Məhkəmə qərarları › İş №2(006)-2245/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2245/2025

15.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2245/2025 15.09.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, İddiaçı, Cavabdeh, cavabdehin nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 36.000 manat və 198 manat dövlət rüsumunun, cəmi 36.198 manat məbləğində pul vəsaitinin alınıb İddiaçı verilməsinə dair qətnamə qəbul edilməsini etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ondan 3 dəfəyə 36 min manat borc pul almış, müqavilələr yazılı formada bağlanmaqla, Bakı şəhəri 41 və 54 saylı notariat ofislərində 15 fevral 2023-cü il tarixdə (10.000 manat), 14 mart 2023-cü il tarixdə (15.000) manat və 15 aprel 2023-cü il tarixdə (11.000) manat notariat qaydasında təsdiq edilmişdir. Cavabdeh götürdüyü pul vəsaitini elə 2023-cü ildə qaytaracağına dair öhdəlik götürməsinə baxmayaraq bu günə kimi vədinə əməl etməmişdir. Dəfələrlə xatırlatmağına baxmayaraq pulu qaytarmaqdan müxtəlif bəhanələrlə imtina edir. Artıq onu aldatması, müqavilə şərtlərinə riayət etməməsi və mövcud qanunvericiliyin tələblərini pozması şübhə doğurmur. Belə vəziyyətdə pul tələb edilməlidir. Bundan başqa cavabdehə rəsmi olaraq pretenziya məktubu göndərərək müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsini və 36.000 manat məbləğində borcun qaytarılmasını xahiş etmişdir, lakin qarşı tərəf bu günədək mübahisəyə münasibət bildirməmişdir. Bundan əlavə hazırda mübahisələndirilən müqavilələr üzrə 198 manat dövlət rüsumu ödəməlidir ki, bu hesabla ona 36.198 manat borcu yaranmışdır. Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməyərək bu günə kimi müxtəlif bəhanələrlə onun pulunu qaytarmamış, hər dəfə yaxın vaxtlarda qaytaracağını vəd etsə də, sözünə əməl etməmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etmiş və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməmiş və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi (vəkili) iddia tələbini qəbul etməmiş və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin vəsatəti əsasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, Gülnar xanımı tanıyır, bir yerdə işləmişlər, iş yoldaşı olmuşlar. Sabir doktoru da şəxsən yox, Gülnar xanımın vasitəçiliyi ilə tanımışdır. Onlar, yəni iş yoldaşları nahar vaxtlarında görüşəndə Gülnar görüşməyə gəlmirdi, pul ödəməyə gedirdi. Yadındadır ki, 2023-cü ilin aprel ayında pulu ödəməyə getmişdi. O, Gülnarın hansı məbləğdə borcu olmasını bilmir və nə qədər ödədiyini də deyə bilmir. Sadəcə, Gülnarın məhz Sabirdən pul götürdüyünü bilir. O, dərman şirkətində işləyir və şirkətdə belə hamı bilirdi ki, Sabir doktor borc pul verir. 2016-cı ildən bu sistemdə işləyir. Məhkəmə iclasında cavabdehin vəsatəti əsasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, Gülnar xanımı tanıyır. Sabir doktoru şəxsən tanımasa da, Gülnar xanımdan eşitmişdir. Bilirdi ki, Gülnarın borcu var, sıxıntıdadır. Bir gün işdə olan zaman Gülnar ağlamağa başladı və dedi ki, həmin doktor ona zəng edərək, pulu tələb etmişdir. Gülnar isə ona demişdir ki, ödəyə bilmir. İddiaçı da ona əxlaqsız təklif edib. Bu hadisə təxminən 2023-cü ilin 10-11 sentyabr tarixdə olmuşdur. Onun da Günaya yazığı gəlmiş, baldızından pul alaraq, Gülnara köməklik etmiş, yəni borc vermişdir. Çünki baldızı maşın almaq üçün pul yığırdı və baldızında 10.000 manat məbləğində pul var idi. Həmçinin özünün də pulu var idi, həmin pulun üstünə əlavə etdi. Sentyabrın 17-də 28 May ərazisində Səməd Vurğun parkının yaxınlığında əlbəəl doktora borcu verdiyini görmüş, amma heç bir kağız imzalatmamışdır. Sonradan bankdan pul götürüb onun borcunu da qaytarmışdır. Gülnarın Sabir bəydən borcu nəyə görə aldığını bilmir. Gülnar xanımın həmin ilin iyul ayında hansısa banka borcu olmamışdır. Məhkəmə iclasında cavabdehin vəsatəti əsasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Gülnarı çoxdan tanıyır. Gülnar ona demişdir ki, borcu var. Borcu olduğu şəxs həkim - cərrahdır. Sabir müəllimi tanıyır. Tibbi Universitetində onun müəllimi olub, mühazirə demişdir. Ümumiyyətlə Sabir bir çox adama demişdir ki, kim faizə pul istəsə, o verə bilər. Gülnarın Sabirə borcu var idi. Əvvəlcə zəng edib, borcun qaytarılması üçün vaxt istəmişlər. Sabir bəy razılaşdı. Gülnar gedib "xxxx" ASC-dən kredit götürdü və 2023-cü ilin iyul ayının 2-3 tarixində ADNSU-nun arxasında yerləşən parkda 12.000 manat borcu qaytarmışdır. Hətta həmin vaxt Sabir sənədi də imzalamışdır, amma Gülnar həmin sənədi Sabirə vermişdir ki, daha borcu ödədiyi üçün həmin sənəd də ona lazım deyil. Bundan əlavə yenə borcu var idi. Onu da sentyabr ayında Günayla qaytarmışlar. İş materialları: İddiaçı ilə Cavabdeh arasında 41 saylı Notariat ofisində bağlanmış xx.xx.2023-cü il tarixli 3M-76 reyestr nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixədək qaytarmaq şərti ilə İddiaçı 10.000 manat borc almışdır. İddiaçı ilə Cavabdeh arasında 41 saylı Notariat ofisində bağlanmış xx.xx.2023-cü il tarixli 3M-132 reyestr nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixədək qaytarmaq şərti ilə İddiaçı 15.000 manat borc almışdır. İddiaçı ilə Cavabdeh arasında 54 saylı Notariat ofisində bağlanmış xx.xx.2023-cü il tarixli 3M-205 reyestr nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixədək qaytarmaq şərti ilə İddiaçı 11.000 manat borc almışdır. İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, iddiaçı cavabdehdən kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməsini tələb etmiş, əks təqdirdə iddia ərizəsi ilə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Cavabdehin təqdim etdiyi "xxxx" ASC-nin müştəri Cavabdeh aid hesabdan xx.xx.2023-xx.xx.2023-cü il tarixlərini əhatə edən çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixdə hesaba 2.900 manat mədaxil olmuş, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə həmin məbləğlər hesabdan məxaric edilmişdir. Notariat icra qeydi haqqında ərizə və 30 saylı notariat ofisi tərəfindən verilmiş icra qeydindən müəyyən edilir ki, tələbkar "xxxx" ASC-nin borclu Cavabdeh qarşı xx.xx.2023cü il tarixli müqavilə üzrə 11.929,53 manat məbləğində borcuna görə xx.xx.2024-cü il tarixdə icra qeydi verilmişdir. Məhkəmə iclasında dinlənilmiş CD daşıyıcıdakı səs yazısında şahid İradə Nuriyeva və İddiaçı arasında Cavabdeh borcu barəsində danışıqlar müəyyən edilir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1 və 445.2.2-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. 529.1-ci maddəsinə əsasən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh olunmasına dair» Qərarında təsbit olunmuş hüquqi mövqeyə görə, kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Hüquqi müəyyənlik prinsipi baxımından tərəflər arasında bağlanılan kredit müqaviləsinin şərtləri və hüquqi nəticələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquq və vəzifələrini müəyyənləşdirə bilməsi mümkün olsun. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: İddiaçının tələbi onunla cavabdeh arasında bağlanmış borc müqavilələri üzrə pulun tutulmasından ibarət olmuş, cavabdeh isə həmin müqavilələr üzrə borcunu tam şəkildə ödəməsini bildirmişdir. İddiaçı tələbini onunla cavabdeh arasında bağlanmış və notariat qaydasında təsdiq edilmiş borc müqavilələri ilə əsaslandırmış, lakin cavabdeh öz dəlillərini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Cavabdeh tərəfin vəsatətinə əsasən şahid qismində dindirilmiş şəxslər hər nə qədər də Cavabdeh tərəfindən pulun ödənilməsini bildirsələr, şahid ifadələri ziddiyyətli olmuş, işi faktiki hallarına, habelə bir şahidin bildirdiyi hal digər şahidin bildirdiyi halla eynilik təşkil etməmişdir. Cavabdeh sanki İddiaçı olan borcunu qaytarmasının şahidi olan X6 borcu ödəməsi üçün pulu özünün verdiyini bildirmiş, cavabdeh isə pulu ödəmək üçün bankdan borc götürməsini qeyd etmişdir. X8 konkret olaraq hər hansı faktın şahidi olmamış, yalnız Gülnardan İddiaçıa borcu olmasına və həmin borcu ödəməsinə dair məlumatlı olduğunu bildirmişdir. Şahid N.Eyvazova nə götürülmüş borcun məbləği, nə də qaytarılan pul vəsaitinin məbləğini dəqiq bildirə bilməmişdir. Eyni də şahid İradə Nuriyeva sanki İddiaçı Cavabdeh tərəfindən borcun qaytarılmasına şahid olmasını bildirsə də, elə eynilə ifadəsində Gülnarın yenə borcunun olmasını, qalan məbləği isə Günayın iştirakı ilə ödənilməsini qeyd etmişdir. Ümumiyyətlə şahid ifadələri tam dolğun olmamış və iş üzrə hər hansı mötəbər sübutla təsbit olunmur. Cavabdehin sanki İddiaçı olan borcunu ödəmək üçün bankdan kredit götürməsinə dair təqdim etdiyi sənədlər onun yalnız bu və ya digər kreditor qarşısında borcunun olmasını müəyyən etməyə imkan verir. Cavabdehin bankla kredit münasibətlərinə daxil olmaqla götürmüş olduğu borcu məhz İddiaçı olan borcunu ödəməsini təsdiq edə biləcək əsas ya İddiaçı etirafı, ya pulun ödənilməsini təsdiq edən qəbz və ya tərəflər arasında məlumatlandırılma qaydasında aparılmış səs və ya video yazı ola bilərdi ki, qeyd edilən sübutların heç biri mövcud deyildir. Beləliklə iddiaçının maddi hüquq normasının dispozisiya şərtləri ilə uyğunluq təşkil edən və mötəbər sübutlara əsaslanan tələbləri cavabdehin heç bir əsaslı dəlili ilə təkzib edilmədiyindən iddia təmin edilməlidir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh ümumilikdə 36.000 manat borc və 198 manat ödənilmiş dövlət rüsumuna görə pul tutularaq iddiaçı X1 ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 36.000 (otuz altı min) manat və dövlət rüsumu üçün ödənilmiş 198 (bir yüz doxsan üç) manat, ümumilikdə 36.198 (otuz altı min bir yüz doxsan səkkiz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar