Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-22/2020 09.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Ağayev Cavad Elşad oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı «xxxxxxxxxx» ASC-nin Cavabdeh qarşı «kredit müqaviləsi üzrə borcun tutulması və ipoteka predmeti olan avtomobilə yönəldilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxxxxxxxx» ASC Cavabdeh qarşı «kredit müqaviləsi üzrə borcun tutulması və ipoteka predmeti olan avtomobilə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 8.093 ABŞ dolları 98 sent əsas borc, 862 ABŞ dolları 38 sent faiz, 2.919 ABŞ dolları 65 sent cərimə olmaqla, cəmi 11.875 ABŞ dolları 92 sent pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh iddiaçı «xxxxxxxxxx» ASCnin xeyrinə tutulması; həmin borcun girov qoyulmuş, Cavabdeh məxsus olan «Nissan Qashqai» markalı, açıq gümüşü rəngli, SJNFBNJ10Z2379608 ban nömrəli, 2011-ci il buraxılışlı, ** RV *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilərək, həmin əmlak hesabına iddiaçı «xxxxxxxxxx» ASC-yə ödənilməsi; ipoteka predmeti borcun ödənilməsinə kifayət etmədikdə qalan hissənin cavabdehə məxsus digər daşınar və daşınmaz əmlaklara yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, iddiaçı «xxxxxxxxxx» ASC Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, 6.578 ABŞ dolları 98 sent əsas borc, 900 ABŞ dolları 69 sent faiz, 2.919 ABŞ dolları 65 sent cərimə olmaqla, cəmi 10.399 ABŞ dolları 32 sent pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh iddiaçı «xxxxxxxxxx» ASC-nin xeyrinə tutulması; həmin borcun girov qoyulmuş, Cavabdeh məxsus ipoteka predmeti olan «Nissan Qashqai» markalı avtomobilə yönəldilərək, həmin əmlak hesabına iddiaçı «xxxxxxxxxx» ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «xxxxxxxxxx» ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, «xxxxxxxxxx» ASC-nin «Binəqədi» filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 755/f- 14 saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 18 % olmaqla 30 ay müddətinə 12.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi bankın «Binəqədi» filialı ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixli 755/f-14 saylı ipoteka müqaviləsi bağlanmış, həmin müqaviləyə görə cavabdeh özünə məxsus olan «Nissan Qashqai» markalı, açıq gümüşü rəngli, SJNFBNJ10Z2379608 ban nömrəli, 2011-ci il buraxılışlı, ** RV *** dövlət qeydiyyat nişanlı avtomobilini ipoteka qoymuşdur. Girov müqaviləsinin qeydiyyatı haqqında Azərbaycan Respublikası DİN BDYPİ-dən alınmış AA seriyalı 128063 saylı çıxarış banka təqdim edilmişdir. Cavabdeh xx.xx.2017-ci il tarixədək əsas borc və faiz üzrə bütün öhdəliklərini tam yerinə yetirməli olduğu halda, əsas borcdan 3.906 ABŞ dolları 02 sent, faizdən isə 2.997 ABŞ dolları 98 sent ödəniş etmişdir. Hazırda cavabdehin «xxxxxxxxxx» ASC-yə olan borcu 8.093 ABŞ dolları 98 sent əsas borc, 862 ABŞ dolları 38 sent faiz, 2.919 ABŞ dolları 65 sent cərimə olmaqla, cəmi 11.875 ABŞ dolları 92 sent təşkil edir. Bununla əlaqədar cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə, mübahisənin məhkəmədən kənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq, heç bir nəticə əldə edilməmişdir. Göstərilənlərə müvafiq olaraq kredit müqaviləsi üzrə öhdəliyi yerinə yetirmədiyi üçün cavabdehdən müqavilə üzrə 8.093 ABŞ dolları 98 sent əsas borc, 862 ABŞ dolları 38 sent faiz, 2.919 ABŞ dolları 65 sent cərimə olmaqla, cəmi 11.875 ABŞ dolları 92 sent pul vəsaiti alınaraq «xxxxxxxxxx» ASC-yə qaytarılmalıdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 2.6-cı bəndinə əsasən borc alan tərəfindən kredit müqaviləsi üzrə borcunun ödənilməsi kredit müqaviləsinin tərkib hissəsi olan ödəniş qrafikinə əsasən ödəyir. Müqavilənin tələbinə görə borc alan banka kreditdən istifadəyə görə illik 18 %, kreditin və ona hesablanmış faizlərin qaytarılma müddətini pozduğu halda isə 36 % cərimə ödəyir. Müqavilənin 3.15-ci bəndinə əsasən borc alan kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini yerinə yetirməzsə filial verilmiş kreditin vaxtından əvvəl qaytarılmasını tələb edə və borc tələbini banka girov qoyulmuş avtomobilə yönəldə bilər. Müqavilənin 3.1.2-ci bəndinə əsasən borc alanın kredit üzrə yaranan əsas borcu və faizi vaxtında ödəməzsə borcun dərhal qaytarılmasını (məhkəmə qaydasında) tələb etmək hüququ vardır. Tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli 755/f-14 saylı ipoteka müqaviləsinin 1.2-ci bəndinə əsasən ipoteka qoyana veriləcək kreditin və hesablanacaq faizlərin ödənilməsi bu müqavilə üzrə ipoteka predmeti olan cavabdehə məxsus «Nissan Qashqai» markalı, açıq gümüşü rəngli, SJNFBNJ10Z2379608 ban nömrəli, 2011-ci il buraxılışlı, ** RV *** dövlət qeydiyyat nişanlı avtomobil ilə təmin edilir. Müqavilənin 2.1.3-cü bəndinə əsasən ipoteka qoyan öz vəzifələrini icra edə bilmədiyi halda ipoteka saxlayan ipoteka predmetinin ona verilməsini tələb edə bilər (məhkəmə qaydasında). Müqavilənin 2.1.7-ci bəndinə əsasən ipoteka qoyulmuş avtomobilin satışından əldə edilən vəsait ipoteka saxlayanın tələblərini tam ödəmədikdə qalan məbləğin ipoteka qoyanın digər əmlakları hesabına ödənilməsini tələb edə bilər. Müqavilənin 4.1-ci bəndinə əsasən ipoteka qoyan kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayan özünün tələbinin ödənilməsi üçün məhkəməyə müraciət etmədən ipoteka predmetinə tutma yönəldə bilər. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən ipoteka qoyanın əsas öhdəliyini, yaxud onun bir hissəsini vaxtında icra etməməsi və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətini ardıcıl olaraq iki dəfə pozması ipoteka predmetinə tutmanın yönəldilməsi anı hesab olunur. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdeh tərəfindən qismən ödəniş əməliyyatı aparılmış və hazırki vaxta cavabdehin banka əsas borca görə 2906,83 ABŞ dolları və dəbbə pulu olaraq 2919,65 ABŞ dolları, cəmi 5826,48 ABŞ dolları ödənilməmiş borcu qalmışdır. Bu barədə maliyyə arayışı təqdim etdi. Məhkəmədən qeyd olunan maliyyə arayışını nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2014-cü il tarixli 755/f-14 saylı kredit müqaviləsindən görünür ki, «xxxxxxxxxx» ASC-nin «Binəqədi» filialı tərəfindən Cavabdeh 30 ay müddətinə illik 18 faiz ödəmək şərti ilə 12.000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli 14237 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan ödənişləri özündə əks etdirən hesabdan çıxarış məlumatları, xx.xx.2014-cü il tarixli 755/f-14 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla, Cavabdeh iddiaçı «xxxxxxxxxx» ASC-yə borcu xx.xx.2017-ci il tarixə (sualda göstərilən tarix) 7.039 ABŞ dolları 46 sent məbləğində müəyyən edilir, o cümlədən: xx.xx.2017-ci il tarixə Əsas borc üzrə – 6.884 ABŞ dolları 52 sent; Faiz üzrə – 154 ABŞ dolları 94 sent. Tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə təqdim edilmiş hesabdan çıxarış məlumatlarına əsasən bank tərəfindən, kredit ödənişlərinin gecikdirilməsinə görə cərimə hesablanmamışdır. Bu səbəbdən, hazırkı tədqiqatla cərimə hesablanmamışdır. Bundan başqa hesabdan çıxarışa əsasən xx.xx.2017-ci il tarixdən (sualda göstərilən tarix) sonra xx.xx.2014-cü il tarixli 755/f-14 saylı kredit müqaviləsi üzrə 4.115 ABŞ dolları məbləğində ödəniş edilmişdir. Hazırkı tədqiqatla sonradan ödənilən 4.115 ABŞ dolları nəzərə alınmadı. Aparılmış tədqiqatın dəyəri 145 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh qeyd edilən kredit müqaviləsi üzrə iddiaçıdan 12.000 ABŞ dolları məbləğində kredit almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. xx.xx.2014-cü il tarixli 755/f-14 saylı ipoteka müqaviləsindən görünür ki, yuxarıda qeyd olunan kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh iddiaçı ilə ipoteka müqaviləsi bağlayaraq, özünə məxsus olan, «Nissan Qashqai» markalı, açıq gümüşü rəngli, SJNFBNJ10Z2379608 ban nömrəli, 2011-ci il buraxılışlı, ** RV *** dövlət qeydiyyat nişanlı avtomobili banka ipoteka qoymuşdur. İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən xx.xx.2014-cü il tarixli AA seriyalı 128063 saylı çıxarışdan görünür ki, xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsi qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçirilmişdir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.1, 34.1.2-ci maddələrinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Göründüyü kimi, borclu Cavabdeh icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmiş və ipoteka saxlayan «xxxxxxxxxx» ASC ipoteka ilə yüklü edilmiş avtomobili açıq hərracdan satmaq hüququna əsasən məhkəməyə müraciət etmişdir. Bildirişdən görünür ki, «xxxxxxxxxx» ASC pretenziya qaydasına riayət edərək, Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Ödəniş tapşırığından görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, bütün ödənişlər və ekspert rəyində qeyd edilənlər nəzərə alınmaqla 2.906 ABŞ dolları 83 sent əsas borc və 300 ABŞ dolları cərimə olmaqla, 3.206 ABŞ dolları 83 sent ödəniş anı üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh iddiaçı «xxxxxxxxxx» ASC-nin xeyrinə tutulmalı, tələb ipoteka predmeti olan «Nissan Qashqai» markalı, açıq gümüşü rəngli, SJNFBNJ10Z2379608 ban nömrəli, 2011-ci il buraxılışlı, ** RV *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməli, avtomobil açıq hərracdan satılmalı, satışdan əldə olunan vəsait hesabına ümumi borc məbləği «xxxxxxxxx» ASC-yə ödənilməli, «xxxxxxxxxx» ASC-nin tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh qaytarılmalı, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalıq borc Cavabdeh tutularaq «xxxxxxxxxx» ASC-yə ödənilməlidir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 145 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 2.906 ABŞ dolları 83 sent əsas borc və 300 ABŞ dolları cərimə olmaqla, 3.206 ABŞ dolları 83 sent ödəniş anı üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh iddiaçı «xxxxxxxxxx» ASC-nin xeyrinə tutulsun. Tələb ipoteka predmeti olan «Nissan Qashqai» markalı, açıq gümüşü rəngli, SJNFBNJ10Z2379608 ban nömrəli, 2011-ci il buraxılışlı, ** RV *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilsin. Avtomobil açıq hərracdan satılsın. Satışdan əldə olunan vəsait hesabına ümumi borc məbləği «xxxxxxxxx» ASC-yə ödənilsin. «xxxxxxxxxx» ASC-nin tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh qaytarılsın. Satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalıq borc Cavabdeh tutularaq «xxxxxxxxxx» ASC-yə ödənilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 145 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-22/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-22/2020
09.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver