Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2244/2022 18.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əhmədova Məstanə Mətləb qızının katibliyi ilə, İddiaçı cavabdeh Babayev Mı̇ rqurban Səməddı̇ n oğluna qarşı "vurulmuş maddi ziyanın ödənilməsi" tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Babayev Mı̇ rqurban Səməddı̇ n oğluna qarşı "vurulmuş maddi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh elektron nəzarət qurğusunun dəyəri, yəni 2277 (iki min iki yüz yetmiş yeddi) manat 40 (qırx) qəpik məbləğində pulun ondan alınmasına dair qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-118/2021 saylı, 12.03.2021-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Hökm və onun icrasına dair hakimin 05.04.2021-ci il tarixli göstərişi 26.04.2021-ci il tarixdə İddiaçı icraatına daxil olmuş və həmin tarixdə mövcud qanunvericiliyə əsasən məhkumun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmış və məhkumun ünvanına 3 gün müddətində şöbəyə gələrək qeydiyyatdan keçməsi barədə bildiriş göndərilmişdir. Bundan sonra 03.05.2021-ci il tarixdə idarənin icra məmuru X4 məhkumun özünün iştirakı ilə məhkəmə hökmünün (qərarının) tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Elə həmin müvafiq protokolla bir ədəd mobil nəzarət qurğusu, bir əjəd elektron qolbaq, bir ədəd enerji toplayıcı məhkum hazırkı iş üzrə Cavabdeh tətbiq olunaraq təhvil verilmişdir. Nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə təkrar-təkrar izah edilmiş və bu avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. 06.09.2021-ci il tarixdə elektron nəzarət vasitəsinə baxış keçirilən zaman mobil qurğunun qeyri-işlək vəziyyətdə clduğu aşkar edilmişdir. Məhkum Cavabdeh 06.09.2021-ci il tarixli izahatında mobil qurğuya heç bir müdaxilə etmədiyin bildirmişdir. Eyni zamada Ədliyyə Nazirliyindən təqdim olunmuş, müvafiq rəyə əsasən nəzarət subyektinə təhkim olunmuş mobil qurğunun dəmir hissələrində pas olduğu müəyyən edilmişdir. Tərəfimizdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maliyyə Təminat idarəsinə mobil qurğunun qiymətinin müəyyən edilməsi və dəymiş ziyanın hesablanması üçün sorğu edilmiş və həmin vasitənin dəyəri 2277 manat 40 qəpik hesablanmışdır. Bundan sonra məhkum Cavabdeh dəymş ziyanın ödənilməsi ilə bağlı bildiriş verilmiş, dəymiş ziyan ondan tələb olunmuş, lakin məhkum bildirişi imzalmaqdan imtina etmiş, mobil qurğunu qeyri-işlək vəziyyətə salmadığını, maddi imkanının yaxşı olmadığı üçün dəymiş ziyanı ödəyə bilməyəcəyini bildi miş və bu barədə müvafiq sənədləşmə aparılmışdır. Belə olan halda, cavabdehin günahından, yəni lazımınca məsuliyyətli olmadığından elektron nəzarət qurğusu zədələnərək yararsız vəziyyətə düşmüş və onlara maddi ziyan dəymişdir. Nazirliyin verdiyi maliyyə arayışına görə həmin avadanlığın dəyəri 2277 manat 40 qəpik təşkil edir. Mübahisənin başqa həlli mövcud olmadığından hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, mülki işə onun iştirakı olmadan baxılmasını və iddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-118/2021 saylı 12.03.2021-ci il tarixli hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən Bakı şəhər Probasiya Şöbəsinə göndərilmiş 05.04.2021-ci il tarixli, 1(001)-118/2021 saylı göstərişin surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12.03.2021-ci il tarixli 1(001)-118/2021 saylı hökmünün surəti icra edilməsi üçün göndərilmişdir. İddiaçı tərəfindən 03.05.2021-ci il tarixdə tərtib edilmiş protokolun surətindən görünür ki, 35632258 seriya nömrəli 1 ədəd “ATTENTİ” markalı elektron nəzarət qurğusu, 1 ədəd mobil qurğunun enerji adapteri, 1 ədəd enerji götürücü qurğu, 1 ədəd sadə elektron qolbaq və yaddaş kitabçası təhvil verildi və istifadə qaydaları izah olunmuşdur. Məhkuma Binəqədi Məhkəməsinin 1(001)-118 saylı, 17.03.21-ci il tarixli hökmünün tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edildi və ona yaddaş kitabçası verildi. Cavabdeh ünvanlanmış 06.09.2021-ci il tarixli, 21-1/3-96584-6 saylı bildirişin surətindən görünür ki, ona bildirilmişdir ki, ona təhvil verilmiş mobil qurğunu 03.09.2021-ci il tarixdə qeyri-işlək vəziyyətə salmışdır. "xxxx" QSC-nin direktoru X3 tərəfindən daxil olmuş daxil olmuş məktubda elektron nəzarət vasitəsi komplektinin ümumi dəyəri 2227 manat, 40 qəpik hesablanmışdır. Odur ki, ona təhvil verilmiş mobil nəzarət qurğusuna dəymiş ziyanın ödənilməsi tələb olunmuşdur, əks təqdirdə dəymiş ziyanın ödənilməsi üçün iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcəkdir. Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsin cəzanın icrası qaydalarına və şərtlərinə əməl etməsinin yoxlanılması barədə 06.09.2021-ci il tarixli protokolun surətindən görünür ki, məhkum Cavabdeh elektron nəzarət vasitəsinə baxış keçirildi, mobil qurğuya kənar müdaxilə olunduğunun şübhəsi yarandı. Bağlanan yerlərində pas olduğu aşkarlandı. Məhkumla fərdi söhbət zamanı heç bir müdaxilə etmədiyini bildirdi. Ədliyyə Nazirliyi Məhkəmə X2 və trasoloji ekspertizalar şöbəsi tərəfindən 21-1/3- 7467-6 nömrəli məktub üzrə aparılan təhqiqat haqqında 19.10.2021-ci il tarixli Məlumatın surətindən görünür ki, “35632258 nömrəli mobil qurğunun qeyri-işlək vəziyyətə salınmasının səbəbləri?” Sualı ekspert trasoloqun zəruri biliyindən kənara çıxdığından cavablandırmaq mümkün deyildir. 21/3-1149 nömrəli, 18.06.2021-ci il tarixli məktuba 09.07.2021-ci il tarixli, D-8/115 saylı cavab məktubundan görünür ki, elektron nəzarət vasitələrinin tətbiq olunduğu məhkumların izlənilməsi, nəzarətdə saxlanılması ilə bağlı fəaliyyətin təşkili ilə əlaqədar Ədliyyə Nazirliyinin balansında olan izlənmə avadanlıqları Probasiya Xİdmətinin Elektron monitorinq, elektron nəzarət sisteminin server avadanlıqları və proqram təminatı (texniki xidmətin göstərilməsi üçün) informasiya-kommunikasiya texnologiyaları idarələrinin istifadələrinə təhvil verilməsi üçün müvafiq akt tərtib olunmuş və tərəflərə təqdim olunmuşdur. Tərtib olunmuş aktdasadə, ağıllı elektron qolbaqların və digər nəzarət avadanlıqlarının dəyəri və maliyyə məlumatları öz əksini tapmışdır. Həmçinin, elektron avadanlıqların dəyəri nəzarət subyektindən tutularaq X1 hesabına köçürülməlidir. "xxxx" QSC tərəfindən Ədliyyə Nazirliyi Probasiya Xidmətinin rəisi, Baş Probasiya məmuru, İİİ dərəcəli dövlət ədliyyı müşaviri Akşin Ziyadova göndərilmiş 29.07.2021-ci il tarixli, ED-M-№ 96-21 nömrəli məktubun surətindən görünür ki, “Attenti” markalı elektron nəzarət vasitələrinin cəmi məbləği 2277.40 manat təşkil edir. İddiaçı dəymiş maddi ziyanın ödənilməsi ilə əlaqədar cavabdehə müraciət etsə də, ona vurulmuş maddi ziyan ödənilməmişdir. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Cəzaların İcrası Məcəlləsinin 15-2-ci maddəsinə əsasən ictimai işlər və azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Məhkəmənin müəyyən etdiyi hallarda şərti məhkum edilmiş və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslərə də elektron nəzarət vasitələri tətbiq edilir. Elektron nəzarət vasitələrinin siyahısı və tətbiqi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumun müəyyən edilmiş vəzifələri yerinə yetirməsinə nəzarət icra məmurları tərəfindən həyata keçirilir. Şəxsin üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulduqda, elektron nəzarət vasitəsi onun istifadəsinə verilir və ya üzərinə bağlanılır və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin, habelə elektron nəzarət vasitəsi şəxsin üzərinə bağlandıqda cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, həmçinin bu əməllərin hüquqi nəticələri izah edilir və bu barədə protokol tərtib edilir. Elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur. Göründüyü kimi, Cavabdeh 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması, təhvil verilməsi və ona cəzanın icrası ilə bağlı bağlı hüquq və vəzifələrinin izah edilməsi haqqında 03.05.2021-ci il tarixli protokoldan görünür ki, Cavabdeh hökmün tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmişdir. Həmçinin “Attenti” markalı elektron nəzarət vasitələrinin cəmi məbləğinin 2277.40 manat təşkil etməsi iş materiallarında öz əksini tapmışdır. Məhkəmə hesab edir ki, yuxarıda qeyd olunanlara əsasən iddia tələbi 2277,40 manat maddi ziyanın vurulması barədə əsaslıdır və iddiaçıya vurulmuş zərər cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh elektron nəzarət qurğusunun dəyəri, yəni 2277 (iki min iki yüz yetmiş yeddi) manat 40 (qırx) qəpik məbləğində pul ondan alınıb İddiaçınə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh elektron nəzarət qurğusunun dəyəri, yəni 2277 (iki min iki yüz yetmiş yeddi) manat 40 (qırx) qəpik məbləğində pul ondan alınıb İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov
Məhkəmə qərarları › İş №2(006)-2244/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2244/2022
18.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver