Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2246/2020 09.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı X4 Təşkilatı “xxxxxxxxxx” QSC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı BOKT “xxxxxxxxxx” QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 Təşkilatı “xxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2019-cu il tarixli, 039-EMB-1064-19 saylı kredit müqaviləsinə əsasən xx.xx.2020 il tarixə əsas borcu 1834.03 AZN (Bir min səkkiz yuz otuz dord manat 03 qəpik), faiz borcu 0.00 AZN (Sıfır manat 00 qəpik), cərimə borcu 201.75 AZN (İki yuz bir manat 75 qəpik) , 30 (otuz) manat dövlət rüsumu və 40 qəpik xidmət haqqının, ümumilikdə 2066.18 AZN (İki min altmış altı manat, 18 qəpik) borcun Cavabdeh X4 Təşkilatı “xxxxxxxxxx” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx xxxx 2019-cu il tarixində X4 Təşkilatı “xxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında 039-EMB-1064-19 saylı kredit müqaviləsi və kredit müqaviləsinə 1 saylı Əlavə (ödəniş cədvəli) bağlanılmış və həmin müqaviləyə əsasən cəmiyyət tərəfindən Cavabdeh faizsiz 12 ay müddətinə 2104 (iki min yüz dörd) AZN məbləğində kredit verilmişdir. Cavabdeh öz üzərinə götürdüyü kredit ödəliklərini lazımınca yerinə yetirməmiş və bunun nəticəsində xx.xx.2020 il tarixə əsas borcu 1834.03 AZN (Bir min səkkiz yuz otuz dord manat 03 qəpik), faiz borcu 0.00 AZN (Sıfır manat 00 qəpik), cərimə borcu 201.75 AZN (İki yuz bir manat 75 qəpik) umumi borcu 2035.78 AZN (İki min otuz beş manat 78 qəpik) qalmışdır. Kredit borcunun qaytarılması barədə Cavabdeh dəfələrlə şifahi və yazılı müraciətlər olunmasına baxmayaraq kredit borcu və ona hesablanmış faiz və cərimələr qaytarılmamışdır. X4 Təşkilatı “xxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2019-cu il tarixli, 039-EMB-1064-19 saylı kredit müqaviləsinin 2.1.1-ci bəndinə əsasən “Borcalan” Müqavilə və onun əlavəsinə/əlavələrin uyğun olaraq ödəniş məbləğlərini vaxtında Ödəmədikdə/ödəmədikdə kreditin qalıq məbləğinin vaxtından əvvəl tam ödənilməsini “Borcalan”dan tələb edə bilər. Göstərilənləri nəzərə alaraq X4 Təşkilatı “xxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2019-cu il tarixli, 039-EMB- 1064-19 saylı kredit müqaviləsinə əsasən xx.xx.2020 il tarixə əsas borcu 1834.03 AZN (Bir min səkkiz yuz otuz dord manat 03 qəpik), faiz borcu 0.00 AZN (Sıfır manat 00 qəpik), cərimə borcu 201.75 AZN (İki yuz bir manat 75 qəpik), 30 (otuz) manat dövlət rüsumu və 40 qəpik xidmət haqqının, ümumilikdə 2066.18 AZN (İki min altmış altı manat, 18 qəpik) borcun Cavabdeh X4 Təşkilatı “xxxxxxxxxx” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 yuxarıda qeyd edilən məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. BOKT “xxxxxxxxxx” QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 039- EMB-1064-19 saylı kredit müqaviləsinə əsasən borc verən (iddiaçı) borc alana (cavabdehə) 12 ay müddətinə, illik 0% hesablanmaqla 2104 manat məbləğində kredit verməyi, borc alan isə müəyyən olunmuş qrafik əsasında kredit məbləğini və faizləri qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən ödənilməmiş məbləğin hər günü üçün 1% məbləğində cərimə ödəyir. BOKT “xxxxxxxxxx” QSC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2019-cu il tarixli xəbardarlıqdan görünür ki, Cavabdeh borcunödənilməsibarədəxəbərdarolunmuşdur. Məhkəməyə təqdim edilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, BOKT “xxxxxxxxxx” QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 039-EMB-1064-19 saylı Kredit müqaviləsi üzrə cavabdehin iddiaçıya 1834,03 manat məbləğində əsas borc, 0,00 manat məbləğində faiz borcu, 201,75 manat məbləğində cərimə borcu, cəmi 2035,78 manat məbləğində borcu yaranmışdır. xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən (№ 609533926) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30,40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, xx.xx.2019cu il tarixli, 039-EMB-1064-19 saylı kredit müqaviləsinin surətindən görünür ki, QSC “xxxxxxxxxx” Kommersiya Bankı borcalan Cavabdeh 12 ay müddətinə illik 0,00% dərəcəsi ilə 2104 manat məbləğində kredit verməyi, borcalan isə müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Göründüyü kimi, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etsə də, yəni tərəflər arasında bağanmış kredit müqaviləsi üzrə müəyyən olunmuş məbləğdə cavabdeh üçün kredit versə də, cavabdeh ödəməli olduğu kredit məbləğini banka ödəməkdən yayınmış və nəticədə onun iddiaçıya xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən 1834,03 manat məbləğində əsas borc, 0,00 manat məbləğində faiz borcu, 201,75 manat məbləğində cərimə borcu, cəmi 2035,78 manat məbləğində borcu yaranmışdır. Beləliklə, cavabdeh müqavilə şərtlərinə əsasən ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, iddiaçı cavabdehdən kredit müqaviləsinin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, kredit müqaviləsi üzrə borc verənin krediti verməsi borc alanın aldığı pul vəsaitini borc verənə qaytarmasını şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliklərini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Məhkəmə həmçinin iddianın dəbbə pulunun ödənilməsi hissəsi ilə əlaqədar hesab edir ki, dəbbə pulunun miqdarı tənasübsüz sürətdə yüksək kimi qiymətləndirilməli və həmin məbləğ 20 manat məbləğinədək azaldılmalıdır. Çünki 1834,03 manat əsas borc məbləğinə münasibətdə 20 manat məbləğində dəbbə pulu daha ədalətlidir. Belə ki, Mülki Məcəllənin 462.1, 462.3 və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 1834,03 manat məbləğində əsas borc, 20 manat məbləğində cərimə borcu, cəmi 1854,03 manat borc, dövlət rüsumu kimi ödənilmiş 30,40 manatın 27 manatı məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçı BOKT “xxxxxxxxxx” QSC-yəödənilməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 119.1-ci, 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Əsas borc üzrə 1834,03 manat məbləğində, cərimə borcu üzrə 20 manat və dövlət rüsumu kimi ödənilmiş 30,40 manatın 27 manatı, cəmi 1881,03 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçı BOKT “xxxxxxxxxx” QSC-yə ödənilsin. İddia digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-2246/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2246/2020
09.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver