Məhkəmə qərarları › İş №2(006)-2203/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(006)-2203/2021

18.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Bakı şəhəri İş № 2(006)-2203/2021 18.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlu, Kreditor Borclu qarşı «borc tələbi» barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Kreditorun məhkəməyə təqdim etdiyi məhkəmə əmrinin verilməsinə dair ərizədən və ərizəyə əlavə edilən sənədlərdən görünür ki, satıcı Kreditor ilə Borclu arasında bağlanmış xx.xx.2018-ci il tarixli 0324/18 nömrəli Nisyə satış müqaviləsinə əsasən Alıcıya 650 (altı yüz əlli) manat dəyərində olan, ilkin ödənişsiz, 1 ədəd Honor markalı 8X modelli mobil telefonu 3 (üç) ay müddətinə nisyə satmışdır. Nisyə satış müqaviləsinin şərtləri borclu tərəfindən əməl edilməmiş, öhdəliyi vaxtında və lazımi qaydada icra etməyərək (hər ay 166.67 manat) nəticədə onun kreditor qarşısında öhdəliyi yaranmışdır. Borclu dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq öhdəliyini yerinə yetirməmişdir. Beləliklə, Borclu xx.xx.2018-ci il tarixli 0324/18 nömrəli Nisyə satış müqaviləsi üzrə borcu 650 (altı yüz əlli) manat əsas və cərimə borcu 20 (iyirmi) manat olmaqla cəmi 670 (altı yüz yetmiş) manat təşkil edir. Odur ki, borcludan 650 (altı yüz əlli) manat əsas və cərimə borcu 20 (iyirmi) manat olmaqla cəmi 670 (altı yüz yetmiş) manat məbləğin, habelə dövlət rüsumu əvəzi olaraq ödənilmiş 20,40 manat məbləğinin Kreditor ödənilməsi barədə məhkəmə əmrinin çıxarılması zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa bu halda məhkəmə əmri verilə bilər. Ərizəyə əlavə olunmuş sənədlərlə Kreditor tələbinin aşkar olduğu və həmin tələbin borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Tələb sadə yazılı formada bağlanmış əqdə əsaslandığından həmin tələb üzrə məhkəmə əmri verilməsini mümkün hesab edirəm. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 275, 276, 280, 281 və 282-ci maddələrini rəhbər tutaraq, ƏMR ETDİ: ünvan 1 ünvanında qeydiyyatda olan, xx.xx.1986-ci ildə Bakı şəhərində anadan olmuş Borclu Kreditor xeyrinə 650 (altı yüz əlli) manat əsas borcun, 20 AZN (iyirmi manat) cərimə borcun və 20,4 AZN (iyirmi manat, qırx qəpik) məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 690,4 AZN (altı yüz doxsan manat, qırx qəpik) məbləğində pul tutulsun. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Məhkəmə əmri icra sənədi hesab olunur. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar