Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-225/2020 20.08.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Şahverdiyev Xandəmir Elman oğlunun katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı X2 nümayəndəsi K.X1 iştirakı ilə İddiaçı ləğv prosesində olan İddiaçı X2 Cavabdeh qarşı «kredit müqaviləsi üzrə borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı X4 Cavabdeh qarşı «kredit müqaviləsi üzrə borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ödənilməmiş 1378,05 manat əsas, 1626,87 manat faiz, müqavilənin bitdiyi tarixdən xx.xx.2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 205,94 manat borc, cəmi 3210,86 manat məbləğində kredit borcunun və iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Qeyd olunan iddia ərizəsi məhkəmə baxışına təyin olunduqdan sonra məlum olmuşdur ki, Cavabdeh xx xxxxxx 2018-ci il tarixdə Bakı şəhərində ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında elə həmin tarixdə 374 № ilə qeyd edilmişdir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə Cavabdeh hüquq varisi müəyyən edilənə kimi hazırki mülki iş üzrə icraat dayandırılmışdır. Hazırda məhkəmə tərəfindən verilmiş sorğu əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyindən daxil olmuş məlumata əsasən Cavabdeh adına respublikanın notariat ofislərində vərəsəlik işi açılmamışdır. Məhkəmə iclasında iddiaçı ləğv prosesində olan İddiaçı X2 nümayəndəsi K.X3 iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Cavabdeh vəfat etdiyindən və onun hüquqi varisləri olmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraata xitam verir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı ləğv prosesində olan İddiaçı X2 Cavabdeh qarşı «kredit müqaviləsi üzrə borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 261-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı ləğv prosesində olan İddiaçı X2 Cavabdeh qarşı «kredit müqaviləsi üzrə borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işin icraatına xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-225/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-225/2020
20.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver