ki, güya ki, onun həmin saxta müqaviləyə əsasən 4319 manat 36 qəpik borcu vardır. Çünki, iddiaçı olaraq İddiaçı ilə “xxxx” ASC arasında xx xxxxxxx 2009-cu il tarixli F2-1213ist saylı kredit müqaviləsi bağlanmamışdır. Bu səbəbdən də, “xxxx” ASC qanunsuz olaraq tələb etdiyi 4319 manat 36 qəpik borc hər tərəfli, tam və obyektiv olmadığı üçün silinməlidir. Göstərilənlərə əsasən, Ləğv prosesində olan “xxxx” ASC-nin xx xxxxxxx 2009-cu il tarixli F2-İ213ist saylı Kredit müqaviləsi üzrə ondan əsassız olaraq tələb olunan 4319 manat 36 qəpik məbləğin silinməsinə dair qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh LPO “xxxx” ASC-nin ləğvedicisi X3 nümayəndəsi iddianın əsassız olduğunu qeyd edərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı barədə rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq digər cavabdeh iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə mülki işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan xx xxxxxx 2021-ci il tarixli SF-403 saylı Cavabdeh2 çıxarışdan görünür ki, iddiaçının Ləğv prosesində olan “xxxx” ASC-yə 2540,80 manat əsas, 1496,96 manat faiz borcu olmaqla 4319,36 manat kredit borcu vardır. İş materiallarına əlavə olunmuş Bakı Şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2014cü il tarixli 2(011)-446/2014 saylı qətnaməsindən görünür ki, iddiaçı “xxxx” ASC-nin ləğvedicisi “X2 Company” MMC-nin cavabdeh İddiaçı qarşı “xxxx” ASC ilə iddiaçı arasında bağlanmış xx xxxxxxx 2009-cu il tarixli F2-1213ist saylı kredit "müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsinə görə “xxxx”ASC-nin xeyrinə 2.540.80 ABŞ dolları əsas borc, 2.800,78 ABŞ dolları faiz boru cəmi 5.341,58 ABŞ dolları məbləğində Azərbaycan manatına ekvivalent nisbətində borcun və 30 manat dövlət rüsumunun tutulması tələbinə dair iddiası təmin olunmamışdır. İşdə olan Bakı Apellyasiya Məhkəməsinin xx xxx 2014-cü il tarixli 2(103)-2061/2014 saylı qətnaməsindən görünür ki, Bakı Şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(011)-446/2014 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Bakı Şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(011)-446/2014 saylı qətnaməsi ilə iddiaçı “xxxx” ASC-nin ləğvedicisi “X2 Company” MMC-nin cavabdeh İddiaçı qarşı “xxxx” ASC ilə iddiaçı arasında bağlanmış xx xxxxxxx 2009-cu il tarixli F2-1213ist saylı kredit "müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsinə görə “xxxx”ASC-nin xeyrinə 2.540,80 ABŞ dolları əsas borc, 2.800,78 ABŞ dolları faiz boru cəmi 5.341,58 ABŞ dolları məbləğində Azərbaycan manatına ekvivalent nisbətində borcun və 30 manat dövlət rüsumunun tutulması tələbinə dair iddiası təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin xx xxx 2014-cü il tarixli 2(103)-2061/2014 saylı qətnaməsi ilə Bakı Şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2014cü il tarixli 2(011)-446/2014 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh2 iddiaçının Ləğv prosesində olan “xxxx” ASC-yə 2540,80 manat əsas, 1496,96 manat faiz borcu olmaqla 4319,36 manat kredit borcu olması göstərilir. İş materiallarında olan Bakı Şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(011)-446/2014 saylı qətnaməsinin məzmunundan müəyyən olunur ki, İddiaçı ilə “xxxx” ASC arasında kredit verilməsinə dair müqavilə bağlanmamış, bank qarşısında üzərinə öhdəlik götürməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Belə ki, başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxxx 2016-cı il tarixli Qərarı). Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə xx xxxx 2015-ci il tarixli Qərarı). Odur ki, məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, məhkəmə qətnamələri ilə xx xxxxxxx 2009-cu il tarixli F2-1213ist saylı kredit müqaviləsi üzrə 4319,36 manat məbləğində kredit borcunun iddiaçıya aid olmaması, onun bank qarşısında belə bir öhdəlik götürməməsi müəyyən olunmuşdur ki, bu halda məhkəmə hesab edir ki, iddiaçının adında qanunsuz qaldığından həmin borc məbləği də silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, xx xxxxxxx 2009-cu il tarixli F2-İ213ist saylı Kredit müqaviləsi üzrə İddiaçı əsassız olaraq tələb olunan 4319 manat 36 qəpik məbləğ LPO “xxxx” ASC-nin ləğvedicisi X3 və Cavabdeh2 MMC-nin məlumat bazasından silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Ləğv prosesində olan “xxxx” ASC-nin xx xxxxxxx 2009-cu il tarixli F2-İ213ist saylı Kredit müqaviləsi üzrə İddiaçı əsassız olaraq tələb olunan 4319 manat 36 qəpik məbləğ LPO “xxxx” ASC-nin ləğvedicisi X3 və Cavabdeh2 MMC-nin məlumat bazasından silinsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-2165/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2165/2021
12.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver