Məhkəmə qərarları › İş №2(006)-2185/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2185/2020

08.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2185/2020 08.06.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, x14 oğlunun katibliyi, İddiaçı nümayəndəsi x4 iştirakıilə İddiaçı cavabdehlər "Finca Azerbaijan" MM x5 və Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı "kompensasiyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "Finca Azerbaijan" MM x5 və Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı "kompensasiyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh “FİNCA Azerbaijan” x11x12 Lerik filialı ilə bağlanmış 18 sentyabr 2015-ci il tarixli, **********1836 nömrəli kredit müqaviləsi ilə 18 ay müddətinə 4500 ABŞ dolları məbləğində kredit götürmüşdür. İddiaçı cavabdehdən kredit götürərkən 18 sentyabr 2015-ci il tarixdə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq 1 ABŞ (USD) dollarının Azərbaycan manatına nisbət dəyəri 1,05 manat təşkil edirdi və həmin məzənnə ilə 4500 ABŞ dolları 4725 manata bərabər idi. İddiaçının hər ay üçün ödəniş məbləği 315 manat olmaqla, 300 ABŞ dolları təşkil etməli idi. İddiaçı 18 sentyabr 2015-ci il tarixli, **********1836 nömrəli kredit müqaviləsi üzrə aylıq kredit ödənişlərini oktyabr 2015-ci ildən ödəməyə başlamışdır. İddiaçı 07 oktyabr 2015-ci ildə 217,40 ABŞ dolları məbləğində əsas məbləğ, 88 ABŞ dolları faiz məbləği olmaqla, 305,40 ABŞ dolları (320,67 manat), 10 noyabr 2015-ci ildə 208,21 ABŞ dolları məbləğində əsas kredit məbləği, 87 ABŞ dolları faiz məbləği olmaqla, 295,21 ABŞ dolları (309,97 manat), 07 dekabr 2015-ci ildə 220,03 ABŞ dolları məbləğində əsas kredit məbləği və 80,00 ABŞ dolları faiz məbləği olmaqla 300,03 ABŞ dolları (318,18 manat) miqdarında, 3 ay üçün isə cəmi 645,64 ABŞ dolları miqdarında əsas kredit borcu və 255 ABŞ dolları miqdarında faiz borcu olmaqla, cəmi 900,64 ABŞ dolları (945,67 manat) ödəmişəm. 2015-ci il dekabr ayının 21-də devalvasiya baş verdi. Azərbaycan manatı dəyər itirdi və Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq 1 ABŞ dollarının (USD) Azərbaycan manatına nisbət dəyəri 1,7 manatadək qalxdı. İddiaçı fiziki şəxs kimi 18 sentyabr 2015-ci il tarixli, **********1836 nömrəli kredit müqaviləsinə əsasən xarici valyutada olan kredit üzrə maliyyə itkisi ilə qarşılaşdı. İddiaçının 21 dekabr 2015-ci il tarixədək cavabdeh “FİNCA Azerbaijan” Məhdud Məsuliyyətli x8 ilə bağlanmış 18 sentyabr 2015-ci il tarixli, **********1836 nömrəli kredit müqaviləsinə əsasən xarici valyutada- ABŞ dolları ilə (USD) olan əsas kredit üzrə borc qalığı 3854,36 ABŞ dolları (USD) və əvvəlki məzənnə ilə 4047,8 manat təşkil edirdi, lakin 21 dekabr 2015-ci ildə baş vermiş devalvasiya ilə bağlı 1 ABŞ dollarının (USD) Azərbaycan manatına nisbət dəyəri 1,7 manatadək qalxması ilə əlaqədar 3854,36 ABŞ dolları (USD) məbləğində kredit qalıq borcunun Azərbaycan manatı ilə dəyəri 6552,41 manata bərabər oldu və 2505 manat artdı. İddiaçı 2016-cı ilin yanvar ayından başlayaraq, **********1836 nömrəli kredit müqaviləsi üzrə cavabdeh “FİNCA Azerbaijan” Məhdud Məsuliyyətli x2 Lerik filialına xarici valyutada olan əsas kredit borc qalığını 1 ABŞ dollarının Azərbaycan manatına nisbət dəyəri 1,7 manat olmaqla maliyyə itkisinə məruz qalmaqla ödəməyə başladı. İddiaçı 08 yanvar 2016-ci ildə 300,47 ABŞ dolları (USD), fevral- may 2016-cı illərdə hər ay üçün 300,00 ABŞ dolları (USD) olmaqla 5 ay ərzində cəmi 1500,47 ABŞ dolları (USD) məbləğində krediti devalvasiya nəticəsində baş vermiş artımla ödəmişdir. 25 may 2016-cı il tarixdə cavabdeh “FİNCA Azerbaijan” Məhdud Məsuliyyətli x2 Lerik filialı ilə bağlanmış 18 sentyabr 2015-ci il tarixli, **********1836 nömrəli kredit müqaviləsinin Restrukturizasiyasına dair Saziş imzalamışdır. Həmin Sazişin 1-ci bəndinə əsasən iddiaçının cavabdeh “FİNCA Azerbaijan” Məhdud Məsuliyyətli x5 qalıq əsas borcu 25 may 2016-cı il tarixə 2692,00 ABŞ dolları (USD) təşkil etmişdir. Onlar 2692,00 ABŞ dolları (USD) məbləğində əsas qalıq borcunu 10 ay ərzində 6,30% dərəcəsi ilə ödəməklə bağlı razılığa gəlmişlər. İddiaçı 17 iyun 2016-cı ildə 280 ABŞ dolları (USD), 18 iyun 2016-cı ildə 280 ABŞ dolları (USD), 08 avqust 2016-cı ildə 2100 ABŞ dolları (USD), 09 yanvar 2017- ci ildə 5,64 ABŞ dolları (USD) və 108,64 ABŞ dolları (USD) olmaqla, cəmi 2774,28 ABŞ dolları (USD) məbləğində əsas borc və faiz məbləğini ödəyərək, cavabdeh “FİNCA Azerbaijan” Məhdud Məsuliyyətli x8 ilə bağlanmış 18 sentyabr 2015-ci il tarixli **********1836 nömrəli kredit müqaviləsi üzrə borc öhdəliyinə 09 yanvar 2017-ci ildə xitam vermişdir. “FİNCA Azerbaijan” x11- x12 Lerik filialı fəaliyyətini 2017-ci ilin ortalarından dayandırmışdır. Hüquqi şəxsin filiallarının öhdəliklərinə görə hüquqi şəxs özü- FİNCA Azerbaijan” Məhdud Məsuliyyətli x8 məsuliyyət daşıyır. Dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidenti tərəfindən “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərman imzalanmışdır. Həmin Fərmanın 1-ci və 1.2-ci bəndinin tələblərinə görə 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-i tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilməsi müəyyən edilmişdir. Həmin Fərmanın 2-ci bəndinin tələblərinə əsasən Fərmanın 1-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilməli, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilməlidir. Azərbaycan Respublikası Prezidentin “Maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi haqqında” 28 noyabr 2019-cu il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Maliyyə x6 ləğv edilmişdir və Azərbaycan Respublikasının qanunlarında maliyyə bazarlarına nəzarət orqanının müəyyən edilmiş səlahiyyətləri, o cümlədən onun maliyyə xidmətləri bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət, investorların və maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifə və hüquqları, habelə əmlakı Azərbaycan Respublikasının Mərkəzi Bankına verilmişdir. Azərbaycan Respublikasının Maliyyə x1 ləğv edilməsi ilə bağlı onun istehlakçıların hüquqlarının qorunması sahəsində öhdəliklərinə görə ikinci cavabdeh kimi Azərbaycan Respublikasının Mərkəzi Bankı məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Maliyyə x6 27 mart 2019-cu il tarixdə “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nı təsdiq etmişdir. Bu Qayda fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri, habelə kredit borclarının restrukturizasiyası ilə bağlı digər məsələləri müəyyən edir. Beləliklə, cavabdeh “FİNCA Azerbaijan” Məhdud Məsuliyyətli x8 “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanının icrası ilə əlaqədar fiziki şəxslərin siyahısını tərtib edərək ikinci cavabdeh Azərbaycan Respublikasının Maliyyə x3 təqdim edərkən səhlənkarlığa yol verərək iddiaçının 18 sentyabr 2015-ci il tarixli, **********1836 nömrəli kredit müqaviləsi ilə cavabdehdən 18 ay müddətinə 4500 ABŞ dolları məbləğində kredit götürdüyünü, Fərmanın 1-ci və 1.2-ci bəndinin tələblərinə uyğun olaraq 4500 ABŞ dolları miqdarında olan əsas kredit borcunun 21 dekabr 2015-ci il tarixinə- devalvasiya ilə bağlı manatla artmış hissəsini- 3854,36 ABŞ dolları (USD) 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi qiymətləndirilməklə devalvasiya nəticəsində xarici valyutada olan əsas kredit borcunun artım hissəsi üzrə yaranmış fərqinin (artan məzənnə fərqi) 2312,62 manat təşkil etdiyini, həmin məzənnə fərqinin yanvar 2016-yanvar 2017-ci illərdə iddiaçı tərəfindən maliyyə itkisinə məruz qalmaqla cavabdehə tam şəkildə ödənildiyini nəzərə almamış və cavabdehin qanunsuz hərəkətləri nəticəsində iyun 2019-cu ildə iddiaçıya dövlət vəsaiti hesabına 2312,62 manat miqdarında kompensasiya ödənilməmişdir. İddiaçı 2019-cu ilin iyul-sentyabr aylarında cavabdehə müraciət etsə də, cavabdeh “FİNCA Azerbaijan” Məhdud Məsuliyyətli x8 hərəkətsizlik nümayiş etdirərək pozulmuş hüquqların bərpasını təmin etməmiş, iddiaçıya kompensasiyanın ödənilməsi üçün heç bir tədbir görməmişdir. İddiaçı 2019-cu ilin oktyabr ayında ikinci cavabdeh kimi Azərbaycan Respublikasının Maliyyə x3 müraciət etdi. Azərbaycan Respublikasının Maliyyə x6 01 noyabr 2019-cu il tarixli, ********** nömrəli məktubla cavabdeh “FİNCA Azerbaijan” Məhdud Məsuliyyətli x8 tərəfindən onunla bağlanmış 4500 ABŞ dolları məbləğində 18 sentyabr 2015-ci il tarixli **********1836 nömrəli kredit müqaviləsi üzrə məlumatların elektron reyestrə və elektron siyahıya daxil edilmədiyini və bununla əlaqədar ona kompensasiya ödənişinin həyata keçirilmədiyini bildirərək məhkəməyə müraciət etməyini məsləhət görmüşdür. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanının icrası ilə əlaqədar cavabdehlər “FİNCA Azerbaijan” Məhdud Məsuliyyətli x2 Lerik filialı ilə bağlanmış 18 sentyabr 2015-ci il tarixli, **********1836 nömrəli kredit müqaviləsi üzrə 3854,36 ABŞ dolları (USD) əsas kredit borc qalığını 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi qiymətləndirilməklə 2312,62 manat miqdarında kompensasiyanın cavabdehlər “FİNCA Azerbaijan” Məhdud Məsuliyyətli x8 və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən dövlət vəsaiti hesabına iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2185/2020 saylı, 08.06.2020-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər "Finca Azerbaijan" MM x5 və Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı "kompensasiyanın ödənilməsi" tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə icraata “Azərbaycan Respublikasının Mərkəzi Bankının üzərinə kompensasiya ödənilməsi öhdəliyinin qoyulması”na aid olan hissədə xitamverilməsi qərara alınmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi x9 iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh "Finca Azerbaijan" MM x2 nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq belə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, "Finca Azerbaijan" MM x8 ilə İddiaçı arasında bağlanmış 18.09.2015-ci il tarixli, **********1836 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən İddiaçı illik 23,5 faiz ödənilməsi şərti ilə 18 ay müddətinə 4500 ABŞ dolları məbləğində kredit verilmişdir. İşin materiallarında olan "Finca Azerbaijan" MM x8 ilə İddiaçı arasında 25.05.2016cı il tarixdə bağlanmış 18.09.2015-ci il tarixli, **********1836 saylı kredit müqaviləsinin restrukturizasiyasına dair sazişə əsasən kredit şərtlərinə edilərək, kreditin müddəti 10 ay müddətədək uzadılmış, kredit müqaviləsi üzrə qalıq borc 2692 ABŞ dolları müəyyən edilmişdir. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanı (Fərman) fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə hazırlanmışdır. Fərmanın icrasını təmin etmək məqsədilə, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla 27 mart 2019-cu il tarixdə ********** nömrəli Qərarla Palata tərəfindən “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası” təsdiq edilmişdir. Fərmanın 1-ci hissəsinə əsasən devalvasiyaların baş verdiyi tarixlərə (21.02.2015ci və 21.12.2015-ci il tarixlərə) fiziki şəxslərin banklara 10.000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsinə kompensasiyaların verilməsi, habelə 01 mart 2019-cu il tarixinə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 ABŞ dollaradək (və ya eyni ekvivalentdə digər xarici valyutada), milli valyutada isə 17.000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası nəzərdə tutulmuşdur. Fərmanın 3.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Maliyyə x6 tərəfindən bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləği, ödəniş ediləcək fiziki şəxslərin siyahısı və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləği qırx beş gün müddətində müəyyən edilməli və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qüvvədə olan qanunvericiliyə əsasən ödəniş ediləcək fiziki şəxslərin siyahısının və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin (kompensasiyanın) məbləğinin müəyyən edilməsi Azərbaycan Respublikasının Maliyyə x1 (hazırda Mərkəzi Bankın) səlahiyyətinə aid edilmişdir. Banklar isə Palatanın (hazırda Mərkəzi Bankın) müəyyən etdiyi pul məbləğini siyahıya alınmış şəxslərə ödənilməsini təmin edirlər. Beləliklə, kompensasiyanın məbləğini və ödəniləcək şəxslərin siyahısını Banklar müəyyən etmirlər. Buna görə də məhkəmə hesab edir ki, iddia "Finca Azerbaijan" MM x5 münasibətdə təmin edilməməlidir. Məhkəmə iddia tələblərinə qeyd olunan maddi hüquq normalarını tətbiq edərək, belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh "Finca Azerbaijan" MM x5 qarşı "kompensasiyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "Finca Azerbaijan" MM x5 qarşı "kompensasiyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar