Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-2253/2021 02.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclasının katibi Fərəcova Təranə Aydın qızının katibliyi, iddiaçının nümayəndəsi X2, Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, iddiaçı "İddiaçı" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit X1 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı "borc" tələbinə dair mülki iş üzrə barışıq sazişinin təsdiq olunması məsələsinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "İddiaçı" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit X1 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı "borc" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 tərəflər arasında razılıq əldə edilərək barışıq sazişi tərtib edildiyini bildirmişdir. Barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil barışıq sazişinin şərtləri ilə razı olduqlarını, barışıq sazişinin təsdiq edilməsinin hüquqi nəticələrinin onlara aydın olduğunu bildirmiş, barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişlər. Tərəflərin məhkəməyə təqdim etdikləri barışıq sazişinin şərtləri aşağıdakılardır: - Tərəflər məhkəmənin icraatında olan İddiaçı QSC-nin Cavabdeh qarşı kredit üzrə borcun tutulması tələbinə dair sözügedən mübahisəni birdəfəlik və qəti həll etmək məqsədilə barışıq sazişi bağlayırlar. - Tərəflər Cavabdeh İddiaçı QSC-yə cəmi 3.864.179,15 manat və 855.660,27 ABŞ dolları məbləğində kredit borcunun olduğunu qəbul və etiraf edirlər. - Tərəflər razılaşırlar ki, bu Sazişin 2.2-ci bəndində göstərilən borcun “xxxx” MMC-nin xx.xx.2021-ci il tarixli 02/QYS/21 nömrəli qiymətləndirmə hesabatına əsasən 4.812.000,00 manat dəyərində qiymətləndirilmiş Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 2000,00 kv.m olan qeyri-yaşayış sahəsinə və “xxxx” MMC-nin xx.xx.2021-ci il tarixli 01/QYB/21 nömrəli qiymətləndirmə hesabatına əsasən 508.000,00 manat dəyərində qiymətləndirilmiş X4 mülkiyyətində olan ünvan 2 ünvanında istifadədə olan 0,015 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 239,00 kv.m olan qeyri-yaşayış binasına yönəldilməsinə, yuxarıda qeyd edilən əmlaklar üzərində Cavabdeh və X4 mülkiyyət hüquqlarına xitam verilməsinə və İddiaçı QSC-nin həmin əmlaklar üzərində mülkiyyət hüququnun tanınmasına, həmin əmlaklar üzərində İddiaçı QSC-nin mülkiyyət hüquqlarının qeydiyyata alınmasının X7 Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə öhdəlik kimi qoyulmasına etiraz etməyəcəklər. - Cavabdeh bu Sazişin 2.3-cü bəndində göstərilən əmlakların “xxxx” MMC-nin qiymətləndirmə rəylərinə əsasən qiymətləndirilmiş 5.320.000,00 manat dəyəri ilə onun İddiaçı QSC-yə olan və bu Sazişin 2.2-ci bəndində göstərilən cəmi 3.864.179,15 manat və 855.660,27 ABŞ dolları məbləğində kredit borcu arasında yaranan fərqlə bağlı tələbdən imtina edir. Məhkəmə barışıq sazişini, iş materiallarını araşdırıb, proses iştirakçılarının izahatlarının dinləyib hesab edir ki, barışıq sazişi qanuna zidd olmadığından və başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından məhkəmə tərəfindən təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə görə tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər; 191.1-ci maddəsinə əsasən, tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. Tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə olunmalıdır; 191.2-ci maddəsinə əsasən hakim tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Məhkəmə tərəflərin barışıq sazişini təsdiq etdikdə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir; 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, iş üzrə icraata xitam verilir; 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 52, 191 və 263264-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA A L D İ: "İddiaçı" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit X1 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı "borc" tələbinə dair mülki iş üzrə tərəflər ("İddiaçı" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı, Cavabdeh və X9) arasında bağlanmış xx.xx.2021-ci il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: - Tərəflər məhkəmənin icraatında olan İddiaçı QSC-nin Cavabdeh qarşı kredit üzrə borcun tutulması tələbinə dair sözügedən mübahisəni birdəfəlik və qəti həll etmək məqsədilə barışıq sazişi bağlayırlar. - Tərəflər Cavabdeh İddiaçı QSC-yə cəmi 3.864.179,15 manat və 855.660,27 ABŞ dolları məbləğində kredit borcunun olduğunu qəbul və etiraf edirlər. - Tərəflər razılaşırlar ki, bu Sazişin 2.2-ci bəndində göstərilən borcun “xxxx” MMC-nin xx.xx.2021-ci il tarixli 02/QYS/21 nömrəli qiymətləndirmə hesabatına əsasən 4.812.000,00 manat dəyərində qiymətləndirilmiş Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 2000,00 kv.m olan qeyri-yaşayış sahəsinə və “xxxx” MMC-nin xx.xx.2021-ci il tarixli 01/QYB/21 nömrəli qiymətləndirmə hesabatına əsasən 508.000,00 manat dəyərində qiymətləndirilmiş X4 mülkiyyətində olan ünvan 2 ünvanında istifadədə olan 0,015 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 239,00 kv.m olan qeyri-yaşayış binasına yönəldilməsinə, yuxarıda qeyd edilən əmlaklar üzərində Cavabdeh və X4 mülkiyyət hüquqlarına xitam verilməsinə və İddiaçı QSC-nin həmin əmlaklar üzərində mülkiyyət hüququnun tanınmasına, həmin əmlaklar üzərində İddiaçı QSC-nin mülkiyyət hüquqlarının qeydiyyata alınmasının X7 Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə öhdəlik kimi qoyulmasına etiraz etməyəcəklər. - Cavabdeh bu Sazişin 2.3-cü bəndində göstərilən əmlakların “xxxx” MMC-nin qiymətləndirmə rəylərinə əsasən qiymətləndirilmiş 5.320.000,00 manat dəyəri ilə onun İddiaçı QSC-yə olan və bu Sazişin 2.2-ci bəndində göstərilən cəmi 3.864.179,15 manat və 855.660,27 ABŞ dolları məbləğində kredit borcu arasında yaranan fərqlə bağlı tələbdən imtina edir. İddiaçı "İddiaçı" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit X1 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı "borc" tələbinə dair mülki işin icraatına xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №2(006)-2253/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-2253/2021
02.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver