Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2173/2022 05.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı «müvafiq məlumatın verilməsi vəzifəsinin cavabdeh üzərinə qoyulması və s.» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla, cavabdeh "xxxx" MMC arasında bağlanmış barışıq razılaşmasına uyğun olaraq tələb edilməli olmayan, lakin onun adında qalan borcun, yəni ümumilikdə 1.981,74 ABŞ dolları məbləğində kredit borcunun silinməsi və "xxxx" MMC-yə borcun olmaması barədə məlumatın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı "xxxx" MMC-dən 19.01.2015-ci il tarixində illik 20% faizlə 36 ay müddətinə 15 000.00 (on beş min) ABŞ dolları məbləğində kredit götürmüşdü. Krediti götürdüyü tarixdən 1 ay keçdikdən sonra ölkədə birinci və həmin ilin sonunda ikinci devalivasiya baş vermişdir. Devalvasiya nəticəsində manatın məzənnəsinin kəskin ucuzlaşması və onun gəlirlərinin artmaması kredit üzrə ödənişlərini normal və gecikməsiz ödəməyinə maneçilik törətmişdir. "xxxx" MMC ilə aparılan danışıqların nəticəsi olaraq 05 yanvar 2020-ci il tarixdə əldə etdiyi şifahi razılığa əsasən, razılaşma əldə olunduğu tarixdən etibarən 30 iyun 2020-ci il tarixinədək ümumilikdə 403.30 (dörd yüz üç) ABŞ dolları ödəniləcəyi halda razılaşmanın şərtləri yerinə yetirilmiş hesab olunacaq və qalıq borcla bağlı ona qarşı heç bir iddia və tələb olmayacaqdı. Bu barədə ona "xxxx" MMC tərəfindən 21 dekabr 2021-ci il tarixli, 4331 nömrəli məktub da təqdim edilmişdir. Razılaşmalarının şərtlərinə uyğun olaraq o həmin məbləği qeyd olunan müddət ərzində "xxxx" MMC–yə ödəmişdir. Beləliklə razılığın şərtləri onun tərəfindən tam icra olunsa da, "xxxx" MMC öz üzərinə düşən öhdəliyi bu günədək icra etməmişdir. Razılığa əsasən o üzərinə düşən vəzifəni tam icra etsə də, cavabdeh üzərinə düşən öhdəliyi qismən yerinə yetirmiş, pul borcunu onun adından silməmişdir. Belə ki, 1.981,74 (bir min doqquz yüz səksən bir dollar 74 sent) ABŞ dolları kredit borcunun tələb edilməsindən imtina edilsə də AKB-dən aldığı 22 dekabr 2021-ci il tarixli SF- 24986 saylı çıxarışdan göründüyü kimi onun adına olan borc ödənilməmiş kimi qalmaqdadır. Lakin onların razılığına əsasən həmin borc razılaşdıqları kimi silinməli idi. O cavabdehin barışıq razılaşmasını qismən yerinə yetirdiyinə görə məhkəməyə müraciət edir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun "xxxx" MMC ilə bağlanmış 19.01.2015-ci il tarixli kredit müqaviləsi üzrə borcunun cavabdeh "xxxx" MMC-nin daxili kredit sistemindən silinməsi və borcunun olmaması barədə məlumatın "xxxx" MMC-yə verilməsi vəzifəsi "xxxx" MMC-yə həvalə edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda qeyd olunan məzmunda izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddianı qəbul etdiyini və təmin olunmasına etiraz etmədiyini bildimişdir. Əsaslandırıcı hissə: İddia təmin edilməlidir. "xxxx" MMC ilə İddiaçı arasında bağlanılmış 19 yanvar 2015-ci il tarixli BAKU1- 26153-10848 saylı kredit müqaviləsinin surətindən görünür ki, MMC İddiaçı illik 20% olmaqla 36 ay müddətinə 15.000 manat məbləğində pul verməyi, sonuncu isə həmin məbləği faizi və bu müqavilə ilə nəzərdə tutulmuş hallarda dəbbə pulu ilə birlikdə “kredit verənə” qaytarmağı öhtəsinə götürmüşdür. "xxxx" MMC-nin İddiaçı 21.12.2021-ci il tarixli cavab məktubundan görünür ki, MMCnin 19 yanvar 2015-ci il tarixli BAKU- 26153-10848 saylı kredit müqaviləsinə əsasən verilmiş kredit üzrə qalıq borcla bağlı heç bir iddia tələbi yoxdur və gələcəkdə də belə bir iddia tələbi irəli sürməyəcəkdir. İddiaçı tərəfindən "xxxx" MMC-nin rəhbərliyinə üvanlanmış 22.02.2022-ci il tarixli ərizəsinin surətindən görünür ki, o, onun adında qalan və silinməmiş ümumilikdə 1.981,74 (bir min doqquz yüz səksən bir dollar 74 sent) ABŞ dolları borcun 25 fevral 2022-ci il tarixinədək adından silib bu barədə Azərbaycan Kredit Bürosuna və ona məlumat verilməsini xahiş etmiş, əks halda onun adında qalan borcun silinməsi və borcun olmaması barədə məlumatın "xxxx" MMC-yə verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsi üçün məhkəməyə müraciət edəcəyini bildirmişdir. "xxxx" MMC-nin 22.12.2021-ci il tarixli, SF-24986 nömrəli çıxarışdakı “Borcalan aktiv öhdəlikləri” qrafasının 3.2-ci bəndindən görünür ki, İddiaçı "xxxx" MMC-yə 21.01.2015-ci il tarixli kredit müqaviləsinə əsasən yaranmış kreditin qalıq məbləği 1.981,74 ABŞ dolları təşkil edir. Kreditin verilmə tarixi – 21.01.2015-ci il, kreditin bitmə tarixi – 01.02.2018-ci ildir. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 528-ci maddəsinin tələbinə görə öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Mülki Məcəllənin 529.2-ci maddəsinə əsasən öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir. "xxxx"na (Büro) məlumatların təqdim edilməsi və Bürodan məlumatların əldə edilməsi” Qaydalarının 2.1, 4.1 və 4.2-ci bəndlərinə əsasən Büroya borc haqqında məlumatları məlumat təchizatçıları təqdim edirlər. Məlumat təchizatçıları Büroya təqdim edilən məlumatların dəqiqliyini təmin etməlidir. Büroda olan məlumatlara hər hansı düzəliş yalnız məlumat təchizatçılarının təqdim etdikləri məlumat və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən aparılır. “İnformasiya əldə etmək haqqında” Qanunun 2.4-cü maddəsinə əsasən fiziki şəxslərin özləri barəsindəki sənədləşdirilmiş informasiya ilə maneəsiz tanış olmaq, onu əldə etmək, bu informasiyada dəqiqləşdirmələr aparılmasını tələb etmək, informasiyadan kimlərin və hansı məqsədlə istifadə etdiyini öyrənmək hüququ vardır. Həmin Qanunun 10.4.8-ci maddəsinin tələblərinə görə informasiya sahibi həqiqətə uyğun olmayan, natamam və ya qeyri-dəqiq informasiya verməməli, şübhə yarandığı hallarda informasiyanın düzgünlüyünü və mötəbərliyini yoxlamalıdır. İş materiallarından göründüyü kimi, tərəflər kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinə girmişlər. Cavabdeh qalıq borcu tələb etməkdən imtina etməklə faktiki olaraq iddiaçı tərəfindən öhdəliyin icrası kimi təklif edilmiş natamam hərəkəti qəbul etmiş və kreditor kimi həmin hərəkəti öhdəliyin lazımınca icrası kimi təsdiq etmişdir. Bu hal iş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 21.12.2021-ci il tarixli kredit müqaviləsi üzrə borca dair iddia tələblərinin olmamasını əks etdirən məktubla təsdiq edilir. Lakin cavabdeh "TBC KREDİT” Bank Olmayan Kredit Təşkilatı MMC tərəflər arasındakı hüquq münasibətlərinə öhdəliyin lazımınca icrası nəticəsində xitam verilməsinə, Mülki Məcəllənin 385.2 və 425.2-ci maddələrində təsbit edildiyi kimi, icra ilə bağlı olmayan və bütün müqavilə tərəfləri üçün nəzərdə tutulan müqavilə münasibətlərindən sonra qarşı tərəfin hüquqlarına xüsusi qayğı göstərmək və öhdəliklərin icrasını pozacaq hərəkətlərə yol verməmək vəzifəsini daşımasına baxmayaraq, "xxxx" MMC-yə iddiaçının 19 yanvar 2015ci il tarixli BAKU1-26153-10848 saylı kredit müqaviləsi üzrə borcunun olmaması barədə məlumatı verməməklə və həmin borcu öz daxili kredit sistemindən silməməklə iddiaçının hüquqlarını pozmuşdur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı "TBC Kredit” Bank Olmayan Kredit Təşkilatı MMC ilə bağladığı 19 yanvar 2015-ci il tarixli BAKU1-26153-10848 saylı kredit müqaviləsi üzrə borcunun olmaması barədə "xxxx" MMCyə məlumat verilməsi və bu borcun öz daxili kredit sistemindən silinməsi vəzifəsi "TBC Kredit” Bank Olmayan Kredit Təşkilatı MMC-nin üzərinə qoyulmalıdır. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı "xxxx" MMC ilə bağladığı 19 yanvar 2015-ci il tarixli BAKU1-26153-10848 saylı kredit müqaviləsi üzrə borcunun "xxxx" MMC-nin daxili kredit sistemindən silinməsi və bu müqavilə üzrə borcunun olmaması barədə məlumatın "xxxx" MMC-yə verilməsi vəzifəsi "xxxx" MMC-yə həvalə edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-2173/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2173/2022
05.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver