Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2258/2024 05.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ X14 Zahid oğlunun sədrliyi, X12 qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "borcun tutulması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı "borcun tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri 6 saylı notariat ofisinin xüsusi notariusu X5 tərəfindən 20 iyun 2022-ci il tarixdə 3M-903 № ilə reyestrdə qeydə alınmış 5000 manat məbləğində pul vəsaitinin Cavabdeh borc verilməsi barədə iddaçı ilə cavabdeh arasında kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2-ci bəndində göstərilmişdir ki, borc alan şəxs 5000 manat məbləğində olan kredit borcunu 20 sentyabr 2022-ci il tarixədək borc verənə qaytarmağı öz öhdəsinə götürmüşdür. Daha sonra yenidən tərəflər arasında Bakı şəhəri 6 saylı notariat ofisinin xüsusi notariusu X5 tərəfindən 13 iyul 2022-ci il tarixdə 3M-1028 № ilə reyestrdə qeydə alınmış 4000 manat məbləğində pul vəsaitinin Cavabdeh borc verilməsi barədə kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2-ci bəndində göstərilmişdir ki, borc alan şəxs 4000 manat məbləğində olan kredit borcunu 13 sentyabr 2022-ci il tarixədək borc verənə qaytarmağı öz öhdəsinə götürmüşdür. Tərəflər arasında üçüncü dəfə 2 saylı Bakı "Asan Xidmət" Mərkəzində notariat ofisinin xüsusi notariusu X1 tərəfindən 07 mart 2023-cü il tarixdə 3M-156 № ilə reyestrdə qeydə alınmış 18300 manat məbləğində pul vəsaitinin Cavabdeh borc verilməsi barədə kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2-ci bəndində göstərilmişdir ki, borc alan şəxs 18300 manat məbləğində olan kredit borcunu 17 mart 2023-cü il tarixədək borc verənə qaytarmağı öz öhdəsinə götürmüşdür. Borclu şəxs X10 bu günə qədər hər üç kredit müqaviləsi üzrə iddiaçıya olan borclarını ümumiyyətlə ödəməmişdir. Nəticədə kredit müqavilələrinin 7-ci bəndinin tələbinə əsasən 20 iyun 2022-ci il tarixli və 13 iyul 2022-ci il tarixli kredit müqavilələrini təsdiq edən Bakı şəhəri 6 saylı notariat ofisinin xüsusi notariusu X5 tərəfindən hər iki müqavilə üzrə 31 may 2023-cü il tarixində "İcra haqqında" Qanunun 76-cı maddəsinin tələbinə əsasən borclu X2 5000 manat məbləğində kredit borcunun və tələbkar tərəfindən ödənilmiş 25 manat dövlət rüsumu olmaqla, ümumilikdə 5025 manat məbləğində pul vəsaitinin və 4000 manat məbləğində kredit borcunun və tələbkar tərəfindən ödənilmiş 25 manat dövlət rüsumu olmaqla, ümumilikdə 4025 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə iki ayrı icra qeydi verilmişdir. Həmin icra qeydləri 8İ-7445 № ilə və 8İ-7443 № ilə reyestrdə qeydə alınmışdır. Sonuncu 07 mart 2023-cü il tarixli kredit müqaviləsinin 7-ci bəndinin tələbinə əsasən həmin müqaviləni təsdiq edən 2 saylı Bakı "Asan Xidmət" Mərkəzində notariat ofisinin xüsusi notariusu X1 tərəfindən 03 iyun 2023-cü il tarixində "İcra haqqında" Qanunun 76-cı maddəsinin tələbinə əsasən borclu X2 18300 manat məbləğində kredit borcunun və tələbkar tərəfindən ödənilmiş 25 manat dövlət rüsumu olmaqla, ümumilikdə 18325 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə icra qeydi verilmişdir. Həmin icra qeydi 8İ-15096 № ilə reyestrdə qeydə alınmışdır. İcra qeydləri daha sonra icra olunması üçün qanunvericiliyin tələbinə əsasən Nəsimi rayon İcra şöbəsinə göndərilmişdir. İcra hərəkətlərini həyata keçirən icra məmuru borclu şəxs Cavabdeh icra qeydlərini icra edərək tələbkara ödəməli olduğu kredit borclarını ödəməsini tələb etsə də, heç bir nəticəsi olmamışdır. İddiaçı tərəfindən icra məmuruna bildirəndə ki, borclu şəxs barəsində "İcra haqqında" Qanunun tələbinə əsasən məcburi icra tədbirləri həyata keçirilsin, icra məmuru bildirmişdir ki, hazırkı kredit borclarının ödənilməsi barədə məhkəmə qətnamələri yoxdur, sadəcə icra qeydləri olduğuna görə borclu şəxs Cavabdeh barəsində məcburi icra tədbirləri həyata keçirə bilmir. Nəticədə iddiaçı kredit borcunun ödənilməsi tələbi barədə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəməyə müraciət etməzdən əvvəl kredit borclarının ödənilməsi və əks təqdirdə məhkəməyə müraciət edəcəyi barədə pretenziya məktubu ilə iş üzrə cavabdeh olan borclu şəxs X6 rəsmi qaydada müraciət etmiş, lakin heç bir cavab ala bilməmişdir. İddiaçı iddia tələbi ilə Bakı Şəhər Nəsimi Rayon Məhkəməsinə müraciət edərək icra qeydinin ləğv edilməsi və həmin kredit müqavilələri üzrə borcludan pulun tutularaq iddaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhər Nəsimi Rayon Məhkəməsinin e-2(006)-4088/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə iddianın icraata qəbul edilməsindən imtina edilmiş və ilkin olaraq həmin icra qeydinin icradan geri tələb edilərək xitam olunmasına dair notariat kontorundan qərar aldıqdan sonra məhkəməyə müraciət edə bilmək hüququnun olması izah olunmuşdur. Ona görə də iddiaçı Bakı şəhər 6 saylı notariat ofisinin xüsusi notariusu Ərəstun İmanova ərizə ilə müraciət edərək Cavabdeh ilə aralarında bağlanan xx.xx.2022-ci il tarixli 3M-903 №-li kredit müqaviləsinə əsasən verilən xx.xx.2023-cü il tarixli 8İ-7445 №-li icra qeydinin icra şöbəsindən geri tələb edilməsini xahiş etmişdir. Həmçinin iddiaçı eyni məzmunlu ərizə ilə Bakı şəhər 6 saylı notariat ofisinin xüsusi notariusu Ərəstun İmanova ərizə ilə müraciət edərək Cavabdeh ilə arasında bağlanan xx.xx.2022-ci il tarixli 3M-1028 №-li digər kredit müqaviləsinə əsasən verilən xx.xx.2023-cü il tarixli 8İ-7443 №-li icra qeydinin ləğv edilməsini xahiş etmişdir. İddiaçının hər iki ərizəsi təmin edilərək icra qeydlərinin xx.xx.2023-cü il tarixli 2057 saylı məktubla geri qaytarılmasına dair Bakı şəhər 6 saylı notarat ofisindən rəsmi qaydada cavab məktub daxil olmuşdur. Bu cavab məktubu ilə həmin icra qeydlərinin artıq icraatda olmaması öz təsdiqini tapır. Eyni zamanda iddiaçı 2 saylı Bakı “Asan xidmət’’ mərkəzində notariat ofisinin xüsusi notariusu Hakim Mirzəyevə ərizə ilə müraciət edərək Cavabdeh ilə arasında bağlanan xx.xx.2023-cü il tarixli 3M-156 №-li kredit müqaviləsinə əsasən verilmiş xx.xx.2023-cü il tarixli 8İ-15096 №-li icra qeydinin geri qaytarılmasını xahiş etmişdir. 2 saylı Bakı “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu Hakim Mirzəyev 25 noyabr 2023-cü il tarixli 1798 saylı məktubla iddiaçıya cavab verərək bildirmişdir ki, Bakı şəhər Xətai Rayon İcra şöbəsi həmin icra qeydini xx.xx.2023-cü il tarixdə geri qaytarmışdır. Belə olan halda icra şöbəsində Cavabdehn barəsində heç bir icra qeydinin olmaması öz təsdiqini tapmışdır. Göstərilənlərə əsasən borclu Cavabdeh ilə iddiaçı arasında bağlanmış Bakı şəhəri 6 saylı notariat ofisinin xüsusi notariusu X5 tərəfindən təsdiqlənmiş 20 iyun 2022-ci il tarixli 3M-903 nömrəli kredit müqaviləsi üzrə ödənilməyən 5000 (beş min) manat məbləğində borc, 25 (iyirmi beş) manat məbləğində dövlət rüsumu,115 (yüz on beş) manat müqavilə haqqı, Bakı şəhəri 6 saylı notariat ofisinin xüsusi notariusu X5 tərəfindən təsdiqlənmiş 13 iyul 2022-ci il tarixli 3M-1028 nömrəli kredit müqaviləsi üzə ödənilməyən 4000 (dörd min) manat məbləğində borc, 25 (iyirmi beş) məbləğində manat dövlət rüsumunun, 115 (yüz on beş) manat müqavilə haqqı və 2 saylı Bakı "Asan Xidmət" Mərkəzində notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiqlənmiş 07 mart 2023-cü il tarixli 3M-156 nömrəli kredit müqaviləsi üzə 18325 (on səkkiz min üç yüz iyirmi beş) manat məbləğində borc, 25 (iyirmi beş) manat məbləğində dövlət rüsumu, 115 (yüz on beş) manat müqavilə haqqı olmaqla, ümumilikdə 27720 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək bildirmişdir ki, iddiaçının həyat yoldaşı X3 işə düzəltmək məqsədilə iddiaçı hissəhissə cavabdehə müxtəlif vaxtlarda pul vermişdir. Cavabdeh söz vermişdir ki, əgər işə düzəltmək alınmasa pulları geri qaytaracaq. Sonradan həyat yoldaşını işə düzəltmək mümkün olmadığından iddiaçı pulu geri istəmişdir. Lakin cavabdeh aldığı pulları geri qaytarmamışdır. Bütün bunları nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, borcun 18300 manat hissəsində razıdır. Digər 9000 manat hissəsində isə iddianı qəbul etmir. İlk dəfə 5000 manat və 4000 manat borc almışdır. Borcu vaxtında ödəyə bilməmişdir. Sonradan əlavə pul lazım olduğu üçün iddaçı kartına əlavə 6500 manat və əlbəəl 2500 manat borc olaraq pul vermişdir. Bütün borc məbləğini təsdiq etmək üçün mart ayında notariusa gedərək yeni borc müqaviləsi bağlanmışdır. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, borc verən İddiaçı borc alan Cavabdeh 5000 manat məbləğində pulu borc vermiş, borc alan Cavabdeh pulu xx.xx.2022-ci il tarixinədək borc verən İddiaçı qaytarmağı öhədəsinə götürmüşdür. Müqavilənin bağlanması üçün notariat ofisinə 115 manat xidmət haqqı ödənilmişdir. İddiaçı ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, borc verən İddiaçı borc alan Cavabdeh 4000 manat məbləğində pulu borc vermiş, borc alan Cavabdeh pulu xx.xx.2022-ci il tarixinədək borc verən İddiaçı qaytarmağı öhədəsinə götürmüşdür. Müqavilənin bağlanması üçün notariat ofisinə 115 manat xidmət haqqı ödənilmişdir. İddiaçı ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, borc verən İddiaçı borc alan Cavabdeh 18300 manat məbləğində pulu borc vermiş, borc alan Cavabdeh pulu xx.xx.2023-cü il tarixinədək borc verən İddiaçı qaytarmağı öhədəsinə götürmüşdür. Müqavilənin bağlanması üçün notariat ofisinə 115 manat xidmət haqqı ödənilmişdir. Bakı şəhəri Xətai rayonu İcra şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, e131909/2023-1-46-010 saylı məlumatdan görünür ki, 2 saylı Bakı "Asan Xidmət" Mərkəzində Notariat Ofisinin 8İ-15096 saylı xx.xx.2023-cü il tarixli icra sənədi icra məmurunun qərarı ilə birlikdə “İcra haqqında” Azərbaycan Respublikasın Qanununun 23cü maddəsinə əsasən geri qaytarılmışdır. Bakı şəhəri Xətai rayonu İcra Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, e129497/2023-1-46-010 saylı məlumatdan görünür ki, Bakı şəhəri 6 saylı Notariat Ofisinin 8İ-7445 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi icra məmurunun qərarı ilə birlikdə “İcra haqqında” Azərbaycan Respublikasın Qanununun 23-cü maddəsinə əsasən geri qaytarılmışdır Bakı şəhəri Xətai rayonu İcra Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, e129504/2023-1-46-010 saylı məlumatdan görünür ki, Bakı şəhəri 6 saylı Notariat Ofisinin 8İ-7443 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi icra məmurunun qərarı ilə birlikdə” İcra haqqında” Azərbaycan Respublikasın Qanununun 23-cü maddəsinə əsasən geri qaytarılmışdır Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, o,iddiaçının həyat yoldaşıdır. Cavabdeh onu işə düzəldəcəyini deyib, onlardan pul tələb etmişdir. Pulu onlardan borc kimi almış və əgər iş alınmazsa pulu geri qaytaracağını demişdir. Museyiblə birlikdə notariusa gedib Səadətə 18300 manat borc pul vermişdirlər. Əvvəllər də 5000 manat və 4000 manat məbləğində borca pul vermişdirlər. İşə düzəltmək məsələsi alınmasa da Səadət pulu geri qaytarmamışdır. Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş AA 077537 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı Füzuli rayonundan məcburi köçkündür. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, borc verən İddiaçı ilə borc alan Cavabdeh arasında bağlanmış 20 iyun 2022-ci il tarixli 3M-903 nömrəli kredit müqaviləsi üzə 5000 (beş min) manat məbləğində, 13 iyul 2022-ci il tarixli 3M-1028 nömrəli kredit müqaviləsi üzə 4000 (dörd min) manat məbləğində, 07 mart 2023-cü il tarixli 3M-156 nömrəli kredit müqaviləsi üzə 18300 (on səkkiz min üç yüz) manat məbləğində borc pul cavabdehə verilmiş, lakin cavabdeh müqaviləüzrə öhdəliklərini yerinə yetirməyərək pulu geri qaytarmamışdır. Buna görə də iddiaçı borcun tutulması üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh iddiaçı qarşısında müqavilələr üzrə öhdəliklərini yerinə yetirmədiyindən, iddia tələbi qismən təmin olunaraq, həmin müqavilələr ilə ayrı-ayrı vaxtlarda verilmiş 27300 manat məbləğində borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə qeyd edir ki, notarial müqavilənin bağlanması və icra qeydinin verilməsinə görə ödənilmiş pul məbləğləri müqavilə öhdəliklərinə daxil olmadığından iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Mülki Prosessual Məcəllə) 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddiaçı məcburi köçkün olaraq dövlət rüsumunu ödəməkdən azad olduğundan və iddianın təmin olunmuş hissəsinin qiyməti 27300 manat olduğundan, ona uyğun dövlət rüsumu olaraq hesablanmış 171,9 manat məbləğində pul Cavabdeh tutularaq Dövlət Büdcəsinə köçürülməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 20 iyun 2022-ci il tarixli 3M-903 nömrəli kredit müqaviləsi üzrə 5000 manat, 13 iyul 2022-ci il tarixli 3M-1028 nömrəli kredit müqaviləsi üzrə 4000 manat, 07 mart 2023-cü il tarixli 3M-156 nömrəli kredit müqaviləsi üzrə 18300 manat məbləğində borc tutularaq İddiaçı ödənilməli, dövlət rüsumu olaraq 171,9 (yüz yetmiş bir manat doxsan qəpik) manat məbləğində pul Cavabdeh tutularaq Dövlət Büdcəsinə kğçürülməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 20 iyun 2022-ci il tarixli 3M-903 nömrəli kredit müqaviləsi üzrə 5000 manat, 13 iyul 2022-ci il tarixli 3M-1028 nömrəli kredit müqaviləsi üzrə 4000 manat, 07 mart 2023-cü il tarixli 3M-156 nömrəli kredit müqaviləsi üzrə 18300 manat məbləğində borc tutularaq İddiaçı ödənilsin. Dövlət rüsumu olaraq 171,9 (yüz yetmiş bir manat doxsan qəpik) manat məbləğində pul Cavabdeh tutularaq Dövlət Büdcəsinə köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Qaralov
Məhkəmə qərarları › İş №2(006)-2258/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2258/2024
05.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver