Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2181/2020 28.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi İsmayılova Jalə İlham qızının katibliyi,iddiaçının nümayəndəsi (vəkili) X2, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdeh MTK-nə qarşı“mülkiyyət hüququ əsasında ona məxsus olan mənzildən onun, atasının və digər ailə üzvlərinin istifadə hüquqlarının həyata keçirilməsinə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, mülkiyyət hüququ əsasında ona məxsus olan ünvan 1 ünvanında yerləşən 4 otaqlı mənzildən onun, atası X6 və digər ailə üzvlərinin mülkiyyət və istifadə hüquqlarının həyata keçirilməsinə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi (vəkili) X4 iddianı müdafiə edərək izahatında göstərdi ki, ünvan 2 ünvanında yerləşən binanın 15-ci mərtəbəsində, ümumi sahəsi 183.1 kv.m, yaşayış sahəsi 109.3, yardımçı sahəsi 73.8 kv.metrdən ibarət olan 4 otaqlı mənzil Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz dövlət reyestri tərəfindən xx xxxx 2015-ci il tarixli verilmiş RX ******* saylı çıxarışa əsasən tam mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Mənzilin yerləşdiyi bina iddiaçının və digər payçıların sifarişləri əsasında podratçı tərəfindən inşa edilmiş, bina tikilib qurtarandan sonra mənzillər iddiaçıya və digər payçılara təhvil verilmiş, iddiaçı öz mənzilində əsaslı təmir işləri aparmış, mənzili öz şəxsi vəsaiti hesabına tam təmir etdirmişdir. Lakin mənzilin yerləşdiyi binanın Cavabdeh MTKnin sədri və qanuni təmsilçisi X7 qanuna zidd hərəkətlər edir, iddiaçının və ailə üzvlərinin mülkiyyət hüquqlarını pozur, müxtəlif qanunsuz üsullarla-gah liftin kartını dəyişdirir, gah giriş qapısının kodunu dəyişdirir, gah da iddiaçının və atası X6 avtomobilini binanın həyətinə buraxmırlar, bu kimi qanunsuz üsullarla mülkiyyət hüququ əsasında iddiaçıya və ailə üzvlərinə məxsus olan ünvan 3 ünvanında yerləşən 4 otaqlı mənzildən öz iradələrinə uyğun istifadə etməyə iddiaçıya və ailə üzvlərinə süni maneçilik yaradırlar. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda iddiaçının nümayəndəsi (vəkili) X4 iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı cavabdehin nümayəndəsi X8 iddianı qəbul etməyərək izahatında göstərdi ki, MTK ilə İddiaçı və eləcə də onun ailə üzvləri üçün mənzilinə gelibgetməsi, yaşaması barədə heç bir problem yoxdur. İddiaçı eləcə də onun ailə üzvləri üçün onun mənzilindən istifadəsinə əvvəlcədən də heç bir problem olmayıb, indi də onların öz mənzillərinə gedib-gəlməsi və yaşaması üçün heç bir maneçilik yoxdur. O ki qaldı 3 il yarımdır ki, iddiaçının yaşadığı mənzilin kommunal xidmətlərə görə yaranan borcunu ödəmir, bildirdi ki, bu məsələnin mənzildən istifadə hüquqlarına heç bir aidiyyəti yoxdur. Bu məsələnin tamamilə başqa bir hissədir. Sonda cavabdehin nümayəndəsi X8 iddianın rədd edilməsini xahiş etdi. Azərbaycan RespublikasınınMPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. HəminMəcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rəddedilməlidir. Belə ki, iş materiallarında olanAzərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, ev 40a, 183.1 kv.m ümumi, 109.3 kv.m yaşayış sahəsi, 78.9 kv.m yardımçı sahədən ibarət 4 otaqlı 100 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 2344 nömrəli reyestr kitabının 218251 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Nəsimi RPİ-nin 22-ci PŞ-nin xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, İddiaçı xx xxxxxx 2019-cu il tarixdə saat 11:55 radələrində Nəsimi rayonu, Xətai pr-ti 40A ünvanında binanın İİ girişində dəhlizdə sağ əli ilə yumruq zərbəsi ilə X1 sifət nahiyyəsinə vuraraq xəsarət yetirdiyinə görə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinərək 300 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı polis mayoru Samir Ələkbərovun xx xxxxxx 2019-cu il tarixli qərarın surətindən görünür ki, xx xxxxxx 2019-cu il tarixdə İddiaçı DİN-nin 102 xidmətinə zəng edərək naməlum şəxs tərəfindən döyüldüyünü bildirmişdir. Həmin məlumat Nəsimi RPİ-nin 22-ci PŞ-nin “törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı” kitabında 1945 nömrəsi ilə qeydiyyata alınaraq araşdırma aparılmış və cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 152-ci maddəsində mülkiyyət hüququ mülkiyyətçiyə özünə mənsub olan əmlaka öz istədiyi kimi sahiblik, istifadə və sərəncam verməsi kimi ifadə edilmiş və həmin hüquqların leqal anlayışları verilmişdir. Həmin maddəyə müvafiq olaraq sahiblik hüququ – əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin, istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin, sərəncam hüququ isə əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 178.8-ci maddəsinə görə, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı çıxarışa əsasın Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, ev 40a, 183.1 kv.m ümumi, 109.3 kv.m yaşayış sahəsi, 78.9 kv.m yardımçı sahədən ibarət 4 otaqlı 100 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 2344 nömrəli reyestr kitabının 218251 nömrəli vərəqində qeydiyyata alınmışdır. Hazırda iddiaçı məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən 4 otaqlı mənzildən onun, atası X6 və digər ailə üzvlərinin mülkiyyət və istifadə hüquqlarının həyata keçirilməsinə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılmasını xahiş etmişdir. Lakin cavabdeh tərəfindən iddiaçının, atası X6 və digər ailə üzvlərinin mülkiyyət və istifadə hüquqlarının həyata keçirilməsinə yaradılan maneələrin aradan qaldırılması müəyyən edilməmiş və iddiaçı buna dair məhkəməyə heç bir mötəbər sübut təqdim etməməmişdir. Halbuki, həmin halları sübut etmək vəzifəsi MPM-nin 77.1-ci maddəsinə əsasən məhz onun üzərinə düşür. Eyni zamanda iş üzrə Cavabdeh MTK-nın nümayəndəsi X8 məhkəmə iclasında MTK ilə İddiaçı və eləcə də onun ailə üzvləri üçün mənzilinə gelib-getməsi, yaşaması barədə heç bir problem olmadığını, İddiaçı eləcə də onun ailə üzvləri üçün onun mənzilindən istifadəsinə əvvəlcədən də heç bir problem olmadığını, indi də onların öz mənzillərinə gedib-gəlməsi və yaşaması üçün heç bir maneəçilik olmadığını bildirmişdir. Odur ki, İddiaçı Cavabdeh MTK-nə qarşı “mülkiyyət hüququ əsasında ona məxsus olan mənzildən onun, atasının və digər ailə üzvlərinin istifadə hüquqlarının həyata keçirilməsinə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh MTK-nə qarşı “mülkiyyət hüququ əsasında ona məxsus olan mənzildən onun, atasının və digər ailə üzvlərinin istifadə hüquqlarının həyata keçirilməsinə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra bir ay müddətində Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-2181/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2181/2020
28.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver