Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2222/2021 01.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi və vəkili X2 oğlunun iştirakları ilə İddiaçı Cavabdeh qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı direktoru olduğu «xxxx» MMC-nin mülkiyyətində olan və qanuni əsaslarla idarə etdiyi «Mercedes Benz S500» minik markalı, 10AS621 dövlət qeydiyyat nişanlı avtomobili ilə 08.12.2020-ci il tarixdə saat 18.00 ilə 19.00 radələri arasında Bakı şəhəri, Bülbül prospektində hərəkətdə olarkən Füzuli küçəsində svetoforun və ya nizamlayıcının qadağanedici işarəsində dayanmışdır. Daha sonra svetoforun yaşıl işığı yandıqda hərəkətə keçərkən Cavabdeh «Hyundai Sonata» minik markalı 90FG096 dövlət qeydiyyat nişanlı avtomobili ilə nizamlayıcının qadağanedici işarəsində hərəkəti davam etdirməsi nəticəsində toqquşmuşdur. Qeyd olunan hadisə cavabdehin iddiaçının idarə etdiyi nəqliyyat vasitəsinə toqquşması nəticəsində iddiaçı da özündən sol tərəfdə yerləşən daha iki avtomobillə – X3 tərəfindən idarə olunan «Opel» markalı, 99GE016 dövlət qeydiyyat nişanlı avtomobillə, o da X4 tərəfindən idarə olunan «Lifan» markalı, 90UP837 dövlət qeydiyyat nömrəli avtomobillə toqquşmuşdur. Beləliklə, hər iki avtomobil zədələnmiş və sahiblərinə maddi ziyan dəymişdir. Hadisə ilə bağlı Bakı şəhəri DYPİ Yol Patrul Xidmətinin baş inspektoru polis baş leytenantı X5 tərəfindən Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən TP ******* saylı protokol tərtib edilmiş və ******* saylı qərar qəbul olunmuşdur. Həmçinin DYPİ Yol Patrul Xidmətinin baş inspektoru polis baş leytenantı X6 tərəfindən nəqliyyat vasitələrinin zədələnməsi barədə 09.12.2020-ci il 040224 saylı arayış tərtib olunmuşdur. Həmin arayış iddiaçı tərəfindən cavabdehin avtomobilinin icbari sığorta olunduğu «xxxx» Sığorta Şirkətinə təqdim edilmiş və baş vermiş sığorta hadisəsi nəticəsində Sığorta Şirkəti tərəfindən iddiaçıya 3586,54 manat məbləğində pul vəsaiti ödənilmişdir. Belə ki, sığorta hadisəsi nəticəsində icbari sığorta müqaviləsinə uyğun olaraq ödənilməli olan cəmi 5000 manat məbləğində pul vəsaiti hadisədən zədələnmiş hər üç avtomobilin sahiblərinə ödənilmişdir. Lakin iddiaçının avtomobili daha çox zədələndiyindən, ona dəymiş maddi ziyan da daha çox olmuş və sığorta şirkəti tərəfindən ödənilmiş vəsait ona vurulmuş ziyandan aşağı məbləğdə olmuşdur. Belə ki, iddiaçı avtomobilini «Hyundai Gənclik» Servis Departamentdə təmir etdirmiş və təmirlə bağlı servis xidməti tərəfindən xəsarət almış avtomobilin təmiri ilə bağlı görülmüş işlərə və dəyərinə dair arayış təqdim edilmişdir. Həmin servis xidmətinin arayışından da görünür ki, iddiaçının avtomobilinin zədələnməsi nəticəsində avtomobilin təmiri üçün ödənilmiş məbləğ 12410 manat olmuşdur. Bundan başqa, qeyd olunan avtonəqliyyat hadisəsi baş verən tarixdən etibarən bir ay ərzində iddiaçı günlük avtomobil kirayəyə götürmüş, kirayənin hər günü üçün 50 manat ödəniş etmişdir. Nəzərə alsalar ki, cavabdehin yuxarıda qeyd olunan inzibati xəta hadisəsini törətməsi səbəbindən iddiaçı avtomobil kirayəyə götürməyə məcbur olmuşdur, belə olan halda iddiaçının kirayə avtomobil üçün ödədiyi vəsait də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Qanunvericilikdən də göründüyü kimi zərərvuran şəxs vurulmuş zərərin əvəzini ödəməlidir. Hazırki halda da yol hərəkəti qaydalarını pozaraq, qeyd olunan avtonəqliyyat hadisəsinin törədilməsində və iddiaçıya zərərin vurulmasında təqsirli olaraq zərərvuran şəxs Cavabdehdir. Onun təqsiri inzibati xəta barədə tərtib olunmuş protokol, qərar və arayışla təsdiq olunur. İddiaçı hesab edir ki, avtomobilin xəsarət alması nəticəsində iddiaçıya dəymiş zərər 8823,46 manat (12410-3586,54=8823,46), avtomobilin kirayə götürülməsi ilə bağlı 1500 manat (50x30=1500) olmaqla, cəmi 10323,46 (8823,46+1500=10323,46) manat pul vəsaiti cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən İddiaçı direktoru olduğu «xxxx» MMC-nin mülkiyyətində olan «Mercedes Benz S500» minik markalı dövlət nömrə nişanlı avtomobilin cavabdehin yol hərəkəti qaydalarını pozması səbəbindən xəsarət alması nəticəsində iddiaçıya dəymiş zərər 8823,46 manat (12410-3586,54=8823,46), avtomobilin kirayə götürülməsi ilə bağlı 1500 manat (50 manat x 30 gün=1500) olmaqla, cəmi 10323,46 (8823,46+1500=10323,46) manat pul vəsaitinin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə baxışı iclasında İddiaçı əsl iddiaçı «xxxx» MMC-nin qanuni təmsilçisi İddiaçı ilə əvəz edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili X7 iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş üzrə AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş 11.04.2018-ci il tarixli, AD№240207 seriyalı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən «Mercedes Benz S500» minik markalı, ** AS *** dövlət qeydiyyat nişanlı minik avtomaşın (2012-ci il buraxılışlı) «xxxx» MMC-nin adına qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı idarəsinin Dövlət Reyestrindən Çıxarışına əsasən İddiaçı «xxxx» MMC-nin qanuni təmsilçisi kimi qeydə alınmışdır. İş üzrə Bakı şəhər DYPİ Yol patrul Xidməti tərəfindən tərtib edilmiş 10.12.2020-ci il tarixli inzibati xəta haqqında protokolun və onun əsasında tərtib edilmiş həmin tarixli inzibati tənbeh vermə haqqında qərarın surətinə əsasən, Cavabdeh 08.12.2020-ci il tarixdə «Hyundai Sonata» minik markalı, ** FG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkəti etdirilməsi yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə Cavabdeh AR İXM-nın 327.2ci maddəsi ilə təqsirli bilinib 60 manat cərimə edilmişdir. İşdə olan «Hyundai Gənclik» Servis Departamenti tərəfindən verilmiş qüsur aktına əsasən «Mercedes Benz S500» markalı, **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği ümumilikdə 12410 manat təşkil edir. İş üzrə 08.01.2021-ci il tarixli ASC «xxxx» Sığorta Şirkətinin ödəniş tapışırığından görünür ki, ASC «xxxx» Sığorta Şirkəti tərəfindən «xxxx» MMC-yə 3586,54 manat sığorta ödənişi ödənilmişdir. Həmçinin, işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 16 may 2021-ci il tarixli, 9/2293 №-li məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, nəzəri hesablama yolu «Hyundai Gənclik» servis tərəfindən təqdim edilmiş qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2012-ci il buraxılışlı «Mercedes Benz S500» markalı, **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobil təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 9350 manat müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Cavabdeh oğlunun idarə etdiyi «Hyundai Sonata» markalı ** FG *** dövlət nömrə nişanlı avtomaşın 08.12.2020-ci il tarixdə yolnəqliyyat hadisəsi törətmişdir. Həmin yol-nəqliyyat hadisəsi nəticəsində «xxxx» MMC-yə məxsus «Mercedes Benz S500» markalı, ** AS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ziyan dəymişdir. Bakı şəhər DYPİ Yol Patrul Xidməti tərəfindən tərtib edilmiş 10.12.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən yol-nəqliyyat hadisəsini törətmiş Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli blinərək 60 manat cərimə edilmişdir. «xxxx» Sığorta Şirkəti tərəfindən «Mercedes Benz S500» markalı, ** AS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 3586,54 manat məbləğində sığorta ödənişi ödənilmişdir. İddiaçının avtomobilinin zədələnməsi nəticəsində avtomobilin təmiri üçün ödənilmiş məbləğ 12410 manat təşkil etmişdir. İş üzrə keçirilmiş Məhkəmə Ekspertiza Mərkəzinin 16 may 2021-ci il tarixli 9/2293 №-li məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, 2012-ci il buraxılışlı «Mercedes Benz S500» markalı, 10AS621 dövlət qeydiyyat nişanlı avtomobil təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 9350 manat təşkil etmişdir. Hazırda iddiaçı ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb edir. İddianın hüquqi tərəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Eyni Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Mülki Məcəllənin 1096-cı maddəsinin mənasına görə, hazırki cavabdehlər iddiaçı qarşısında yalnız təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməlin (hərəkət və ya hərəkətsizliyin) mövcud olduğu təqdirdə məsuliyyət daşıyırlar. İş üzrə toplanmış sübutlar Cavabdeh təsqirli əməlinin və bu əməllə iddiaçıya dəymiş zərər arasında səbəbli əlaqənin mövcudluğuna dəlalət edir. Məhkəmə ekspert rəyini əsas götürərək, iddiaçıya məxsus avtomobilin 2012-ci il buraxılışlı olmasını nəzərə alaraq vurulmuş zərərin müəyyənləşdirilmiş 9350 manat məbləği əsas kimi tutularaq hesab edir ki, iddia tələbi dəymiş zərərin ödənilməsi hissəsində qismən təmin edilməli, cavabdehdən 5763,46 (9350-3586,54=5763,46) manat tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Belə ki, iddiaçıya sığorta şirkəti tərəfindən 3586, 54 manat məbləğində ödəniş edilmişdir. Məhkəmə iddia tələbinin avtomobilin kirayə götürülməsi ilə bağlı 1500 manat tutulması hissəsi üzrə qeyd edir ki, həmin əlavə xərclərin çəkilməsi ilə bağlı iddiaçı tərəfindən hər hansı mötəbər sübut təqdim olunmadığından, həmin hissədə tələb təmin edilməməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, hazırki iş üzrə iddia qismən təmin edilməli, Cavabdeh vurulmuş maddi zərərə görə 5763,46 (beş min yeddi yüz altmış üç manat, qırx altı qəpik) manat məbləğində pul tutularaq iddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına köçürülməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Cavabdeh tutulub Az.MEM,VÖEN **********, AZ43CTRE********************, X1, KOD210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülməlidir. AR MPM-nin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi zərərə görə 5763,46 (beş min yeddi yüz altmış üç manat, qırx altı qəpik) manat məbləğində pul tutularaq iddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına köçürülsün. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Cavabdeh tutulub Az.MEM, VÖEN **********, AZ43CTRE********************, X1, KOD210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-2222/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2222/2021
01.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver